Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə8/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   267

mübahisəni həll etməkdən imtina etməyə haqlı deyildir. Lakin məhkəmə oxşar qanunu tətbiq 

edərkən  qətnamədə  bunu  geniş  şərh  etməli  və  oxşar  qanunun  tətbiqinin  zəruri  olmasım 

əsaslandırmalıdır. 

4.

 



Mübahisə edilən hüquq münasibətlərini tənzim edən norma, həmçinin oxşar norma 

olmadıqda,  məhkəmə  Azərbaycan  Respublikasmm  hüquq  qaydalarmm  ideya  və  ümumi 

prinsiplərini əsas götürməlidir. Bu, mülkİ prosessual hüquqda hüququn analogiyası adlanır. 

Hüququn  analogiyası  zamanı  hakimlərin  hüquq  düşüncəsinin  kamilliyi,  hüququn 

məqsəd  və  vəzifələrini,  onun  mahiyyətiıü  özündə  əks  etdirən  ümumi  prinsipləri  dərindən 

bilməsi və təcrübəsi son dərəcə əhəmiyyətli rol oynayır. Məhkəmə hüququn analogiyasınm 

labüdlüyünü qətnamədə əsaslandırmalıdır. 

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 

14.1.

 

Məhkəmə  həqiqətə  nail  olmaq  üçün,  işin  hərtərəfli,  tam  və  obyektiv  tədqiqinə 

lazımi  şərait  yaradır.  Bunun  üçün  məhkəmə  işdə  iştirak  edən  şəxslərə  onların  prosessual 

hüquq və vəzifələrim izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə 

onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 

14.2.

 

Məhkəmə  yalnız  tərəflərin  təqdim  etdikləri  sübutları  araşdırmalı  və  onlardan 

istifadə etməlidir. 

14.3.

 

Məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə 

borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və 

yaxud ondan imtina edə bilərlər. 

14.4.

 

İşdə iştirak edən şəxslər qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna 

edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil 

olunması  və  ya  prosessual  hüquqlarının  həyata  keçirilməsi  üçün  peşəkar  hüquqi  yardım 

almaq məqsədilə özlərinə sərbəst vəkil seçə bilər. 

1. Məhkəmə baxışının prinsipləri dedikdə, mülki iş üzrə ədalət mühakiməsini həyata 

keçirərkən məhkəmənin əsaslandığı rəhbər başlanğıclar anlaşılır. 

İşin həqiqi hallan, maraqlı şəxslərin hüquq və vəzifələri o halda düzgün müəyyən edilə 

bilər ki, iş üzrə mövcud olan faktlan məhkəmə hərtərəfli, tam və obyektiv olaraq tədqiq etsin. 

Faktlarm  hərtərəfli  tədqiq edilməsi  baxılan  iş  üzrə  yaranan  suallarm  məcmu  halında, 

onlar arasında daxili əlaqələrm müəyyən edilməsi və tərəflərin həm xeyrinə, həm də zərərinə 

olan faktlarm əsaslı şəkildə yoxlanması yolu ilə həyata keçirilir. 

Faktların tam tədqiq edilməsi işin düzgün həlli üçün əhəmiyyəti olan və mübahisənin 

mahiyyətinə aİd olan bütün faktiki məlumatlann və materiallarm prosesə cəlb edilməsi yolu 

İlə  təmin  edilir.  Buna  görə  də,  məhkəmə  maddi  hüquq  normalarma  əsasən  sübutetmə 

predmetini  (sübut  edilməli  olan  faktlarm  dairəsini)  müəyyən  etməli,  sübutlarm  aidliyi  və 

mümkünlüyü qaydasına uyğun olaraq işə aid olan sübutları qəbul etməklə, onları tam tədqiq 

etməlidir. 

İşin  hallannm  obyektiv  tədqiq  edilməsi  -  məhkəmənin  müəyyən  etdiyi  və  araşdırdığı 

faktlarm qəmamədə əks etdirilməsi və həmin həqiqi faktlar əsasında qətna 

17 



mənin çıxarılmasıdır. 

Faktların  hərtərəfli, tam  və  obyektiv  tədqiq  edilməsi  məqsədilə  məhkəmə  işdə  iştirak 

edən  şəxslərə  onların  prosessual  hüquq  və  vəzifələrini  izah  edib,  bu  hüquq  və  vəzifələrin 

həyata keçirilməsinə yaxmdan kömək etməlidir. 

2.

 

Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə 



etməlidir. Lakin işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri 

əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM, 77.3- cü maddə). 

Məhkəmə öz təşəbbüsü ilə sübutları toplamağa haqlı deyil. 

3.

 



Məhkəmənin tərəflərə işi barışıq sazişi ilə qurtarmağı təklif etmək vəzifəsi ar- bitrlik 

prinsipinin məzmunundan doğur. Belə ki, hakim həm də münsif kimİ çalışmalıdır ki, tərəflər 

arasında  banşıq  əldə  edilsin,  yəni  tərəflərin  hər  ikisi  öz  iradə  ifadələrini  sərbəst  həyata 

keçirərək, məhkəmə qətnaməsi çıxarılmadan iş üzrə ieraatı başa çatdırsınlar. Lakin tərəflərin 

barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan 

mənafeyini pozarsa, məhkəmə belə banşıq sazişini qəbul etməyərək, mübahisəyə mahiyyəti 

üzrə baxmalıdn. Bu qayda, həmçinin eavabdehin iddiam etiraf etməsi və yaxud iddiaçınm iddia 

tələbindən imtina etdiyi hallara da şamil edilir. 

4.

 

Mülki prosesdə bir qayda olaraq subyektiv hüquqları və qanunla qorunan mənafeyi 



pozulmuş  şəxslər  şəxsən  öz  hüquq  və  mənafelərini  müdafiə  edirlər  və  mülki  prosessual 

hüquqları  üzərində  sərbəst  sərəncam  verirlər.  Lakin  tərəflər  müxtəlif  səbəblər  üzündən 

(xəstəlik, ezamiyyət, hüquqları bilməmək və s.) onların maraqlarınm təmsil olunması və ya 

prosessual hüquqlarının həyata keçirilməsi üçün uyğun qaydada səlahiyyəti müəyyən edilmiş 

nümayəndələr vasitəsi ilə məhkəmədə təmsil oluna bilərlər. 

Bu təmsilçilik həm Vəkillər Kollegiyasının üzvü olan şəxslər, həm də pullu və ya pulsuz 

hüquq yardımı göstərən hüquqşünaslar, həmçinin qanunda göstərilən sair şəxslər tərəfindən 

həyata  keçirilə  bilər.  MPM-in  4-cü  fəslində  nəzərdə  tutulan  maddələrin  (MPM,  69-75-ci 

maddələr) şərhində bu barədə daha genİş bəhs edilir. 

Afaddo 15. Məhkomo akilartmn mochuriliyi 

15.1.

 

Məhkəmə məhkəmə aktlarmı qətnamə, qərardad,, qərar və əmr formasında qəbul 

edir. 

15.2.

 

Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri,  bütün 

dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi 

partiyalar,  həmkarlar  ittifaqları,  onların  vəzifəli  şəxsləri,  həmçinin  fiziki  və  hüquqi  şəxslər 

üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 

15.3.

 

Məhkəmə aktlarının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik 

hallan qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 

15.4.

 

Məhkəmə  aktları  maraqlı  şəxslərin  mənafelərinə  toxunduqda  hu  aktların 

məcburi-  liyi  işdə  iştirak  etməyən  maraqlı  şəxslərin  öz  hüquqlarının  və  qanunla  qorunan 

mənafelər inin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. 

18 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə