Azərbaycan gənclərİnə müracİət


Əhlİ-beyt düşmənlərİnə nİfrət



Yüklə 2,35 Mb.
səhifə28/37
tarix31.03.2022
ölçüsü2,35 Mb.
#84911
1   ...   24   25   26   27   28   29   30   31   ...   37
GƏNCLİYİN-YEDDİ-SƏMASI

4. Əhlİ-beyt düşmənlərİnə nİfrət


Vilayətçi insanların xüsusiyyətlərindən biri Əhli-beyt düşmənlərindən uzaq gəzmək, onlara nifrətdir. Bir nəfər imam Sadiqə (ə) ərz etdi ki, filankəs sizinlə dost olduğunu deyir, amma sizin düşmənlərinizlə düşmənçilikdə zəifdir. İmam (ə) buyurdu: “Bizim düşmənlərimizə nifrət etmədiyi halda, bizə məhəbbətindən danışan kəs yalançıdır.”111

Günah və onun İnsan həyatına təsİrİ


Bəzi günahlar insan həyatında hissolunmaz əsərlər qoyur. İnsanın axirət həyatı onun bu dünyadakı əməllərinin inikasıdır. Amma bəzi reaksiyalar elə bu dünyada baş verir. Quranda buyurulur: “Bir qövm öz halını dəyişmədikcə Allah da onun halını dəyişməz.”112 Deməli, insanın əməlləri onun həyatında dəyişikliklərə səbəb olur. Amma pəhrizkarlıq (təqva) əsas götürüldükdə ilahi nemətlərin çoxalması üçün şərait yaranır. Allah-taala buyurur: “Əgər o məmləkətlərin əhli iman gətirib, pəhriz etsəydilər, başlarına göydən və yerdən bərəkət yağdırardıq.”113 Quran ayələrinə əsasən, günah və itaətsizlik insan üçün maddi və mənəvi problemlər yaradır, nemətlərin qarşısını kəsir. Əfsus ki, əksər cəmiyyətlərdə bir çox günahlar artıq günah sayılmır, onların nəticələri kimsəni narahat etmir. Din alimləri və övliyaların həyatına nəzər salsaq görərik ki, onlar günahdan uzaq olmaqla yanaşı, günah düşüncələrdən də çəkinmişlər. Bir arifdən soruşurlar ki, əgər günah etsən, nə hala düşərsən? Arif sualın cavabında buyurur: “Allahdan kömək istəyirəm ki, günah barədə düşünməyim.”

Böyük (kəbirə) günah odur ki, Allah-taala bu günaha görə cəhənnəm vəd etmişdir. Bəzi böyük günahları sadalayır və ümid edirik ki, Allahın yardımı ilə həmin günahlardan çəkinəcəyik:

1. Allaha şərik qoşmaq;

2. Günahsız insanı qətlə yetirmək;

3. Ağvalideynlik (valideynin üzünə qayıtmaq);

4. Cihaddan qaçmaq (fərarilik);

5. Yetimin malını zorla yemək;

6. Sələmçilik;

7. Pak qadına qarşı zina ittihamı;

8. Zina (qanunsuz cinsi əlaqə);

9. Yaxınlarla əlaqəni kəsmək;

10. Zülm;

11. Bəndələri Allahın yolundan azdırmaq;

12. Allahın adından yalan demək;

13. Təkəbbür;

14. İsraf;

15. Zalımlara arxalanmaq;

16. Allahın rəhmindən ümidsizlik;

17. Əskik satmaq, ucuzu bahaya qatıb satmaq;

18. Özünü Allahın qəzəbindən amanda bilmək;

19. Oğurluq;

20. Sehr-cadu;

21. Haram musiqi (qina) və boş işlərlə məşğulluq;

22. Yalan and;

23. Qeybət və böhtan.

Əmmarə (pisliyə çağıran) nəfs insanın qəlbində vəlvələ salıb, onu doğru yoldan sapdırır. Gözəl olar ki, insan gənclik dövründə, hələ günaha batmamış, günah barədə düşüncələrdən çəkinə. Bu məqsədə çatmaq üçün aşağıdakı göstərişlər çox faydalıdır:




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə