Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə2/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   267

2.2.

 

Mülki  məhkəmə  icraatı  qanunçuluğun  və  ictimai  qaydanın  bərqərar 

edilməsinə,  vətəndaşların  qanunlara  dönmədən  hörmət  ruhunda  tərbiyə  edilməsinə  rəvac 

verir. 

1.

 



Mülki məhkəmə icraatının vəzifələrini anlamaq üçün onun məqsədinin araşdırılması 

zəruridir. Belə ki, mülki məhkəmə icraatınm əsas məqsədi pozulmuş subyektiv hüquqlarm və 

qanunla qorunan mənafeyin bərpası üçün məhkəməyə edilən müraciətə vaxtmda, keyfiyyətlə 

baxılması və həll edilməsidir. 

MPM-lə müəyyən edilən bütün prosessual normalar sistemi mülki işlər üzrə məhkəmə 

icraatının prinsiplərinin və vəzifələrinin həyata keçirilməsinə xidmət edir. Bu prinsiplərə ədalət 

mühakiməsini  məhkəmənin  həyata  keçirməsi,  qanun  və  məhkəmə  qarşısında  bərabərlik, 

hakimlərin  müstəqilliyi  və  yalnız  qanuna  tabe  olması,  ədalət  mühakiməsinin  çəkişmə, 

tərəflərin  bərabərliyi  və  faktlar  əsasmda  həyata  keçirilməsi,  aşkarlıq,  məhkəmə  icraatının 

azərbaycan  dilində  və  ya  müəyyən  ərazi  əhalisinin  əksəriyyətinin  dilində  aparılması  və  s. 

aiddir. 

2.1-ci  maddədə  qeyd  olunan  qanunlardan  və  normativ-hüquqi  aktlardan  irəli  gələn 



hüquq və mənafelərin məhkəmədə təsdiq edilməsi dedikdə, pozulmuş subyektiv hüquqlann və 

qanunla  qorunan  mənafeyin  MPM-lə  müəyyən  olunan  məhkəmə  qaydasında  bərpası 

anlaşılmalıdır. 

2.

 



Mülki məhkəmə İcraatınm vəzifələrinin yerinə yetirilməsi məhkəmənin hər bir mülki 

iş  üzrə  maddi  və  prosessual  hüquq  normalarına  dönmədən  əməl  etməsindən  çox  asılıdu-. 

Məhkəmə mülki prosesin bütün mərhələlərində qanunçuluğa əməl etməyə borcludur. Yalnız 

bu  halda  mülki  məhkəmə  icraatı  qanunçuluğun  möhkəmləndirilməsi,  hüquq  pozunlularmın 

qarşısmın  alınması,  vətəndaşların  qanunlara  dönmədən  əməl  etməsi  və  qanunlara  hörmət 

ruhunda tərbiyə olunması ilə bağlı vəzifələrini yerinə yetirə bilər. 

Mülki İşlərə məhkəmədə baxılmasmm aşkarlığı prinsipinin tələblərinə əməl edilməsinin 

də bu vəzifələrin yerinə yetirilməsində böyük əhəmiyyəti var. 



Maddə 3. Mülki prosessual qanunvericiliyin zamana və məkana görə qüvvəsi 

3.1.

 

Məhkəmə  icraatı  işə  baxılan,  ayrı-ayrı  prosessual  hərəkətlər  həyata  keçirilən  və 

yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 

3.2.Azərbaycan  Respublikasının  ərazisində  hər  hansı  haldan  asılı  olmayaraq 

Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi qüvvədə olur. 

3.3.

 

Azərbaycan  Respublikasının  ərazisindən  kənarda  Azərbaycan  Respublikası  mülki 

prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının bayrağını daşıyan və 

yaxud  tanınma  nişanı  olan  dəniz,  çay  və  yaxud  hava  gəmilərində  və  ya  onların  olduğu 

limanlarda tətbiq olunur. 

3.4.Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrlə  Azərbaycan 

Respublikası mülki prosessual qanunvericiliyinin məkana görə tətbiqinin digər qaydaları da 

müəyyən oluna bilər. 

1.

 



Mülki  prosessual  hüquqla  nizama  salman  münasibətlər  mülki  prosesin  bütün 

mərhələlərini əhatə edİr. İşin məhkəmədə qaldırılması, mülki işİn baxılmaq üçün ha 




zırlanması,  məhkəmə  baxışı,  apellyasiya icraatı,  kassasiya  icraatı, əlavə  kassasiya  icraatı  və 

icra  üzrə  icraat  zamanı  edilən  bütün  prosessual  hərəkətlər  həmin  vaxt  qüvvədə  olan  mülki 

prosessual qanuna, başqa sözlə MPM-in normalarına uyğun aparılmalıdır. 

Prosessual  hərəkət  icra  edilən  zaman  həmin  hərəkət  qüvvədən  düşmüş  qanunun 

normalan əsasında aparılmışsa, həmin prosessual hərəkətdən doğan nəticələr tanınmamalı və 

etibarsız sayılmalıdır. 

Məsələn,  MPM-in  2000-ci  il  sentyabrın  1-dən  qüvvəyə  minməsi  ilə  iqtisad 

məhkəmələrində icraatı tənzimləyən Təsərrüfat Prosessual Məcəlləsi qüvvədən düşmüşdür. 

Hakim 20 dekabr 2000-ci il tarixdə Təsərrüfat Prosessual Məcəlləsinin tələbinə əsasən, 

qətnamənin  icrası  üçün  əmr  verirsə,  bu  halda  həmin  əmrİn  heç  bir  hüquqi  qüvvəsi  yoxdur, 

çünki qüvvədə olan qanunvericilikdə belə hərəkət nəzərdə tutulmamışdır. 

2.

 



Azərbaycan  Respublikası  ərazisində  fəaliyyət  göstərən  bütün  məhkəmələr  (həm 

ümumi məhkəmələr, həm də iqtisad məhkəmələri) öz fəaliyyətlərində MPM-i və ona uyğun 

olaraq qəbul edilmiş başqa normativ aktları əldə rəhbər tutmalı və bütün prosessual hərəkətləri 

ona uyğun aparmalıdu-lar. 

3.

 

Azərbaycan Respublikasının bayrağını daşıyan və yaxud tanınma nişanı olan dəniz, 



çay və yaxud hava gəmiləri və ya onların olduğu limanlar Azərbaycan Res- publikasmm ərazisi 

sayıldığı üçün 3.2-ci maddədə nəzərdə tutulanlar bu hala da şamil olunmalıdır. 

4.

 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrin  milli 



qanunlardan üstün hüquqi qüvvəsi olduğu üçün (burada Konstitusiya və referendumla qəbul 

edilən  qanunlar  istisna  təşkil  edİr)  orada  Azərbaycan  Respublikası  mülki  prosessual 

qanunvericiliyinin  məkana  görə  tətbiqinin  fərqli  qaydaları  müəyyən  edilə  bilər  və  bu  halda 

beynəlxalq müqavilələrin nonnalan tətbiq olunmalıdır. 



Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 

4.1.

 

Bütün  fiziki  və  hüquqi  şəxslər  özlərinin  qanunla  qorunan  hüquq  və  azadlıqlarım, 

eləcə do maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada 

məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 

4.2.

 

Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. 

4.3.

 

Əgər  qanunla  müəyyən  kateqoriya  iqtisadi  mübahisələr  üçün  məhkəməyə 

qədər  ni-  zamlama  (pretenziya)  qaydası  müəyyən  olunarsa  və  yaxud  bu,  tərəflər  arasında 

müqavilə  ilə  nəzərdə  tutularsa,  mübahisə  həmin  qaydaya  riayət  edildikdən  sonra  iqtisad 

məhkəməsinin həllinə verilə bilər. 

1.

 



Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində və bu maddədə mülki 

məhkəmə icraatının əsas prinsiplərindən biri İfadə edilmişdir. Pozulmuş subyektiv hüquqlarm 

və  qanunla  qorunan  mənafeyin  müdafiəsi  üçün  məhkəməyə  müraciət  hüququ  -  mülki 

hüquqlarm  müdafiəsinin  əsas  formalarından  biridir.  MPM-in  bütün  normaları  məhkəmə 

müdafiəsinin real həyata keçirilməsinə xidmət edİr. Bu nor 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə