Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   39   40   41   42   43   44   45   46   ...   70

Onun vəfat tarixi haqqında dedilər:  
Heyf Seyid ġərif Baqi, Heyf.»
439
 
 
Bu  zəif  bəndə  (Əbdi  bəy)  həftənin  altıncı    günü,  Ģəvval  ayının  20-də  (10 
may  1566)  əlahəzrətin  xassə  əmlakının  vergisinin  haqq-hesabını  aparmaq 
mənsəbindən çıxarıldı. DərviĢlikdə əziz oldu. 
 
ŞER 
 
«Qayğısız dövran məni 
20 Ģəvvalda vəzifədən çıxardı. 
Əgər istəyirsən tarixini biləsən, 
Yadına həmin «iĢrin»   (20) və «Ģəvval»ı sal».
440 
 
Bu  ildə  Abdulla  xan  Ustaclunun  oğlu  Əmir  həmzə  bəy  Ģahzadə  sultan 
Mahmud  mirzə  ilə  birlikdə  ġirvandan  [Qəzvinə]  ali  dərgaha  gəldi.  ġirvan  əyaləti 
Ərəc bəy Rumluya verildi. 
Yuxarıda  adı  çəkilən  Ģahzadənin  lələliyi  üçün  Allahqulu  bəy  Əlcik  oğlu 
Ustacluya  müraciət  edildi.  Abdulla  xanın  qoĢununa  vacib  olan  [komandanlığın]  
təyini təxirə salındı. 
Həmçinin  bu  ildə  osmanlı  sultanı  Sultan  Süleyman  Xandigar  vəfat  etdi. 
Sultan Səlim onun yerinə [taxta]   oturdu. 
 
ŞER 
 
«Süleyman [deyə] xitab edilən Osman
441
 nəsəbli,  
Əbubəkr
442 
sifətli
443
 səbəblər,  
Yəni ki, Səlim ibn Süleyman Ģah oldu.  
Cülusunun tarixi «Ömər ibn Xəttab»
444
 dır.
445 
 
Bu  ildə  Seyid  Abdulla  Mazandaraninin  qızını  xoĢbəxt,  dünyanı  qoruyan 
Əbülqalib  sultan  Məhəmməd  mirzə  üçün  alıb,  Qəzvində  təmtəraqlı  toy  etdilər. 
Toydan sonra ġahqulu bəy Yəkan ÇavuĢlu Ustaclunu o cənabın lələsi edib, Herata 
göndərdilər. 
Həftənin dördüncü günü, cümadiəl-əvvəl [ayının] 1-də (14 noyabr 1566) bu 
bəndə (Əbdi bəy) Qəzvindən  köçüb,  məzkur ayın 5-də (18 noyabr 1566) düĢənbə 
[günü]  darül-irĢad  Ərdəbilə  gəldi  və  Musəvi,  Hüseyni  ali-səfəviyyənin  Ģərəfli, 
müqəddəs, nurlu, ətirli, pak məqbərəsində güĢəniĢin oldu. 
Rəcəb [ayının] 1-də (12 yanvar 1567) bəndənin ailəsi və övladları da gəlib 
çatdılar. Ərdəbil məqbərəsində - Allah orada yatanlara rəhmət eləsin - guĢə-NiĢin 
olub, yalqız həyat keçirdiyim üçün həyatımı bütünlüklə dini elmləri mütaliə etmək 


və  dəqiq  elmlərdən  bəhs  edən  əsərləri  [oxumağa]  sərf  etdim.  Əgər  bundan  sonra 
dünyəvi hadisələrin təsviri bu kitabda geniĢ olmasa, üzürlü hesab edin. 
Gizli qalmasın ki, dovĢan ilində (mart 1567-mart 1568) bəzi ayları 974, bəzi 
ayları isə (97) 5-ci ildə (19.VII.1566-25.VI.1568) Çuxursəd hakimi Həmzə sultan 
Qazağın oğlu, ali divan idarəsinə aid Ģah hökmlərinə möhür vuran ġahqulu sultan 
Ustaclu, sultan Süleymanın təziyəsində iĢtirak etmək və sultan Səlimin [cülusunu] 
təbrik  üçün  Ruma  gedib,  töhfə  və  hədiyyələr  apardılar.  Sultan  Səlim  ona  son 
dərəcə böyük hörmət göstərdi. Ziyafətlər verib, layiqincə insanlıq göstərdi. 
Lahican  Karkiyasından  Xanəhməd  qayda-qanunu  çox  pozduğuna  görə,  bu 
ildə dünyanın pənahı [ġah Təhmasibin] dərgahının yaxın və məhrəm adamlarından 
Qarınca  bəyin  oğlu  Kor  Həsən  qorçi  Hacı  Fəqihlu  Ustaclunu  ona  nəsihət  etmək 
üçün  Gilana  göndərdilər.  [O],  bacarıqlı  adam  olduğu  üçün  ona  necə  lazımsa, 
ürəyəyatan nəsihət edib, ali dərgaha qayıtdı. Ancaq məzkur xanın hakimiyyəti sona 
çatdığı üçün - ürəyiqa-raya vəz etməyin nə faydası - yenə lahıc əmirlərinin qüvvəsi 
ilə addımını düz yoldan kənara qoydu və əmrə əsasən Gilana getmiĢ, dərgaha çox 
yaxın olan Yulqulu bəy Ġymur Zülqədəri öldürdü. ġahlıq qəzəbi Xanəhmədə [tərəf] 
çevrildi.  Məsum  bəy  Səfəvi  və  oğlanları  Seyid  bəy  və  Sədrəddin  xanı,  bütün 
Zülqədər  əmirlərini  (M-267B)  və  Azərbaycan,  Ġraq,  Fars,  Kuhkiləvə  və  Kirman 
qoĢunundan  150  minə  qədər  atlı  və  piyada  ilə  Lahican  Gilanını  istila  etməyə 
göndərdilər. 
QıĢ  son  dərəcə  soyuq  oldu.  Xanəhməd  müqavimət  göstərə  bilmədi. 
Hökumətin  idarəsini  əmirlərə  tapĢırıb,  məhdud  adamla  ƏĢkuhun  Fərazkuhu 
dağında yerləĢən Səxtəsir kəndinə gedib gizləndi. Məzkur əmirlər o dağın ətrafına 
gəldilər.  Dağı  mühasirə  edib,  hamıya  Xanəhmədi  tutmağa  səy  göstərməyi 
tapĢırdılar. 
ġahzadə  sultan  Mahmud  mirzənin  lələsi  Allahqulu  bəy  Əlcik  oğlu  Xan 
[Əhmədin]  harada  olduğunu  bildikdə,  Ģahzadənin  mülazimi  olan  Hüsam  bəy  ibn 
Rüstəm  bəy  ibn  Bayram  bəy  Qaramanlunu  20-30  nəfərlə  həmin  dağdakı  qalaya 
göndərdi.  Özü  [onları]  o  dağın  ətəyinə  qədər  ötürdü.  Hüsam  bəygil  onlardan 
ayrılıb,  dağın  qalasına  gəldilər.  Xanəhmədin  olduğu  yerə  çatdıqda,  Hüsam  bəy   
yolun  tozundan  [istifadə      edib],  Xanəhməd  olan  yerə  daxil  oldu  və  düz  onun 
üstünə  gəldi.  Xanəhmədi,  xüsusi  adamlarını  və  onunla  birlikdə  olanları  tutub, 
Allahqulu  bəyin  yanına  gətirdi.  Əmirlərlə  birlikdə  məzkur  Xan  [Əhmədi]  ələ 
keçirdikləri vəziyyətdə dünyanın pənahı [ġah   Təhmasibin]   dərgahına   apardılar. 
Hüsam  bəy  bu  igidliyinə  görə  əmirlik  rütbəsi  aldı.  Təbil  və  bayraq  verib,  
Qaramanlu elinin əyalətini ona tapĢırdılar.  Lahıc zalımlarını  dəf  edib   Biyəh-pəs 
Gilanının  (hakimliyini)  əlahəzrətin  bacısı    XanıĢ    xanımın    nəvəsi  olan  CəmĢid   
xan  ibn  sultan  Mahmud  ibn  Əmirə  Dubasa  verdilər.  Biyəh-piĢ  Gilanı  ali  divanın 
dairəsinə daxil oldu. 
 
RÜBAİ 


 
«Allah türkləri dəstədən dəf etdiyi üçün
Lahicandakı zalımların hamısı dəf oldu. 
ġah fəna qılıncı ilə hamını dəf etdi
Zalımların yoxolma tarixi «Zələmə»
447
   (zalımlar)  oldu». 
 
Həmçinin  bu  günlərdə  Qəhqəhə  qalasında  (M-268a)  Sam  mirzə  və 
övladlarının  olduğu  mənzildə  Əlqasın  oğlanları:  Sultan  Əhməd  və  Sultan  Fərrux 
cəm olub söhbət edərkən təsadüfən  güclü zəlzələ oldu  və o  mənzil onların baĢına 
uçdu.  Hamısı  həlak  oldu.  Bu  bəndə  [Əbdi  bəy]  bu  qitəni  [onların]  tarixini  qeyd 
etmək üçün nəzmə çəkdi: 
 
ŞER 
 
«Dünyanın tarixinə Ģad kəklik qəhqəhə çəkdi, 
Saqinin əlinləki varlıq badəsi daimi deyil
Elə ki, dedim Samın halı necədir və tarixinə nə deyirsən? 
Cavabımda dedi: Dövləti-Təhmasib Ģəh baqi»
448
  
(ġah Təhmasibin dövləti əbədi olsun).
449
  
 
Bu  ildə  sədarəti  [idarə  etməkdə]  Ģərik  olan  Mir  Seyid  Əli  ġüĢtəri  və  Mir 
Məhəmməd  Yusif  o  vəzifədən  çıxarıldılar  və  Ģərik  olmaqdan  xilas  oldular.  O 
vəzifəyə  Qiyasəddin  Mir  Miran  ibn  Əmir  Müizəddin  Məhəmməd  Nəqib  Ġsfahani 
Mir Mirani keçdi. 
Balıq ili (mart 1568-mart 1569)- bəzi ayları 975, bəzi ayları isə [97]6-cı ildə 
(8.VII.1567-15.VI.1569)  Ruma  getmiĢ  ġahqulu  sultan  Ustaclu  dünyanın  pənahı    
[ġah    Təhmasibin]  dərgahına  geri  qayıtdı.  Az  bir  müddətdən  sonra  o,  Qəzvin 
ölkəsində «Allahın yanına qayıtdı» (yəni vəfat etdi). Vəzifəsi və vilayəti onun oğlu 
Məhəmmədi bəyə verildi. 
Məsum  bəy  Səfəvi  öz  iki  oğlu  -  biri  alimlər  zümrəsindən  olub,  Xanmirzə 
adı ilə  məĢhur olan Xanəhməd mirzə, digəri Xacəbəy adı ilə  məĢhur [olan] Xacə 
Nemət  və  onların  ailəsi,  keçmiĢ  Sədr  Mir  Məhəmməd  Yusif,  dəftərxana  darğası 
BəĢarət  bəy  (Əbdürrəhman  bəy  Mosullunun  oğlu)  və  digər  elm  xadimləri  ilə 
birlikdə  [xidmətdən]  azad  olundular  və  həccə  yola  düĢdülər.  Rum  ölkəsinə 
gəldikdə, Sultan Səlim onlara son dərəcə böyük hörmət göstərib himayə etdi. 
Həmin  ilin  axırında  nəvvabi-kamyab  [ġah  Təhmasib]  dünya  əhlinin 
Ģahzadəsi  Xədicə  sultan  xanımı  Biyəh-pəs  Gilanının  hakimi  CəmĢid  xana  [ərə] 
verdi. ġahzadənin lələsi olan (M-268b) Əmirxan Xaliqin nəvəsi Əmirxan Mosullu 
onu Gilana aparıb CəmĢid xana tapĢırdı. O ailədən Əmirxana nəzakət göstərildi və 
hədiyyələr verildi. Əmirxan ali dərgaha qayıdıb, icazəyə əsasən öz ölkəsinə getdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə