Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə14/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   ...   267

ha sonra məlum olur. Belə hallarda sonradan etiraz etməyə  və özü-özünə etiraz etməyə  yol 

verilir. 

Sonradan  verilmiş  etiraz  haqqında  ərizədə,  ərizə  verən  ərizənin  vaxtmda  verilməməsi 

səbəblərini göstərməklə, həmİn səbəbləri təsdiq edən sübutlar təqdim etməlidir. 

3.

 

Etiraz  verənin  öz  marağı  naminə  məhkəmə  prosesini  ləngitməsinin  və  uydurma 



dəlillərə istinad etməsinin qarşısını almaq məqsədilə qanunvericilik məsuliyyət nəzərdə tutur. 

Belə halda təqsirkar şəxs minimum əmək haqqmın 100 mislinədək  miqdarda cərimə olunur 

(MPM, 21.5-ci maddə). 

Uydurma  dəlillər  dedikdə,  həqiqətə  uyğun  olmayan  və  ya  mövcud  olmayan  hallara 

istinad edilməsi başa düşülür. 



Maddə 22. Edilmiş etirazm həll edilmə qaydası 

22.1.

 

Etiraz edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini, həmçinin etiraz 

olunan şəxs izahat vermək istəyirsə, onun izahatını dinləməlidir. 

22.2.

 

İşə  təkbaşına  baxan  hakimə  etiraz  edilməsi  məsələsi  məhkəmənin  sədri 

tərəfindən həll edilir. 

22.3.

 

Məhkəmədə işlərə kollegial baxıldığı zaman hakimlərdən birinə edilmiş etiraz, 

etiraz  edilənin  iştirakı  olmadan  digər  hakimlər  tərəfindən  həll  edilir.  Etirazın  lehinə  və 

əleyhinə verilən səslərin sayı bərabər olduqda, hakim kənar edilmiş hesab edilir. Apellyasiya 

və kassasiya qaydasında işə baxan bir neçə hakimə və ya bütün məhkəmə tərkibinə edilən etiraz 

apellyasiya və ya kassasiya instansiyası məhkəmələrinin sədrləri tərəfindən həll edilir. 

22.4.

 

Ekspertə,  mütəxəssisə,  tərcüməçiyə  və  məhkəmə  iclasının  katibinə  etiraz 

haqqında məsələ işə baxan hakim və məhkəmə tərəfindən həll edilir. 

22.5.Əgər etiraz birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya məhkəmə sədrinə, 

yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz baxılmaq üçün apellyasiya 

instansiyası məhkəməsinə göndərilir. 

22.6.Etiraz  etmə  və  ya  özü-özünə  etiraz  etmə  məsələləri  barədə  məhkəmə  qərardadı 

çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. 

1.

 



MPM-in  22-ci  maddəsində  iki  qrup  şəxslər  haqqında  edilmiş  etirazm  həll  edilməsi 

qaydası nəzərdə tutulmuşdur. Birinci qrupa məhkəmə tərkibinə və ya tərkibə daxil olan hakimə 

edilən  etirazm  həll  edilmə  qaydası,  İkinci  qrupa  isə  MPM-in  20-ci  maddəsmdə  göstərilən 

məhkəmə prosesinin iştirakçılarma edilən etirazm həll edilmə qaydası aiddir. 

MPM-in  22.1-ci  maddəsində  göstərilən  etirazın  həll  edilmə  qaydası  etiraz  edilənin 

prosessual vəziyyətindən asılı olmayaraq tətbiq edilir. 

Etiraz edilibsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini Öyrənməli və Özü-  özünə 

etiraz edənin və ya etiraz edilənin izahatmı dinləməlidir. Bu, qanunla müəyyən edilmişdir və 

etirazı həll edən məhkəmə üçün məcburidir. 

Etiraz  edilənin  izahat  verməsi  və  eləcə  də  məhkəmə  prosesinin  başqa  iştirakçılarının 

etiraz barədə fikir söyləməsi onlann vəzifəsi deyil, hüququdur. Etiraz edilən hətta etiraz əsassız 

olsa belə, izahat verməyə bilər. Eynilə bu qayda prosesin başqa iştirakçılarına da aiddir. 

29 



Etiraz verənə münasibətdə isə qanun tamamilə fərqli qayda müəyyən edir. Etiraz verən 

məhkəmədə  etirazını  əsaslandırmalı,  etirazın  obyektiv  həlli  üçün  məhkəmənin  tələb  etdiyi 

dəlil sübutları təqdim etməlidir. 

Özü-özünə etiraz və etiraz edilməsi barədə rəy və izahatlar istər yazılı fonnada, istərsə 

də  şifahi  formada  verilə  bilər  (qanunvericiliklə  xüsusi  fonna  nəzərdə  tutulmayıb).  Rəy  və 

izahatlar  məhkəmədə  şifahi  surətdə  bildirildikdə,  onlar  məhkəmə  iclası  protokolunda  qeyd 

edilir, Yazılı rəy və izahatları məhkəmə elan edir. 

Məhkəmə tərkibinə daxil olan hakimlərdən birinə etiraz edilərsə və ya o, özü- özünə 

etiraz  edərsə,  izahatı  məhkəmə  zalında  verir.  Məhkəmə,  özü-özünə  etiraz  və  etiraz  etmə 

barədə rəy və izahatları dinlədikdən sonra etirazın əsaslı olub olmamasını müşavirə otağında 

həll edir. Müşavirə otağında etiraz edilən hakimin olması qadağandır. 

2.

 



Birinci instansiya məhkəməsində işə təkbaşına baxan hakimə, həmçinin apcll- yasiya 

və kassasiya qaydasında işə baxan məhkəmə tərkibinin bir neçə hakiminə və ya bütün tərkibə 

etiraz  edildikdə, etirazın  qəbul  edilib-cdilməməsini  uyğun  məhkəmələrin sədrləri həll edir. 

Məhkəmə  sədrləri  etirazın  qəbul  edilib-edilməməsi  məsələsini  həll  edərkən  ya  işin 

baxılmasmda  fasilə  elan  edilməli  və  ya  işin  baxılması  təxirə  salınmalıdır.  Həmin  müddət 

ərzində uyğun məhkəmə sədrləri etirazın təmin edilib-edilməməsi məsələsini həll etməlidir. 

Etiraz  təmin  edilmədikdə,  işin  baxılması  davam  edir.  Etiraz  təmin  edildikdə,  işin 

baxılmasından kənarlaşdırdınış hakim başqası ilə əvəz edilir və proses yenidən başla- yır. 

3.

 

İşə kollegial qaydada baxılarkən hakimlərdən birinə ctİraz edildikdə, etirazm təmin 



edilib-edilməməsini  tərkibin  başqa  üzvləri  həll  edir.  Səslər  bərabər  olduqda,  etiraz  təmin 

edilmiş hesab olunur. 

İşin  baxılmasından  kənar  edilmiş  hakimin  kim  tərəfindən  əvəz  edilməsi  məsələsi 

MPM-də  Öz  əksini  tapmamışdır.  Ona  görə  də,  qanunvericiliyin  ümumi  müddəalarmı  əsas 

götürmək  lazımdır.  Belə  ki,  Məhkəmələr  və  hakimlər  haqqında  Qanuna  əsasən,  işlərin 

hakimlər arasında bölünməsi uyğun məhkəmə sədrinin səlahiyyətinə aiddir. Ona görə də, işin 

baxılmasmdan kənarlaşdın İmiş hakimin əvəz edilməsi məsələsini həmin məhkəmənin sədri 

həll cdir. 

4.

 

Ekspertə,  mütəxəssisə,  tərcüməçiyə  və  məhkəmə  katibinə  etiraz  edildikdə,  etirazın 



əsaslı, təmin edilib-edilməməsi və təmin edildikdə, həmin şəxslərin əvəz edilməsini ümumi 

qaydada işə baxan hakim və məhkəmə həll cdir. 

5.

 

Məhkəmənin  tərkibi  dedikdə,  həmin  məhkəməyə  təyin  edilmiş  sədr  və  hakimlər 



nəzərdə  tutulur.  Məhkəmənin  bütün  tərkibinə  (birinci  instansiya  məhkəməsində  həm 

hakimlərə  və  həm  də  sədrə)  və  ya  sədrə  (təkbaşma  işə  baxılarkən),  yaxud  təktərkibli 

məhkəmənin  hakiminə  etiraz  edilərkən,  həmin  məhkəmədə  etiraza  baxıb  həll  edəcək  şəxs 

qalmadığından  həmin  vəzifəni  apcllyasiya  instansiyası  həyata  keçirir.  Bu  halda  etiraza 

baxılma qaydası bu maddənin 3-cü bəndində nəzərdə tutulan qaydada həyata keçirilir. 

Etiraz etmə və özü-özünə  etiraz etmə məsələsi üzrə ayrıca prosessual sənəd şəklində 

qərardad  çıxarılır.  Etiraz  etmə  və  ya  özü-özünə  etiraz  etmə  barədə  qərardad  işin  sonrakı 

hərəkətinə mane olmadığma görə (MPM, 395.1.2-ci maddə) ondan şikayət verilmir. 

30 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə