109
Körpüqulaş, Tovuzgönlü, Xazarabert, Xınzirək. Xınzırək,
Şurakuz Çiryuxla, Çirmanis, Camışcur, Şəkikan, Şuraqel,
Tavusköklü. Kolagirən, Gölçiqin, Əlikuçək, Manntaşkəsən,
Qaraçamux, Basarkeçər, Ağzıqanlı,
Əliqızıl,
Əliqırıq,
Əlikəmərli, Itqıran, Qasıməli, Şorəli, Qursalı
Göründüyü kimi mürəkkəb etnotoponimlər tərkibinlərin-
dəki komponentə görə müəyyən qruplara bölünürlər. Bu kom-
ponentlərin ümumiyyətlə mürəkkəb toponimlərin tərkibində rast
gələn komponentlərlə müqaisəsi göstərir ki, tərkib elementlərinə
görə əsaslı fərqlər demək olar ki, yoxdur. Mürəkkəb
toponimlərin komponenti kimi çıxış edən kənd, dağ, təpə, dərə,
daş, boz, sarı, qara, bəy, xan, hacı, qurd, qıraq, qışlaq, kəmər və
sair mürəkkəb etnotoponimlərdə də işlənir. Bilavaistə
etnotoponimlə bağlı olan əsaslı fərqli cəhət mürəkkəb
etnotoponimlərdə komponentlərdən birinin etnosun adını
bildirməsindən irəli gəlir. Bu isə belə bir nəticə çıxarmağa
imkan verir ki, toponimlərin yaranmasında və düzəldilməsində
ümumi bir proses əsasdır. Linqvistik təhlildən aydın olur ki,
toponimlərin düzəlməsində iştirak edən dil vasitələri eynilik
təşkil edir. Digər dil vahidlərindən fərqli olaraq onomastikada
onomastik vahidlərin yaranmasında müəyyən formantlardan
istifadə olunması da özünü göstərir. Bu da xüsusi leksika üçün
ümumi bir cəhətdir. Məsələn, terminlərin yaranmasında dilin öz
sözdüzəltmə vasitələri ilə yanaşı terminelementlərdən istifadə
edilir. Yuxarıda nəzərdən keçirilmiş mürəkkəb
etnotoponimlərdə hələlik ayırmaq mümkün olan bir
etnotopoformant nəzərə çarpır. Bu etnotopoformant el sözüdür.
Boşneli, Boznəli, Qasıməli,
Şorəli, Qursalı tipli
etnotoponimlərin tərkibindəki alı, əli, eli komponentinin
əsasında el sözü durur. Biz belə hesab edirik ki, bu söz
etnotopoformant kimi qəbul oluna bilər.
Quruluşca çoxkomponentli olan etnotoponimlər.
110
Ermənistanın türk mənşəli toponimlərinin böyük bir his-
səsi çoxkomponentli toponimlərdir. Bununla yanaşı qeyd etmək
lazımdır ki, komponentlərin bir qismi eyni qəbildən olub böyük,
kiçik, aşağı, yuxarı, baş, qıraq sözlərinin sadə, düzəltmə və
mürəkkəb toponimə artırılması ilə düzəlmişdir. Çoxkomponentli
toponimlər tarixi inkişafın müəyyən mərhələsində müxtəlif
səbəblərdən yaranmışdır. Əsas səbəb əhalinin miqrasiyası ilə
əlaqələndirilə bilər. Əvvəlki fəsildə qeyd olunduğu kimi
miqrasiyanın özü müxtəlif səbəblərdən irəli gəlir. Daha qədim
dövrə getdikcə miqrasiyanın əhalinin müəyyən ərazidə
artmasının yeni yaşayış məskənlərinin yaranması ilə
nəticələndiyi aydın hiss olunur. Şübhə yoxdur ki, aşağı, yuxarı,
böyük, kiçik, baş və bu qəbildən olan sözlərin artırılması ilə
düzələn toponimlər kəndlərin, yaxud yaşayış məntəqələrinin
böyüyüb iki yerə bölünməsi ilə yaranmışdır. Burada miqrasiya
məsafəcə uzağa deyil, yaxın ərazilərə olmuşdur. Göstərilən
qaydada yaranmış Ermənistan ərazisindəki türk mənşəli to-po-
nimlərə aid külli miqdarda nümunələr gətirmək mümkündür.
Məsələn, Aşağı Adyaman, Aşağı Aylanlı, Aşağı Alçalı, Aşağı
Axta, Aşağı Ağbaş, Aşağı Ağcaqala, Aşağı Qanlıca, Aşağı
Qarabağlar, Aşağı Qaraqoymaz, Aşağı Qaranlıq, Aşağı Qarxun,
Aşağı Quylasar, Kolanlı Aralıx, Aşağı Dvin, Aşağı Zağalı,
Aşağı Necili, Aşağı Pirtikən, Aşağı pürülü, Aşağı Türkmənli,
Aşağı Gözəldərə, Baş Abran, Böyük Arıxvəli, Böyük Vedi,
Böyük Qarakilsə, Böyük Qaragün, Böyük Keyti, Böyük
Kəpənək, Böyük məzrə, Böyük Şiştəpə, Böyük Şöllü-Dəmirçi,
Böyük Şəhriyar, Böyük Camışlı, Böyük Gilanlar kəndi, Yeni
Bəyazid, Yuxarı Adyaman, Yuxarı Aylanlı, Yuxarı Ağbaş,
Yuxarı Ağdan, Yuxarı Ağcaqala, Yuxarı Qanlıca, Yuxarı
Qaraqoymaz, Yuxarı Qarxun, Yuxarı Quylasar (Kuylasar),
Yuxarı Kürdkənd, Yuxarı Necili, Yuxarı Pirtikən, Kiçik
Arıxvəli, Kiçik Qarakilsə, Kiçik Keti, Kiçik Kəpənək, Kiçik
Mirzə, Kiçik Şiştəpə, Kiçik Şorlu Dəmirçi, Kiçik Şəhriyar,
Kiçik Gilanlar.
111
Tədqiqat quruluşca çoxkomponentli olan etnotoponimlər
əsasında aparıldıqda da oxşar nəticələr alınır. Daha doğrusu
yuxarıdakı nümunələrdən qurluşca çoxkomponentli olan
etnotoponimləri ayırsaq görərik ki, bu toponimlər ümumi
mənzərədən kənara çıxmır. Yenə də yuxarı, aşağı, böyük, kiçik
komponentlərinin işlənməsinin şahidi oluruq. Bu da təbiidir.
Çünki bütün hallarda söhbət yer adlarından gedir. Istiqamət,
ölçü bildirən sözlər belə yer adlarının bir-birindən ayrılması,
fərqləndirilməsi üçün istifadə edilmişdir.
Maraqlıdır ki, Ermənistan ərazisində bir komponenti Mol-
la və ya Hacı sözləri olan toponimlər də az deyildir. Məsələn,
Molla Bayazet, Molla Bədəl, Molla Dursun, Molla Eyyublu,
Molla Musa, Molla Göyçə və s.
Tərkibində Hacı komponenti olan toponimlər də müəyyən
çəkiyə malikdir. Məsələn, Hacı Bayram, Hacı Qara, Hacı Qara,
Hacı Muğan, Hacı Nəzər, Hacı Xəlil və s. Təbii ki, bu
komponentlər etnotoponimlərin tərkibində işlənmir. Çünki hacı,
molla komponentləri konkret fərdlərlə bağlı işlədilir.
Etnotoponimlər isə fərdə deyil etnosa aiddir və daha ümumi
məzmun kəsb edir. Beləliklə, etnotoponimlər və etnotoponim
olmayan toponimlərdə bir fərq özünü göstərir. Etnotoponim
olmayan toponimlərin müəyyən qismi konkret fərdlə bağlı
informasiya əsasında da yarana bilirsə, etnotoponimlər belə
konkretləşmiş informasiya daşımır.
Tərkibində hacı, molla komponentləri olan toponimlər söz
birləşməsi şəklindədir. Mürəkkəb toponimləri təhlil edərkən,
tərkibində yuxarıda qeyd olunmuş sözlərin işləndiyi
toponimlərin qeydə alınması faktı ilə üzləşmişdik.
Ermənistan ərazisindəki türk mənşəli toponimlərin bir his-
səsi relyefin xüsusiyyətlərini özündə ifadə edir. Məsələn, Alaçıq
qaya, Boz yoxuş, Qızıl təpə, Kaha binası, Keçəl təpə, Kişmiş
bulaq və s.
Axund Bzovan, Vəli Ağalı, Qızıl Teymur, Nəcəfli binası,
Polad Ayrım, Türk Qarakilsəsi, Şorlu Mehmandar, Heydər bəy,
Dostları ilə paylaş: |