Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə42/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   38   39   40   41   42   43   44   45   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 130 -
mişəm, özümü tapmışam, amma məni əzirlər. Və təbii mən onda başlayıram 
özümü narahat hiss etməyə. Düzdür, ağlım deyir bu, elə sənin yerindir, sən 
burada insan olacaqsan, amma mənəvi dünyam da başqa şey istəyir. Yaxud 
tərsinə. Rəssamlar gedirlər öz emalatxanalarına çəkilirlər, amma acından 
ölürlər. Mənəvi dünyaları gözəldir, təmin olunub, amma qazanc əldə edə 
bilmirlər. Burada bəs kimin həyatını yaşasın insan? Ağıldır bunun özü, yox-
sa ürəyidir? 
  
Səlahəddin müəllim: 
Bu mövzu o qədər böyükdür, o qədər genişdir ki. Burada bütün fəlsə-
fə, a-dan z-yə qədər hamısı var. İnsan hansı həyatı yaşayır və insanın öz hə-
yatı nədir? Yaxud “mən” nədir? Bu artıq fəlsəfənin əsas suallarından biridir. 
Bu mənada yenə də aforizmlər kitabından bir misal deyim sizə. Xoşbəxtli-
yin tələblərindən biri də  ağıl ilə ruh arasında müqavilədir, kompromisdir. 
Yəni bunlar arasında münaqişə varsa, bu, insanın narahat halıdır. İnsan rahat 
hala nə vaxt keçir? Daxili, ürək ilə ağıl arasında bir ortaq məxrəc tapanda. 
Elə ki, kompromisə  gəldin, hər ikisini təmin edən optimal variantı tapdın, 
bu, həll yoludur. Mən demirəm ki, bunlardan birini mütləqləşdir. Ancaq ağ-
lın dediyinə qulaq as, ürəyinin dediyini nəzərə alma. Bu qeyri-şüur məsələ-
sinə gəlir. Ağlın aşkar şəkildə deyə bilməyəcəyini ürək sezir, ürəyə damır və 
o sezgi simvol kimi götürülür adətən və ürəyinə damır ki, bu yaxşı deyil. Bi-
ri desin ki, bu yaxşıdır, sənin ürəyinə isə yatmır, deməli, burada da yenə 
kompromis tapmaq lazımdır. Həm ürəyə qulaq asmaq lazımdır, həm də ağı-
la. Ən gözəl hal nədir? İkisinin də tələbatı ödənilsin. 
 
Könül Yazar: 
Mən bir aktrisa tanıyıram, o, həqiqətən çox qabiliyyətli bir xanımdır. 
Mən onunla söhbət edərkən, mənə dedi ki, mən aktrisa sənətini istəmirəm, 
çünki bu işin bizim cəmiyyətimizdə bircə adı var. İkinci səbəbi isə onun hər-
biçi olmaq istəyidir. Çünki deyir ki, mənim başqalarına əmr etmək, başqala-
rını idarə etmək qabiliyyətim var. Mən düşündüm ki, bu insanın arzusu bu-
dursa, o istəmədiyi bir sənətdə necə belə başarılı ola bilər. Kənardan baxan-
da düşünürsən ki, bu insan elə aktrisa olmaq üçün yaradılıb. Amma bu deyil 


Elmi-fəlsəfi həyat 
 
 
- 131 -
onun arzusu. İnsan rahatlığı  məsələsinə  gəlincə, demək istəyirəm ki, insan 
nə qədər narazıdırsa, bir o qədər də inkişaf etmək üçün stimulu, təkanı var. 
 
 Səlahəddin müəllim: 
Sən misal çəkdin, konkret bir insanın müəyyən sahədə istedadı var. İs-
tedad bir şeydir, istəmək başqa şeydir. Yenə deyirəm, biz bu problemin bü-
tün aspektlərini bir söhbətdə əhatə edə bilmərik. Bu istedad onun daxilində, 
genetik proqramında var və onu realizə edəndə o özünü müəyyən dərəcədə 
xoşbəxt hiss edir. Bir də var ki, cəmiyyətin münasibəti. Bu, artıq şüurlu mü-
nasibətdir. Ağıl ilə ölçüb-biçir ki, mən bu ixtisasa getsəm, tutaq ki, mənim 
maaşım nə  qədər olacaq, mənə münasibət nə olacaq, mənim statusum nə 
olacaq, ailəm buna necə baxacaq – bunlar hamısı ağılla olan şeylərdir. Əs-
lində misalını çəkdiyin qız ağılla düşünsə, aktrisa sənətinə indi sosial sifariş 
var, onun bu sahədə istedadı da varsa, o buradan yaxşı qazana da bilər. Am-
ma onun üstün tutduğu mənəvi meyarlar var və bu baxımdan o bu sənəti qə-
bul edə bilmir. Ürəyin istəyi ilə beynin tövsiyəsini kompromisə gətirmək la-
zımdır. Burada üçüncü arqument ortaya çıxır. Mənəvi meyar. Ailə tərbiyə-
sindən irəli gələrək o istəyir ki, cəmiyyət ona o gözlə baxmasın. Aktrisa 
sənəti ciddi sənət deyil, çünki onun təbiətində təqlidçilik var. Bir adam ki, 
özünü, öz xarakterini, simasını yaşamaqla yanaşı, o başqalarını, gündə birini 
yaşayır, bu ağır bir şeydir. Bir şəxsiyyət kimi daxilində özü olmaq istəyi 
varsa, təkcə adi həyatda yox, elə iş prosesində də özü olmaq istəyəcək. Am-
ma aktrisa iş prosesində başqalarını yaşamalıdır. Görürsünüz, neçə arqu-
mentin bir araya, kompromisə gəlməsi şərtdir ki, düzgün ixtisas, həyat və ya 
ailə seçəsən. İnsanın həyatında iki məsuliyyətli seçim var; biri həyat yoldaşı 
seçmək, o biri isə ixtisas seçimidir. Bizim cəmiyyətdə ixtisas seçiminə o qə-
dər qeyri-ciddi, barmaqarası yanaşılır ki. Ümumiyyətlə heç problem kimi 
qoyulmur da. Bunlar hamısı ağılla ölçülüb-biçilən şeylərdir. Bir var ürəyin 
hökmü və ya istək. Bir də var ki, potensial imkan, sənin qabında nə var, qa-
bında olmayan şeyi istəsən də  əldə edə bilməzsən; bu – başqalarının təsiri 
altında formalaşan bir istəkdir. Bunların hamısının səsləşməsi lazımdır: ya-
şadığı mühit də, ictimai rəy də, ağıl da, ürəyin hökmü də. 
 


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 132 -
Könül Bünyadzadə: 
Bir sufi kəlamı var. Ola bilsin ki, ilk baxışda tənbəllər üçün yaxşı bə-
hanə olar. Amma böyük bir fikir var orada. Deyir əvvəlcə biz seçmirik, Al-
lah seçir, biz seçmək qüdrətində deyilik, ağlımız buna çatmır, ağıllanandan 
sonra yenə biz seçmirik, Allah seçir, çünki başa düşürük ki, seçən Allahdır. 
Bizim üçün Allah daha yaxşısını, daha düzgün olanı edir. Yəni bizim poten-
sialımızı, missiyamızı Allah verir. Deməli, məni daha yaxşı Allah tanıyır. 
Məsələn, mən istəyirəm müğənni olum, rahat pul qazanım. Amma Allah ha-
radansa yolumu kəsir. İkinci addım atmaq istəyirəm, Allah yenə yolumu kə-
sir. Söhbət ondan gedir ki, mənim seçdiyim həyat nə  dərəcədə  mənimdir. 
Bəzən olur ki, Allah seçir o yolu mənim üçün. 
 
Səlahəddin müəllim: 
Bu, böyük bir problemdir. İslam dünyasında taleyin öncədən müəy-
yənləşməsi haqqında bir fikir var və belə bir müsəlman obrazı yaradıblar ki, 
müsəlman passivdir, təşəbbüskar deyil, deyir Allaha təvəkkül, bir halda ki 
hər şeyi Allah müəyyənləşdirir, mən onda heç bir iş görməyim. Bu çox qü-
surlu bir yanaşmadır. İslamın da, bu ideyanın da təhrif olunmuş, diametral 
əks izahıdır. Təəssüflər olsun ki, bütün sufi tədqiqatçıları bu məsələni aça 
bilməyiblər. Və doğrudan da, əsrlər boyu çox təbii qəbul olunarkən çox bö-
yük ziyanlar da vurub. Mən islami prinsiplər üzərində qurulmuş müasir fəl-
səfə sistemi üzərində çalışarkən, bizə qarşı olan bir neçə belə arqumentlərin 
təhlilini vermişəm. Bunlardan biri də həmin bu məsələdir. Mən bu geniş mə-
sələnin burada çox tərəflərinə toxunmayacam. İslamın bir prinsipinin düz-
gün izahını qeyd edəcəm. Biz Allaha dua edirik. Nəyi isə Allahın umuduna 
buraxırıq. Və Allah bizim duamızı  eşidir və ya bizim istəyimizi yerinə 
yetirir. Mümkündür. Amma nə zaman mümkün deyil. Bunu heç kim bilmir. 
Biz bunu yazdıq öz fəlsəfi sistemimizdə. Mümkün deyil və hansı şərtlər da-
xilində və hansı səbəblərlə mümkün deyil. Quranda başqa bir prinsip var. O 
da ondan ibarətdir ki, Allah sizə əl verib, ayaq verib, müəyyən imkanlar ve-
rib, siz bunlardan istifadə etməlisiniz. Sizə verilən gücü tətbiq etməlisiniz. 
Və Allah heç kimə daşıya biləcəyi yükdən artıq yük vermir. Hərənin çiyninə 
uyğun bir yük verir. Başqa ayələrdə deyilir ki, Allah sizə əql verib, əqlinizi 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə