Azərbaycan döVLƏt turizm agentliYİ azərbaycan turizm və menecment universiteti


Nəticə ------------------------------------------------------------------------------------------33



Yüklə 284,97 Kb.
səhifə2/10
tarix29.04.2022
ölçüsü284,97 Kb.
#86134
1   2   3   4   5   6   7   8   9   10
bankin likvidiliyi və onun idarə olunması metodları

5. Nəticə ------------------------------------------------------------------------------------------33

6. Ədəbiyyat siyahısı----------------------------------------------------------------------------35



Giriş

Likvidlik, qiymətli kağızların və yaxud daşınmaz əmlakın nağd vəsaitə çevrilə bilmə asanlığı olaraq nəzərdə tutulur.

Likvidlik – banka məxsus olan balans və balansarxası öhdəlikləri yerinə yetirmək, cəlb olunmuş vəsait mənbələri üzrə baş vermiş və ya effektiv şəkildə gözlənilən dəyişiklikləri tənzimləmək, eləcə də əlavə xərclər etmədən aktivlərin planlaşdırılmış cəhətdən artımını maliyyələşdirmək qabiliyyətidir. Likvidlik, maliyyə öhdəliyini yerinə yetirmək üçün dərhal reaksiya vermək qabiliyyətidir. Likvidlik dərəcəsi şirkətin pul vəsaitləri ilə pul vəsaitinə tez bir zamanda çevrilə biləcək aktivlər arasındakı əlaqədən və ödənişləri gözləyən öhdəliklərin dərhal yerinə yetirilməsindən asılıdır. Likvidlik ilə investisiyalar bir-birinin əksi olan iki məfhumdur. Daha çox qazanc tələb olunarsa, daha çox investisiya qoyulmalı və bu, öhdəliklərin yerinə yetirilməməsi səbəbindən cəzalara yüksək faiz dərəcəsinə və ya digər zərər növlərinə səbəb ola biləcək daha az likvidlik dərəcəsinə yol aça bilər. Eyni zamanda hər bir bankın öz kreditorları, əmanətçiləri və digər müştəriləri qarşısında öhdəliklərini vaxtında və itki olmadan yerinə yetirmək qabiliyyətidir. Likvidlik (latın sözü – liguidity) termini sözün hərfi mənasında götürülsə, realizasiyanın, maddi dəyərlərin nağd pul vəsaitlərinə çevrilməsi prosesinin tezliyi, asanlığı deməkdir. Anlayışın meydana gəlməsi tarixini XIX əsrin sonlarına aid etsələr də, iqtisadçılar bu məsələ ilə bağlı marağı daha erkən ifadə etməyə başlamış və bu məhz bank konteksti ətrafında xatırlanmışdır. Etibarlı əsaslarla fəaliyyət göstərən bank öz fəaliyyətini müsbət istiqamətdə təmin etmək üçün daima ehtiyatları ilə onların istifadəsi arasında müəyyən mütənasibliyi qoruyub saxlamağa məcburdur.

Likvidlik bir şəxsin və ya şirkətin borclarını vaxtında ödəmək üçün kifayət qədər likvid aktivlərə malik olduğunu bildirir. Likvid aktivlər əhəmiyyətli miqdarda dəyər itirilmədən pula çevrilə biləcək pul və ya mal ola bilər.

Misal üçün, əgər bir nəfər bir ay ərzində kifayət qədər gəlir əldə etsə, hər bir fakturanı ödədikdən sonra başqa bir zəruri zərərə uğramadan, həmin şəxs likvidliyə nail olur.

Bir istehlakçı üçün likvidlik çatışmazlığı yüksək faiz dərəcəsi ilə borc götürmək, ehtimal olunan itkiyə malik bir mülk satışı və ya borclarını zamanında ödəməmək deməkdir.

Dünyadakı banklar, likvidlik menecmentinin zəifliyinə görə likvidlik böhranı ilə qarşılaşırlar. Hər bir əməliyyat və ya öhdəliyin bankın likvidliyinə təsirləri olduğundan, likvidlik risklərinin idarə edilməsi çox vacibdir. Likvidlik riski müəssisənin ümumi risk idarəetmə çərçivəsindəki ən mühüm elementlərdən birinə çevrilib. Bankın likvidlik sxemi qarşı-qarşıya gələcək hər cür stress hadisələrinə qarşı durmaq üçün kifayət qədər likvidliyi saxlamalıdır. Likvidlik riskinin idarə edilməsi sxeminin və likvidlik mövqeyinin daimi qiymətləndirilməsi bankın düzgün işləməsini təmin edəcək mühüm nəzarət tədbiridir.

Rusiya iqtisadi ədəbiyyatında yer almış ödəmə qabiliyyəti barəsində xatırlatmalar XIX əsrin ikinci yarısından etibarən müəyyən yer tutmuş və XX əsrin əvvəllərində isə “likvident” termini dövlət qurumlarının fəaliyyətinin təsiri zamanı bank miqyasında istifadə edilmişdir

Keçmiş SSRİ dövründə elm ilə təcrübə müvafiq ödəmə anlayışını xüsusi olaraq istehsalatın kapitalist metodu ilə bərabərləşdirir və onu sıx şəkildə böhran sarsıntıları, müflislik barədə təsəvvürlər ilə əlaqələndirirdi. Təbii olaraq bu planlı və tənzimlənən sosialist iqtisadiyyatının mövcud olduğu ölkədə mümkünsüz idi. Ödəmə və yaxud nağd pula çevrilə bilmə qabiliyyəti kapitalizmin hakim olduğu ölkələrdə müəssisələrin, şirkətlərin və ya bankların sahib olduqları aktivlərin əlaqəsi ilə müəyyən olunan, müvafiq təşkilatların öz öhdəliklərini və onlara qarşı irəli sürülmüş qanuni tələbləri vaxtında, fasiləsiz formada ödəmək ilə əlaqədar faktiki imkanı təmin edir.

Beləliklə, müvafiq anlayış, dəqiq desək likvidlik xüsusi olaraq təsərrüfat subyektlərinə məxsus olan aktivlərin keyfiyyət xarakteristikasına, reallaşma qabiliyyətinə aid edilirdi.

Müasir iqtisadi ədəbiyyatda həmin terminlər geniş tətbiq sahəsinə malik olub, iqtisadiyyatın demək olar bütün müxtəlif obyektlərini xarakterizə edir. Bunlar həm iqtisadi həyatın əmtəə, qiymətli kağız kimi konkret obyektlərinə, həm də milli iqtisadiyyatın müəssisə, bazar adlanan subyektlərinə aidiyyatı olan başqa anlayışlar ilə birgə, eyni zamanda iqtisadi subyektlərin müəssisə balansı, bank balansı və s. kimi fəaliyyət göstəricilərinin təyin edilməsi üçün istifadə olunur.

Maliyyə kateqoriyası kimi ödəmə, likvidlik, pula çevrilmə qabiliyyəti əvvəllər sərf edilmiş dəyəri vaxtlı-vaxtında geri vermək qabiliyyətidir.

Ödəmə qabiliyyətinin müddət, dəyər və risk kimi üç əsas xassəsini təsnif etmək mümkündür.

Vaxt, zaman ödəmə qabiliyyətinin mühüm meyarıdır. Belə ki, obyektin nağd vəsaitə çevrilməsi məqsədilə müddətin azlığı və yaxud çoxluğu həddindən artıq əhəmiyyətlidir. İnkişaf etmiş, eləcə də tutumlu bazarların malik olduqları sabit tələbatın varlığı realizasiya müddətlərini minimum etməyə imkan verir. İstənilən obyekt ilə dəyərin qorunması xüsusiyyəti ideal cəhətdən onun əldə olunma anı ilə müqayisədə hər hansı bir maliyyə itkisinə məruz qalmadan gerçəkləşmə imkanını nəzərdə tutur. Yəni, birinci olaraq avansı verilmiş dəyər obyektin realizasiyasından əldə edilən və ödəniş zamanı təqdim olunan dəyər ilə uzlaşma təşkil etməlidir. Problem odur ki, “malın ödəniş, pula çevrilmə qabiliyyəti” nəinki ona sərf olunan əmək istehsalının ictimai formada tanınmaya nail olmasından, həmçinin pulların dövriyyə vasitəsi olaraq öz dəyərini ən aşağı səviyyəli dəyər kimi özünü qoruma qabiliyyətindən asılı duruma qoyulmuşdur. Ödəmə, likvidlik qabiliyyətinin itirilməsi ilə bağlı olan risk obyektin nağd vəsaitə vaxtlı-vaxtında və eyni zamanda itkisiz çevrilməsi imkanının olmadığı an meydana çıxır.




Yüklə 284,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə