Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə10/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   267

2-

 

ci fəsil 



Məhkəmənin tərkibi. Etirazlar 

Maddə 17. Məhkəmənin tərkibi 

17.}.  Mülki  işlər  və  iqtisadi  mübahisələr  üzrə  ədalət  mühakiməsini  qanunla  müəyyən 

edilmiş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər. 

17.2.

 

İşə  təkbaşına  baxan  və  ya  prosesin  digər  məsələlərini  həll  edən  hakim  və  ya 

kollegial tərkibli məhkəmə, məhkəmənin adından fəaliyyət göstərir. İşə təkbaşına baxan hakim 

prosesdə sədrlik edir. 

17.3.

 

İşlərə baxılması zamant bütün hakimlər bərabər hüquqlara malikdirlər. 

1.

 



Məhkəmələrdə  mülki  və  iqtisadi  mübahisələr  üzrə  ədalət  mühakiməsi,  ancaq 

Azərbaycan Respublikasının Konstitusiyası, Məhkəmələr və hakimlər haqqmda Azərbaycan 

Respublikasının  Qanununa  və  MPM-lə  müəyyən  edilmiş  qaydada  həmin  məhkəmənin 

tərkibinə seçilmiş hakimlər tərəfindən həyata keçirilir. 



Müəyyən edilmiş  qaydada  seçilmiş  hakim dedikdə, birincisi, Konstitusiyamn 109-cu 

maddəsinin 9-cu bəndi, 126-cı maddəsi. Məhkəmələr və hakimlər haqqmda Qanunun 93, 94, 

95-cİ maddələrinin tələbləri yerinə yetirilməklə, hakimlərin seçilməsi haqqında Əsasnaməyə 

uyğun  olaraq  testdən  və  Məhkəmə  Hüquq  Şurasmda  söhbətdən  keçmiş  hakimlər  nəzərdə 

tutulur.  İkineisi,  göstərilən  tələblər  yerinə  yetirilməklə  ədalət  mühakiməsini  ancaq  həmin 

məhkəmənin  tərkibinə  seçilmiş  hakimlər  həyata  keçirə  bilərlər.  Bir  məhkəmənin  tərkibinə 

seçilmiş hakimin başqa məhkəmədə ədalət mühakiməsini həyata keçirməsi yolverilməzdir. 

Mülki  işlər  və  iqtisadi  mübahisələr  üzrə  ədalət  mühakiməsini  həyata  keçirərkən 

məhkəmə tərkibinin pozulması ilə, MPM-in 23.2-ci maddəsində göstərilən halları qarışdırmaq 

olmaz.  Belə  ki,  Azərbaycan  Respublikasmm  MüUci  Prosessual  Məcəlləsinin  23.2-ci 

maddəsinə  əsasən,  birinci  instansiya  məhkəməsinin  bütün  tərkibinə  və  ya  təktərkibli 

məhkəmənin hakiminə etiraz edildikdə və ya öz-özünə etiraz təmin olunduqda, bu halda işi 

apellyasiya  məhkəməsi  başqa  birinci  instansiya  məhkəməsinə  verir,  yəni  qanunvericilikdə 

nəzərdə  tutulmuş  əsaslarla  yuxarı  məhkəmə  orqanı  ədalət  mühakiməsinin  həyata 

keçirilməsinin ərazi aidiyyətini dəyişdirir. 

2.

 



Məhkəmələr və hakimlər haqqmda Qanunun 4-cü, MPM-in 12-ci maddəsinə əsasən, 

mülki işlərə və iqtisadi mübahisələrə birinci instansiya məhkəməsində tək- başma, apellyasiya 

qaydasmda sədrlik edən və başqa iki hakimin, kassasiya qaydasm- da isə sədrlik edənin, iki və 

ya daha çox hakimin iştirakı ilə baxılır. 

17.2-

 

ci maddədə işlərə baxılmasmm iki prinsipi - mülki və iqtisadi mübahisələrə 



təkbaşına və kollegial baxılması prinsipləri öz əksini tapmışdır. 

Köhnə  qanunvericilikdə  birinci  instansiya 

məhkəmələrində  işlərə  (xalq 

məhkəmələrində) xalq iclasçılannm iştirakı ilə kollegial baxılması sosialist quruluşunun de- 

mokratUc prinsipi, işlərin daha obyektiv, tam və hərtərəfli tədqiq edilməsi və qətnamə qəbul 

edilərkən məhkəmə səhvlərinin əhəmiyyətli dərəcədə azalması ilə əsas- landınlırdı. 

Həqiqətdə isə, birinci instansiya məhkəmələrində işlərə xalq iclasçılarmm iştira- 

21 



kt ilə baxılması bir çox hallarda qcyrİ-übyektiv qətnamələrin qəbul edilməsinə səbəb olurdu. 

Çünki  xalq  iclasçılarmın  əksəriyyəti  peşəkar  hüquqşünaslardan  seçilmirdi  və  bəzi  hallarda 

məhkəmə tərkibinə daxil olan hakim xalq iclasçılarmın qəbul etdiyi qərardan asılı olurdu. 

Yeni qanunvericilikdə (Konstitusiya, Məhkəmələr və hakimlər haqqmda Qanun, MPM 

və  s.)  xalq  iclasçılan  institutundan  imtina  edilmiş  və  mülki  işlərə  peşəkar  hakimlərin 

baxmasına  üstünlük  verilmişdir  (istər  təkbaşına,  istərsə  də  kollegial).  Yeni  MPM-də  işlərə 

təkbaşma və kollegial baxılmasmm uzlaşdırılması prinsipi əsas götürülmüşdür. Belə ki, işlərə 

rayon məhkəmələrində və yerli iqtisad məhkəmələrində təkbaşına, apellyasiya və kassasiya 

instansiyalarmda kollegial baxılır. 

Mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsini təkbaşına həyata keçirən 

hakim prosesə sədrlik edir. 

3.

 



İşlərə baxılması zamanı vəzifə səlahiyyətlərindən asılı olmayaraq, hakimlərin bərabər 

hüquqlarmın olması ədalət mühakiməsinin əsas prinsiplərindədir. 

Bu prinsip Məhkəmələr və hakimlər haqqında Qanunun 92-ci maddəsindən doğur və 

ləerübi olaraq MPM-in məhkəmə aktlarmın qəbulu haqqmda maddələrində reallaşır. 

İşə baxılmasmda hakimlərin bərabər hüququnun olması məhkəmə baxışı, qətnamənin 

çıxaniması,  onun  imzalanması,  həmçinin  qətnamədə  düzəlişlər  edilməsi  zamanı  edilən 

prosessual hərəkətlərdə əksini tapır. Qətnamə çıxarılarkən əksəriyyətin rəyi ilə razılaşmayan 

hakimin MPM-in 18.2-ei maddəsində göstərilən hərəkətləri etmək hüququ vardır. 



Maädo J8. Məhkəmolordo kollegial tərkibdə məsələlərin həll edilmə qaydası 

18.1.

 

Kollegial tərkibdə işlərin baxılması və həll edilməsi zamanı meydana çıxan bütün 

məsələlər  hakimlər  tərəfindən  səs  çoxluğu  ilə  həll  edilir.  Hər  bir  məsələ  həll  edilərkən 

hakimlərdən  heç  biri  səsvermədə  bitərəf  qalmağa  haqlı  deyildir.  Sədrlik  edən  axırıncı  səs 

verir. 

18.2.

 

Əksəriyy’ətin qəbul etdiyi qərar ilə razılaşmayan hakim həmin qərarı imza etməyə 

borcludur. O öz rəyini yazılı şəkildə şərh edə bilər və rəy işə əlavə olunur, lakin məhkəmə 

İclasında elan edilmir. 

18.3.

 

Hakimlər  müşavirə  və  səsvermə  zamanı,  habelə  qulluq  vəzifələrinin  icrası  başa 

çatanadək müşavirənin və səsvermənin gizlili'yini saxlamağa borcludur. 

1.

 



Mülki işlərə və iqtisadi mübahisələrə apellyasiya qaydasında sədrlik edənin və başqa 

İki hakimin, kassasiya qaydasında isə sədrlik edənin və iki və ya daha çox hakimin iştirakı ilə 

baxılır  (Məhkəmələr  və  hakimlər  haqqında  Qanunun  4-cü,  MPM-  in  12.2-ci  maddəsi). 

Apellyasiya  və  kassasiya  məhkəmələrinin  mülki  işlərə  və  iqtisadi  mübahisələrə  kollegial 

tərkibdə  baxılması  qaydasmı  pozması  məhkəmə  qətnaməsinin  ləğvi  üçün  əsasdır  (MPM, 

418.4.1-ci maddə). 

MPM-in  424-eü  maddəsində  kassasiya  instansiyası  məhkəməsinin  qərarlarının  ləğv 

edilməsi üçün əsasların sırasmda işə kollegial tərkibdə baxılması qaydasınm pozulması halı 

göstərilməyib.  Bununla  belə,  qanunvericiliyin  ümumi  müddəalarma  əsasən,  kassasiya 

instansiyasmda işə qeyri-qanuni tərkibdə baxıldıqda da, MPM-in 

22 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə