Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə57/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   53   54   55   56   57   58   59   60   ...   67

Fəlsəfi Diskurs
 
 
 
- 175 -
Allah özünü insanlara yaratdığı əksliklər dünyasında (cütlər dünyasın-
da – siziqiya) – yer-göy, gecə-gündüz, kişi-qadın və s. – tanıdır. Adəm və 
Həvva Onun yaratdıqları içərisində sonuncu cütlükdür. Bu yaradılışın sonu, 
yəni kainatın sonu əvvələ qayıdışla, yəni onun (kainatın) katarsisi və ləğvi 
ilə başa çatacaqdır. Bu prosesdə başqa yaradılanların – dağların, mələklərin 
götürə bilmədikləri yükü – Allahın yaratdıqlqlarının dərkindən, o cümlədən 
özünüdərkdən keçən və Allahın dərkinə aparan idrak yükünü daşıyan insa-
nın fövqəladə layiqli yeri vardır.  
Eşq olsun şüursuzluqdan bəhrələnən (affektlər şəklində) şüura! 
“Tout sla est bien – mais il faut cultiver notre jardin. ” – frans. 
E M P İ R İ K A 
Nəzəri elm olan fəlsəfədən fərqli olaraq, həm də empirik elm olan psi-
xologiya konkret faktlarla iş görür və fəlsəfənin nəzərdə tutduğu yuxarı sə-
viyyəli və ləngərli düşüncələrini bu faktlara söykənərək qurur. Həyatda olan 
hadisələrə, faktlara müraciət etsək görərik ki, nəzəriyyədən fərqli olaraq, hə-
yatda şüurlu ilə şüursuzu sərhədləmək elə də asan deyil (çünki onlar bir-biri-
ni tamamlamış, bir-birinə çulğalaşmış  şəkildə baş verir). Məsələn, maşının 
əyləcini basmaq və tutaq ki, maşının nömrəsini dəyişmək. Bunlardan hansı 
şüurlu, hansı  şüursuz hadisədir? Sanki düşüncənin yüksək səviyyəsinə  və 
ləngərli vəziyyətinə ehtiyac qalmır – cavab məlumdur: ani olduğu üçün əy-
ləci basmaq şüursuz hadisə kimi baxıla bilər. Ikinci misalda isə sanki nə qə-
dər axtarsan da şüursuzluq elementi tapa bilməzsən.  İnsan  şüurlu surətdə 
maşınının nömrəsini dəyişir. Lakin dərin qatlarda psixoloji durumlar yanaş-
masından aparılan təhlillər burada da qeyri-şüurinin olduğunu aşkara çıxarır. 
Belə ki, baş verən hadisənin hamı  tərəfindən sənin kimi başa düşülməsini 
güman etmək, yəni hamını özün kimi şüurlu hesab etmək – doğurdan da 
şüursuzluqdur. 
Və yaxud başqa bir misal.  
Əgər indi mən bu sətirləri yazarkən məndən asılı olmadan yüz dəfə 
beynimdə peyda olan məşhur bir misranı bura yazsam, bu, şüurlu hadisə 
olar, yoxsa şüursuz? Sual belə də qoyula bilər: Beynimdə məndən asılı ol-
madan dolaşan misranı yazmaq məni daha çox ifadə edər, yoxsa yazma-
maq? Qalxaq düşüncənin yaxarı  səviyyəsinə  və başlayaq ləngər vurmağa: 


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 176 -
Əlbəttə ki, şüursuzluqla şüurun qarşılıqlı təsiri haqqında Yunqun fikirlərini 
yazdığım məqamda bu misranın beynimdən dəfələrlə (və ya bir dəfə - bunun 
fərqi yoxdur) keçməsi, şübhəsiz, şüursuz hadisədir. Lakin əgər mən bu mis-
ranı bura yazsam, burada iki hal olar: 1. Yazmağım olar şüurlu hadisə, çünki 
mən artıq bu haqda kifayət qədər düşündüm; 2. Mən tərəfdən atılan addım 
kimi olar şüursuzluğa klassik nümunə. 
Mən də şüursuzluq haqqında balladanı şüurun mədhi ilə bitirən adam 
kimi bunu etmirəm. 
Yunqun fikirlərinə həsr olunmuş bu yazını yenə də Yunqun sözləri ilə 
bitirmək istəyirəm: “Mənim həyatım  şüursuzluğun özünürealizasiyası tari-
xindən ibarətdir. Şüursuzluqda olan hər bir şey realizasiyaya can atır və özü-
nü tam vahid hiss edən insan öz şüursuz mənbələrindən bəhrələnmək istə-
yir.” Öz şüursuz mənbələrindən bəhrələnən dahi Yunq: - “Mən gördüm ki, 
bütün fikirlərim günəş ətrafında fırlanan planetlər kimi Allah ətrafında fırla-
nır və qarşısıalınmaz güclə Ona can atır. Mən hiss edirdim ki, bu gücə qarşı 
hər hansı bir müqavimət göstərsəm, böyük günah etmiş olaram” – yazır.  
Həyatın çətin sınaqlarında yaşadığın o hiss ki, Allah səninlədir – bu 
yolların əzabını azaldır. Yunq demişkən: “Əgər insan Allahın iradəsini yeri-
nə yetirirsə, o, əmin ola bilər ki, düz yoldadır. Ancaq ALLAHIN iradəsinə 
tabe olanlar onun mərhəmətinə nail olurlar”. Eşq olsun Allaha! 
Beynimdə dolaşan misranı yazıram: “Yenə o bağ olaydı...” – bunu 
yazmaq yaxşı düşünülməmiş, ancaq daha incə addımdır. 
Eşq olsun Allaha!  
Je vous donne! (fr. ) 
 
Bunlardan başqa, Ləman Xəlilovanın, Eldar Əmirovun və  Şölət 
Zeynalovun
 
cavabları da diqqəti cəlb edir və  fəlsəfi seminarda müzakirə 
olunacaq.  
 
Kant sual verir: “Maarifçilik nədir?"  
 
Münsiflər yerlərə görə bölgü aparmadan üç cavabı xüsusi qeyd etdilər. 
  


Fəlsəfi Diskurs
 
 
 
- 177 -
– Sahil Şirinov: 
 Maarifçilik  öyrənərək öyrətməkdir. Bəlkə, öyrətməkdən çox öyrən-
məkdir. Vaxtilə I Pyotrun barmağına taxdığı üzükdə "Müəlliməm  şagirdə 
möhtac" sözləri yazılmışdı. Amma Pyotr Avropa ilə tanış olduqdan sonra 
üzükdəki yazı başqa  şəklə, "Şagirdəm müəllimə möhtac" şəklinə düşdü... 
Hər halda maarifçi olmamışdan öncə maarifli olmaq çox vacib şərtdir. 
Maarifli olmaq təbii ki, anadangəlmə keyfiyyət deyil, amma maarifli olmağa 
can atmağa qabillik təbii şərt ola bilər. Bəlkə də, istənilən insanın daxilində 
bir öyrənmək və öyrətmək duyğusu vardır... Amma bu, maarifli olmağın 
müəyyən  şərtlərini ödəsə  də, maarifçi olmaq şansını  və  məziyyətini qane 
edə bilməz. Maarifçiliyin termin kimi Fransadan və yaxud haradan gəlməsi 
önəmli məsələ sayılmamalıdır. Bu, quru akademizm və falş sözçülükdür. 
Əsas prosesin anlamı  və mahiyyətidir.Bu baxımdan heçkim inkar edə 
bilməzki, Konfutsi, Budda, Zərdüşt maarifçi olmamışlar. Məhəmməd (ə.s)-
ın maarif nuru nə qədər qaranlığı ziyalandırdı? Bəhmənyar, Xaqani, Nizami, 
Sührəvərdi, Sabir, Cavid, H.Hüseynov, Zadə ziyası Azərbaycan intellektinin 
fənərindən işraqlanmadımı. Maarif məhz çatışmayan "işıq"dır. Bu yerdə 
"Dünyada qaranlıq yoxdur, demək orada işıq yoxdur" deyimi yada düşür. 
İnsan hər gün özündən imtina edə-edə maariçiliyin ilk addımlarını atır, 
bəlkə də, bəsit və həyati formada. Biz maarifçiliyi daha çox təbliğatda, dik-
tədə, kənarda və başqasının ziyasında axtarmışıq həmişə. Düzdür, bu, tole-
rant və açıq düşüncəyə qabillik kimi təqdir olunmalıdır. Amma həmişə baş-
qa imzalara və tarixə "möhtac" olmamaq üçün maarifçilik içimizdə yetişmə-
lidir. Bəlkə də, biz maarifçiliyin içində yetişərkən özgələşmə meylimiz daha 
çox olur. Hər halda, hər bir millət öz maarifçisinə ,öz maarifinə möhtac ol-
mamalıdır. Bax bu amilin olmaması dolayı  fəlakət ola bilər. Russo mənə 
müəllimlik edə bilərdi, amma məni  Ə.Topçubaşov qədər istəyə bilməzdi. 
Təzadlı və yersiz analogiyaya bənzətməyin, amma bu milləti Russonun və-
tənində Topçubaşıov asanlıqla müdafiə edə bilmirdi. Tərəfsiz maarifçilik. 
Ümumbəşəri ideallar milli sərhədlərdə  nə  qədər neytrallıq saxlaya bilir? 
Məncə, bəşəriyyət nə qədər maariflənsə də, nə qədər maarifləndirsə də, heç 
zaman bütpərəstlikdən və millilikdən qurtula bilməyəcəkdir... Ona görə  də 
bəlkə, orta statistik maarifçi ümumbəşəriliyə ən az ziyan vurmaqla millətinə 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə