“Xalq qəzeti”.-2012.-6 iyun.-N 123.-S.5.
Azərbaycan dövləti öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürütməklə beynəlxalq aləmdə
nüfuz qazanıb
Respublikamız öz dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik prinsiplərin inkiş afına xüsusi
önəm verən dövlət kimi Avropaya və dünya birliyinə sürətlə inteqrasiya etməyə baş ladı. Biz dünyanın qədim
və zəngin mədəniyyətinə malik ölkələrdən biri kimi, Avropa sivilizasiyasının tərkib hissəsi, demokratiya yolu
ilə inkişaf edən, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını prioritet vəzifə kimi qarşıya
qoyduq.
Müstəqilliyinin ilk illərindən dünyanın inkişaf etmiş ən nüfuzlu təşkilatları ilə sıx əməkdaşlıq quran dövlətimiz
bu gün həmin qurumların ən fəal üzvlərindəndir. Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü bütün
öhdəlikləri layiqincə yerinə yetirir və yalnız öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Ölkəmizdə
vətəndaş cəmiyyəti institutları müstəqil, sərbəst fəaliyyət göstərir, fikir plüralizmi, söz azadlığı və müstəqil
mətbuatın inkişafı üçün hər cür şərait yaradılımışdır. Təbii ki, bütün bunlar beynəlxalq aləmdə yüksək
dəyərləndirilir. İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin
qorunması, demokratik prinsiplərin inkişafı, habelə əhalinin həyat səviyyəsinin yüksəldilməsi Prezident İlham
Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir. Bu istiqamətdə reallaşdırılan tədbirlər ölkəmizin
beynəlxalq aləmdəki nüfuzunu daha da artırır, Avropa və dünya birliyinə inteqrasiyasını getdikcə sürətləndirir.
Azərbaycanda insan hüquq və azadlıqlarının əsaslı şəkildə müdafiəsinin, insanların öz fikirlərini sərbəst ifadə
etmələrinin təməli ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra qoyuldu.
1993-cü ildə ölüm hökmünün icrası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tam ləğv
olunmasını xüsusi qeyd etmək lazımdır. Ölüm hökmünün ləğvi ilə ulu öndər bir daha təsdiqlədi ki, Azərbaycanda
insanların hüquq və azadlıqlarının qorunması dövlətin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir.Bununla
yanaşı, ölkəmizin demokratik prinsiplərə sadiqliyi də beynəlxalq aləmdə öz təsdiqini tapdı. Çünki ölüm cəzasının
ləğv edilməsi nüfuzlu beynəlxalq təşkilatların, əsasən də Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında
müəyyənləşdirdiyi başlıca tələblərdən idi. Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair
Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı şəkildə əksini tapmışdır. Bu cəzanın
ləğvi, nüfuzlu qurumun insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin
əyani təzahürüdür. Ulu öndərin insan hüquq və azadlıqlarının qorunması istiqamətində ölkəmizdə həyata keçirdiyi
tədbirlər bu dəyərləri özündə yüksək səviyyədə əks etdirmişdir.
Bütün siyasi fəaliyyəti humanizm prinsiplərinə əsaslanan ümummilli lider Heydər Əliyev 1995-ci ildə
Azərbaycanda əfv və amnistiya institutunu təsis etdi. Ümumiyyətlə, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv
sərəncamı imzalandı. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib. Bunlardan 21325 nəfəri cəzasının
çəkilməmiş hissəsindən, 3 mindən çox şəxs isə bağışlanaraq cəzadan azad edilib.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş humanizm ənənələri bu gün də yüksək səviyyədə
davam etdirilir. Ulu öndərin yarımçıq qalmış ideyalarını layiqincə həyata keçirən Prezident İlham Əliyevin
humanizm prinsipləri, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi tədbirlər beynəlxalq
aləmdə yüksək dəyərləndirilir. Səhvindən səmimi peşmançılıq hissləri keçirən, dövlət başçısına bağışlanması ilə
bağlı müraciət edən və ictimai asayişə bütövlükdə təhlükə təşkil etməyən məhkumların bağışlanması insanların
dövlət başçısına olan inamını daha da artırıb. Artıq Azərbaycan humanizm prinsiplərinə sədaqətli olan demokratik
ölkə kimi beynəlxalq aləmdə nüfuz qazanıb. Tarixi şəxsiyyət Heydər Əliyevin humanist prinsiplərinin davam
etdirilməsi istiqamətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyevanın atdığı qətiyyətli addımlar da xüsusilə qeyd edilməlidir. M.
Əliyevanın təşəbbüsü ilə 2007-ci il mayın 8-də Milli Məclis "Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar qəbul etdi. Ulu öndərin anadan olmasının 84 illiyi ilə
əlaqədar amnistiya qərarından 9 min 877 məhkum bəhrələnmişdir. Mehriban xanım Əliyeva Azərbaycanda insan
hüquq və azadlıqlarının qorunması istiqamətində dövlətin həyata keçirdiyi siyasəti yüksək qiymətləndirərək
demişdir: "Hər bir amnistiya humanizm ideyasının qələbəsidir. İndi həyat hər şeydən üstündür. Hər bir insan layiqli
həyat sürmək hüququna malikdir və amnistiya aktını qəbul edərkən biz insanlara öz səhvlərini anlamaqda,
cəmiyyətə qayıtmaqda və düzgün yol seçməkdə kömək etmiş oluruq. Mərhəmət, bağışlama və rəhmlilik - ən yüksək
insani keyfiyyətlərdir".
Bütün bunlar Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji
siyasi kursun layiqincə davam etdirildiyini göstərir. Bir hüquq eksperti kimi qeyd etmək istərdim ki, Azərbaycanda
insan hüquq və azadlıqlarının müdafiəsi dövlətin daim diqqət mərkəzində saxladığı zəruri məsələlərdəndir. Bunu
dünyanın tanınmış ekspertləri də təsdiqləyirlər.
Müasir dövrdə hər bir müstəqil dövlətin nüfuzu və qüdrəti həm də onun xarici siyasət sahəsində qazandığı
nailiyyətlərlə ölçülür. Dövlətçiliyin, müstəqilliyin, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli
inteqrasiyanın təmin olunması, enerji asılılığının azaldılması, iqtisadi və geostrateji maraqların ödənməsi,
vətəndaşların firavan yaşayışının təmin olunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir.
Xarici siyasət və diplomatiya eyni zamanda hər bir dövlətin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə,
ümummilli problemlərinin həllinə yönəlir. Bu gün Azərbaycanın xarici siyasətinin prioritetləri Avropaya və
Avratlantik qurumlara inteqrasiyadır.
Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini dahi siyasət və dövlət xadimi Heydər Əliyev
müəyyənləşdirmişdir. O, 2000-ci il dekabrın 29-da yeni əsr və üçüncü minilliyin başlaması münasibəti ilə
Azərbaycan xalqına müraciətində vurğulamışdır: "Azərbaycanın xarici siyasəti dünyanın bütün dövlətləri ilə
bərabər hüquqlu surətdə faydalı əlaqələr qurmaq, inkişaf etdirmək, bu əlaqələrdən həm Azərbaycan Respublikasının
beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini
inkişaf etdirmək üçün səmərəli istifadə etmək məqsədini daşıyır... Azərbaycan dövlətinin xarici siyasətinin başlıca
prinsipləri beynəlxalq hüquq normaları ilə tənzimlənən dövlətlərarası münasibətlərə hörmət etməkdən, bütün
dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşmaqdan, bütün mübahisəli məsələləri sülh və danışıqlar yolu ilə həll
etməkdən, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaratmaqdan, dövlətlərarası əlaqələrə mane
olan hər cür məhdudiyyətləri aradan qaldırmaqdan ibarətdir".
Hazırda regionun geosiyasi mühitinin formalaşmasında Azərbaycanın oynadığı fəal rol ümummilli lider Heydər
Əliyevin ifadə etdiyi xarici siyasət prinsiplərinin konstruktiv və müasir tarixi şəraitə tam uyğun olduğunu
təsdiqləyir. Möhtərəm Prezidentimiz İlham Əliyevin düzgün müəyyənləşdirdiyi siyasi strategiya nəticəsində bu gün
region ilə bağlı heç bir beynəlxalq layihə Azərbaycanın iştirakı olmadan reallaşdırıla bilmir və bilməz. Dünyanın
enerji təhlükəsizliyi sisteminin formalaşdırılması ilə bağlı bütün proqram və layihələrdə Azərbaycan əsas
iştirakçılardan biri kimi nəzərdə tutulur. Hətta bu layihələrin Azərbaycanın iradəsi olmadan baş tutmayacağı hamıya
məlumdur.
Müstəqilliyimizin 20-ci ili ərəfəsində Azərbaycanın BMT kimi çox nüfuzlu bir qurumun Təhlükəsizlik Şurasına
üzv olması və bu ilin may ayından Təhlükəsizlik Şurasına sədrlik etməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun
yüksək səviyyədə artmasını təsdiqləyən faktdır. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv
seçkilərində 155 dövlətin dəstəyini qazanması çox böyük etimad idi. Bu, Azərbaycanın dünya birliyində qazandığı
inamın nəticəsi idi. Buna qədər isə dünyanın mötəbər qurumlarının öz tədbirlərini Azərbaycanda keçirmələri də
ölkəmizə olan etimadın bariz nümunəsi idi.
Bu günlərdə başa çatmış "Eurovision-2012" mahnı müsabiqəsinin Azərbaycanda çox yüksək səviyyədə
keçirilməsi bir daha təsdiqlədi ki, ölkəmiz yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsində hətta inkişaf etmiş
dövlətlərə də nümunə göstərdi. Təbii ki, bütün bu uğurların qazanılması cəmi 20 illik müstəqillik tarixi olan bir
dövlət üçün böyük tarixi qələbə hesab edilir. Ona görə də bizə düşmən olan qüvvələr hər vasitə ilə müxtəlif
təxribatlar törətməklə ölkədə çaxnaşma salmağa cəhd göstərir, yalan və böhtanla dolu olan hesabatlar hazırlayır,
beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinin qarşısını almaq üçün ən çirkin vasitələrə əl atırlar. Son vaxtlar
İran tərəfinin belə təxribatlar törədilməsində xüsusi fəallıq göstərməsi də başadüşüləndir. Görünür Azərbaycanın
sürətli inkişaf yoluna qədəm qoyması bu ölkənin maraqlarına uyğun deyilmiş. Milli Təhlükəsizlik Nazirliyi
əməkdaşlarının ayıq - sayıqlığı, peşəkarlığı və hadisələrə dəqiq yanaşmaları nəticəsində İran İslam
Resbublikasındakı bəzi dairələrin hazırladıqları terror aktlarının qarşısı vaxtında alınmış və onların bəd niyyətləri
ürəklərində qalmışdır. Xüsusilə də "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Milli Təhlükəsizlik Nazirliyi
əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində böyük bir terror qrupu ifşa olunaraq zərərsizləşdirilmiş,
həyata keçirilən antiterror əməliyyatları kütləvi insan qırğınına səbəb ola biləcək partlayışların və digər
terror-təxribat əməllərinin qarşısının vaxtında alınması ilə nəticələnmişdir.
Təhlükəli transmilli cinayətkar silahlı birləşmənin əsas məqsədlərindən biri "Eurovision-2012" mahnı
müsabiqəsi keçiriləcəyi zaman Bakı şəhərində ayrı-ayrı qruplar tərkibində terror-təxribat aksiyalarını törətmək,
kütləvi şəkildə adamların həlak olması məqsədilə partlayışlar və silahlı basqınlar təşkil etmək olmuşdur. Lakin Milli
Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş qabaqlayıcı antiterror tədbirləri, onların
peşəkarlığı və həyatları bahasına göstərdikləri şücaət kütləvi insan qırğınına səbəb ola biləcək partlayışların və
digər terror-təxribat əməllərinin qarşısının vaxtında və qətiyyətlə alınması ilə nəticələnmiş, Azərbaycanın sabit və
təhlükəsiz ölkə kimi nüfuzu qorunub saxlanılmışdır. Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır və
müstəqil siyasət yeridir. Heç bir dövlətin də ölkəmizin daxili işlərinə qarışmasına hüququ yoxdur. Beynəlxalq
hüququn norma və prinsipləri də bir dövlətin başqa bir dövlətin daxili işlərinə qarışmasını qadağan edir. Bu gün
Azərbaycanda hakimiyyət çox etibarlı əllərdədir. Bunu xalq da çox yaxşı bilir və ona görə də dövlət başçımız
İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin beynəlxalq aləmdəki mövqelərinin daha da möhkəmləndirilməsi
üçün bütün qüvvəsindən istifadə edir.
İsmayıl ZALOV,
hüquq eksperti