Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin


Maddi) 23. Etirazm və ya öz-özünə etirazın təmin edilməsinin nəticələri



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə15/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   11   12   13   14   15   16   17   18   ...   267

Maddi) 23. Etirazm və ya öz-özünə etirazın təmin edilməsinin nəticələri 

23.1.

 

Birinci instansiya məhkəmələrində işə baxan hakimə etiraz və ya özü-özünə etiraz 

təmin edildiyi halda hu işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. 

23.2.

 

Birinci  instan.siya  məhkəməsinin  bütün  tərkibinə  vaya  təktərkibli  məhkəmənin 

hakiminə  edilmiş  etiraz  və  ya  özü-özünə  etiraz  təmin  edilmişsə,  bu  halda  iş  apellyasiya 

məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. 

23.3.

 

Kollegial tərkibdə işə ba.xan məhkəmənin bütün tərkibinə edilmiş etiraz və 

VÖ 


özü- 

özünə etiraz, yaxud məhkəmənin bütün tərkibinə etiraz edilərsə, bu halda iş başqa hakim və ya 

başqa tərkib tərəfindən həmin məhkəmədə baxılır. 

1.

 



Məhkəmələrdə hakimlərə etiraz və ya özü-Özünə etiraz təmin edildikdən sonra etiraz 

edilmiş hakimlərin əvəz edilməsi zərurəti yaranır. 

Etiraz edilmiş hakimin və ya məhkəmə tərkibinin əvəz edilməsi məsələsini etirazı və ya 

özü-özünə etirazı təmin etmiş məhkəmə həll edir. 

Birinci mstansiya məhkəməsində hakimə edilmiş etiraz və ya Özü-Özünə etiraz təmin 

edildikdə, həmin məhkəmənin sədri hakimi başqa hakimlə əvəz edir. Hakim  başqa hakimlə 

əvəz edildikdə, işə baxılmasına yenidən başlanır. 

2.

 



Birinci  instansiya  məhkəməsinin  bütün  tərkibinə  və  ya  məhkəmə  sədrinə,  yaxud 

təktərkibli  məhkəmənin  hakiminə  etiraz  edildikdə,  etiraza  apellyasiya  məhkəməsi  baxır 

(MPM, 252-ci maddə). Bu halda etirazı kimin həll etməsi və  ya etiraz qəbul edildikdə, işin 

başqa birinci instansiya məhkəməsinə göndərilməsi məsələsinin həllinin kimin səlahiyyətində 

olduğu qanunda aydmiaşdınimır. Qanunvericiliyin ümumi müddəalarmdan çıxış etmiş olsaq, 

bu halda etirazı apellyasiya məhkəməsinin sədrinin müəyyən etdiyi tərkib, işin başqa birinci 

instansiya məhkəməsinə göndərilməsi məsələsini isə apellyasiya məhkəməsinin sədri həll edir. 

3.

 



MPM-in 23.3-cü maddəsi kollegial tərkibdə işə ba.xan məhkəmələrdə bütün tərkibə 

etiraz edildikdə və etiraz təmin edildikdə, tərkibin dəyişilməsi məsələsini tənzimləyir. 

Kollegial tərkibdə işlərə apellyasiya və kassasiya instansiyalarmda baxılır (MPM, 12-ci 

maddə). 


Apellyasiya instansiyası  məhkəməsində  bütün tərkibə etiraz edildikdə  və etiraz təmin 

edildikdə,  tərkibin  dəyişdirilməsi  çətinlik  törətmir.  Belə  ki,  apellyasiya  instansiyası 

məhkəməsində bir qayda olaraq bİr neçə tərkib olur. Kassasiya instansiyası məhkəməsində isə 

bİrtərkibli kollegiyalarda (məsələn, Azərbaycan  Rcspublikasınm Ali Məhkəməsinin İqtisadi 

mübahisələrə  daİr  işlər  üzrə  məhkəmə  kollegiyası)  bütün  tərkibə  etiraz  edildikdə  və  etiraz 

təmin  edildikdə,  işin  hansı  məhkəməyə  və  ya  hansı  tərkibə  verilməsi  məsələsi 

qanunvericilikdə açıq qalıb. 

Kassasiya  instansiyasında  bütün  tərkibə  etiraz  edildikdə  və  etiraz  qəbul  edildikdə, 

hakimlərin əvəz edilməsi təcrübədə çətinliklər yarada bilər. 

Naxçıvan  Muxtar  Rcspublikasmın  məhkəməsində  birinci  instansiya  qaydasında  işlərə 

baxılarkən  hakimə  və  ya  məhkəmənin  bütün  tərkibinə  etirazlar  ümumi  qaydada  həll  edilir 

(MPM, 17-23-cü maddələr). 

Maddədə  ekspertə,  mütəxəssisə,  tərcüməçiyə  və  məhkəmə  iclası  katibinə  etiraz 

edildikdə və etiraz təmin edildikdə, onlarm dəyişdirilməsi qaydası göstərilməmişdir. 

31 



Həmin  şəxsləıin  əvəz  edilməsi  qısa  vaxt  ərzində  mümkün  olarsa,  işin  baxılması  təxirə 

salınmadan davam etdirilə bilər. Əks halda, iş təxirə salınmalıdır. Adlan çəkilən şəxslərin 

əvəz edilməsi etirazm qəbul olunması və həmin şəxslərin əvəzinə yenilərinin çağırılması yolu 

ilə reallaşdırılır. 

32 



3-

 

cü 

fəsil 

Aidiyyət 

Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 

24. L Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlarla 

müvafiq  olaraq  onların  müdafiəsi  məhkəmədən  kənar  digər  qaydada  həyata  keçirilmirsə, 

pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. 

24.2.

 

Mübahisənin ümumi məhkəməyə və ya iqtisad məhkəməsinə aidiyyəti işdə iştirak 

edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin 

xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 

1.

 



Bir  sıra  hallarda  dövlət  təşkilatlan  və  ya  ictimai  təşkilatlarm  qanunla  onlarm 

səlahiyyətlərinə  aid  edilən  məsələlərə  baxıb,  həll  etmə  hüquqlan  vardır.  Son  vaxtlar 

qanunvericilik  məhkəmədən  kənar  işlərin  baxılması  və  həll  edilməsi  dairəsini  azaltmışdır. 

Bununla belə, məhkəmədən kənar həll edilməli İşlər mövcuddur. Məsələn, Torpaq islahatı 

haqqmda  Qanunun  22-ci  maddəsinə  əsasən,  fızİki  və  hüquqi  şəxslər  torpaq  islahatı  barədə 

yerli aqrar islahat komissiyasınm və rayon islahat komissiyasının qərarlarmdan məhkəməyə 

deyil, yuxan instansiyalara şikayət edə bilərlər. 

Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsinin  292-ci  maddəsinin  2-ci  bəndinə  və 

294-cü  maddəsinin  2-ci  bəndinə  əsasən,  kollektiv  müqavilələrdə  həmkarlar  təşkilatlan 

nəzdində məhkəməyə qədər fərdi əmək  mübahisələrinə baxan orqanın yaradılması nəzərdə 

tutulubsa, pozulmuş hüququnun bərpa edilməsi barədə işçi həmin orqana müraciət edə bilər. 

Azərbaycan  Respublikasımn  İnzibati  Xətalar  Məcəlləsinin  360-cı  maddəsində 

səlahiyyətli orqanlann (vəzifəli şəxslərin) baxdığı işlər göstərilib. 

Bununla  belə,  hər  hansı  bir  işin  baxılması  və  həll  edilməsi  qanunvericiliklə  uyğun 

orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid edilsə də, həmin orqan öz səlahiyyətlərini həyata 

keçirərkən hər hansı fiziki və hüquqi şəxsin hüquq və qanunla qorunan mənafelərini pozarsa, 

hüququ pozulmuş şəxs məhkəməyə müraciət edə bilər.. 

Konstitusiyamn  60-cı  maddəsinə  əsasən,  hər  kəsin  hüquq  və  azadlıqlarmm  məhkəmə 

müdafiəsinə təminat verilir. 

2.

 



MPM-in  24.2-ci  maddəsi  mübahisələrin  ümumi  və  ya  iqtisad  məhkəmələrinə  aid 

olmasını müəyyən etmənin üç əsas xüsusiyyətlərini nəzərdə tutur: 

1)

 

işdə iştirak edən şəxslərin subyektiv tərkibi (hüquqi, fiziki şəxslər və sahibkarlar); 



2)

 

mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri); 



3)

 

hüquq münasibətinin xarakteri (mübahisənin hansı hüquq münasibətindən yaranması, 



məsələn, mülki, ailə, iqtisadi və s.). 

Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 

25.1.

 

Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətlə 

33 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə