cu ildə (29.X.1231-17.X.1232) Xəta [ölkəsinə] yürüĢ etdi. 631-ci ildə (7.X.1233—
25.IX.1234) o ölkəni bütünlüklə iĢğal etdi və qoĢunu Ġrana gəldi.
Oktay qaan XarəzmĢah Sultan Cəlaləddin Mənkibornini
494
qovdu. Nəhayət,
pələng ilində (1241) cümadiəl-axır 639-cu ildə (11 dekabr 1241) vəfat etdi. Kuyuk
xan ibn Oktay 4 ildən sonra Aqavini ilə birləĢib at ilində (1254), 643-cü ilin rəbiül-
axır [ayında] (26.VIII - 23.IX. 1245) xanlıq taxtına oturdu. O, nəsari (xristian)
dinini qəbul etdi. Onun dövründə hakimiyyəti rahiblər qazandılar və müsəlmanlara
güc gəldilər. [Kuyuk xan] axırda vərəm xəstəliyinə tutuldu. Ab-havasını dəyiĢmək
üçün Səmərqəndə yönəldi. Bir həftədən [sonra] Xanbalıq
495
yolunun qabağında
644-cü ildə (19.V.1246 - 7.V.1247) öldü.
Mənku qaan
496
ibn (M-280b) Tuli ibn Çingiz xan əmisi oğlundan sonra
anasının tədbiri və o vaxqlar sülalənin baĢçısı olan Batu ibn Cucinin yardımı ilə
648-ci ilin rəbiül-əvvəl [ayında] (3.VI - 2.VII.1250) taxta oturdu. Oktayın bəzi
oğlanları və nəvələri ona qarĢı çıxdılar və məğlub oldular. Heç kimdə əks çıxmağa
qüvvə qalmadı. O, istiqlaliyyət qazandı. Cahangirlik fikrinə düĢüb, Qubilay [adlı]
bir qardaĢını ġərqə və Xəta ölkəsinə göndərdi. BaĢqa qardaĢı Hülakü xanı qərbə -
Ġran torpağına yola saldı. Onun Ġrandakı fəaliyyəti Elxanilərdən
497
bəhs edilərkən
qeyd olunmuĢdur.
Qubilay qaan Ģərq tərəfdə Cahangirliklə məĢğul idi. 653-cü ildə (10.II.1255-
29.I.1256) Mənku qaan BiktaĢ və QaĢtin adı ilə də məĢhur olan Maçinə yürüĢ
etdikdə Qubilay ordu ilə onunla birləĢdi və ölkələr tutmağa baĢladılar. Mənku qaan
655-ci ilin məhərrəm [ayında] (19.I - 17.II.1257) Duli Məsamək qalası altında
vəfat etdi. Ondan sonra moğollar arasında ixtilaf yarandı. [O] sülalənin adamları
bir neçə firqəyə (dəstəyə) ayrıldı.
Birinci firqə. Oktay qaanın övladları. Qeydu ibn QaĢin ibn Oktay qaan.
Oktayın ulusu içərisindən hakimiyyət baĢına keçdi. Ariq buka onunla idi, Axırda o
öz ulusunu toplamaq istədiyi üçün ondan ayrıldı. Üsyan edib, Bərəkə xanın
yardımı ilə Cığatay ulusunu toplayıb, öz adına hakimiyyət yaratdı. Qeydu ilə
Cığatayın nəvəsi Olğu arasında dəfələrlə vuruĢma oldu. Qeydu qalib gəldi.
Nəhayət, 700-cü ildə (16.IX. 1300-5.IX. 1301) Qubilayın nəvəsi Teymur
qaan onun üstünə 100 tümən
498
qoĢun göndərdi. O, həmin döyüĢdə yaralandı.
Bundan əlavə qulunc olmaq və qanlı ishala düĢmək onu öldürdü.
Cabbar xan ibn Qeydu vəliəhdlik qanununa görə 702-ci ilin rəcəb [ayında]
(19.II-20.III.1303) atasının yerini tutdu. Onunla Dəva xan ibn Buraq xan Cığatay
arasında (M-281a) düĢmənçilik yarandı. 705-ci ildə (24.VII.1305-12.VII.1306)
Səmərqəndlə Xocənd arasında hər iki tərəfin qoĢunu bir-birilə müharibə etdi.
Cabbar xanın qardaĢı Çərik Oğul əsir alındı. O, tamamilə zəiflədi. Bundan sonra
Teymur qaan və Dəva xanın qoĢunu onu araya alıb əl-ayaq açmağa qoymadılar.
Himayə istəməkdən baĢqa bir əlac olmadığına görə [onlara] pənah apardı. Köpək
ibn Dəva Baliqunu öldürən vaxt düĢməni Köpəkdən qaçarkən Baliqunun
mülazimləri tərəfindən öldürüldü. Ondan sonra Cığatay ulusu arasında Əli Sultan
ibn Ərkteymur ləqəbi aldı. Onun və ondan sonra sonrakıların əhvalatı Ġran
səltənətinin Cığatay xanları hakimiyyətindən [danıĢılarkən] yazılmıĢdır.
İkinci firqə. Mavəraünnəhr, Türküstan ətrafında hakimiyyəti idarə edən
Cığatay xanın Ģəcərəsidir.
Mavəraünnəhrdə hökuməti idarə edən Cığatay xan və onun nəsli haqqında
məlumat Kabil Ģah ibn Dürsinin hakimiyyətinə qədər Mavəraünnəhr sultanlarından
bəhs edilərkən göstərildi ki, Bəlx hadisəsində Əmir Hüseyn ibn Əmir Məsəlay ibn
Quzğun 771-ci ildə (5.VIII.1369 - 15.VII.1370) öldürüldü.
Tuğluq Timur xan Əbcək ibn Dəva xan Moqolustanın padĢahı idi.
499
761-ci
ildə (23.XI.1359 - 10.XI.1360) o, Mavəraünnəhrə qoĢun çəkdi. Ancaq bir Ģey əldə
edə bilməyib geri qayıtdı 765-ci ildə (10.X.1363 - 27.IX.1364) vəfat etdi.
Xızr Xacə xan ibn Tuğluq Timur xan ondan sonra Moqolustanın padĢahı
oldu. Onun dövründə Əmir Teymur (Teymurləng) dəfələrlə Moqolustana basqın
etdi. Xızr Xacə 802-ci ildə (3.IX.1399-21.VIII.1400) vəfat etdi. Oğlanları arasında
çəkiĢmə baĢlandı. ġamcahan ibn Xızr taxta oturdu. Az vaxtdan sonra rəhmətə
getdi. ġirməhəmməd xan ibn ġamcahan vali oldu.
821-ci ildə (8.II.1418 - 28.I.1419) Üveys xanın əlində öldü. NəqĢcahan ibn
ġamcahan hakimiyyət baĢına gəldi. Bir neçə gündən sonra Üveys xan ibn (M-
281b) ġirəli Sultan padĢah oldu. Ondan sonra Ġsənbuqa ibn Üveys xan taxta çıxdı.
QardaĢı Yunis onunla çəkiĢməyə baĢladı. Ġsənbuğanın müqavimət göstərməyə
qüvvəsi olmadığına görə Uluğ bəy mirzə Kürəkaninin yanına getdi. Uluğ bəylə
Əbdüllətif
500
arasında qovğa olduqda Ġsənbuğa fürsət tapıb Mavəraünnəhrin
sərhəddini Kəndi-Badama
501
qədər taladı. Əndicanın əhalisini əsir apardı. Yunis
xan ibn Üveys xan özünü Ġraqa (Əcəm Ġraqına) çatdırdı. Oradan ġiraza Ġbrahim
sultan Kürəkaninin yanına getdi. Ondan sonra Onun oğlu Mirzə Abdullanın
yanında oldu. 18 il qürbətdə baĢ dolandırdı. Sultan Əbusəid Kürəkani hakimiyyət
baĢına gələrək, Ġsənbuğanın məkanı Moqolustana qoĢun çəkdi və onu məğlub etdi.
Yunis xanı tələb edib, onu ölkələr tutmaq üçün lazım olan ləvazimatla
Moqolustanda hakimiyyət baĢına gətirdi. Onun qızı Qutluğ Nigar xanımı
502
öz oğlu
Ömər ġeyx üçün istədi. Məhəmməd Babur padĢah [ondan] dünyaya gəldi.
Sultan Mahmud xan ibn Yunis xan DaĢkənddə atasının yerinə keçərək
Haseki adı ilə tanındı. Axırda o, və Ələcə [adı ilə] məĢhur olan qardaĢı Əhməd xan
özbək ġeybə xanla olan müharibədə əsir düĢdülər. ġeybə xan onları buraxdı.
QardaĢlar Hacıtərxan tərəfə getdilər. Ələcə xan o ölkədə 2-3 il sərgərdanlıq
etdikdən sonra ġeybani xanın mərhəmət edəcəyi ümidi ilə yenə [onun yanına]
gəldi. Onun buyuruğuna əsasən öldürüldü.
RəĢid xan ibn Ələcə xan bir müddət KaĢğər və onun ətrafının valisi oldu.
971-ci ildə (21.VIII.1563 - 7.VIII.1564) vəfat etdi.
Sufi Sultan ibn RəĢid xan atasının yerini tutmuĢdur.
Mənsur xan ibn Səid xan Tufanın hakimidir. Üçüncü firqə. Çingiz xanın
böyük övladı Cuci xan və Cucinin nəsli.
Dostları ilə paylaş: |