Azərbaycan gənclərİnə müracİət



Yüklə 2,35 Mb.
səhifə30/37
tarix31.03.2022
ölçüsü2,35 Mb.
#84911
1   ...   26   27   28   29   30   31   32   33   ...   37
GƏNCLİYİN-YEDDİ-SƏMASI

Günahın təsİrlərİ


Əvvəla, günah qəlbi qaraldır. Günaha yol verən insan daxilində Allahın əmanət qoyduğu pak fitrətə əsasən xəcalət çəkir, peşman olur. Amma daxili zəiflik onu yenidən günaha sürükləyə bilər. Günahın təkrarlanmasının fəlsəfəsi peşmançılığın həqiqi olmamasındadır. İnsanın ruhunu Quranın “nəsuh” adlandırdığı həqiqi tövbə paklaya bilər. Tövbə həqiqi olmadıqda insanın qəlbində günah tozu qalır. İmam Baqir (ə) buyurur: “Qəlbində ağ nöqtə olan bəndə günah etdikdə həmin bəyazlıqdan qara bir nöqtə çıxır. Tövbə bu qaraltını aradan qaldırır. Getdikcə günaha batan insanın qəlbində qaraltı genişlənir, nəhayət, bütün qəlbi bürüyür. Bu halda həmin qəlb sahibi heç vaxt xeyirə qayıtmayacaq.”114

Bəzən nəsihət və moizə qəbul olunmur. Allah-taalanın buyuruğuna əsasən, çox günah edən insanın qəlbinə elə bir qıfıl vurulur ki, bu qıfılı heç bir açar aça bilmir. Belə insanlar heç vaxt həqiqəti tanıyıb, xeyir yol ilə gedə bilmirlər.



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə