AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları
50
dilimiz
ə çevirmişdir. Mirtemir hər misranın, hər bəndin, hər şeirin
tərcüməsi üçün
saatlarla vaxt s
ərf edərdi. Özünə haqq qazandırıb belə deyərdi:
– Bu, el
ə-belə şair deyil, bala, Səməd Vurğundur. Nə onunla, nə də onun şe-
irl
əri ilə zarafat etmək olmaz. Oxucularımız onu ana dillərində oxuyanda qoy de-
m
əsinlər ki, böyük şairi kiçiltmişəm. Mirtemir Səməd Vurğunu bu cur ülvi bir mə-
h
əbbətlə sevirdi. Onun ölməz sənəti qarşısında səcdə edirdi" (11, s. 66-67).
Ədəbiyyatlarımız arasında oxşar cəhətlər çoxdur. Xalqlarımızın mənəvi yax-
ınlığı son dərəcə qüvvətlidir. Özbək yazıçı və şairləri Azərbaycan ədəbiyyatını ya-
xından izləyir, ona sonsuz maraq göstərirlər. Məsələn, gözəl istedad sahibi Mirte-
mirin yaradıcılığını izlədikcə adama elə gəlir ki, Özbəkistanda deyil, Azərbaycanda
ya
şayıb-yaradır. Onun respublikamızda onlarca ədib dostu vardır. Şairin poeziyası
il
ə tanış olduqdan sonra bir daha inanırsan ki, Mirtemir xalqımızın həyatına çox ya-
xından bələddir, ədəbiyyatımıza dərin məhəbbət bəsləyir. Xalqlarımızın ədəbi əla-
q
ələrinin möhkəmlənməsində Nərmurad Nərzullayevin də böyük xidmətləri vardır.
O, h
əm yaxşı şair, səmimi dost, həm də geniş ürək sahibi olan insandır. N. Nərzul-
layev Özb
əkistanda Azərbaycan ədəbiyyatının təbliğində çox xeyirxah fəaliyyət
göst
əribdir. Özbək ədiblərindən İbrahim Qafurov, Camal Kamal, Çərkəz Əli,
M
əmməd Əli də bu sahədə təqdirəlayiq və faydalı iş görürlər. Qardaş respublikada
ədəbiyyatımızın təbliğində böyük zəhməti olan Şərqiyyə Şıxəliyevanın adını
xüsusil
ə qeyd edə bilərik. O, özbək müəlliflərinin əsərlərinin Azərbaycan dilinə
s
ətri tərcüməsində ciddi əmək sərf edir (12).
Özb
ək ədəbiyyatının böyük tədqiqatçısı və tərcüməçisi Xəlil Rza Ulutürk
"Günd
əliy"indən bir yarpaq qoparıb "Turan çələngi"nin 110-cu səhifəsinə belə ya-
zıb: "Dünəndən bəri Daşkəndin yaxınlığında Dorman qəsəbəsində, yaradıcılıq
evind
əyəm. Şair qardaşımız Rəzzaq Əbdürrəşid ilə tanış oluram. Bu kişi Səməd
Vur
ğunun "Komsomol" poemasını, "Mən tələsmirəm", "Şair, nə tez qocaldın sən?"
şeirlərini, "Əgər səndən dönər isəm, nəsibəm ahu-zar olsun" qəzəlini özbək türkcə-
sin
ə uyğunlaşdırmış şairdir". Professor, filologiya elmləri doktoru, məşhur özbək
ədəbiyyatşünas alimi Ləziz Kəyumovun qeydlərindəndir: "1978-ci il idi. Gənc nəs-
lin nümay
əndəsi Rəzzaq Əbdürrəşidovun tərcüməsində Səməd Vurğunun yeni bir
kita
bı özbək dilində çapdan çıxmışdır” (10). Professor Naim Qaibov yazır ki, “Rəz-
zaq Əbdürrəşid Daşkənddə əbədiyyatımızın cəfakeşlərindən biridir. Ötən il 1978-ci
ild
ə özbək oxucuları onun tərcüməsində Səməd Vurğunun "Seçilmiş əsərləri"ni bö-
yük maraqla qar
şılamışlar” (14). Xəlil Rza "Turan çələngi"ndə Rəzzaq Əbdürrəşi-
din "Şeirə dönmüş ürək" adlı sənədli radiopyesini (böyük Azərbaycan şairi Səməd
Vur
ğun haqqındadır) – tərcümə edərək oxuculara çatdırır (6, s. 140-158). Bu radi-
opyesd
əki hadisələr Səməd, Mehdi, Nənə, Leyla, qadın, Aşıq Şəmşir və təbib ob-
razla
rının dili ilə söylənir. Əsərdə Səmədin şanlı-şöhrətli, uca göylərə yayılan sora-
ğından danışılır. Xəstəliyi ilə mübarizəsi, qardaşı Mehdixanın onu yoxlamağa gəl-
m
əsi, Səmədin onun vasitəsilə kənddən-kəsəkdən, eldən-obadan xəbər tutması, xə-
yal
ən gənclik illərinə dönərək sevdalı günlərindən söhbət açması, nənəsi ilə dərd-
l
əşməsi, Dədə Şəmşirlə görüşü, saz tutub-söz qoşması radiopyesin süjet xəttini
t
əşkli edir. Bütün bu söhbətlər, görüşlərarası yeri gələn məqamlarda müəllifin həm
d
ə Səməd Vurğun şeirlərindən istifadə etməsi əsəri dolğunlaşdırır, poetikləşdirir,
dinl
əyiciyə xoş ovqat bəxş edir. Burada bəzən Molla Pənah Vaqifin, Dədə Şəmşi-
rin,
Aşıq Ələsgərin də şeirlərindən istifadə olunmuşdur. Əsərin ümumi məzmunun-
dan ay
dın olur ki, müəllif – Rəzzaq Əbdürrəşid Azərbaycan ədəbiyyatını, onun
AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları
51
görk
əmli nümayəndələrini və onların yaradıcılıqlarını, həyat və fəaliyyətini, el
deyiml
ərini, təbiətini, insanlarının xarakterini gözəl bilir və bütün bunları Səməd
şəxsiyyətinə, Səməd şeirinə məhəbbəti ilə cilalayaraq gözəl bir kompozisiya –
radiopyes yaratmışdır. Xəlil Rza isə həmin əsəri böyük şövqlə dilimizə tərcümə
ed
ərək «Turan çələngi»ndə nəşr etdirmişdir.
Muq
ımidən, Firqətdən başlamış Hüseyn Cavidə və Səməd Vurğuna qədər,
Nizamid
ən, Şekspirdən başlamış Puşkinə və Mayakovskiyə qədər özbək, rus, Azər-
baycan v
ə dünya ədəbiyyatının müxtəlif nümayəndələri haqqında yazdığı 300-dən
ar
tıq elmi məqalə Maqsud Şeyxzadəni qüdrətli alim, incə şeirşünas və ədəbiyyatşü-
nas alim kimi ta
nıtmışdır. Bu sırada Səməd Vurğunun "Zəncinin arzuları" poeması-
na münasib
əti də göstərə bilərik. Özbək alimi Möhsün Zakirov deyir: "...M. Şeyx-
zad
ənin bədii tərcümə sahəsindəki fəaliyyətinin özü ayrıca bir kitabxana təşkil edir
ki, bu meydanda da o, özün
əməxsus ədəbi məktəbin yaradıcısıdır." (6, s. 609). Şöh-
r
ətin "Yenə gəldim..." (tərcümə edəni Əhəd Muxtar) şeirində gerçək yaşantının po-
etikt ifad
əsi təcəssüm olunub. Gənclik illərinin xoş xatirələri-bəxtəvər, sevgili gün-
l
əri, qaragöz Bakı gözəlinə olan eşqi, sədaqəti Bakıya qonaq gələn lirik "mən"in
q
əlbini təlatümləndirir, coşdurur. Xoş duyğular, arzular xəyalında uzaq illərinə
uçur, ömrünün – h
əyatının ən şirin anlarına dolur və bütün bunları bir nəğmə öm-
ründ
ə tarixləşdirir, əbədiləşdirir. Onun şeiriyyət dili də yaşantıları qədər adama
əziz, doğmadır. Ustad Səməd Vurğunu o illərin boyunda bir daha xatırlayır –
S
əməd Vurğun o çağlarda coşub-daşırdı,
Yeni h
əyat quranlara şeir qoşurdu.
Kürsül
ərə sığışmırdı coşğun ilhamı,
Öz elin
ə, öz yurduna vurğun ilhamı. (6, s. 17)
G
əncliyinin dillər əzbəri şair Səməd Vurğunun olması onun "lirik mən"in
poetik al
əminə təsirsiz qala bilməzdi. Bu təsiri onun bədii ifadəliliyində, mövzu
r
əngarəngliyində, bədii-estetik baxışlarında, təbiətə məhəbbət duyğularında sezmə-
m
ək mümkün deyil. Şöhrətin "Səməd Vurğunla" (tərcümə edəni Əhəd Muxtar) şei-
ri "Ulduz" (15) jurna
lında dərc olunmuşdur. Şeirdə ustad sənətkara özbək şagirdi-
nin q
əlbindən, bağrından qopan ilahi poetik düşüncələr, ülvi məhəbbət əks olun-
muşdur.
Özb
ək şairi Nərmurad Nərzullayev yazır: "İndi biz böyük hörmət və məhəb-
b
ət əlaməti olaraq Həmzə ilə Sabirin, Cəfər Cabbarlı və Səməd Vurğunla Qafur
Qula
mın, Süleyman Rüstəmlə Aybəyin adını yanaşı çəkirik. Görkəmli alim və sə-
n
ətkarlarımızdan fəlsəfə elmləri doktoru, Özbəktstan EA akademiki Vahid Zahidov,
Özb
əkistanın xalq şairi Mirtemir, SSRİ xalq artisti Həlimə Nəsirova və başqalarının
şöhrət yolu bilavasitə Bakıdan başlanır. Onların hamısı burada təhsil almış və respu-
bilka
mıza qayıtmışlar" (12). Nərmurad Nərzullayevin şair dostu Cabir Novruza həsr
etdiyi "G
əzirəm qoynunda" (tərcümə Əhəd Muxtarındır) şeirində (1,s.74) şərq şeiriy-
y
ətinin nəfəsi, ahəngi duyulur. Şairin poetik obrazı gözəl Bakı, Azərbaycanın füsun-
kar t
əbiəti, tarixi şəxsiyyətləri – Nəvai, Nəsimi və Səməd Vurğundur.
Şöhrəti əbədi, eşqi əzəli,
N
əfəsi günəşli yazı andırır.
Füzuli babanın odlu qəzəli.
Yen
ə ürəkləri qanadlandırır.