Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə18/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   14   15   16   17   18   19   20   21   ...   267

Şərh  olunan  maddəyə  əsasən,  fiziki  və  hüquqi  şəxs  olmasından  asılı  olmayaraq, 

Azərbaycan vətəndaşları və təşkilatları ilə xarici hüquqi şəxslərin, xarici invcstisiyalı hüquqi 

şəxslərin,  beynəlxalq  hüquqi  şəxslərin,  sahibkarlıq  fəaliyyətini  həyata  keçirən  əcnəbilərin, 

vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə olan mübahisələrə Beynəlxalq müqavilələrdən irəli 

gələn mübahisələrə dair Azərbaycan Respublikasının İqtisad Məhkəməsində baxılır. Ancaq bu 

cür mübahisələr iqtisadi mübahisələr olmalıdır. 

Tərəflərin  sazişi  və  Azərbaycan  Respublikasmm  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrlə və dövlətlərarası sazişlə başqa hallar nəzərdə tutula bilər. 



Maddo  28.  Əcnobilorin,  vətəndaşlığı  olmayan  şəxslərin,  xarici  hüquqi  şəxslərin 

iştirak etdiyi işlərin aidiyyəti 

Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirakı etdikləri 

işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər 

hallar nəzərdə tutulmayıbsa, məhkəmələr baxırlar. 

Məhkəmələr,  həmçinin  əcnəbilərin,  vətəndaşlığı  olmayan  şəxslərin  və  xarici  hüquqi 

şəxslərin  iştirak  etdikləri  işlərə  də  baxırlar.  Tərəflərin  sazişi,  beynəbcalq  müqavilələr  və 

dövlətlərarası sazişlərlə başqa hallar da nəzərdə tutula bilər. 

Konstİtusiyanm  151-ci  maddəsində  beynəlxalq  aktların  hüquqi  qüvvəsi  göstərilib. 

Həmin  maddəyə  əsasən.  Konstitusiya  və  referendum  yolu  ilə  qəbul  edilən  aktlar  istisna 

olmaqla,  Azərbaycan  Respublikasının  qanunvericilik  sisteminə  daxil  olan  normativ  hüquqi 

aktlarla  Azərbaycan  Respublikasmm  tərəfdar  çıxdığı  dövlətlərarası  müqavilələr  arasmda 

ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir

Azərbaycan  Respublikasmm  tərəfdar  çıxdığı  dövlətlərarası  beynəlxalq  müqavilələr 

dedikdə.  Konstitusiyanın  109-cu  maddəsinin  17-ci  bəndinə  uyğun  olaraq  təsdiq  edilmiş 

müqavilələr nəzərdə tutulur. 

Maddə 29. Mübahisənin münsiflər məhkəməsinə verilməsi 

Məhkəməyə aid olan mübahisə qanunla, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi 

ilə  nəzərdə  tutulan  hallarda,  işdə  iştirak  edən  şəxslərin  yazılı  razılığı  ilə  münsiflər 

məhkəməsinin həllinə verilə bilər. 

Maddənin məzmunundan görünür ki, məhkəmələrə aid mübahisələr üç halda münsiflər 

məhkəməsinin həllinə verilə bilər: 

1)

 



qanunda nəzərdə tutulan hallarda

2)

 



beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallarda

3)

 



tərəflərin sazişi ilə. 

Münsiflər məhkəməsi iki formada yaradıla bilər, yəni konkret mübahisənin həll edilməsi 

üçün birdəfəlik münsiflər məhkəməsi və daimi fəaliyyətdə olan münsiflər məhkəməsi. Qeyd 

etmək lazımdır ki, hazırda mübahisələrin münsiflər məhkəməsinin həllinə verilməsinə demək 

olar ki, rast gəlinmir. 

38 



işlərin münsiflər məhkəməsi tərəfindən baxılmağa verilməsi üçün yuxanda göstərilən üç 

haldan əlavə tərəflərin əlavə yazılı razılığı da tələb olunur. 

Mübahisənin münsiflər məhkəməsinə baxılmağa verilməsi barədə razılıq yazılı formada 

verilməlidir. 

Mübahisənin  münsiflər  məhkəməsinə  verilməsi  barədə  razılaşma  tərəflərin  qarşılıqlı 

razılığı  əsasmda  ləğv  edə  bilər. Mübahisənin  münsiflər  məhkəməsinə  baxılmağa  verilməsi 

barədə razılığm birtərəfli qaydada pozulmasına yol verilmir. 

Maddo 30. Bir-biri Uo əlaqədar olan bir neçə tələbin aidiyyəti 

Bir-biri  ilə  əlaqədar  olan  bir  neçə  tələbi  birləşdirərkən,  onlardan  bir  qismi  ümumi 

məhkəməyə,  digərləri  isə  iqtisad  məhkəməsinə  aiddirsə,  tələblərə  ümumi  məhkəmədə 

baxılmalı- dır. 

Maddədə bir-biri ilə əlaqədar olan bir neçə tələb birləşdirilərkən, aidiyyətin müəyyən 

edilməsi qaydası göstərilmişdir. 

Maddənin göstərişinə görə, birləşdirilən tələblər bir-birilə əlaqədar olmalıdır. Belə əlaqə 

olmadıqda,  tələblər  birləşdirilə  bilməz  və  verilmiş  iddia  ərizəsi  qaytarılmalıdır  (MPM, 

152.1.7-ci maddə). 

Tələblərin birləşdirilməsinin təşəbbüsçüsü həm iddiaçılar, həm də hakim ola bilər. 

İddianı bir neçə iddiaçı bir və ya bir neçə cavabdehə verə bilər. 

Hakimin bir neçə tələbi birləşdirməsi MPM-in l69-cu maddəsinə uyğun olaraq həyata 

keçirilir. 

İstər iddiaçı tərəfindən, istərsə də məhkəmə tərəfindən iddia tələbləri birləşdirilərkən, bu 

tələblərdən  biri  və  bİr  neçəsi  ümumi  məhkəmələrə  aiddirsə,  tələblərə  ümumi  məhkəmədə 

baxılmalıdır.  Maddənin  bu  tələbi  imperativ  xarakter  daşıyır  və  bunu  hansı  məhkəmənin 

(ümumi və ya İqtisad məhkəməsinin) müəyyən etməsinin əhəmiyyəti yoxdur. 



Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 

31.1.

 

Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 

31.2.

 

Aidiyyət  qaydalarına  riayət  etməklə  məhkəmənin  öz  icraatına  qəbul  etdiyi  iş, 

sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 

Maddənin  məzmunundan  görünür  ki,  məhkəmə  aidiyyətinin  pozulması  ilə  işlərə 

məhkəmələr o vaxt baxa bilər ki, iş qəbul edilən vaxt aidiyyət qaydalarına əməl edilmiş, ancaq 

sonradan  qanunvericiliklə həmin  işə  baxılması  başqa  məhkəmənin  səlahiyyətinə  aid  edilib 

(məsələn, baxılması İqtisad məhkəməsinə aid edilmiş iş qəbul edilərkən aidiyyət qaydalarına 

riayət  edilmiş  və  sonradan  həmin  nÖv  İşlərin  baxılması  qanunvericiliklə  ümumi 

məhkəmələrin səlahiyyətinə aid edilsə də, qəbul edilmiş işə İqtisad Məhkəməsi baxmalıdır və 

ya əksinə). 

Bu, onunla bağlıdır ki, əwəla, iş icraata qəbul edilərkən aidiyyət barədə qanun 

39 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə