«AZƏrbaycan hava yollari» qsc miLLİ aviASİya akademiyasi tullantisiz istehsal metodik vəsait baki – 2014 Elmi redaktor


Mövzu 9: Əlvan metal tullantılarının



Yüklə 0,58 Mb.
səhifə38/50
tarix31.12.2021
ölçüsü0,58 Mb.
#81694
1   ...   34   35   36   37   38   39   40   41   ...   50
TULLANTISIZ-İSTEHSAL

Mövzu 9: Əlvan metal tullantılarının

təkrar emalı

Qeyd etdiyimiz kimi təbii ehtiyatların tükənməsinin ləngidilməsində resilkulyasiyanın rolu böyükdür. Lakin resilkulyasiya 50-60 % olduqda bir çox əlvan metalların təbii ehtiyatının tükənməsi cəmi bir neçə il uzadılır, kifayət qədər təbii ehtiyatın ömrünün uzadılması üçün, o 70%-dən çox olmalıdır. Lakin minimum ehtiyatlardan hazırlanmış məhsulların hamısı təkrar emala qaytarıla bilmir. Xüsusən gübrələr, pestisitlər, kimyəvi reaktivlər resilkulyasiya edilmir. Lakin gümüş fotoqrafiya tullantı məhsullarından resilkulyasiya olunur. Eyni ilə qızıl elektrolit məhlullarından reduksiya olunur. Resilkulyasiya olunan elementlər arasında dəmirlə onun xəlitələrini göstərmək olar. Adətən dəmir qırıntılarının xəlitələri çömçə sobalarda əridilir və onun tərkibi təhlil olunur. Adətən təkrar lom qarışıqları müəyyən əlamətlərinə görə səciyyələndirilir və hazırlanacaq məmulatdan asılı olaraq istifadə olunur. Əlvan metalların resilkulyasiya dərəcəsi qara metallara nisbətən zəifdir.



Səbəbi: onların əksəriyyətinin kimyəvi aktiv olması və hazırlandığı məmulatın növü, ölçüləri və kütləyə malik olması. Onların içərisində ən geniş təkrar emal ediləni mis və alüminiumdur. Əlvan metalların təkrar emalı onların filizdən ayrılmasına nisbətən aşağıdakı üstünlüklərə malikdir.

  1. Mineral ehtiyatların ilkin filiz şəklində istifadəsi azaldılır.

  2. Texnologiyasının (emalının) asan olması. Xüsusən səciyyələndirilmiş yüksək keyfiyyətli qırıntılarınemalı. Məsələn: alüminium elektrik xətləri, mis kabelləri.

  3. Emalına sərf olunan enerji dəfələrlə az olur. Məsələn; bir ton Al, Ni, Cu, Zn və Pb-nun qırıntıları alınmasına sərf olunan elektrik enerjisi həmin elementlərin ilkin filizlərdən alınmasına sərf olunan enerjidən 19.5; 9.3; 6.2; 3.6 və 2.3 dəfə azdır.

  4. İstehsal və kapital xərcləri azalır.

  5. Təkrar emal zamanı əmək məhsuldarlığı təqribən 2.5 dəfə artır. Bu üstünlüklərinə görə bir çox metalların qırıntıların istehsalı getdikcə genişlənir və bu sahədə kiçik firmalar da iş görə bilir. Bugün üçün ayrı-ayrı əlvan metalların lomlardan təkrar istehsalının həcmi onların ümumi istehsalının 15-40%-ni təşkil edir. İnkişaf etmiş ölkələrdə qırıntılardan təkrar istehsalı faizi böyük olur.

Təkrar istehsalın çatışmayan cəhəti istehlak məmulatlarının coğrafi yayılmasının böyüklüyü, təşkilatı məsələlərinin çətinliyidir. Əlvan metal lomlarının təkrar emalı ilə bir neçə təşkilat məşğul olur. Bu təşkilatları 4 qrupa bölürlər:

  1. Metal qırıntıların yığan və təhvil verən təşkilatlar.

  2. Metallurji əməliyyat aparmadan qırıntıları hazırlanması və verilməsi.

  3. Metallurji istehsalı olan qırıntı hazırlıq təşkilatı. Burada yığılan qırıntılar qruplara bölünür və müəyyən ərintilər şəklində hazırlanır və bu ərintilərin kimyəvi tərkibi verilir.

  4. Təkrar emalla məşğul olan metalurgiya zavodları. İnkişaf etmiş ölkələrdə meal qırıntıların yığılmasının təxminən 70%-i iri təşkilatlar tərəfindən həyata keçirilir. Qalan hissəsi yalnız kiçik qruplar tərəfindən həyata keçirilir.

Təkrar emalla məşğul olan metalurgiya zavodları ölkənin qırıntı potensialını tətbiq edir. Metallurgiya zavodlarında hər bir qırıntının potensialı və onun asortimenti tədqiq edilir. Bu zaman qonşu regionlardan qırıntının idxalı da nəzərə alınır. Keçmiş Sovet ittifaqında qırıntilar əsasında işləyən 7 ixtisaslaşmış zavod mövcud idi. Bu zavodlarda əlvan metallar tam kondensasiyaya çatdırılana qədər emal edilir və birbaşa istehsala verilir. Hal-hazırda Azərbaycanda alüminium və misin təkrar emalı ilə məşğul olan kiçik ölçülü sexlər mövcuddur. Burada əsasən yüksək keyfiyyətli qırıntılardan alüminium və mis əsaslı kabellər hazırlanır. Digər metal tullantıları yığılaraq ixrac edilir. Əlvan metal tullantılarının təkrar emal proseslərinin onların ilkin filizdən emal texnologiyası ilə bir çox oxşarlığı olur. Bəzi hallarda tullantıların təkrar emalından spesifik texnoloji variantlardan istifadə edilir. Adətən əlvan metalın təkrar emalında bir tip əridici sobadan istifadə edilir. Məsələn: şaxta sobası, konvertor, əksetdirici soba, induksiya sobası və s.

Eyni zamanda istifadə edilən hidrometalurgiya emal variantı da bir variantlı olur. Bütün bunların nəticəsində təkrar emalın prinsipial fərqli xüsusiyyətləri əmələ gəlir. Bunlar əsasən ilkin xammalın (tullantının) xarakterindən asılıdır. Belə ki, ilkin filizdən fərqli olaraq metal tullantılarında kimyəvi birləşmə olmur. Onları yandırmaq, reduksiya etmək kimi proseslər olmur. Metal lomları əsasən çox komponentli xəlitələrdən və ya metal örtüklərindən ibarətdir. Bütün bunlar hər bir qırıntı emalı üçün spesifik texnoloji variantın seçilməsini tələb edir. Qırıntıların təkrar emal prosesi də ilkin filizin emalı kimi kompleksliliyə malik olmalıdır. Yəni, mümkün qədər əsas metalın çıxımı çox olmalı, tərkibindəki digər metallar da məhsula çevrilməlidir. İnkişaf etmiş ölkələrdə mövcud tullantıların, Qırıntıların səciyyənləndirilməsinə aid dövlət standartları olur. Məsələn: Sovet İttifaqı üçün (bizim üçün də) belə dövlət standartı aşağıdakı kimi olmuşdur:

ÜDST – 1639 – 78


  1. Qırıntı dedikdə, istehlak olunmuş maşınlar, dəzgahllar mənəvi cəhətdən istifadəyə yararsız qurğular, konstruksiya materialları, maşınların hissələri, kəsici alətlər, məişətdə istifadə olunan cihazlar, qab-qacaq və s. nəzərdə tutulur. Əlvan metalların təqribən 25-85%-i qırıntıların payına düşür.

  2. Əlvan metal tullantısı dedikdə, metalların mexaniki emalı zamanı əmələ gələn yonqar, kəsilmiş hissələr, metalla zəngin olan metalurgiya şlakları, digər istehsal tullantıları, zay məhsulların hissələri və s. aiddi.

Bütün tullantılar 4 sinfə bölünür:

  1. Metal qırıntıları və metal hissələri

  2. Yonqarlar

  3. Metal tozları

  4. Digər tullantılar, bura qarışıq tullantılar da aiddi.

Hər bir sinif üçün qruplar və markalar vardır (kimyəvi tərkibinə görə). Təqribən 10 qrup fərqləndirilir.

I qrupa həmışə təmiz metallar

II qrupa metalların xəlitələri

III və sonrakı qruplara tərkibi daha mürəkkəb və qarışıq olan bir-birindən ayrılmamış qarışıq tullantılar aiddir. Bundan başqa tullantılar növlərə bölünür. Tullantının növü onun çirklilik (başqa maddələrin qatışması) dərəcəsi ilə ölçülür. Bu zaman tullantıların ölçüləri nəzərə alınır.

I növə d sinifindən başqa bütün qalan siniflər aid ola bilər. Bu sinfin fərqləndirici xüsusiyyəti onların pasportunun olmasıdır. Pasportda aşağıdakılar qeyd olunub: tullantının adı, sinfi, qrupu, markası, göstərilir. I sinif pasportu tullantının ayrı-ayrı partiyalarına aiddir.

II növ tullantılar eyni markadan və qrupdan olan qırıntı və tullantılardan ibarətdir. Lakin onların çirkliliyi I növə nisbətən çoxdur.




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə