Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə11/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   ...   267

418.4.1-

 

ci maddəsi şamil edilməlidir. 



Məhkəmələr və hakimlər haqqında Qanunun 92-ci maddəsinə əsasən, mülki işləri və 

iqtisadi mübahisələri araşdırıb, məhkəmə aktları qəbul edərkən məhkəmə tərkibinin hakimləri 

bərabər  hüquqlardan  İstifadə  edirlər.  Kollegial  tərkibdə  işlərin  baxılması  və  həll  edilməsi 

zamanı meydana çıxan bütün məsələləri hakimlər səs çoxluğu ilə həll edir. 

Hər bir məsələ həll edilərkən hakimlərdən heç biri səsvermədə bitərəf qalmağa  haqlı 

deyildir. 

Hər  bir  hüquqi  və  fiziki  şəxsin  Konstitusiyadan,  qanunlardan  və  ya  başqa  normativ 

hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması mülki işlər 

və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələridir. Hakimin səsvermədə bitərəf 

qalması həmin vəzifələrin yerinə yetirilməsindən imtina kimİ qiymətləndirilməlidir. Məhz, bu 

səbəbdən də qanunvericilik məhkəmə tərkibinə daxil olan hər hansı bir hakimin öz vəzifəsini 

yerinə yetirməkdən imtina etməsinin qarşısını alır. 

Kollegial  tərkibdə  işlərin  baxılması  və  həll  edilməsi  zamanı  meydana  çıxan  bütün 

məsələlərin həll edilməsində hakimlərin müstəqilliyinin təmin edilməsi və onların hər hansı 

bir təsirə məruz qalmasına yol verilməməsi məqsədilə sədrlik edən axı- rmcı səs verir. 

2.

 



Qərar qəbul edilərkən əksəriyyətin qəran ilə razılaşmayan hakim öz fikrində qalmaqla 

həmin qəran imza etməyə borcludur. Qərann hər hansı bir şərt irəli sürməklə imzalanmasına 

yol verilmir və bu cür hərəkət hakimin ədalət mühakiməsinin həyata keçirilməsində üzərinə 

düşən  vəzifələrin  icrasından  imtina  etməsi  kimi  qiymətləndirilməlidir.  Ona  görə  də,  qəbul 

edilmiş  qərarı  bütün  hakimlər  imzalayır.  Azərbaycan  Respublikasının  Ali  Məhkəməsi 

Plenumunun qərarı istisna təşkil edir. Həmin orqanın qərarını onun sədri imzalayır (MPM, 

430-cu maddə). 

Qərarla razılaşmayan hakim öz rəyini yazılı surətdə şərh edə bilər. Həmin rəy məhkəmə 

iclasında  elan  edilmir,  qərarda  rəyin  mövcudluğu  barədə  qeydiyyat  aparılmır  və  tərəflərə 

göndərilmir. Tərəflər istinad etdiyi sübutların təsdiqi üçün rəydən istifadə etməməlidir. Rəy 

işə əlavə edilir və yuxarı məhkəmə instansiyalarmda nəzərə almır. 

Yuxarı  instansiya  məhkəmələrində  qətnamənin  qanuniliyi  və  əsaslılığı  yoxlanılarkən, 

qətnamədə istinad edilən sübutlarla bərabər, xüsusi  rəydə göstərilən sübutlar da araşdırılır, 

onlara uyğun qərar qəbul edilir. 

MPM-in  47-ci  maddəsinə əsasən,  işdə  iştirak  edən  şəxslərin işin  materialları ilə  tanış 

olmaq hüququ vardır. 

Bununla  belə,  hakimin  xüsusi  rəyi iş  materiallarına  əlavə  edilsə  də,  işdə  İştirak edən 

şəxslərə tanış  olmağa  təqdim  edilə bilməz,  həmin  şəxslərin  onun  surətini çıxarmalarına  və 

ondan çıxarışlar etmələrinə yol verilmir. 

3.

 



Hakimlərin müşavirə və səsvermə zamanı, habelə vəzifələrinin icrası başa çatanadək 

müşavirənin və səsvermənin gizliliyini saxlaması onların vəzifələrindən biridir (Məhkəmələr 

və  hakimlər  haqqmda  Qanun,  99-cu  maddə).  Qanunvericiliyin  bu  tələbinin  yerinə 

yetirilməməsi hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinə sə 

23 



bəb ola bilər (Məhkəmələr və hakimlər haqqında Qanun, 111 -ci maddə). 

Maddə 19, Hakim tərəfindən işə ifoxümasınayol verilməməsi və hakimə etiraz etmək 

uçun əsaslar. 

19.1.

 

Hakimin işə baxmasına aşağıdakı hallarda yol verilmir: 

19.1.1.

 

o,  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada 

hakim vəzifəsinə təyin edilməmişsə; 

19.1.2.

 

o,  Azərbaycan  Respublikasmtn  qanunvericiliyinə  müvafiq  olaraq  işin 

baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə

19.1.3.

 

o,  əvvəllər  hakim  kimi,  birinci  instansiya  məhkəməsində,  apellyasiya  və 

kassasıya  instansiyalarında,  həmçinin  yeni  açılmış  kallar  üzrə  işin  baxılmasında  iştirak 

etmişsə. 

19.2.

 

Aşağıdah hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə 

bilər; 

19.2.1.

 

o,  əvvəllər  tərəflərdən  birinin  nümayəndəsi təyin  edilmişsə  və  ya  işdə  şahid, 

ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə

19.2.2.

 

o. tərəfidən bir'^irsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin 

bir başa qohumudursa və qohumu olmuşsa, ya da qtdtumluq əlaqəsindədirsə; 

19.2.3.

 

o, şəxsən, bilavasitə və ya dolayı yalla işin nəticəsində maraqlıdırsa ya da omai 

obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran Idfayət qədər əsas varsa. 

19.3.

 

Bir-biri ilə qohumluq əlaqəsində olan şəxslərin işə baxan məhkəmə tərkibində 

iştirakına yol verilmir. 

1.

 



Maddənin  mə

2

mtınuna  əsasən,  hakimin  mülki  işlər  və  iqtisadi  mübahisələr  üzrə 

ədalət  mühakimələrini  həyata  keçirməkdən  kənarlaşdıniması  əsaslarmı  iki  qrupa  bölmək 

olar. 

Birinci qrup əsaslar mövcud olduqda, hakimin işə baxmasma yol verilmir. 

İkinci qrup əsaslara görə, hakim işə baxılmasında iştirak edə bilməz və iştirak edərsə, 

ona etiraz edilə bilər. 

Birinci  qrupda  üç  əsasa  görə  hakimin  işə  baxmasma  yol  verilmir  (MPM,  19.1.1, 

19.1.2,19.1.3-cü maddələr). 

Kottstitusiyamn  126-cı  maddəsi  və  Məhkəmələr  və  hakimlər  haqqmda  Qanunun 

93-95-ci  maddələrində  hakimliyə  namizədlərə  aid  tələblər  nəzərdə  tutulub.  Bu  tələblər 

pozulmaqla hakim təyin edilən şəxsin işə baxmasma yol verilmir (MPM, 17.1- ci maddə). 

Məhkəmələr ve hakimlər haqqmda Qanuna əsasən, məhkəmələrdə, hakimlər arasmda 

işlərin  bölünməsini  uyğun  məhkəmənin  sədri  həyata  keçirir.  Ona  görə  də,  işə  baxılmasım 

məhkəmə  sədrinin  təyin  etdiyi  və  işi  öz  icraatına  qəbul  etmiş  hakim  həyata  keçirməlidir. 

Başqa hakimin işə baxmasma yol verilmir. 

Birinci inst^siya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarmda, həmçinin 

yeni  açılmış  hallar  üzrə  işin  baxılmasmda  iştirak  etmiş  hakimin  həmin  işə  baxılmasmda 

təlarar  iştirakı  subyektiv  nəticələrə  və  qeyri-obyektiv  qərann  qəbul  edilməsinə  səbəb  ola 

bilər.  Belə  ki,  işə  baxılmasmda  bir  dəfə  iştirak  etmiş  hakimdə  həmin  iş  barədə  konkret 

subyektiv fikir yarann və həmin fikri təkrar işə baxarkən dəyişmək çətin olur. 

24 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə