Azərbaycan gənclərİnə müracİət



Yüklə 2,35 Mb.
səhifə5/37
tarix31.03.2022
ölçüsü2,35 Mb.
#84911
1   2   3   4   5   6   7   8   9   ...   37
GƏNCLİYİN-YEDDİ-SƏMASI

Öyrənİləsİ dİnİ hökmlər

Yetkİnlİk (büluğ) yaşının əlamətlərİ


Dini vəzifələrin insana vacib olduğu hədd “büluğ” həddi adlanır.

Oğlanlarda büluğ həddinin əlamətləri:

1. Qarından aşağıda cod tüklərin çıxması;

2. Cinsiyyət orqanından məninin (spermanın) xaric olması (istər yuxuda, istər oyaq ikən) ;

3. Qəməri təqvimlə 15 yaşın tamam olması (şəmsi və ya miladi təqvimlə 15 yaşdan 163 gün 6 saat tez)

Qızlarda büluğ həddinin əlamətləri:

1. Qarnından aşağıda cod tüklərin çıxması;

2. Cinsiyyət orqanından məninin xaric olması;

3. Qəməri təqvimlə 9 yaşın tamam olması (şəmsi təqvimlə 9 yaşdan 97 gün, 22 saat, 48 dəqiqə tez)

İnsanın inkişafı onun büluğundan fərqlənir. İnkişaf etməmiş gənc baliğ (büluğ həddində), inkişaf etmiş gənc qeyri-baliğ ola bilər.

Əgər 15 yaşı tamam olmamış bir şəxsdən məni xaric olarsa, o, həddi-büluğ hesab edilir. O, namaz qılıb, oruc tutmalı, ötürdüyü günlərin qəzasını yerinə yetirməlidir. Əgər bu şəxs şəri vəzifəsini bilmədiyindən oruc tutmamışsa, kəffarə verməməlidir.18

Dəstəmaz


Müqəddəs İslam ayininin tapşırıqlarından biri təharət − ruhun və cismin bulaşıqlıqdan paklanmasıdır. Cismin paklığı bədənin və paltarların təmizliyindən ibarətdir. Ruhun paklığı isə yalnız dəstəmaz vasitəsi ilə əldə olunur. Dəstəmazsız halda Quran ayələrinə və məsumların adlarına toxunmaq olmaz. İmam Riza (ə) dəstəmaz və onun xüsusiyyətləri haqqında buyurur:

a) Dəstəmaz Allah qarşısında ədəbdir, bəndə namaz vaxtı Allahın qarşısında durarkən pak olur.

b) Dəstəmaz çirkinlik və alçaqlığı yuyub, insanı paklayır.

v) Dəstəmaz süstlüyü, yuxunu aradan qaldırır, şadlıq gətirir.

q) Qəlb və ruh Allahla görüşə tənzimlənir.19

İnsan namazdan qabaq dəstəmaz alıb, özünü bu böyük ibadətə hazırlamalıdır. Bəzən isə qüsl vermək də vacib olur. Qüsl bütün bədənin yuyulmasından ibarətdir. Dəstəmaz və qüsl üçün imkan olmadıqda onların əvəzinə “təyəmmüm” edilir.20

Namazın vaxtı çatmamış namaz yox, Allaha yaxınlıq niyyəti ilə dəstəmaz almaq olar. Bu dəstəmazla namaz da qılmaq mümkündür.21

Dəstəmaz alarkən suyu israf etmək dəstəmazı batil etmir, amma israfdan və vasvasılıqdan çəkinmək lazımdır. Məsh vaxtı əldəki yaşlığın kifayət etməsi üçün sol əli həddən artıq yumaq dəstəmazı batil edir.



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə