ha sonra məlum olur. Belə hallarda sonradan etiraz etməyə və özü-özünə etiraz etməyə yol
verilir.
Sonradan verilmiş etiraz haqqında ərizədə, ərizə verən ərizənin vaxtmda verilməməsi
səbəblərini göstərməklə, həmİn səbəbləri təsdiq edən sübutlar təqdim etməlidir.
3.
Etiraz verənin öz marağı naminə məhkəmə prosesini ləngitməsinin və uydurma
dəlillərə istinad etməsinin qarşısını almaq məqsədilə qanunvericilik məsuliyyət nəzərdə tutur.
Belə halda təqsirkar şəxs minimum əmək haqqmın 100 mislinədək miqdarda cərimə olunur
(MPM, 21.5-ci maddə).
Uydurma dəlillər dedikdə, həqiqətə uyğun olmayan və ya mövcud olmayan hallara
istinad edilməsi başa düşülür.
Maddə 22. Edilmiş etirazm həll edilmə qaydası
22.1.
Etiraz edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini, həmçinin etiraz
olunan şəxs izahat vermək istəyirsə, onun izahatını dinləməlidir.
22.2.
İşə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri
tərəfindən həll edilir.
22.3.
Məhkəmədə işlərə kollegial baxıldığı zaman hakimlərdən birinə edilmiş etiraz,
etiraz edilənin iştirakı olmadan digər hakimlər tərəfindən həll edilir. Etirazın lehinə və
əleyhinə verilən səslərin sayı bərabər olduqda, hakim kənar edilmiş hesab edilir. Apellyasiya
və kassasiya qaydasında işə baxan bir neçə hakimə və ya bütün məhkəmə tərkibinə edilən etiraz
apellyasiya və ya kassasiya instansiyası məhkəmələrinin sədrləri tərəfindən həll edilir.
22.4.
Ekspertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclasının katibinə etiraz
haqqında məsələ işə baxan hakim və məhkəmə tərəfindən həll edilir.
22.5.Əgər etiraz birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya məhkəmə sədrinə,
yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz baxılmaq üçün apellyasiya
instansiyası məhkəməsinə göndərilir.
22.6.Etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı
çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir.
1.
MPM-in 22-ci maddəsində iki qrup şəxslər haqqında edilmiş etirazm həll edilməsi
qaydası nəzərdə tutulmuşdur. Birinci qrupa məhkəmə tərkibinə və ya tərkibə daxil olan hakimə
edilən etirazm həll edilmə qaydası, İkinci qrupa isə MPM-in 20-ci maddəsmdə göstərilən
məhkəmə prosesinin iştirakçılarma edilən etirazm həll edilmə qaydası aiddir.
MPM-in 22.1-ci maddəsində göstərilən etirazın həll edilmə qaydası etiraz edilənin
prosessual vəziyyətindən asılı olmayaraq tətbiq edilir.
Etiraz edilibsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini Öyrənməli və Özü- özünə
etiraz edənin və ya etiraz edilənin izahatmı dinləməlidir. Bu, qanunla müəyyən edilmişdir və
etirazı həll edən məhkəmə üçün məcburidir.
Etiraz edilənin izahat verməsi və eləcə də məhkəmə prosesinin başqa iştirakçılarının
etiraz barədə fikir söyləməsi onlann vəzifəsi deyil, hüququdur. Etiraz edilən hətta etiraz əsassız
olsa belə, izahat verməyə bilər. Eynilə bu qayda prosesin başqa iştirakçılarına da aiddir.
29
Etiraz verənə münasibətdə isə qanun tamamilə fərqli qayda müəyyən edir. Etiraz verən
məhkəmədə etirazını əsaslandırmalı, etirazın obyektiv həlli üçün məhkəmənin tələb etdiyi
dəlil sübutları təqdim etməlidir.
Özü-özünə etiraz və etiraz edilməsi barədə rəy və izahatlar istər yazılı fonnada, istərsə
də şifahi formada verilə bilər (qanunvericiliklə xüsusi fonna nəzərdə tutulmayıb). Rəy və
izahatlar məhkəmədə şifahi surətdə bildirildikdə, onlar məhkəmə iclası protokolunda qeyd
edilir, Yazılı rəy və izahatları məhkəmə elan edir.
Məhkəmə tərkibinə daxil olan hakimlərdən birinə etiraz edilərsə və ya o, özü- özünə
etiraz edərsə, izahatı məhkəmə zalında verir. Məhkəmə, özü-özünə etiraz və etiraz etmə
barədə rəy və izahatları dinlədikdən sonra etirazın əsaslı olub olmamasını müşavirə otağında
həll edir. Müşavirə otağında etiraz edilən hakimin olması qadağandır.
2.
Birinci instansiya məhkəməsində işə təkbaşına baxan hakimə, həmçinin apcll- yasiya
və kassasiya qaydasında işə baxan məhkəmə tərkibinin bir neçə hakiminə və ya bütün tərkibə
etiraz edildikdə, etirazın qəbul edilib-cdilməməsini uyğun məhkəmələrin sədrləri həll edir.
Məhkəmə sədrləri etirazın qəbul edilib-edilməməsi məsələsini həll edərkən ya işin
baxılmasmda fasilə elan edilməli və ya işin baxılması təxirə salınmalıdır. Həmin müddət
ərzində uyğun məhkəmə sədrləri etirazın təmin edilib-edilməməsi məsələsini həll etməlidir.
Etiraz təmin edilmədikdə, işin baxılması davam edir. Etiraz təmin edildikdə, işin
baxılmasından kənarlaşdırdınış hakim başqası ilə əvəz edilir və proses yenidən başla- yır.
3.
İşə kollegial qaydada baxılarkən hakimlərdən birinə ctİraz edildikdə, etirazm təmin
edilib-edilməməsini tərkibin başqa üzvləri həll edir. Səslər bərabər olduqda, etiraz təmin
edilmiş hesab olunur.
İşin baxılmasından kənar edilmiş hakimin kim tərəfindən əvəz edilməsi məsələsi
MPM-də Öz əksini tapmamışdır. Ona görə də, qanunvericiliyin ümumi müddəalarmı əsas
götürmək lazımdır. Belə ki, Məhkəmələr və hakimlər haqqında Qanuna əsasən, işlərin
hakimlər arasında bölünməsi uyğun məhkəmə sədrinin səlahiyyətinə aiddir. Ona görə də, işin
baxılmasmdan kənarlaşdın İmiş hakimin əvəz edilməsi məsələsini həmin məhkəmənin sədri
həll cdir.
4.
Ekspertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə katibinə etiraz edildikdə, etirazın
əsaslı, təmin edilib-edilməməsi və təmin edildikdə, həmin şəxslərin əvəz edilməsini ümumi
qaydada işə baxan hakim və məhkəmə həll cdir.
5.
Məhkəmənin tərkibi dedikdə, həmin məhkəməyə təyin edilmiş sədr və hakimlər
nəzərdə tutulur. Məhkəmənin bütün tərkibinə (birinci instansiya məhkəməsində həm
hakimlərə və həm də sədrə) və ya sədrə (təkbaşma işə baxılarkən), yaxud təktərkibli
məhkəmənin hakiminə etiraz edilərkən, həmin məhkəmədə etiraza baxıb həll edəcək şəxs
qalmadığından həmin vəzifəni apcllyasiya instansiyası həyata keçirir. Bu halda etiraza
baxılma qaydası bu maddənin 3-cü bəndində nəzərdə tutulan qaydada həyata keçirilir.
Etiraz etmə və özü-özünə etiraz etmə məsələsi üzrə ayrıca prosessual sənəd şəklində
qərardad çıxarılır. Etiraz etmə və ya özü-özünə etiraz etmə barədə qərardad işin sonrakı
hərəkətinə mane olmadığma görə (MPM, 395.1.2-ci maddə) ondan şikayət verilmir.
30