“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti


Məşğələ (laboratoriya) dərslərinin mövzuları və həcmi



Yüklə 406,31 Kb.
səhifə3/4
tarix20.10.2017
ölçüsü406,31 Kb.
#5941
1   2   3   4



2.3.2. Məşğələ (laboratoriya) dərslərinin mövzuları və həcmi






Mövzunun adı

Praktiki işlər

TSİ (mühaz. hazırlıq)

1

2

3

4

IV semestr

1

Aviasiya meteorologiyasının əsas vəzifəsi və Havada Hərəkətin İdarə Edilməsinin prinsipləri.

2

1

2

Atmosferin quruluşu. Tropopauzanın əsas xüsusiyyətləri. Standart atmosfer. Beynəlxalq Standart atmosferin təyin olunması (BSA) . Praktiki hesablamalar.

2

1

3

Hava temperaturunun dövri və qeyri-dövri dəyişmələri. Şaquli temperatur qradiyenti. Hava temperaturu və rütubəti, onların ölçülmə üsulları. Aeroloji diaqramlar üzərində praktiki iş.

2

1

4

Atmosfer təzyiqinin ölçmə vahidi və üsulları. QNH və QFE atmosfer təzyiqinin müəyyən edilməsi. Barometrik düsturlar. Uçuş eşalonu. Təyyarə bortuna ötürülən təzyiq haqqında məlumat. Hündürlüyə görə təzyiq dəyişmələri. Barik pillə. Praktiki məsələlərin həlli.

2

1




Kollokvium №1

2

2

5

Küləyin təyini və ölçülməsi. Küləyin vektorial sürəti. Küləyin sürət və istiqamətinin ölçmə vahidləri. Praktiki məsələlərin həlli.

2

1

6

Külək sürüşməsinin təyin edilməsi. Külək sürüşməsi haqqında xəbərdarlıq. Turbulent zonada uçuş heyəti üçün zəruri tövsiyyələr. Küləyin sürətinin hava gəmilərinin qalxma və enməsinə təsiri. Küləyin istiqamətinin hava gəmilərinin qalxma və enməsinə təsiri. Küləyin uçuşlara təsiri. Yan küləyin hesablanması. Həqiqi külək və onun uçuşlara təsiri. Ekvivalent külək. Turbulentliklərin və külək sürüşmələrinin hesablanma metodları.

2

2

7

Atmosferin əsas termodinamik elementləri. Temperaturun rütubətli və quru adiabatik qradiyentləri. Aeroloji diaqramlar və onlardan atmosferin müxtəlif fiziki xarakteristikalarının və uşuşların meteoroloji şəraitinin təyin olunması üçün istifadə. Aeroloji diaqramlarda müxtəlif səviyyələrin və zonaların müəyyən edilməsi. Aeroloji diaqramların qurulması.

2

1

8

Buludların təsnifatı. Buludluğun müşahidə olunması. Aşağı təbəqə buludluğunun ölçülmə üsulları. Yerin süni meteoroloji peyklərindən alınmış məlumatlardan təcrübədə istifadə eilməsi. Buludların növlərinin müəyyən edilməsi üsulları.

2

1




Kollokvium №2

2

2

9

İldırımların təsnifatı. İldırımın müşahidə üsulları. İldırım ocaqlarının diaqnozu və proqnozunda peyk məlumatlarından istifadə. Topa-yağış buludlarının və ildırımın fəaliyyət zonasının peykdən alınmış şəkillərdən praktikada istifadə. İldırımların hesablanma üsulları.

2

2

10

Buludluğun intensivliyini təyin edən faktorlar. Hava gəmilərinin elektrikləşməsi. Buzbağlamanın hava gəmilərinin aerodinamiki və uçuş xarakteristikalarına təsiri. İldırımın fəaliyyət zonalarında uçuşların yerinə yetirilməsi və hava hərəkətini idarəetmə üzrə uçuş heyətinə tövsiyyələr. Buzbağlama və elektrikləşmə zonalarında uçuşların yerinə yetirilməsi və hava hərəkətini idarəetmə üzrə uçuş heyətinə zəruri tövsiyyələr.

2

1

11

Görünüş məsafəsinin müəyyən edilməsi. Minimal görünüş məsafəsi. QEZ-də görünüş məsafəsi. Şaquli görünüş. Hava minimumu. Meteoroloji görünüş məsafəsinin təcrübi qiymətləndirilməsi.

2

1

12

Yerlə sürmə dispetçerləri, enmə sistemi dispetçeri və uçuş rəhbərləri üçün təlimatlandırma və meteoroloji məlumatlar. Faktiki və xüsusi hava haqqında məlumatlar, METAR və SPECİ. AİREP məlumatı. Proqnostik məlumatlar, TAF,
GAMET, SİGMET, AİRMET. Enmə və qalxma üçün qısamüddətli TREND və TAKE-OFF proqnozları. Aerodrom üzrə xəbərdarlıqlar. Külək sürüşmələri haqqında xəbərdarlıqlar. Mürəkkəb hava şəraiti və məhdud görünüş zamanı uçuşların meteoroloji təminatı. OPMET məlumatlarına dair nümunələrin oxunması.

2

1




Kollokvium №3

2

2




Semestr üzrə cəmi:

30

20

V semestr

13

Aviasiya meteoroloji orqanlarının təyinatı, vəzifələri və təşkili. Aerodromlarda meteoroloji orqanların istifadə etdiyi metoeroloji sistem və avadanlıqlar. Aerodrom meteoroloji orqanlarının gördüyü işlər və onların həcmi. Aerodromlarda meteoroloji müşahidələrin təşkili. Meteoroloji orqanlar və HHİE orqanlarının işlərinin operativ qarşılıqlı təşkili. Meteoroloji avadanlıqların aerodrom ərazisində yerləşdirilmə sxemi.

2

1

14

ATİS və VOLMET sistemlərinə məlumatların daxil olunması. ATİS və VOLMET məlumatlarının tərkibi. Yerüstü telekommunikasiya şəbəkəsi AFTN, AMHS. AFTN və AMHS şəbəkələri vasitələri ilə məlumatların mübadiləsi. Meteoroloji məlumatların peyk yayımlanma sistemləri, SADİS. Ümumdünya zonal proqnozlar mərkəzi. Meteoroloji məlumat bankları və rəsmi meteoroloji saytlardan istifadə qaydaları. Praktiki məsələlərin həlli.

2

1

15

Müxtəlif uçuş trasları üzrə meteoroloji təminat qaydaları. Yerli hava xətləri və təsərrüfat aviaisya işləri üzrə uçuşların meteoroloji təminatının xüsusiyyətləri. Yerdən hava gəmisiini göyərtəsinə ötürülən meteoroloji məlumatlar. Hava gəmisiinn göyərtəsindən ötürülən məlumatlar və onlardan təcrübədə istifadə. Mülki aviasiya uçuşlarıının meteoroloji təminatatini tənzimləyən beynəlxalq və daxili sənədlər və onların tələbləri və praktikada onlara istinadlar. Tətbiqi məsələlər.

2

1

16

Aerodromlarda uçuşların meteoroloji təminatıın avtomatlaşdırılması. Meteoroloji məlumatların yığılması və ötürülməsinin avtomatlaşdırılması. Aviasiya hava proqnozlarının verifikasiyası və OPMET məlumatlarının avtomatik nəzarət sistemi. AWOS avtomatik meteoroloji müşahidə stansiyası və onun avadanlıqları. Meteoroloji radar və onun əsas hissələri. Meteobrifinq avtomatik sistemi və onun praktiki istifadəsi.

2

1

Kollokvium №1

2

2

17

Hava kütlələrinin yaranması və təsnifatı. Hava kütlələrinin transformasiyası. Avropaya müdaxilə edən hava kütlələri. Arktik hava kütlələri. Qütb hava kütlələri. Tropik hava kütlələri. Azərbaycan ərazisinə müdaxilə edən hava kütlələri və onlarda uçuş şəraiti. Transformasiyanın qiymətləndirilməsi.

2

1

18

Alçaq təzyiq sahəsi, siklonlar, depressiyalar və təzyiq çuxuru. Aşağı təzyiq sahələrinin növləri. Alçaq təzyiq sahələrinin yaranması və onlarda hava şəraiti. Dayanıqsız alçaq təzyiq sahələri. Antisiklon və təzyiq yalı. Yüksək təzyiq sahəsinin xüsusiyyətləri. Subtropik yüskək təzyiq sahələri (isti
antisiklonlar). Kontinental antisikonlar (soyuq antisiklonlar). Müxtəlif barik sistemlərdə uçuş şəraiti. Sinoptik xəritələr üzərində təcrübi məsələlər.

2

2

19

Atmosfer cəbhələrində təzyiq şəraiti. Yer kürəsində sabit cəbhələr. Okklyuziya cəbhələri. Cəbhələrin xüsusiyyətləri. İsti və soyuq cəbhələrin bulud sistemləri və onların uçuşlara təsiri. Sinoptik xəritələr üzərində təcrübi məsələlər.

2

1

20

Beynəlxalq sinoptik KN-01 kodunun oxunması. Buludluq, meteoroloji görünüş məsafəsi, temperatur, şeh nöqtəsi temperaturu, atmosfer təzyiqi, dəniz səviyyəsinə gətirilmiş atmosfer təzyiqi, barik tendensiya meteoroloji kəmiyyətlərinin yerüstü sinoptik xəritədə oxunması.

2

1

Kollokvium №2

2

2

21

Beynəlxalq sinoptik KN-04 kodunun oxunması. Aeroloji müşahidələr. Aeroloji diaqramlar və atmosferin fəza şaquli kəsimlərinin qurulması. Mütləq və nisbi barik topoqrafiya xəritələrinin analizi. Hava temperaturu, şeh nöqtəsi temperaturunun çatışmazlığı, külək, geopotensial hündürlük meteoroloji elementlərinin barik topoqrafiya xəritələrində oxunması.

2

2

22

Təhlükəli atmosfer hadisələri şəraitində uçuşlar. Turbulentlik və külək sürüşmələri. Şırnaq axınları zonalarında uçuşların havada idarəedilməsi və yerinə yetirilməsi üçün tövsiyyələr. Yan keçmə kriteriyaları. İldırımlı buludlardan yan keçmə kriteriyaları. Təhlükəli atmosfer hadisələrinin şərti işarələri. Topa-yağış buludları. Hava xəritələrində xəttlər və şərti işarələr. Şırnaqlı axınlar və onun oxu, vulkan ocaqları, radioaktiv buludların təhlükəli atmosfer hadisələri xəritələrində (SİGWX) müəyyən edilməsi. Praktiki məsələlərin həlli.

2

1

23

Radiolokasiya meteoroloji müşahidələri və məlumatlar. Meteoroloji radar vasitəsilə müşahidə edilən obyektlər. HHİE zamanı radar məlumatlarından istifadə edilməsi. Yerin süni meteoroloji peyklərindən alınan məlumatlardan istifadə. Bulud sahələrinin paylanmasının peyk xəritələri və onların oxunması.

2

1

24

Ümumdünya Meteoroloji Təşkilatının aviasiya meteoroloji personalı üçün beynəlxalq ixtisas tələbləri. Aviasiya meteoroloji xidmətlərində İSO 9001:2008 standartı üzrə keyfiyyət idarəetmə sisteminin tətbiqi haqqında İCAO-nun tələbləri. Uçuşların təhlükəsizliyinin idarəedilməsi çərçivəsində risklərin qiymətləndirilməsi və idarəolunması sisteminin tətbiqi və onların təcrübədə əhəmiyyəti.

2

1

Kollokvium №3

2

2

Semestr üzrə cəmi:

30

20

Fənn üzrə cəmi:

60

40


2.3.3 Tələbənin sərbəst iş mövzuları və həcmi

Fənn proqramında nəzərdə tutulmuş mövzuların mənimsənilməsini möhkəmləndirmək məqsədi ilə sərbəst iş (Sİ) yerinə yetirilməlidir. Fənnin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar Sİ-in hazırlanmasında öz əksini tapmalıdır.

Sərbəst işin həcmi, tərtibatı və qiymətləndirilməsinin kriteriyaları sillabusda izah olunur.

Tələbəyə fənn üzrə semestr ərzində 10 sərbəst işin yerinə yetirilməsi tapşırığı verilir. Sərbəst işlərin tapşırıqları müxtəlif formada (referat, mühazirə mövzuları üzrə problem və praktiki xarakterli tapşırıqlar, məsələ, misallar, sxemlərin və ya modellərin işlənilməsi, fənn üzrə hesablama-cədvəl işləri və s.) ola bilər. Həmin tapşırıqlar fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir, kafedra iclasında müzakirə edilir və fakültə dekanı tərəfindən təsdiq edilir.



Sərbəst işlər üzrə məqbullar fənni tədris edən müəllim tərəfindən auditoriya saatlarından kənar vaxtda keçirilir.

Sərbəst işlərin nümunəvi mövzuları




Mövzunun adı




IV semestr



Atmosfer quruluşu və tərkibi



Standart atmosfer. Atmosferin əsas fiziki xarakteristikaları



Atmosferin tədqiqat metodları



Atmosferin əsas fiziki xarakteristikalarının hava gəmilərinə təsiri



Külək və onun hava gəmilərinin uçuşlarına təsiri



Atmosfer terdodinamikasının elemetləri. Atmosferdə adiabatik proseslər



Atmosfer təzyiqi və onun dəniz səviyyəsinə gətirilməsi. Barik pillə



Küləyin fəaliyyəti ilə bağlı olan atmosfer hadisələri və onların hava gəmilərinə təsiri



Yerüstü təbəqədə külək sürüşmələri və onların uçuşların yerinə yetirilməsinə təsiri



lldırım buludları və ildırım fəaliyyəti zonalarında uçuş şəraiti



Hava gəmilərinin buzbağlaması, yaranma səbəbləri və onların intensivliyinə təsir edən amillər. Elektrikləşmə zonalarında uçuşlar və onun hava gəmilərinə təsiri

12.

Dumanlar, bululudluq, atmosfer yağıntıları və onların hava gəmilərinin uçuşuna təsiri

13

Atmosfer təzyiqinin ölçülməsi və təyin olunması metodları. QNH və QFE atmosfer təzyiqlərinin təyin edilməsi.

14

Faktiki və proqnoz xarakterli meteoroloji məlumatların məzmunu

15

Mürəkkəb meteoroloji şəraitlərdə və məhdud görünüş məsafəsinndə uçuşların meteoroloji təminatı.

V semestr



Hava Hərəkəti İdarəetmə Orqanları üçün meteoroloji məlumatlar və onlara qoyulan tələblər



Uçuşlar üçün mürrəkəb hava şəraiti. Məhdud meteoroloji görünüş zamanı uçuşların meteoroloji təminatı



Buzbağlama və elektrikləşmə zonalarında uçuşların yerinə yetirilməsi üçün HHİE orqanlarına tövsiyyələr



Buzbağlamanın hava gəmilərinin uçuş və aerodinamik xüsusiyyətlərinə təsiri



Buludların təsnifatı. Meteoroloji peyklərdən alınan təsvirlər vasitəsilə ildırım fəaliyəti rayonlarında topa-yağış buludlarının öyrənilməsi



Aerodromlarda istifadə olunan meteoroloji sistemlər, onların təyinatı, tərkibi, texniki xüsusiyyətləri və aerodromda yerləşməsi



Beynəlxalq aviasiya meteoroloji kodları METAR (SPECİ), TAF



Görünüş məsafəsi və onun müxtəlif amillərdən asılılığı



İqtisadiyyatın müxtəlif sahələrində aşağı hündürlüklərdə yerli hava xəttləri vasitəsilə meteoroloji təminatın əsas xüsusiyyətləri



Hava kütlələri



Beynəlxalq aeronaviqasiyanın meteoroloji təminatında istifadə edilən aerosinoptik materiallar, meteoroloji məlumatlar və sənədlər

12.

Yerin süni meteoroloji peyklərindən əldə edilən məlumatlar və onlara interpretasiya

13

Yerüstü və barik topoqrafiya xəritələrindən alınan məlumatlara görə uçuşların meteoroloji şəraitinin qiymətləndirilməsi

14

Uçuşların meteoroloji təminatı zamanı radar və peyk məlumatlarından istifadə edilməsi

15

Barik sistemlər. Müxtəlif barik sistemlərdə yerüstü hava xəritələri vasitəsilə hava şəraitinin müəyyən edilməsi

Yüklə 406,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə