Azərbaycan döVLƏt turizm agentliYİ azərbaycan turizm və menecment universiteti


Likvidlik və likvidlik riski haqqında ümumi anlayışlar



Yüklə 284,97 Kb.
səhifə3/10
tarix29.04.2022
ölçüsü284,97 Kb.
#86134
1   2   3   4   5   6   7   8   9   10
bankin likvidiliyi və onun idarə olunması metodları

2. Likvidlik və likvidlik riski haqqında ümumi anlayışlar

Likvidlik – bankın balans və balansarxası öhdəliklərini (bundan sonra - öhdəliklər) yerinə yetirmək, cəlb olunmuş vəsait mənbələrində baş vermiş və/və ya gözlənilən dəyişiklikləri effektiv tənzimləmək, habelə əlavə xərclərə yol vermədən aktivlərin planlaşdırılmış artımını maliyyələşdirmək qabiliyyətidir.

Likvidlik riski – planlaşdırılmış və gözlənilməyən öhdəliklərin vaxtında və effektiv yerinə yetirilə bilməməsi, əlavə likvid vəsaitin əldə edilməsi, həmçinin bankın aktivlərinin minimal zərərlə dərhal satılması üzrə imkanların azalması riskidir.

Likvidliyin təhlil edilməsi üçün ödəniş müddətlərinin bölgüsü - ödəniş müddəti eyni dövrə düşən aktiv və öhdəliklərin bölgüsüdür.

Likvidlik «qəpi» - eyni ödəniş müddətinə aid olan aktiv və öhdəliklərin fərqidir. Aktivlərin məbləği öhdəliklərin məbləğindən çox və ya az olduqda müsbət və ya mənfi likvidlik «qəpi» yaranır.

Likvid aktiv və öhdəliklərin təsnifatı

Aktivin likvidlik göstəricisi, onun yüksək likvidli aktivə çevrilməsinə sərf edilən müddətə və bu zaman yarana bilən zərərə əsasən müəyyən edilir. Aktivlər aşağıdakı likvidlik kateqoriyaları üzrə təsnifləşdirilir:

Yüksək likvidli aktivlər – bu kateqoriyaya milli və sərbəst dönərli xarici valyutada olan nağd vəsaitlər, Azərbaycan hökuməti və Mərkəzi Bankı tərəfindən buraxılmış qiymətli kağızlar, Mərkəzi Bankın nəzdində Azərbaycan İpoteka Fondunun buraxdığı təmin edilmiş qiymətli kagızlar, Mərkəzi Bankda saxlanılan normadan artıq məcburi ehtiyatlar, Mərkəzi Bankda, habelə bütün yerli banklarda və yüksək reytinqə malik olan xarici banklarda olan müxbir hesablar, “overnayt” depozitləri aid edilir.

Orta likvlidli aktivlər – bu aktivlərə banklararası bazarın qısamüddətli maliyyə alətləri, yerli və xarici banklarda, digər maliyyə institutlarında yerləşdirilmiş depozitlər, bank metalları, yerli bankların, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (bundan sonra-İƏİT) ölkələrinin hökumətlərinin və mərkəzi banklarının buraxdıqları qiymətli kağızlar, habelə investisiya reytinqinə malik olan və repo əməliyyatları üzrə alınmış qiymətli kağızlar, müddəti 30 günədək olan kreditlər aid edilir.

Aşağı likvidli aktivlər - qısa müddət ərzində minimal zərərlə yüksək likvidli aktivə çevrilə bilməyən aktivlər aid edilir (orta likvidli aktivlərə aid edilən kreditlər istisna olmaqla verilmiş digər kreditlər, yüksək və orta likvidli aktivlərə aid edilən qiymətli kağızlar istisna olmaqla digər qiymətli kağızlar, əsas vəsaitlər, digər hüquqi şəxslərdə iştirak payı və s.).

Öhdəliklərin likvidlik göstəricisi öhdəliklərin yerinə yetirilmə ehtimalına, həmçinin öhdəliklərin sahibinin banka verilmiş vəsaitləri tələb etmək hüququna əsasən müəyyən edilir. Bank tərəfindən cəlb edilmiş vəsaitlərin geri tələb edilməsi ehtimalı və hüququ nə qədər çox olarsa, öhdəliklərin likvidlik göstəricisi də bir o qədər yüksək olur. Öhdəliklər aşağıdakı likvidlik kateqoriyaları üzrə təsnifləşdirilir:

Yüksək likvidli (cari) öhdəliklər - bu öhdəliklərə bankların müxbir hesabları və “overnayt” depozitləri də daxil olmaqla bütün cari hesablar; tələbli depozitlər, ödəniş müddəti 30 gün və ya bundan az olan müddətli öhdəliklər (o cümlədən, bankın buraxdığı qiymətli kağızlar), icra müddəti başa çatmış öhdəliklər, müqaviləyə əsasən vəsaitlərdən istifadəyə başlanması tarixinə məhdudiyyət qoyulmayan və geri çağırıla bilinməyən açılmış kredit xətləri aid edilir.

Mərkəzi Bankdan cəlb edilmiş borc vəsaitləri yüksək likvidli (cari) öhdəliklərə aid edilmir.

Müddəti başa çatmış öhdəliyin icrası bankdan tələb edilmədikdə və tərəflər arasında bağlanmış müqavilə şərtləri əsasında eyni müddətə uzadılmış hesab edildikdə, həmin öhdəlik yüksək likvid (cari) öhdəliklərə aid edilmir.

Orta likvidli öhdəliklər – bu öhdəliklərə müddəti 30 gündən 365 günədək olan müddətli öhdəliklər (o cümlədən, bankın buraxdığı qiymətli kağızlar), ödəniş müddəti bir ildən çox olan, lakin müqaviləyə əsasən kreditora həmin öhdəliyi vaxtından əvvəl tələb etmək hüququ verən borc öhdəlikləri aid edilir.

Aşağı likvidli öhdəliklər – bu öhdəliklərə müddəti 365 gündən çox olan öhdəliklər aiddir.

Likvidlik riski və likvidliyin idarə olunması üzrə bankdaxili siyasət və qaydalar

Bankın ümümi strategiyası nəzərə alınmaqla likvidliyin idarə olunması siyasətində bankın aktiv və öhdəliklərinin tərkibi, müddəti və idarə olunması metodları, maliyyələşdirilmə mənbələrinin müxtəlifliyi və sabitliyi, müxtəlif valyutalarda likvidliyin idarə olunmasına yanaşma, bank məhsullarının çeşidi, aktivlərin realizasiyasına dair fərziyyələr və s. öz əksini tapmalıdır.

Likvidliyin idarə olunması siyasətində bankın filial, törəmə struktur və törəmə banklarına, rəhbərlik tərəfindən müəyyən edilmiş limitlər çərçivəsində öz likvidliyini idarə etmək hüququ verilə bilər.

Hər bir bankda həyata keçirilən əməliyyatların xarakteri və mürəkkəbliyi nəzərə alınaraq likvidliyin idarə olunması üzrə bankdaxili qaydalar hazırlanmalıdır. Bu qaydalar bankın likvidlik riski yaradan fəaliyyətini və likvidliyin idarə olunması prosesini hərtərəfli tənzimləməli və bankın likvidlik siyasətinin həyata keçirilməsi zamanı rəhbər tutulmalıdır.

Bankdaxili qaydalarda likvidliyin idarə olunması üzrə bankın konsolidasiya edilmişlikvidlik mövqeyinə mərkəzləşdirilmiş nəzarəti həyata keçirən struktur bölmə və ya məsul şəxs müəyyən edilməli, onun səlahiyyətləri və tabeçiliyi, habelə hesabatların təqdim edilməsi prosedurları və bankın digər struktur bölmələri ilə əlaqələri müəyyən olunmalıdır.

Bankın likvidliyi


Yüklə 284,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə