«AZƏrbaycan hava yollari» qsc miLLİ aviASİya akademiyasi tullantisiz istehsal metodik vəsait baki – 2014 Elmi redaktor



Yüklə 0,58 Mb.
səhifə37/50
tarix31.12.2021
ölçüsü0,58 Mb.
#81694
1   ...   33   34   35   36   37   38   39   40   ...   50
TULLANTISIZ-İSTEHSAL

Elmi-texniki təminat. Hal-hazırda tullantıların ləğv edilməsi barədə aparılan elmi-tədqiqat işlərin demək olar ki, xalq təsərrüfatının bütün sahələrində, regional səviyyədə, ayrı-ayrı müəssisələrdə, son illərdə yaradılmış assosiasiyalarda və s. həyata keçirilir. Ancaq onların hazırladığı layihələr ancaq o növ tullantılara aid olur ki, onların təkrar emalı iqtisadi cəhətdən səmərəli olsun. Yerinə yetirilmiş bir çox elmi-tədqiqat işlərinin olmasına baxmayaraq, onların böyük bir hissəsi, material və maddi vasitələrin olmaması səbəbindən tullantıların emalı ilə əlaqədar istehsalat gücünün artırılması üçün realizə olunmamış qalır. Çox komponentli tullantıların çox növünün emalına sahə üzrə yanaşma onların kompleks emalının həyata keçirilməsinə imkan vermir.

Proqramın müvəffəqiyyətlə həyata keçirilməsi üçün elmi-texniki inkişafın əsas vacib yollardan biri olduğunu bilərək, tədbirlərin həyata keçirilməsini nəzərdə saxlamaq lazımdır: tullantıların ləğv edilməsi sahəsi üzrə texniki siyasətin formalaşması üçün vahid koordinasiyaedici orqanın yaradılması, xammal kimi əhəmiyyətə malik olan, həmçinin ərtaf mühitin daha da çirklənməsinə səbəb olan tullantıların növünün müəyyən edilməsi, onların istifadəsi və yerləşdirilməsi istiqamətində elmi-tədqiqat işlərinin təşkil edilməsi, elm və istehsalat təşkilatı və müəssisələrinin maddi-texniki bazasının təmin edilməsi, elmi-tədqiqat işlərinin federal və regional büdcədən maliyyələşmə mənbəyinin müəyyən edilməsi, yerli və xarici kommersiya strukturunun və xarici investisiyanın və digər mənbələrin cəlb edilməsi.

Bu zaman nəzərdə saxlamaq lazımdır ki, tək tullantıların emalı üzrə layihələr maliyyələşməməli, eyni zamanda tullantıların əmələ gəlməsinin qarşısının alınması üzrə layihələr işlənməlidir. Bu zaman elmi-tədqiqat işlərinə, texnoloji proseslərin və avadanlıqların işlənməsi ilə yanaşı tullantıların əmələ gəlməsinin qarşısının alınması sahəsində fundamental tədqiqatlar, iqtisadi, hüquqi tullantıların idarəsi üçün normativ metodiki mexanizmi, tullantıların ləğv edilməsi sahəsində bütün fəaliyyət növlərində informasiya ilə təmin edilmə işləri də qoşulmalıdır.

Elmi-texniki problemlər işlənmələri iqtisadiyyatın müxtəlif region və sahə müəssisələri üçün mühüm əhəmiyyət daşıyır, ancaq onların realizə edilməsi müəyyən risk ilə əlaqədardır. Belə işlənmələrin aparılması yüksək ixtisaslı mütəxəssislərin bu işə cəlb edilməsini tələb edir. Bununla əlaqədar olaraq, belə işlənmələr mərkəzləşdirilmiş mənbədən maliyyələşdirilməlidir. Belə işlənmələrə çətin emal olunan və çoxkomponentli tullantıların emalı və zərərsizləşdirilməsi, sahəarası xarakterli, xüsusi toksiki və s. aiddir.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə