Fəlsəfə tarixi
- 9 -
Antik stoya qanunlarına uyğun olaraq, bütün bu müddəalar insan və
ətraf aləm arasında zəruri əlaqənin ilkin olaraq qəbul edilməsi, həmçinin in-
sanın şeylərinin, əmlakının və ya institutisional strukturun dəyişilməsinə
əvəzinə, insanın özünün dəyişilməsi üzərində fokuslanması nəticəsində
mümkün olur. Bu fikrin əhəmiyyəti ondadır ki, insan özünü başqa ölçüdə
dərk etməli, həmçinin ətraf aləm barədə yeni bir təlim verməlidir. Sistema-
tik kontekstdə “fərqliliyin” çoxlu konseptual və aspektual əhəmiyyəti var ki,
bu da əsasən deduktiv yanaşmanı izləyən interpretasiyaları mümkün edir və
ya oyadır. Onlar arasında daha əhəmiyyətli birisi bundan ibarətdir ki, insan
təkcə nüfuz və dominantlığı altında olduğu təbii və ya oykomenik qanuna
bağlı deyil, həmçinin müəyyən bir əxlaq modelinə uyğun şəkildə digər in-
sanlarla qarşılıqlı əlaqəyə tabedir (3, I. xli. 146-147). Mark Avreliyə görə,
kim başqa insanların əleyhinə fəaliyyət göstərməklə bu perspektivin dərinli-
yinə baş vurursa, o, təbiətin, «
παρά φύσιν
» əleyhinə getmiş olur (13, II, 1)
1
.
Belə ki, o, işin, ilk baxışdan tamamilə paradoksal yolla, “insani”, “qeyri–zo-
rakılıq” anlayışları ilə əlaqəli başqa bir aspektinə diqqət yetirir. Roma im-
peratorunun vurğuladığı aspekt Öz ilə əlaqədir və ya Avrelinin müəyyən et-
diyi kimi, öz fəzilətini tapmaqdır: «
τό ἀγαθόν ἐκεῖνο τό ἴδιον
» (13, III, 6).
«
ἀγαθόν
» subyektiv fəzilətlə səhv salınmamalıdır; əslində bu, fərdi olduğu
qədər də kollektiv, lakin eyni zamanda, insanın öz təbiətində olan obyektiv
fəzilətdir
2
. Belə ki, bu fəzilət ilkin olaraq insanın özündə yerləşdiyindən,
sosial fəzilətin də əsası olur və ona görə də öz fəzilətini tapmış fərd baş-
qalarına (təbiətin onda yerləşdiyi pozisiyadan) xidmət etməyə meyllənir.
Tədricən Avreli bizi dərin insani stoya dəyərlərinin yenidən elanına və insan
həyatında əxlaqi şüurun ən mühüm hissə olması ilə bağlı fəlsəfi fərziyyənin
buna paralel konstruksiyasına doğru aparır. Özün daxili insanın sakitlik və
səadət vəziyyəti ilə yenidən qovuşduğu məkandır (13, IV, 3). Stoya “oikeio-
sis”-nın zirvəsi sayılan eqo ilə dərin ruhi əlaqə universiuma (digər insanlar
1
«
Τό οὖν ἀντιπράσσειν ἀλλήλοις παρά φύσιν‐ ἀντιπρακτικόν δέ τό ἀγανακτεῖν καί
ἀποστρέφεσθαι
».
2
Avrelinin özlə əlaqə sxemində insan ehtiraslara müqavimət göstərir, hamıya qarşı əda-
lətli və xeyirxah qalmaq üçün təmkinli olmağa çalışır. Belə etməsinin səbəbi “secundum
naturam”, yəni təbiətə əsasən, başqa şəxsin əleyhinə çevrilməməkdir.
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 10 -
da daxil olmaqla) xidmət etməyin qarşısını almır, əksinə, insanı Özü ilə və
təbii qanunla harmoniyada olmaq üçün ilkin zəruri şərtlərlə təmin edir (13,
III, 16). İnsan və ətraf dünya arasında asimmetrik əlaqə Loqos vasitəsi ilə
mükəmməlləşir
1
.
Təbii qanunun (lex nature) tərəddüdsüz qəbul edilməsi Stoyanı deter-
minizm anlayışını sistemləşdirməsinə səbəb olur (10, 151-176). Bu episte-
moloji səpkili baxış dünyanı mənasını açmağa və izah etməyə cəhd edir.
Universium ürəyiyanma qaydası canına hopdurulmuş
2
bir Bütöv hesab edi-
lir, harmonik davamlılıq və hissələrinin vəhdəti ilə xarakterizə edilir. Uni-
versiumun qeyri-fraqmentar xarakteri və onun hissələrinin harmoniyası təbii
qaydaların tam əhatəli və möhkəm fəaliyyətini təmin edir
3
. Təbiətin bütün
dəyərlərinə riayət edilmirsə, kosmik nizamda heç nə qalmır və heç nə məhv
olmur. Beləliklə, Təbiət insan əxlaqı üçün aksioloji ölçü alır. Xüsusilə Sene-
kaya görə, təbii qanun yeganə doğru yoldur, yeganə fəzilətdir. Senekanın
fikrincə, “optimum est pati, quod emendare non possis” (18, CVII. 9), “ən
yaxşısı dəyişdirə bilməyəcəyinə tab gətirməkdir”. Universiumu və ya allah-
ları deyil, özümüzü dəyişdirməklə biz gümrah və fəzilətli bir nəfs əldə edi-
rik. Müdrik nəfsinin, Senekaya görə, qiymətli metal kimi təbii qanunla vəh-
dət təşkil etməsi və möhkəm olması səbəbindən o, zaman və hadisələrin axı-
nında dəyişməz və etinasız qalır.
Mark Avreli təbiət anlayışını birbaşa şəkildə Etika ilə əlaqələndirir və
Özün spesifik təbiəti üzərində dayanır. Özün düzgün istifadəsi (τό δέ
αυτ χρ σθαι) o anlama gəlir ki, insan sanki fərdi marağın və ya həzzin
fövqünə qalxmalıdır. Bu konsepsiyanın əlavə bir mənası bundadır ki, Təbiət
insanı nə ilə təmin edirsə, maddi nemətlər də daxil olmaqla, onun kamil
varlıq olması üçün kafidir. Ona görə də insan ehtiyacı olduğundan artıq
sərvət toplamağı düşünməli deyil. Seneka, yaşamağın qənaətcil yolunu və
1
Bax: “Roma stoikləri Platonun “Fedon” dialoqundakı daxililik və özünəkafilik anlayışla-
rından, digərləri ilə əlaqələri tam əhatə edən fərdilik anlayışına radikal keçid edirlər” (16, 53).
2
«
διοικεῖσθαι τόνδε τόν κόσμον, σύμπνουν καί συμπαθῆ αὐτῶ ὄντα
» (1, 2. 912).
3
«
Οὐδέ γάρ ἅπαξ ἤ δις, ἀλλά πανταχοῦ, μᾶλλον δ’ ἐν πᾶσι τοῖς Φυσικοῖς γέγραφε
ταῖς μέν κατά μέρος φύσεσι καί κινήσεσιν ἐνστήματα πολλά γίνεσθαι καί κωλύματα,
τῆ δέ τῶν ὅλων μηδέν
» (1, 2. 935).
Fəlsəfə tarixi
- 11 -
kasıbçılıqdan qorxmağı aradan qaldırmağı tez-tez təklif etməklə, bu ideya
ilə razılaşır
1
. Avreliyə görə, bütün baş verənlər, bədbəxtliklər və müsibətlər,
praktiki olaraq bütün insanların başına gələnlər əhəmiyyətsiz şeylərdən
başqa bir şey deyil. Hətta ölüm ümumi talenin hissəsidir. Ritorik mübaliğəli
düşüncədə olduğu kimi o iddia edir ki, onu yaradan ağac olduğuna görə
təbiətə təşəkkür edir, hətta ağacın altına yıxılsa və ölsə belə ona təşəkkür
edir. Həm Mark, həm də Seneka Bəsirəti necə konseptuallaşdırmalarından
asılı olmayaraq, Bütövdə davametməyə can atan teleologizm və taledən
qaçmağın mümkünsüzlüyü faktını qəbul edirlər. Beləliklə, onlar Taleni və
onun təşkil edən hadisələrin cəsarətlə qəbul edilməsini alqışlayırlar (13, V,
1).
Təbiəti bu cür qəhrəmanlıqla qəbul etmək belə bir faktı obyektivləş-
dirmək mənasına gəlir ki, insan, sonda özünüdərki ifadə edəcəyi, lazım olan
kamil biliklər vasitəsi ilə “lex naturae” ilə uyğunlaşmağa ehtiyac duyur. Bu
yanaşma stoisizmdə çox vacibdir və müəyyən psixoloji yük daşıyır. Təbii
qaydaya tabe olmaqla insan, xarici təsirlərlə bir daha mübarizə aparmayaca-
ğı, “apatheia” və “eudaimonia”nı əldə edir (Bax: 1, 1.527). Lakin bu gerçək-
ləşmə fatalizmin hər hansı bir forması ilə əlaqələnmir. Xrisippin təbirincə:
«
ἴσον ἐστί τό κατ’ ἀρετήν ζῆν τῷ ζῆν κατ’ ἐμπειρίαν τῶν φύσει συμβαινόντων
»
(1, 3.4). Dəyərlərin iyerarxiyası xarici Təbiətdən insanın daxilinə transfer
edilir və nəticə olaraq dəyərlər insanın öz iradəsində tapılır. Bu səbəbdən
stoik xoşbəxt olmaq üçün xarici hadisələrə ehtiyac duymur. O, həmişə öz
daxili dünyasında xoşbəxtdir
2
. İnsanın təbii qanuna uyğunlaşması xarici
amillərə əsaslanmayan endogen bir inkişafdır. Nəticə olaraq, hər bir hə-
rəkətin məsuliyyət yükü həmişə fərdin üzərindədir (9, 1.12.9). Diqqətəlayiq-
dir ki, Epiktet (əsasən antik stoisizmin teoloji fikirlərinin tərəfini tutur və
inkişaf etdirir) insanın daxili təbiətində iki elementə tənqidi yanaşır: bədənlə
əlaqəli heyvani tərəf və düzgün düşüncədə özünü göstərən ruhani tərəf. Bu
1
Seneca, Consolatio ad Helviam Matrem, V. 1, Seneca, De Tranquillitate. Animi, I.4-9.
2
“At illud ex se ortum fidele firmumque est et crescit et ad extremum usque
prosequitur” (18, XCVIII. 1).
Dostları ilə paylaş: |