Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə41/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   37   38   39   40   41   42   43   44   ...   67

Elmi-fəlsəfi həyat 
 
 
- 127 -
Fərd olaraq, insan olaraq “öz həyatımızımı yaşayırıq”sualı ilə başla-
dıq. Bir cəmiyyət olaraq, millət olaraq öz real potensialımızı, öz içimizdəki-
ni dərk etmədən hansı sahədə dünya miqyasında özümüzü yaşaya bilərik. 
Azərbaycan olaraq tutaq ki, muğamat bir, başqa? Bizim başqa potensialımız 
yoxdurmu, varsa nədir, nələrdən ibarətdir? Amma biz məsələnin bu tərəfini 
müzakirə etmirik bu gün. Qayıdaq fərd olaraq, insan olaraq öz həyatımız 
sualına. Öz həyatımız nədir? Yenə də öz içindəkini dərk etməlisən. Amma 
sənin içindəki səndən asılı olmayaraq yazılıb, sənin genetik proqramın var, 
atandan, anandan da asılı olmadan, ilahidən sənin bir proqramın var. Bu 
proqramı bilsək, tutaq ki, rəssam yox, bəstəkar yox, məsələn, siyasətçi ola-
raq, bundan daha böyük işlər görə biləcəyimizi anlayarıq. Amma biz öz 
gənclərimizə ixtisas seçimində nə kimi yardımlar edirik, nə formada yardım 
edirik. Meyar nədir? Ancaq ictimai rəydir, dəbdir. Heç kim demir ki, sənin 
içində nə var, sənin içində hansı potensial var. Kimsə gedib beş il tarix oxu-
yub, ancaq indi dərk edir ki, onun üçün fəlsəfə daha yaxşı imiş. Yəni bu ya-
şında o artıq daha düzgün seçim edir. Mən dəfələrlə nazirliyin kollegiyasın-
da bu məsələni qaldırmışam ki, fəlsəfə və jurnalistika sahəsində bakalavr sə-
viyyəsi olmasın, ancaq magistratura olsun. Nə formada? Tutaq ki, iqtisadiy-
yatı bitirənlər bu sahədə jurnalist olsunlar. Jurnalistin universal peşəsi ola 
bilməz, ixtisaslaşmalıdır. Vaxtilə  Həsən bəy Zərdabi kənd təsərrüfatından 
da, siyasətdən də, mərifətdən də yazırdı, çünki bir dənə qəzet var idi. Eləcə 
də Sovet İttifaqında bir neçə rəsmi qəzetlər vardı. Amma qəzetlər də, televi-
ziyalar da, verilişlər də, müxbirlər də ixtisaslaşmalıdır. Və mənim qarşımda 
peşəkar durmalıdır, mənimlə söhbət edən jurnalist fəlsəfənin əsaslarını, mü-
asir dünyada fəlsəfənin hansı problemlərinin olduğunu bilməlidir. Hamıya 
eyni cür yanaşmaq olmaz. Sivilizasiyanın təməlində əmək bölgüsü dayanıb, 
ixtisaslaşma dayanıb. Əvvəl hər kəs buğdasını da əkirdi, yerini də becərirdi, 
evini də tikirdi. Hamısı da kustar, yarım-yarımçıq. Sonra bir insan ancaq 
dülgərlik edə bildi, o biri əkinçilik. Bu daha yaxşı olur, çünki eyni işlə məş-
ğul olanda, biz ortaya daha yüksək səviyyədə məhsul qoya bilirik. Və həmin 
insan bu işi həm özü üçün, həm qonşusu üçün, həm də digər insanlar üçün 
eləməyə başladı, aldığım pul müqabilində mən də onun uşağına dərs demə-
yə başladım və s. bu yolla pul çevrildi ortaq bir meyara. Müxtəlif yönlü işlə-


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 128 -
rin müqayisə olunması üçün barter əvəzinə pul vahid meyar oldu. Sivilizasi-
ya bu yolla inkişaf etdi. Sonra elmlərin əmələ gəlməsi yenə də ixtisaslaşma 
ilə ortaya çıxdı. Nə vaxt ki, bir alim bütün elmlərlə məşğul olurdu, nə qədər 
böyük alim olursa olsun, çox incəliklərə gedə bilmirdi. Nə vaxt ki, ixtisas-
laşma yarandı, onda bir alim bir sahənin bütün incəliklərini bilməyə başladı. 
Eləcə də fəlsəfədə. 16 yaşında bir uşağa fəlsəfə ixtisasını seçmək nə qədər 
doğrudur. Bu hələ qoy iqtisadiyyatı, riyaziyyatı və s. sahələri öyrənsin, han-
sısa bir ixtisasa yiyələnsin, sonra hiss etsə ki, bunun içərisində iqtisadiyyatın 
özündən çox iqtisadiyyat nədir, nəyə lazımdır sualı maraqlıdır, onun təyinatı 
maraqlandırır, o fəlsəfəyə gələ bilər. Fəlsəfə vertikalda fərqlənir, sahə yox, 
səviyyədir, digər sahələrlə yanaşı horizontal səviyyəyə qoyulub, bumu, yox-
sa başqasımı deyə seçilə bilməz fəlsəfə. Ona görə də, gərək bir sahəni biti-
rib, ondan sonra fəlsəfəyə gələsən. Magistratura niyə bütün ali məktəblərdə 
var? Biz balaca bir ölkəyik, başqa universitetlərin məzunlarından ən yaxşıla-
rı toplanıb bir mərkəzləşdirilmiş universitetdə magistr təhsili almalıdırlar. 
Bakalavr səviyyəsində keçilən materialı  təzədən magistraturada keçməyin 
nə xeyri olacaq? Bunları  dərində analiz etmək, təkliflər, yeni optimal me-
todlar, modellər irəli sürmək haqqında heç kim düşünmür. Deyirlər ki, bizə 
yeni model lazım olsa biz bunu bir xarici ölkədən gətizdirərik. 
Həyat belədir. Bir yol ilə gedirsən, sonra qalxmış olduğun idrak səviy-
yəsində təzədən bir də həyata baxırsan və bir də seçim edirsən. Qərblə bizi 
fərqləndirən nədir? Qərbdə heç kim deməz ki, mən tutaq ki, oxudum bitir-
dim riyaziyyat fakültəsini və oldum riyaziyyatçı. Elə  şey yoxdur onlarda. 
Bir adamın üç dənə magistratura təhsili var. Birini bitirir, gedir üç il işləyir, 
sonra gedir bir başqa ixtisas üzrə təhsil alır və s. Heç kim deməz ki, mənim 
“propiskam” filan yerədir. Bu təfəkkür, insanın bir yerə  təhkimlənmə-
si Sovet vaxtından qalıb. Nəinki təhsil ilə bağlı, ümumiyyətlə. Bizdə bir yaş-
lı adama deyirsən gəl bu evdən köçək, deyir sən nə danışırsan, bura mənim 
evimdir, yurdumdur, mənim bura ilə bağlı xatirələrim var. Avropalılar nə 
edir. Nəyinki bir evdən başqa evə, milyonları var, amma evi yoxdur. Deyir-
sən, niyə evin yoxdur, bizdə hər yetimin də bir evi var, heç olmazsa, adamın 
bir küməsi olsun gərək. Deyir nə danışırsan, mən bu gün burada yaşayıram, 
sabah gedəcəm başqa şəhərə. Sonra görəcəm ki, İspaniya yaxşıdır, köçəcəm 


Elmi-fəlsəfi həyat 
 
 
- 129 -
ora. Vahid Avropa məkanını da ona görə yaradıblar ki, Fransa darlıq edirsə, 
Avropanın bir başqa ölkəsinə getmək mümkün olsun. Məkanım geniş olsun 
ki, mən həyatın bütün üzlərini görə bilim, hara ürəyimə yatdı, orada da 
məskən salım. 
  
Könül Bünyadzadə: 
Səlahəddin müəllim, sizcə gündə bir şəhərdə yaşayan insan nə dərəcə-
də xoşbəxtdir? Belə çıxmırmı ki, avropalı əslində xoşbəxt deyil. 
  
Aydın müəllim: 
Xoşbəxtlik psixologiya ilə bağlı bir anlayışdır. Onun ayrıca bir 
standartı yoxdur. 
  
Səlahəddin müəllim: 
Təbii ki, burada bir standart yoxdur. Mən iki qütbü ayırıram. İki kənar 
hal var. Ümumiyyətlə bütün həyatımız bu iki qütb arasındadır. Heç vaxt kə-
nar hal seçməyin, ifrata varmayın, nəyi isə mütləqləşdirməyin. Yəni mən de-
mirəm ki, tam relyativist olun, nisbilik mövqeyindən, hər şeyə skeptik yana-
şın. Bir az stabillik lazımdır, bir az dayanmaq lazımdır arada. Mən demirəm 
insan ömrü boyu yaşadığı  şəhərləri dəyişsin. Mən o imkandan danışıram. 
Cəmiyyətin quruluşu, dövlətin sistemi bu insana bu imkanı verməlidir. Nor-
mal adam birinci, ikinci şəhərdən sonra nəhayət, haradasa qərarlaşır və tutaq 
ki, yaşlı dövründə başa düşür ki, bura gənclər  şəhəridir, və özünə  təbiətin 
qoynunda bir yer seçir. Sən insanı bütün yaş dövrlərində eyni yerdə yaşama-
ğa məhkum edə bilməzsən.  İnsan dəyişir, mən hələ yaşını dedim, insanın 
dünyagörüşü dəyişir, ixtisası dəyişir. 
  
Könül Bünyadzadə: 
Səlahəddin müəllim, bir məsələyə  də qarışmaq istəyirəm. Siz bayaq-
dan kənar situasiyalardan danışırsınız. Adamların öz içindən, mənəvi dünya-
sından danışaq. Bəzən olur ki, insanın ağlı seçdiyini ürəyi seçmir və ürəyi 
seçdiyini ağlı seçmir. Bəzən olur ki, insanın ağlının seçdiyi cəmiyyət tərə-
findən qəbul olunmur. Mən ağlımın, potensialımın gücünə əsaslanaraq gəl-


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə