Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə27/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   23   24   25   26   27   28   29   30   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

58 


 

ÇAĞDAŞ TÜRK NƏSRİNDƏ KLASSİK AZƏRBAYCAN ƏDƏBİYYATI 

NÜMUNƏLƏRİ  

(Orxan Pamukun “M

ənim adım qırmızı” romanı əsasında) 

 

Arzu Vahid qızı Məmmədxanlı 

(AMEA / Az

ərbaycan) 

 

Az



ərbaycan ən qədim zamanlardan dünya mədəniyyətinin inkişafında özünə-

m

əxsus izlər buraxmışdır. Bu torpağın yetişdirdiyi alim, şair, mütəfəkkirlərin fəa-



liyy

əti  böyük  şöhrət  qazanmış,  yaratdıqları  əsərlər  dünya  kitabxanalarını  bəzəyib 

z

ənginləşdirmişdir.  Belə  sənətkarlardan biri də  XII  əsrdə  yazıb  yaratmış  Nizami 



G

əncəvidir. Onun lirikası yüksək sənətkarlığı, vətənpərvərliyi, insan taleyi haqqın-

da  humanist  düşüncələr ilə  seçilir.  Xüsusən məhəbbət  mövzusunun  Şərq  ədə-

biyyatında  geniş  yayılaraq,  ictimai-bəşəri ileallarla,  humanist  düşüncələrlə  zən-

ginl

əşməsində Nizami Gəncəvi yaradıcılığının mühüm rolu olmuşdur. Məhs onun 



yaradıcılığında  Şərq  ədəbiyyatında  ilk  dəfə  olaraq məhəbbət fəlsəfi mənada  şərh 

edilmiş,  nəcib məhəbbət  düşüncəsi humanizm və  insan  azadlığı  ilə  birləşmişdir. 

Bütün  yaradıcılığı  boyu  lirik  şerlər yazanNizami,  sonralar poemalarında  irəli 

sürdüyü müt

ərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə məhz şerlərdə ifadə etmişdir.  

Lakin Nizami G

əncəvidünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 

beş poemadan ibarət “Xəmsə” müəllifi kimi daxil olmuşdur. Şərqdə də, Qərbdə də 

onu tanıtdıran, şöhrətləndirən həmin poemalardır. Nizamidən sonra Azərbaycan və 

Yaxın  Şərq  xalqları  ədəbiyyatında  “Xəmsə”yə  cavab  yazmaq  geniş  bir  ənənəyə 

çev

rilmişdir. Belə ki, şairlər onun əsərlərinin geniş məzmunundanöz yaradıcılıqla-



rında dafaydalanmışlar. XIII əsrdən başlayaraq Nizaminin poemalarına 40-dan çox 

n

əzirə yazılmışdr. Onun “Xosrov və Şirin” poemasının təsiri ilə XII əsrdə naməlum 



birşəxs tərəfindən Azərbaycan ədəbiyyatında ana dilimizdə yazılmış ilk epik əsər 

sayılan “Dastani-Əhməd Hərami”, XIV əsrdə Arif Ərdəbilinin “Fərhadnamə”, Əs-

sar T

əbrizinin “Mehr və Müştəri” poemaları yazılmışdır. Nizaminin təsiri ilə Şər-



qinm

əşhur sənətkarı Əmir Xosrov Dəhləvi, XV əsrdə fars-tacik şairi Əbdürrəhman 

Cami, 

cığatay  şerinin  və  türk  xalqlarının  yaratdığı  müştərək  ədəbiyyatın  böyük 



ustadı  Əmir  Əlişir  Nəvai də  daxil olmaq üzrə,  bir  çox  şair“Xəmsə”  yaratmışdır. 

Bunların arasında orijinallığı ilə seçilən türk ədəbiyyatının böyük ustadı Füzulinin 

“Leyli v

ə Məcnun” poemasının adını xüsusi qururla çəkmək lazımdır.  

Yaxın və Orta Şərqədəbiyyatında yeni bir ədəbi məktəbin əsasını qoyan dahi 

Az

ərbaycan  şairi  və  mütəfəkkirinin  əsərləri sərhədləri  aşaraq  dünya  mədəniyyəti 



x

əzinəsi içərisində yer almış və bir çox dillərə tərcümə olunmuşdur.  

Nizami yaradıcılığından Şərq xalqlarının miniatür sənəti də bəhrələnmişdir. 

M

əlumdur ki, Şərq xalqlarının miniatür sənətiklassik Şərq poeziyası ilə sıx əlaqədə 



olmuşdur. Dünya ədəbiyyatının tanınmış şairlərindənFirdovsi və Nizaminin, Cami 

v

ə  Nəvainin,  Xosrov Dəhləvi və  klassik  şərq  poeziyasının  başqa  görkəmliustala-



rının ölməz əsərləri, rəssamların tükənməz ilham mənbəyi olmuş, onların sənətini 

qa

baqcıl,  humanist ideyalarla, əbədiyyət  qazanmış  füsünkar  obrazlarla  zənginləş-



dirmişdir.  

1537-ci ild

ə  şah  Təhmasib üçün xüsusi  hazırlanmış  Firdovsinin  “Şahna-

m

ə”si, Hafizin 1530-cu illərə aid “Divan”ı (L. Kartyenini kolleksiyası), Ə. Caminin 



1549-cu ild

ə “Silsilət əz zəhab”ı (Sankt-Peterburq, DKK) vəAzərbaycan miniatür 




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

59 


 

s

ənətinin incisi sayılanNizaminin “Xəmsə” poeması və s. çəkilmiş əlyazma nüsxə-



sinin miniatürl

əri (London, Briutaniya muzeyi) dünya muzeylərinin bəzəyidir.  

Klassik  Şərq  poeziyası  miniatür  sənətinin nəinki məzmununu və  ideya 

istiqam


ətini müəyyənləşdirmiş, eyni zamanda onun bədii forması və ifadə vasitə-

l

ərinin inkişafına  da  təsir göstərmişdir.  Bu  poeziyanın  rəngarəng obrazlar aləmi, 



şeriyyəti, ahəngi rəssamlara da poetik ilham verərək onların sənət əsərlərini bəzə-

mişdir. XVI əsrdə Soltan Məhəmməd tərəfindən Nizaminun “Xəmsə”sinin motiv-

l

əri əsasında çəkilmiş “”Şah ovu”, “Xosrovun Şirini çimərkən seyr etməsi”, “Bəh-



ram Gur şir ovunda”, “Məcnun səhrada” və s. kimi rəsmlərdə buna şahid oluruq.  

Ümumiyy


ətlə, incəsətin bütün sahələri aralarında bir bağlılıq var. “Ədəbiy-

yat b


əzən ilhamını ətraf mühitdən aldığı kimi, rəsim, memarlıq, heykəltəraşlıq və s. 

kimi inc


əsənət sahələri də öz ilhamını ədəbiyyatdanala bilir. Bəzən də, incəsənətin 

bu sah


ələri  canlı  obraz  kimi  bədii  əsərin mövzusuna çevrilir”  (1).  Ədəbiyyat 

tarixind


ə incəsənət adamlarına həsr olunmuş əsərləri də unutmamaq lazımdır.  

El

ə  təkcə  Nizami Gəncəvinin  yaradıcılığının  təsiri ilə  XX  əsrdə  Səməd 



Vurğunun  “Fərhad və  Şirin”  dramı,  Abdulla  Şaiqin  “Nüşabə” pyesi,  Qara Qara-

yevin “Yeddi göz

əl” baletini misal göstərmək olar. Nizaminin bədii obrazıöz ək-

siniM


əmməd Səid  Ordubadinin  “Qılınc  və  qələm”  poemasında,  Mehdi Hüseynin 

“Nizami” pyesind

ə  ehtiramla  yad  edilmişdir.  Azərbaycanın  xalq  rəssamı  Fuad 

Əbdürrəhmanovla birgəmemarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun 1949-cu 

ild

ə Bakının mərkəz küçələrindən birində ucaltdıqları Nizami heykəli və üzərində 



dağları  yaran  Fərhadın  və  at belində  Şirinin,  sevgililər  –  Leyli və  Məcnunun, 

hökümdar  Nüşabə  ilə  söhbət edən  Makedoniyalı  İsgəndərin,  əjdaha ilə  vuruşan 

B

əhramın,  bayquşların  söhbətinə  qulaq  asan  şahla  vəzirinin vəbaşqa  unudulmaz 



obrazların təsvirləri də insəcənətin müxtəlif sahələrindən olan xadimlərin Nizami 

irsin


ə göstərdikləri ehtiramın əlamətidir.  

Türk 


ədəbiyyatının  tanınmış  nümayəndəsi Orxan Pamukun “Mənim  adım 

qırmızı” romanı bu baxımdan xüsusilə diqqətələyiqdir. Çağdaş türk ədəbiyyatından 

b

əhs edərkən onun adını xatırlamamaq mümkü deyil. Yaradıcılığa başladığı 1970-



ci ill

ərdən bugünədək dünya ədəbiyyatına 9 roman bəxş edənOrxan Pamukun bədii 

n

əsri hər zaman diqqət mərkəzində olmuş, 2006-cı ildə aldığı Nobel mükafatı ilə 



ilk türk yazıçısı olaraq adını tarixə yazdırmışdır.  

Orxan Pamuk n

əsrində klassik Şərq ədəbiyyatı nümunələri geniş yer tutur. 

Şərq ab-havasının hiss edildiyi, təriqət ədəbiyyatı motivlərinin yer aldığı nümunə-

l

əri  çağdaş  Qərb  poetikası  ilə  birləşdirərəkdünya  ədəbiyyatı  səviyyəsinə  yüksəlt-



m

əsi yazıçının nailiyyəti hesab edilməlidir. O, milli mədəniyyətə olan bağlılığın-

ıbelə ifadə etmişdir: “Türkcə yazanlar, öncə, öz mədəniyyətlərinə güvənməlidirlər. 

tün dünyaya öz varlığını, mədəniyyətini sübut etmək lazımdır. Böyük əsərlərin 



dili bütün insanlar t

ərəfindən asan anlaşılır. Kulturoloji bir aləm var ki, sənin yaz-

dığını dəyərincə yaxşı anlayar. Mənim dediklərim bütün türk dünyasında yaşayıb-

yaradanlara da aiddir” (2).  

Orta 

əsrlər müsəlman aləminin  söz sənətinitəriqət  ədəbiyyatı  olmadan 



t

əsəvvür etmək mümkün olmadığı kimi, Orxan Pamukun da nəsriniŞərq ədəbiyyatı 

nümun

ələri olmadan təsəvvür etmək çətindir. Şərq klassiklərinin yaradıcılığından 



nümun

ələrə ilk dəfə yazıçının 1990-cı ildə qələmə aldığı “Qara kitab” romanında 

rast g

əlirik.  Bu  əsəri ilə  o,  Fəridəddin  Əttarın  “Məntiq-üt teyr”,  Şeyx  Galibin 



“Hüsn v

ə Eşq”əsərlərindəki simvolizmi, Mövlana Cəlaləddin Rumi yaradıcılığın-




Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə