Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə17/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   ...   267

türütən fəaliyyətdir (MM, l3-cü maddə). 

Fərdi sahibkarlara gəldikdə isə, hətta vətəndaş müəyyən edilmiş qaydada fordi sahibkar 

statusu  almış  olsa  bclo,  mübahisə  onun  sahibkarlıq  fəaliyyəti  ilə  əlaqəli  deyilsə  (məsələn, 

mübahisə məişət münasibətlərindən törəmişsə və s.), bu mübahisələrə iqtisad məhkəmələrində 

deyil, ümumi məhkəmələrdə baxılmalıdır. 

Maddədə  «iqtisadi  münasibətlər»in  anlayışı  verilmir  və  məzmunu  açıqlanmır.  Ancaq 

iqtisad  məhkəmələrində  icraatm  ümumi  vəzifələrinə  istinad  edərək  demək  olar  ki,  iqtisadi 

münasibətlər dedikdə, sahibkarlıq və başqa iqtisadi fəaliyyət nəticəsində yaranan mübahisələr 

nəzərdə tutulmalıdır. 

İşlərin iqtisad məhkəmələrinə aid edilməsinin əsas meyarlardan biri də MPM-in 

26.1-


 

ci maddəsində nəzərdə tutulan hüquq münasibətlərinin xarakterindən ibarətdir. Həmin 

maddəyə  görə,  iqtisad  məhkəmələrinə  mülki,  mzibati  və  başqa  hüquq  münasibətlərindən 

yaranan  iqtisadi  mübahisələr  aiddir.  Mülki  hüquq  münasibətləri  mülki  qanunvericiliklə 

tənzimlənən  münasibətlərdir.  Həmin  münasibətlərin  dairəsi  MM-in  2-ci  maddəsi  ilə 

müəyyənləşdirilib.  Mülki  hüquq  münasibətlərindən  yaranan  iqtisadi  mübahisələr  iqtisad 

məhkəmələrinin baxdığı işlərin əksəriyyətini təşkil edir. 

İqtisad  məhkəmələrinə,  həmçinin  inzibati  münasibətlərdən  yaranan  (bir  tərəfin  başqa 

tərəfə  inzibati  və  başqa  formada  tabeçiliyi  nəticəsində  yaranan  mübahisələr)  iqtisadi 

mübahisələr  aiddir.  İnzibati  hüquq  münasibətlərinin  iştirakçıları  dövlət  və  yerli  özünüidarə 

orqanları, başqa şəxslərə münasibətdə idarəçilik, yerli özünüidarə orqan lan ola bİlər. Bu cür 

münasibətlərin  iştirakçılan,  həmçinin  bir  tərəfdən  dövlət  orqanı  və  başqa  tərəfdən  yerli 

özünüidarə orqanlan da ola bilər. Həmin mübahisələrə təcrübədə yuxarı orqanlarm (nazirlik, 

şirkət və s.) qərarlannın etibarsız hesab edilməsi barədə iddialar formasmda rast gəlinir. 

2.

 

MPM-in  26.2-ci  maddəsində  iqtisad  məhkəmələrinin  baxdığı  iqtisadi  mübahisələrin 



siyahısı göstərilib. 

Müqavilələr  üzrə  ixtilaflar  iki  halda  iqtisad  məhkəmələrində  baxılmalı  olan  işlərin 

predmeti ola bilər: 

1)

 



müqavilələr üzrə ixtilaflarm qanunda nəzərdə tutulduğu halda; 

2)

 



ixtilafm  iqtisad  məhkəmələrinin  həllinə  verilməsi  barədə  tərəflərin  razılığı  olduğu 

halda. 


Göründüyü  kimi,  iqtisad  məhkəmələrinin  müqavilələr  üzrə  ixtilafları  qəbul  edib  həll 

etməsinin əsas şərtlərindən biri müqavilənin bağlanmasının məcburi olmasıdır (MM, 400,402, 

412-ci maddələri). 

Müqavilələr üzrə ixtilaflarm iqtisad məhkəmələrinə verilməsinin başqa şərti tərəflərin 

razılığıdır. Bu razılıqlar müxtəlif formada ola bilər. 

Məsələn, məktub, teleqram, faks mübadiləsi, bağlanmış müqavilədə belə bir şərtin qeyd 

edilməsi və s. 

iqtisad  məhkəmələrinə  müqavilələrin  dəyişdirilməsi  və  ləğv  edilməsi  barədə 

mübahisələr də aiddir. 

3.

 



İqtisad  məhkəmələri  müqavilələrin  dəyişdirilməsi  və  ləğv  edilməsi  barədə 

mübahisələr üzrə iddia ərizələrini qəbul edərkən hökmən MM-in 421-424-cü mad- dəliırinin 

tələblərinə əməl edilib edilməməsini yoxlamalıdu". 

36 



4.

 

Mübahisəsiz  qaydada  (akseptsiz)  ödənilən  cərimələr  üzrə  icra  sənədlərinə 



notariusların icra qeydləri və ya başqa sənədlər misal ola bilər (MPM, 224-cü maddə). 

Başqa  sənədlər  dedikdə,  səlahiyyətli  orqanlann  cərimələrin  akseptsiz  qaydada 

tutulmasma əsas verən sənədləri nəzərdə tutulur. 

5.

 

Qanunda cərimənin mübahisəsiz qaydada (akseptsiz) silinməsi nəzərdə tutulmayıbsa, 



dövlət  orqanlan  (məsələn,  yerli  icra  hakimiyyəti  orqanları)  yerli  özünüidarə  orqanları 

(bələdiyyələr),  nəzarət  funksiyasmı  həyata  keçirən  yerli  orqanlar  (vergi  orqanları,  ətraf 

mühitin mühafizəsi orqanlan və s.) cərimələrin alınması üçün iqtisad məhkəməsinə müraciət 

etməlidirlər. 

6.

 

Həmçinin, nəzarət funksiyasım həyata keçirən orqanların qanunun və başqa normativ 



hüquqi  aktların  tələblərini  pozmaqla  mübahisəsiz  qaydada  (akseptiz)  aldığı  pu!  vəsaitinin 

büdcədən qaytaniması barədə mübahisələrə baxılması iqtisad məhkəmələrinə aiddir. Məsələn, 

qanunun tələblərinə zidd otaraq, vergİ orqanlan və başqa nəzarət orqanlannm hüquqi şəxslərin 

hesabmdan  əsassız  olaraq  mübahisəsiz  qaydada  sildiyi  cərimələrin,  İqtisadi  sanksiyalarm, 

vergi və ya başqa məcburi Ödəmələrin büdcədən geri qaytarılması üçün hüquqi şəxslər və ya 

fərdi sahibkarlar iddia ərizəsi ilə iqtisad məhkəmələrinə müraciət etməlidirlər. 

7.

 

Müəssisənin  təsis  sənədləri  müəssisənin  nizamnaməsi  və  təsis  müqaviləsidir 



(Müəssisələr haqqmda Qanunun 15-16-cı və MM-in 45-47-cİ maddələri). 

Müəssisə qanunvericiliyin tələblərini pozmaqla təsis edildikdə, təsis sənədləri etibarsız 

hesab  edilə  bilər.  Bu  halda  təsis  sənədlərinin  etibarsız  hesab  edilməsi  barədə  maraqlı  şəxs 

İqtisad məhkəməsinə müraciət edə bilər. 

Maraqlı şəxslər həm dövlət orqanları, həm də başqa müəssisə və təşkilatlar ola bilər. 

Məsələn,  dövlət  müəssisələrinin  özəlləşdirmə  yolu  ilə  səhmdar  cəmiyyətinə  çevrilməsində 

icarəçilərin  hüquqları  pozulduqda,  onlar  səhmdar  cəmiyyətinin  təsis  sənədlərinin  etibarsız 

hesab edilməsi və cəmiyyətin ləğv edilməsi barədə iqtisad məhkəməsinə müraciət edə bilərlər. 

8.

 

Azərbaycan Respublikasmın Vergi Məcəlləsi ilə nəzərdə tutulan hallarda istər vergi 



orqanları,  istərsə  də  vergi  ödəyiciləri  vergi  münasibətlərindən  yaranan  mübahisələr  üzrə 

iqtisad məhkəmələrinə iddia ərizəsi ilə müraciət edə bilərlər. 

Göstərilənlərdən 

əlavə, 


iqtisad 

məhkəmələri 

Azərbaycan 

Respublikasının 

qanunvericiliyi ilə baxılması və həll edilməsi onlarm səlahiyyətlərinə aid edilən başqa iqtisadi 

və  sahibkarlıq  fəaliyyətinin  həyata  keçirilməsi  ilə  bağlı  mübahisələrə  baxa  bilərlər.  Bura 

idarəçilik  aktlarının  ləğv  edilməsi,  hüquqi  şəxslər  arasında  torpaq  mübahisələri,  zərərin 

ödənilməsi və s. daxildir. 



Maddə 27. Mübahisələrin Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair 

Azərbaycan Respublikasının İqtisad Məhkəməsinə aidiyyəti 

Beynəlxalq  müqavilələrdən  irəli  gələn  mübahisələrə  dair  İqtisad  Məhkəməsi 

Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri, həmçinin, xarici hüquqi şəxslərin, xarici 

inves-  fisiyalt  hüquqi  şəxslərin,  beynəlxalq  hüquqi şəxslərin,  sahibkarlıq fəaliyyətini  həyata 

keçirən  əcnəbilərin,  vətəndaşlığı  olmayan  şəxslərin  iştirakı  ilə  ona  aid  olan  mübahisələrə 

baxır. 

37 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə