Cuci xanın (M-282a) anası Borte Qucin
503
Qənqər padĢahının qızı idi. Ġlk
zamanlar Çingiz xanı ordusunu
504
talan edib, o arvadı əsir aparmıĢdılar; Geri
qayıdarkən yolda doğur. UĢağı bükməyə baĢqa Ģey olmadığından xəmirin içinə
qoyub Çingiz xanın yanına gətirirlər. (Ona) Cuci, yəni «yeni gəlmiĢ qonaq»
adı qoyurlar. Onunla qardaĢları arasında ikitirəlik baĢ verir. Onun soyuna (ana
tərəfdən nəslinə) tənə edirdilər. Çingiz xan Qıpçaq çölünü və Xarəzmi Uzaq
ġimala qədər ona vermiĢdi. O, Siçan ilinə (1227) (müvafiq) 624-cü ilin rəbiül-
əvvəl (ayında) (19.II - 20.III.1227) atasından 6 ay əvvəl vəfat etmiĢdir.
Ləqəbi Sayin olan Batu xan ibn Cuci xan
505
Oktay qaanın hökmünə əsasən
atasının yerini tutdu. O, böyük qardaĢları cərgəsindən olduğuna görə ona xanlıq
verməkdən müzayiqə etmədi. Batu 639-cu ildə (12.VII.1241 - 31. VI. 1242) iflic
xəstəliyinə tutulub 650-ci ildə (14.III.1252 - 2.III. 1253) Amol
506
çayı kənarında
vəfat etdi.
Mənku qaan Sərtaq ibn Batunu
507
atasının yerinə qoydu. O, yolda keçindi.
[Onun yerinə] Ulağçi ibn Batu
508
təyin olundu. O da həmin günlərdə vəfat etdi.
Bərkə xan ibn Cuci
509
səltənət taxtına oturub, islamı qəbul etdi. Onunla
Abaqa xan arasında vuruĢma oldu. Bərkə xan 30 min atlı ilə ġirvanın Kür çayı
kənarına gəldi. Burada çayı keçə bilməyib, getdi ki, Tiflisdən keçsin. 664-cü
(13.X.1265 - 1.X.1266) ildə qulunc xəstəliyindən keçindi.
510
Ondan sonra
hakimiyyət Cucinin övladlarına çatdı. [Onlar] iki tayfaya bölündülər:
Gög (Göy) orda tayfası - sağ tərəfdə olan Uruc, Bəsqa, Ukək Bacər,
Bulqar
511
və Qazan.
512
Əvvəlcə Tuqta xan ibn Qurbutuy ibn Uzəd ibn Cuci taxta
çıxdı. 702-ci (26.VIII.1302 – 14.VIII.1303) ilə müvafiq olan pələng ilində
(1303) onunla Noqay arasında (M-282b) Səqin və Bulqar ətrafında müharibə
oldu. O, qalib gəldi. Buna görə qürurlanıb, Qazan xanın yanına elçi göndərərək,
Azərbaycanı tələb etdikdə (aralarında) ədavət baĢ verdi. Toğrul ibn Tuqta
atasından sonra 17 il hakimiyyəti idarə etdi. 727-ci (27.XI.1326 - 16.XI.1327)
ildə vəfat etdi. Özbək ulusuna mənsub olan Özbək xan ibn Toğrul varis olaraq
hakimiyyət baĢına keçdi. 735-ci (1.IX.1334 - 20.VIII.1335) ildə Ġrana qarĢı yürüĢ
etdi, [73]6 (21.VIII.1335 – 9.VIII.1336)-cı ildə Kürün kənarına çatdı. Arpa xan
Xacə Qiyasəddin Məhəmməd RəĢidinin
513
tədbiri ilə yürüĢün qarĢısını aldı və
ona [Kür çayını] keçməyə imkan vermədi. Nəhayət, 30 illik hakimiyyətdən sonra
vəfat etdi.
Canibəy xan ibn Özbək xan
514
- Mövlana Sədəddin Təftəzani
515
756
(16.I.1355 - 4.I.1356)-cı ildə «ġərhi-müxtəsəri - təlxis»i (Təlxisin müxtəsər Ģərhi)
onun adına yazmıĢdır - 758 (25.XII.1356 - 13.XII.1357)-ci ildə Azərbaycana gəldi.
Çobani Məlik əĢrəfin zülmünü dəf etdi. Öz oğlu Berdi bəyi 50 min süvari ilə
Azərbaycanda qoyub [özü Qıpçaq] çölünə qayıtdı. Xəstələndi, onun əmirləri Berdi
bəyin ardınca adam göndərdilər. Elə ki, Berdi bəy gəldi, o yaxĢı oldu. Ondan sonra
Berdi bəy və Berdi bəyi gətirməyə bais olan Toğlupay Cani bəyi pəncĢənbə [günü]
3 Ģaban 758-ci ildə (22 iyul 1357) öldürdülər.
Berdi bəy ibn Canibəy xan özünün əksər qohumlarını məhv etdi. Özü də 3
ildən artıq yaĢamadı. Bu Ģöbə (nəsil, sülalə) onunla tamamlandı.
Mədəqmaq Ordumə tayfası. - Uluğdağ hüdudundan Qaratal və Lus
sərhəddinə qədər onlara mənsub idi.
Tudamnika ibn Nuqa ibn Tuli ibn Ordumə bir müddət dövləti idarə etdi.
Ondan sonra Sasi Buqa ibn Nuqa hökumət baĢına gəldi. 720 (12.II.1320 -
30.I.1321 )-ci ildə öldü. Ġrzən ibn Sasi Buqa atasından sonra padĢah oldu. 745-ci
ildə (M-283a) (15.II.1344 - 3.V.1345) vəfat etdi. Mübarək Xacə ibn Ġrzən 6 ay
hakimiyyətdə oldu və öldü. Cimay ibn Ġrzən
516
17 il hökuməti idarə etdi. Gög Orda
əmirləri onu hakimiyyətə həvəsləndirdilər, qəbul etmədi.
Urus xan ibn Cimay
517
istədi ki, hər iki ulusu zəbt etsin. Nəsli qıĢlaq
arasında hakim olan Yulxosa Oğlan onunla razılaĢmadı. Buna görə Urus xan onu
öldürdü. Yulxosanın oğlu ToxtamıĢ Əmir Teymura pənah apardı. Urus xan 9 illik
səltənətdən sonra 778 (21.II.1376 - 9.II.1377)-ci ildə vəfat etdi.
Toqta Qiya ibn Urus xan
518
2 ay hakimiyyəti idarə etdi və öldü.
Teymur Məlik ibn Urus xan
519
taxta çıxdı və sərxoĢluğa baĢladı. Axırda
Qaratalda 778-ci ildə (21.V.1376-9.V.1377) ToxtamıĢın əli ilə öldürüldü. ToxtamıĢ
xan ibn Yulxoca
520
Əmir Teymurun yardımı ilə padĢah oldu. 17 il hökm sürdü.
VaxtaĢırı vəfasızlıq edib, Əmir Teymur ilə vuruĢdu, məğlub oldu.
Üçüncü dəfə çıxılmaz vəziyyətə düĢüb, çöllərdə dolandı
521
Əmir Teymurun
vəfat etdiyi 807-ci (10.VII. 1404 - 28.VI.1405) il tarixinə müvafiq olaraq Lus
ətrafında vəfat etdi.
522
Quzzi xan Oğlan ibn Urus xan Əmir Teymurun Qıpçaq çölünə olan
axırıncı yürüĢündə onunla müttəfiq idi. ToxtamıĢ çıxılmaz vəziyyətə düĢdükdən
sonra Əmir Teymur Cuci ulusunun səltənətini ona verdi. 795-ci ildə (17.XI.1392-
5.XI.1393) onu Amol çayı kənarından [Qıpçaq] çölünə göndərdi.
Teymur Qutluğ xan ibn Teymur Məlik
523
ToxtamıĢla ədavətinə görə 779-cu
ildə (10.V.1377 - 29.IV.1378) Əmir Teymurun yanına gəlmiĢ, Qıpçaq çölünə olan
birinci yürüĢdə onunla müttəfiq olmuĢdur. 793-cu ildə (9.XI.1390 - 28.XI.1391)
ToxtamıĢın mağlubiyyətindən sonra Əmir Teymurun icazəsi ilə öz ulusuna gedib
taxta çıxdı. 802-ci ildə (3.IX.1399 - 21.VIII.1400) vəfat etdi.
ġadi bəy ondan sonra taxta oturdu.
524
811-ci ildə (27.V.1408 - 15.V.1409)
(M-283b) vəfat etdi.
Fulad (Polad) xan ibn ġadibəy xan
525
hakimiyyət baĢına gəldi və 813-cü ildə
(6.V.1410 - 24.IX.14P) vəfat etdi.
Teymur Sultan ibn Teymur Qutluğ xan
526
padĢah oldu. 814-cü ildə
(25.IV.1411 – 12.IV.1412) Cəlaləddin Sultan ibn ToxtamıĢ ona qarĢı çıxdı.
Teymur Sultan Cəlaləddin tərəfindən məğlub olub, Xarəzmə gəldi. Xarəzmin
mühasirəsi ilə məĢğul olan Özbək əmirlərindən Qazan xanın əli ilə öldürüldü.
Cəlaləddin Sultan ibn ToxtamıĢ xan
527
ondan sonra padĢah oldu. QardaĢları
Kərimberdi,
528
Köpək xan,
529
Cabbarberdi
530
Məhəmməd xan
531
və digər «oğlanları
Dostları ilə paylaş: |