Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə20/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   16   17   18   19   20   21   22   23   ...   267

tansiya mohkoməsi kimi yerli ümumi məhkəmələr və iqtisad məhkəmələri həll edir. Bu o 

deməkdir ki, hazırda növ aidiyyətinin dairəsi daralıb. 

Lakin  mülki  işlərin  birinci  instansiya  məhkəməsi  kimi  yerli  məhkəmələrə  aidliyinin 

müəyyən edilməsi həmin işlərə daha əlverişli şəraitdə, tam operativ baxılmasını təmin edir. 

Belə kİ, yerli məhkəmələr işin faktiki hallarının müəyyən edilməsində mühüm əhəmiyyəti olan 

sübutlara  və  dəlillərə  daha  yaxmdırlar  və  bu  da  işin  obyektiv  həll  edilməsində  mühüm 

amillərdən biridir. 

Təcrübədə  bu  maddəyə  uyğun  olaraq  mülki  işlərə  birinci  instansiya  məhkəməsi  kimi 

rayon (şəhər) məhkəmələri, 1 saylı iqtisad məhkəməsi (Bakı şəhəri), 2 saylı iqtisad məhkəməsi 

(Gəncə  şəhəri),  3  saylı  iqtisad  məhkəməsi  və  Beynəlxalq  müqavilələrdən  irəli  gələn 

mübahisələrə dair Azərbaycan Respublikasının İqtisad Məhkəməsi baxır. 

1,  2  və  3  saylı  iqtisad  məhkəmələrinə  mübahisələrin  aidiyyəti  bölgə  prinsipi  üzrə 

müəyyən edilib. 

Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikasının 

İqtisad Məhkəməsinə müiki işlərin aidiyyəti isə mübahisənin predmeti üzrə müəyyən edilir. 

Madda 35. İddiamn cavabdehin olduğu yero görə verilməsi 

35.  L  Qanunla  başqa  hal  nəzərdə  tutulmamışdırsa,  iddia  cavabdehin  rəsmi  qeydə 

alındığı yerin məhkəməsinə verilir. 

35.2.

 

Hüquqi  şəxsə  iddia  hüquqi  şəx.sin  ünvanının  olduğu  yerə  görə  verilir.  Hüquqi 

şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu 

yero görə verilir. 

35.3.

 

Qarşılıqlı  iddia,  aidiyyətindən  asılı  olmayaraq,  ilkin  iddianın  baxıldığı  yerin 

məhkəməsinə verilir. 

1.

 



MPM-in  35.1  və  35.2-ci  maddələrində  ümumi  ərazİ  məhkəmə  aidiyyətinin  əsas 

prinsipləri əks olunmuşdur. 

35.1-

 

cİ maddədə göstərilən qayda yalnız fızİkİ şəxslərə deyil, həmçinin sahibkar 



vətəndaşlara da şamil edİlir. Belə ki, sahibkar-vətəndaş qeydə almdığı yerin vergi orqanında 

uçota durur və sahibkarlıq fəaliyyəti haqqmda şəhadətnaməni də həmin orqandan alır. 

Cavabdehin  iddİa  verildikdən  sonra  qeydə  almdığı  yeri  dəyişməsi,  işin  məhkəmə 

aidiyyətinin dəyişməsinə səbəb olmur. 

Azərbaycan  Respublikasmm  Mülki  Məcəlləsinin  27-ci  maddəsinə  uyğun  olaraq  14 

yaşına  çatmamış  şəxslərin  yaşayış  yeri  valideynlik  hüquqlarını  İtmməmiş  valideynlərinin 

yaşayış yeri, qəyyumluq altmda olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 

2.

 



Hüquqi  şəxsə  iddia  onun  ünvamrun  olduğu  yerin  məhkəməsinə  verilir.  Mülki 

Məcəllənin  52-ci  maddəsinə  əsasən,  hüquqi  şəxsin  daimi  fəaliyyət  göstərən  orqanının 

yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. 

Təcrübədə hüquqi şəxsin ünvanı iki mənada işlədilir: 

42 



1)

 

hüquqi şəxsin hüquqi ünvanı. Bu, hüquqi 

ŞDXS

 dövlət qeydiyyatına alınarkən təsis 



sənədlərində göstərilən ünvandır; 

2)

 



hüquqi  şəxsin  faktiki  ünvanı.  Heç  də  bütün  hüquqi  şəxslər  təsis  sənədlərində 

göstərilən  və  qeydə  alınan  ünvanda  fəaliyyət  göstərmirlər.  Bu.  müxtəlif  səbəblərlə  -  yeni 

binanın alınması, icarə müqaviləsi üzrə yeni ünvandan istifadə edilməsi və s. hallarla bağlı ola 

bilər. 


35.2-

 

ci maddədə nəzərdə tutulan hüquqi şəxsin ünvanı - onun hüquqi ünvanıdır. 



Göstərilənlər hüquqi şəxsin törəmə müəssisələrinə də şamil edilməlidir. Belə ki, MM-in 

67-ci raaddəsüıin məmindən göründüyü kimi, törəmə müəssisə də hüquqi şəxsdir və  o, əsas 

ortaqlığın və ya cəmiyyətin borcları üçün cavabdeh deyildir. 

Ona  görə  də,  törəmə  müəssisənin  fəaliyyətindən  əmələ  gələn  iddialar  hüquqi  şəxsin 

ünvanının  olduğu  yerə  görə  deyil,  törəmə  müəssisənin  hüquqi  ünvanının  olduğu  yerə  görə 

verilməlidir. 

3.

 

Qarşılıqlı  iddia  yalnız  ilkin  iddia  tələbini  baxılmaq  üçün  öz  icraatma  qəbul  etmiş 



məhkəməyə verilə bilər. Qanunda belə qaydanın müəyyən edilməsi bir mülki işin icraatında bir 

neçə iddia tələbinin eyni vaxtda daha tez və hərtərəfli araşdırılması ilə şərtlənir və ilkin iddia 

tələbi ilə qarşılıqlı iddia arasındakı daxili və qarşılıqlı əlaqə onlara birlikdə baxılmasmı zəruri 

edir.  Buna  görə  də,  qarşılıqlı  iddiaya  aidiyyətindən  asılı  olmayaraq  ilkin  iddianın  baxıldığı 

məhkəmədə  baxılır.  Lakin  yaddan  çıxarmaq  lazım  deyil  ki,  göstərilən  qayda  müstəsna 

aidiyyətə aid edilmiş qarşılıqlı iddialara şamil edilmir. 



Madäo 36. İddiaçının seçməsino görə aidiyyət 

36.1.

 

Yaşayış  yeri  məlum  olmayan,  yaxud  Azərbaycan  Respublikasında  yaşayış  yeri 

olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya molum olan axırıncı yaşayış 

yerinə görə verilə bilər. 

36.2.Rəsmi  yaşayış  yeri,  olduğu  yer  və  ya  hüquqi  ünvanı  müxtəlif  olan  bir  neçə 

cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə 

bilər. 

36.3.

 

Altmenün  alınması  və  atalığın  müəyyən  edilməsi  haqqında  iddialar  iddiaçı 

tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 

36.4.

 

Psixi pozuntu ilə əlaqədar qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti 

olmayan  hesab  edilmiş  şəxslərə,  habelə  cinayət  törətməyə  görə  3  ildən  artıq  müddətə 

azadlıqdan məhrum olunmağa məhkum olunmuş şəxslərə qarşı nikahın pozulması haqqında 

iddialar iddiaçının yaşadığı yerə görə verilə hilər. 

36.5.

 

İddiaçının  yanında  yetkinlik  yaşına  çatmayan  uşaqlar  olduqda  və  ya  iddiaçı 

səhhətinə  görə  cavabdehin  yaşadığı  yerə  getməyə  çətinlik  çəkdikdə  də  nikahın  pozulması 

haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. 

36.6.

 

Şikəstetmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailəni dolandıranın ölümü 

ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə 

görə verilə bilər. 

36.7.

 

Qanunsuz  olaraq  məhkum  edilməklə,  cinayət  məsuliyyətinə  cəlb  edilməklə, 

qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud 

həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqo- 

43 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə