Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə13/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   ...   267

20.2.1.

 

o,  işdə  iştirak  edən  şəxslərdən  və  ya  onların  nümayəndələrindən  qulluq 

mövqeyinə görə və ya sair cəhətdən asdıdırsa, yaxud asılı olmuşsa; 

20.2.2.

 

0

, məhkəməyə müraciət etməyə əsas verən materiallar üzrə təftiş aparmışsa və ya 

bu materiallardan həmin işin baxılmasında istifadə edilirsə: 

20.2.3.

 

onun səlahiyyəti olmadığı müəyyən edilərsə; 

20.3.

 

ekspertin,  mütəxəssisin,  tərcüməçinin  və  məhkəmə  iclası  katibinin  həmin  işə 

əvvəllər baxılmasında müvafiq olaraq ekspert, mütəxəssis, tərcüməçi və məhkəmə iclası katibi 

qismində iştirak etmələri onlara etiraz edilməsi üçün əsas deyildir. 

1.MPM-in 19-cu maddəsində göstərilən əsaslar üzrə həmçinin tərcüməçiyə və məhkəmə 

iclasının  katibinə  etiraz  edilə  bilər.  Qanunvericilik  ekspertə,  mütəxəssisə,  tərcüməçiyə  və 

məhkəmə iclasının katibinə etiraz etmənin əsaslan kimi MPM-in 19- cu maddəsini bütövlükdə 

deyil, 19.2.1, 19.2.2, 19.2.3-cü maddələrində nəzərdə tutulan əsasları nəzərdə tutur. MPM-in 

19.1.1,  19.1.2,  19.1.3-cü  maddələrinin  əsasları  olduqda,  hakimə  etiraz  edilmir,  onun  işə 

baxmasma yol verilmir. 

Tərcüməçi  prosesdə  texniki  vəzifəni  yerinə  yetirsə  də,  onun  tam  \'ə  dəqiq  tərcüməsi 

prosesin başqa iştirakçılarının öz prosessual hüquq və vəzifələrini yerinə yetirməsi, müxtəlif 

prosessual hərəkətləri etməsi və hakimin obyektiv qərar qəbul etməsi üçün mühüm rol oynayır. 

Tərcüməçinin  işin  nəticəsi  ilə  hər  hansı  bir  şəkildə  maraqlı  olması  tərcümənin  tərəflərdən 

birinin xeyrinə təhrif edilməsinə gətirib çıxara bilər. 

Məhkəmə  iclasının  katibinin  əsas  fünksiyası  məhkəmə  iclası  protokolunun 

aparılmasından  ibarətdir.  Məhkəmə  iclası  protokolu  vacib  prosessual  sənəd  olmaqla,  bütün 

prosessual  hərəkətləri  dəqiq  və  ardıcıllıqla  özündə  əks  etdirilməlidir.  Məhkəmə  iclası 

protokolunda  ancaq  məhkəmə  prosesi  zamanı  edilən  prosessual  hərəkətlər  deyil,  bütün 

məhkəmə  iştirakçılarmm  rəyləri,  izahatları  dəqiqliklə  əks  etdirməlidir.  Həmçinin  işin 

baxılması  prosesində  hakim  məhkəmə  iclası  katibinə,  özündə  iş  üçün  mühüm  əhəmiyyətli 

məlumatları əks etdirən və işə tikilməli sənədləri verir. 

İşin  nəticəsi  ilə  maraqlı  olan  məhkəmə  iclası  katibi  belə  hallarda  məhkəmə  iclası 

protokolunda faktları təhrif edilmiş şəkildə yaza bilər, iş üçün əhəmiyyəti olan sənədləri işə 

əlavə  etməyə  bitər.  Bu  da  istər  birinci  instansiya,  istərsə  də  apellyasiya  və  kassasiya 

instansiyası məhkəmələrində obyektiv qərarların qəbul edilməsinə təsir göstərə bilər. Bütün bu 

neqativ  halların  aradan  qaldırılması  üçün  qanunvericilik  məhkəmə  iclası  katibinə  etiraz 

etmənin əsaslarını nəzərdə tutmuşdur. MPM-in 20.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 

19-cu  maddəsində  göstərilən  əsaslar  üzrə  həmçinin  ekspertə,  mütəxəssisə,  tərcüməçiyə  və 

məhkəmə katibinə də etiraz edilə bilər. 

2.Ekspert  rəyinin  işin  nəticəsinə  əhəmiyyətli  dərəcədə  təsiri  olduğu  üçün,  ekspertin 

prosesin  hər  hansı  bir  iştirakçısından  asılı  vəziyyətdə  olması  (xidməti  və  başqa  asılılıq, 

həmçinin qohumluq əlaqəsinin olması) ekspertə etiraz edilməsi üçün əsasdır. 



Təftiş aparılması dedikdə, həm tam, həm də qismən təftiş aparılması nəzərdə tutulur. 

Həm  də aparılmış təftişin nəticələri ya həmin iddianın qaldırılması üçün əsas olmalı, ya da 

həmin işin həllində sübut növü kİmi istifadə edilməlidir. 

Ekspertin səlahiyyətinin olmaması dedikdə, onun rəy verməli olduğu sahə üzrə xüsusi 

biliyinin olmaması nəzərdə tutulur. 

27 



Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin 

edə bilər. Əlavə ekspertiza təyin edilərkən onun keçirilməsi həmin ekspertin özünə də tapşırıla 

bilər  (MPM,  102.1-ci  maddə).  Ekspertə  etiraz  etmək  üçün  göstərilən  əsaslar,  həmçinin 

mütəxəssisə də aiddir. 

3.

 

MPM-in  20.3-cü  maddəsində  göstərilən  şəxslərin  işə  yenidən  baxılarkən,  eyni 



prosessual  şəxs  qismində  iştirak  etməsi,  onlara  etiraz  etmək  üçün  əsas  deyil.  Həm  də 

qanunvericinİn bu tələbi bütün instansiya məhkəmələrinə aiddir. 



Maddə 21. Özä-özänə etiraz və etiraz etmə haqqında ərizələr 

21.}. Bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, 

mütəxəssis,  tərcüməçi,  məhkəmə  iclasının  katibi  özü-özünə  etiraz  etməyə  borcludur,  işdə 

iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. 

21.2.

 

Etiraz  etmə  və  ya  Özü-özünə  etiraz  etmə  yazılı  formada  əsaslandırılmalı  və  işə 

mahiyyət  üzrə  baxılmağa  başlanana  qədər  edilməlidir.  Sonradan  etiraz  etməyə  və  ya 

özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz 

edənə işə baxılmağa başlanandan sonra məlum olsun. 

21.3.

 

Məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. 

21.4.

 

Əgər etiraz məhkəmə iclasında tərəflərin çıxışından sonra edilmişsə, bu halda o, 

etiraz üçün səbəblərin sonradan məlum olduğunu sübut etməlidir. 

21.5.

 

Əgər  etiraz  məhkəmə  prosesini  ləngitmək  məqsədilə  edilmişsə  və  ya  etirazın 

dəlilləri uydurma olaraq həqiqətə uyğun deyildirsə, bu halda, etiraz vermiş tərəf minimum 

əmək haqqı məbləğinin 100 misl inədək miqdarda cərimə edilə bilər. 

1.

 



MPM-in  21.1-ci  maddəsində  göstərilən  şəxslərin  özü-özünə  etiraz  etməsi  həmin 

şəxslərin  hüquqları  deyil,  vəzifələridir.  Özü-özünə  etiraz  etmə  ədalət  mühaki-  məsmin 

müəyyən  edilmiş  müddətdə  həyata  keçirilməsinə  təminat  verir,  başqa  tərəfdən  məhkəmə 

qərarlarmın yuxarı instansiyada ləğv edilməsinin (məhkəmə tərkibinin qeyri-qanuni olması, 

məhkəmə iştirakçılarımn işin nəticəsi ilə maraqlı olması və s.) qarşısmı alır. 

Etiraz  etmək  üçün  qanunla  nəzərdə  tutulan  əsaslardan  bəzisi  şərtsiz  xarakter  daşıyır 

(məsələn,  hakimin  əvvəlki  prosesdə  şahİd,  tərcüməçi,  nümayəndə,  məhkəmə  iclası  katibi 

sifətində  iştirak  etməsi,  hakimlərin  və  ya  tərcüməçi,  ekspert,  məhkəmə  iclası  katibinin 

tərəflərlə  qohumluq  əlaqəsində  olması).  Etiraz  haqqmda  ərizə  başqa  əsaslarla  verildikdə, 

məhkəmə həmin əsasların etiraz üçün kifayət olub-olmamasmı yoxlamalıdır. 

MPM-in  21-ci  maddəsində  göstərilən  şəxslər  özü-özünə  etiraz  etmədikdə,  işdə  iştirak 

edən şəxslər etiraz verə bilər. 

MPM-in 46-cı maddəsində göstərilən şəxslər kifayət qədər əsas olduqda, 21-ci maddədə 

göstərilən şəxslərə etiraz verə bilərlər. 

2.

 

Etiraz  etmə  və  ya  özü-özünə  etiraz  etmə  işə  mahiyyəti  üzrə  baxılana  kimi  yazılı 



formada  verilməli  və  hərtərəfli  əsaslandınimalıdır.  Kifayət  qədər  əsaslandırılmamış  etiraz 

təmin edilə bilməz. 

Bəzən etiraz etməyə əsas verən hallar işə mahiyyəti üzrə baxılan vaxt və ya da 

28 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə