- 5 -
Redaksiya Şurasından
Qlaballaşma şəraitində elmi-fəlsəfi araşdırmaların da planetar miqyas
kəsb etməsi və bu sahədə əməkdaşlığın getdikcə daha böyük vüsət alması
qanunauyğun haldır. Bu tendensiya “Fəlsəfə və sosial-siyasi elmlər” jurna-
lının məzmununda da öz əksini tapır. Jurnalın hər yeni nömrəsində millilik
və ümumbəşəriliyin vəhdəti özünü daha çox biruzə verir.
Bu ilin birinci rübü Azərbaycanda fəlsəfi fikir həyatının daha da can-
lanması ilə əlamətdardır. Jurnalımızın baş redaktoru Prof. Dr. Səlahəddin
Xəlilovun 60 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamı
ilə “Şöhrət” ordeni ilə təltif olunması, dünyanın müxtəlif ölkələrinin tanın-
mış filosoflarının təbrikləri, bu münasibətlə xaricdə dərc olunmuş məqalələr
və Türkiyədə nəşr olunan fəlsəfə jurnalının bir sayının yubilyara həsr olun-
ması, ölkəmizdə keçirilən görüşlər və təqdimat mərasimləri – bütün bunlar
dövlət başçısının, Azərbaycan və dünya elmi ictimaiyyətinin fəlsəfəyə və
bir fəlsəfə professorunun elmi yaradıcılığına göstərdiyi böyük diqqətin təza-
hürləridir.
Azərbaycan fəlsəfi fikrinin beynəlxalq elmi-fəlsəfi ictimaiyyətin də
diqqət mərkəzində olmasının nəticəsidir ki, yubileylə bağlı jurnalımızın Re-
daksiyasına müxtəlif ölkələrdən çoxlu sayda məqalə və təbrik məktubları
daxil olmuşdur. Jurnalımızın bu sayında biz bu təbriklərin az bir qismini
nəşr edir və güman edirik ki, onlar küll halında ayrıca bir kitabda çap
olunacaqdır.
Jurnalımızın beynəlxalq miqyasda tanınmasının nəticəsidir ki, xarici
ölkələrdən daxil olan məqalələrin sayı getdikcə artır. Onların hamısını Azər-
baycan dilinə tərcümə etməkdənsə, oxucuların böyük əksəriyyətinin yaxşı
anladığı türk, rus və ingilis dillərində olan məqalələri çap edirik. Amma yu-
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
nan və qazax dillərində daxil olmuş məqalələr tərcümədə təqdim olunur.
Ümumiyyətlə, jurnalın bölgədə və hətta keçmiş MDB məkanında “Philoso-
phy Index” tərəfindən qısa xülasələri dərc olunan yeganə jurnal olduğunu
nəzərə alaraq, biz də daha geniş coğrafi-siyasi məkanı əhatə etməyə çalışı-
rıq. Məkanın genişlənməsi effekti təkcə jurnalla məhdudlaşmayıb, Azərbay-
can filosoflarının beynəlxalq konfranslarda iştirakı və xarici ölkələrdə çap
olunan kitablarının sayının artması, habelə bu kitablara həmin ölkələrin nü-
fuzlu elmi jurnallarında rəylərin dərc olunması faktlarında da özünü göstə-
rir. Jurnalın “Elmi-fəlsəfi həyat” rubrikasında bu zənginlik öz əksini qismən
də olsa, tapmışdır.
Redaksiya Şurasının sədri akademik Ramiz Mehdiyevin Sankt-Peter-
burqun nüfuzlu “Социология науки и технологий” jurnalında, baş redak-
tor professor S.Xəlilovun ABŞ-da çıxan “Philosophy Study”, professor
Rəfiqə Əzimovanın “Вестник Российского философского общества”,
jurnalımızın məsul katibi f.e.d. Könül Bünyadzadənin Türkiyənin “Öznə”
dərgisində məqalələrinin çap olunması bizim Redaksiya Şurası üzvlərinin də
elmi əlaqələrinin genişlənməsindən xəbər verir.
- 6 -
Bütün bunlar “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının 10 illik yubi-
leyi ərəfəsində keçilmiş yola nəzər salarkən bu jurnalın Azərbaycan fəlsəfi
fikrinin inkişafında, habelə dünya elmi ictimaiyyətinin Azərbaycan fəlsəfə-
sinə diqqətinin artmasında oynadığı böyük roldan xəbər verir. Jurnalımızın
gələn sayında Redaksiya Şurası üzvlərinin fəaliyyətinin və yubileylə bağlı
tədbirlərin qısa icmalı veriləcəkdir.
Fəlsəfə tarixi
Fəlsəfə tarixi
Roma stoisizmində və dzen-buddizmdə
təbiət və insan arasında əlaqə
Panos Eliopoulos
∗
(Yunanıstan)
Məqalənin predmeti Dzen Buddizm və son Stoik ənənədə Təbiətin
özünü göstərməsi üsullarıdır. Hər iki nəzəriyyədə fərqləndirməyə cəhd etdi-
yimiz, insan və Kosmos arasında müəyyən bir əlaqənin olmasını göstərmək
və müqayisəli şəkildə bu əlaqənin əsas parametrlərini müəyən etməkdir.
Fərziyyəmiz belə bir mühüm müddəaya əsaslanır ki, ruhanilik, insanın təbi-
ətin hissəsinə inteqrasiyası, hər iki təlimdə, müvafiq olaraq, empirik və mən-
tiqi əsaslandırmanın nəticəsidir. Eyni zamanda şübhəsizdir ki, hər iki düşün-
cə məktəbinin interpretasiyaları arasında geniş fikir ayrılığı var. Məqalə on-
lar arasındakı fərqlilik və oxşarlıqların bütün cəhətlərini hərtərəfli şəkildə
göstərə bilməsə də, insanın xüsusi şərtlər daxilində təbiəti izləməsi barədə
giriş ideya verməyi qarşısına məqsəd qoymuşdur. Zəruriliyi universal və qa-
çılmaz qanun kimi qəbul etməsinə baxmayaraq, hər iki nəzəriyyədə insan
metafizik dərkdən çox, onun təbiətlə əlaqəsini saxlayan əxlaq vasitəsi ilə id-
raklı və sakit qalır.
Antik Stoikin fikrincə Təbiət Allahdır və Allahın buyurduğu bütün ya-
ratdıqları üçün yaxşıdır (17). Təbiət, Allah və Heimarmene (20, II. 36. 1.)
tavtologiya təşkil edirlər və bu, oykomenik və orqanik konsepsiyada bir
- 7 -
∗
PhD, Afina və Peloponnese Universiteti.
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 8 -
daha təsdiqlənir (9, 1. 9. 4.). İlahi düzən, Bəsirət ümumi plan kontekstində
hamını nəzərə alır, lakin hərdən hissələr ümuminin xeyrinə qurban verilməli
olurlar. Stoik müdriki Təbiətin, Zəkanın, Fəzilətin qaydalarına tam riayət
edən insandır, çünki bunlar onun daxilində təbii olaraq olanlardır. O, təbii
proses boyunca bütün keçidləri qəbul edir və bu prosesə mane olmaq əvəzi-
nə onunla məmnuniyyətlə razılaşır (8, 63). Bu səbəbdəndir ki, müdrikin fəa-
liyyəti təbii qanuna müvafiq forma alır. İmperial stoisizmdə isə insan və Tə-
biət arasında əlaqə ilə bağlı, daha çox insan iztirablarından və təbii (yəni
rasional) qaydaya müvafiq şəkildə bu iztirablardan xilas olmaqdan bəhs
edən fərqli fəlsəfi baxışlar vardır.
Digər ortodoksal stoiklərlə müqayisədə daha tez-tez müzakirə edilən,
ən məşhurlardan biri Roman Senekadır. “Naturales Quaestiones” əsərində
insanın təbiət ehtiyatlardan istifadədə özünü göstərən pis niyyətlərindən
bəhs edilir (20, V. 18. 15-16.). Senekanın digər əsərlərində təbiət və insan
arasında ziddiyyət anlayışına rast gəlinir. Təbiət bir tərəfdən dünyanın möv-
cudluğunu şərtləndirən ilahi mahiyyətdir, digər tərəfdən isə qərarsızlıq, zor
və dəyişkənlik; belə ki, o, insana qarşı rəhmsiz bir taleyə, gücə çevrilir. Ro-
malı stoik dəqiq bildirir ki, insan talenin təsirinə qalib gələ bilər, lakin on-
dan tamamilə qaça bilməz (18, XXXVΙΙ. 3). Talenin təsirinə qalib gələ bil-
mək üçün o, özünü zəkanın (loqosun) metamorfoz aləti vasitəsilə ruhi məh-
lula istiqamətləndirməlidir . Seneka nə antik stoisizmdə olduğu kimi kauzal
determinizmin əleyhinə çıxır, nə də teleoloji determinizmin nəzəri nəticələ-
rini əhəmiyyətini aşağı endirir. Onun aydın şəkildə istədiyi, həyat və ehtira-
sın bir-birinə əks vəziyyətlərindən yaranan insan faciəsinin əzablarından ya-
xa qurtarmaq üçün, ekzistensial effektiv yanaşma tapmaqdır. Bu konsepsi-
yaya görə, insan aqressiv olmağa məcbur edilir, aqonistik və vəhşi ruh onun
canına hopur
1
. Seneka filosofu öz qılıncı və qüvvəsi ilə Roma arenasında
mübarizə aparan qladiatora bənzədir (18, XXXVΙΙ. 3). Bu qüvvə insanın
tam xilası hədəfinə – əsl ali mövqeyinə qayıdış və talenin bədxahlığından
azad olmağa - istiqamətlidir.
1
“El hombre y la fortuna están situados frente a frente en actitud desconfiada. El sabio
sale a su encuentro con intención de vencerla. Se preocupa por sus dardos, desconfia de
ella. Mirar a los ojos de la fortuna es ya un signo de coraje” (Bax: 14, 106).
Dostları ilə paylaş: |