Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə9/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   267

15.5.

 

Azərbaycan Respublikası ərazisində xarici dövlətlərin, beynəlxalq məhkəmələrin 

və iqtisad məhkəmələrinin aktlarının məcburiliyi Azərbaycan Respublikasının tərəfdar çıxdı- 

ğı beynəlxalq müqavilələrlə və bu Məcəllə ilə müəyyən olunur. 

1.

 



MPM-in  15.1-ci  maddəsində  məhkəmə  aktlarımn  dörd  növü  nəzərdə  tuinlub: 

qətnamə, qərardad, qərar və əmr. 



Qətnamə - məhkəmə iclasında işə baxıldıqdan sonra müşavirə otağında çıxan- lan və işi 

mahiyyəti  üzrə  həll  edən  məhkəmə  aktıdır.  Qətnaməni  birinci  instansiya  məhkəməsi  və 

apcllyasiya instansiyası məhkəməsi çıxarır. 

Qərardad  -  işi  mahiyyəti  üzrə  həll  etməyən  və  işin  ayrı-ayrı  halları  üzrə  çıxarılan 

məhkəmə aktıdır (məsələn, iş üzrə icraatın dayandırılması, icraata xitam verilməsi,  icraatın 

təxirə salınması, ckspertizanm təyin edilməsi və s. hallarda çıxarılan məhkəmə aktı). 

Qərar - kassasiya və əlavə kassasiya üzrə işə baxılması nəticəsində çıxarılan məhkəmə 

aktıdır. 



Əmr - əmr İcraatı üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra 

sənədi hesab edilir. 

2.

 

Qanun qanuni qüvvəyə minmiş məhkəmə aktlarmın bütün vəzifəli şəxslər, fiziki və 



hüquqi şəxslər üçün məcburi olmasını və ölkəmizin bütün ərazisində hökmən icra olunmasını 

müəyyən edir. 



Məhkəmə aktlarının qanuni qüvvəsi dedikdə: 

1)

 



məhkəmə aktmın qanuni qüvvəyə minməsi üçün qanunda nəzərdə tutulmuş müddətin 

tamam olması; 

2)

 

həmin  aktın  hər  hansı  dövlət  və  ya  inzibati  orqan  tərəfindən  ləğv  edilməsi  və  ya 



dəyişdirilməsi imkanının aradan qalxması; 

3)

 



inzibati  orqanlar  və  ya  vəzifəli  şəxslərin  qanuni  qüvvəyə  minmiş  məhkəmə  aktma 

zidd olan qərarlar qəbul etməsinin yolverilməzliyi; 

4)

 

təqsirsizlik fərziyyəsinin aradan qaldırılması; 



5)

 

həmin mübahisə üzrə başqa işə baxılmasının yolverilməzliyi və s. anlaşılmalıdır. 



Məhkəmə  aktlarmın  icra  olunması  qaydaları  və  formaları  ayrıca  qanunda  nəzərdə 

tutulur. 

3.

 

Azərbaycan  Respublİkasmm  Cinayət  Məcəlləsinin  3ü6-cı  maddəsinə  uyğun  olaraq 



qanuni qüvvəyə minmiş məhkəmə aktlarmı qərəzli olaraq icra etməmə və ya həmin aktların 

icrasma  maneçilik  törətmə  cinayət  məsuliyyəti  yaradır.  Həmin  əməlləri  vəzifəli  şəxs 

törətdikdə, məsuliyyətin həddi də artırılır. Həmçinin işdə iştirak edən şəxsləri təhqir etməklə 

məhkəməyə  hörmətsizlik  etmə  və  ya  məhkəmə  tərkibinə  hörmətsizlik  etmək  də  ictimai 

təhlükəli və cəzalandırılmalı əməllər sırasma aid edilmişdir (CM, 289-cu maddə). 

4.

 



Məhkəmədə  baxılan  mübahisə  ilə  bağlı  marağı  olan  şəxslərin  prosesə  cəlb 

edilməməsi məhkəmə aktının onlara münasibətdə məcburiIiyini aradan qaldırmasa da, həmin 

şəxslər öz hüquqlarmı və qanunla qorunan mənafelərini müdafiə etmək 

19 



üçün ümumi əsaslarla məhkəməyə müraciət edə bilərlər. 

5.

 



Xarici dövlətlərin, beynəlxalq məhkəmələrin və iqtisad məhkəmələrinin akt- larmm 

Azərbaycan  Respublikasmm  ərazisində  məcburiliyi  və  icraSi  qaydası  Azərbaycan 

Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  konvensiyalar,  beynəbcalq  müqavilələr  və 

ayn-ayn  dövlətlərlə  bağladığı  ikitərəfli  sazişlərlə  müəyyən  edilir.  Belə  ikitərəfli  sazişlər 

su-asına Azərbaycan Rcspublikasuim Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam 

Respublikası, LHaayna Respublikası və s. dövlətlərlə bağladığı sazişləri aid etmək olar. 

Azərbaycan  Respublikası,  həmçinin  xarici  arbitraj  qətnamələrinin  tanınması  və  icrası 

haqqında 1958-ci il Nyu-York Konvensiyasını imzalayıb və bu Konvensiyaya uyğun olaraq 

Azərbaycan  Respublikası  onu  imzalamış  dövlətlərin  arbitraj  məhkəmələrinin  qərarlarını 

tanımalı və öz ərazisində məcburi icraya yönəltməlidir. 



Maddə 16. Beynəlxalq müqavilələrin səlahiyyətləri 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  müvafiq  olaraq 

tərəflər, habelə işdə iştirak edən digər şəxslər, bu Məcəllədə nəzərdə tutulan hüquqi müdaft- ə 

vasitələri  bitərsə,  insan  hüquq  və  azadlıqlarının  müdafiəsi  üçün  beynəlxalq  məhkəmələrə 

müraciət edə bilərlər. 

Bu,  Azərbaycanm  mülki  prosessual  hüququ  tarixində  yeni  normadır.  Azərbaycan 

Respublikasının beynəlxalq hüquq sisteminə inteqrasiya olunması, beynəbcalq təşkilatlara, o 

cümlədən Avropa Şurası üzvlüyünə qəbul edilməsi bu normanın tətbiqinə real təminat yaradır. 

Avropa Şurasınm qəbul etdiyi İnsan hüquqlarına dair Konvensiya əsasında təşkil edilən 

İnsan  hüquqlan  üzrə  Avropa  Məhkəməsində  şikayətlərin  baxılmaq  üçün  qəbul  edilməsinin 

əsas  şərti  dövlətdaxili  bütün  hüquqi  müdafiə  vasitələrinin  bitməsi  nəzərdə  tutulur 

(Konvensiyanm 35-ci maddəsi). Bu, o deməkdir ki, şəxs yalnız bütün mümkün dövlətdaxili 

hüquqi müdafiə vasitələri tükəndikdən sonra Avropa Məhkəməsinə şikayət verməyə haqlıdır. 

Məhkəmə  bütün  daxili  məhkəmə  müdafiəsi  vasitələri  bitdikdən  sonra  və  yalnız  milli 

səviyyədə qəti qərarın qəbul edildiyi tarbcdən başlayaraq altı ay ərzində işİ baxılmaq üçün 

qəbul edə bilər. 

Məhkəmə yalnız dövlət hakimiyyəti orqanlarının vətəndaşların Konvensiyada nəzərdə 

tutulan  hüquqlarının  pozulmasından  verilən  şikayətlərə  baxdığma  görə,  o,  fiziki  şəxslərin, 

kommersiya  və  qeyri-kommersİya  təşkilatlarmm  və  s.  hərəkətlərindən  verilən  şikayətləri 

qəbul etmir. 

20 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə