Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə22/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   18   19   20   21   22   23   24   25   ...   267

1)

 

cavabdehin rəsmi qeydə almdığı yerin məhkəməsinə



2)

 

iddiaçının rəsmi qeydə alındığı yerin məhkəməsinə; 



3)

 

müqavilənin bağlandığı yerin məhkəməsinə; 



4)

 

müqavilənin icra edildiyi yerin məhkəməsinə. 



10.

 

MPM-in  36,10-cu  maddəsinə  görə,  gəmilərin  toqquşması  nəticəsində  vurulan 



zərərin ödənilməsinə dair, habelə dənizdə kömək göstərilməsinə və xilas etməyə görə mükafat 

alınması haqqında iddialar: 

1)

 

cavabdehin rəsmi qeydə almdığı; 



2)

 

cavabdehin gəmisinin olduğu



3)

 

gəminin aid olduğu yerə görə verilə bilər. 



Cavabdehin  rəsmi  qeydə  alındığı  yer  dedikdə,  gəmi  sahibinin  qeydə  alındığı  yer, 

cavabdehin gəmisinin olduğu yer dedikdə, üzərinə məsuliyyət qoyulan gəminin olduğu yer, 

gəminin aid olduğu yer dedikdə isə, gəminin rəsmi qeydə alındığı liman anlaşılu". 

11.


 

İcra  yeri  göstərilən  müqavilələrdən  əmələ  gələn  iddialar  cavabdehin  rəsmi  qeydə 

alındığı yerə görə və ya müqavilənin icra yerinə görə verilə bilər. 

Bu qayda o hallara şamil olunur ki, cavabdehin qeydə alındığı yerlə müqavilənin icra 

yeri üst-üstə düşməsin. 

Bu qayda işin müstəsna aidiyyəti olduğu hallarda tətbiq olunmur. 

12.

 

MPM-in  36.12-ci  maddəsinə  uyğun  olaraq  Azərbaycan  Rcspublikasınm  vətəndaşı 



və yaxud hüquqi şəxsi olan və başqa dövlətin ərazisində yerləşən cavabdehə qarşı iddia: 

1)

 



cavabdehin rəsmi qeydə alındığı yerə görə; 

2)

 



iddiaçının rəsmi qeydə almdığı yerə görə; 

3)

 



cavabdehin əmlakmm olduğu yerə görə verilə bilər. 

Burada  Azərbaycan  Respublikasının  vətəndaşı  və  yaxud  hüquqi  şəxsi  dedikdə, 

Azərbaycan Respublikası ərazisində qeydə alman vətəndaş və ya hüquqi şəxs anlaşılmalıdır. 

13.


 

Bu  maddədə  sadaladığımız  bütün  hallarda  işin  baxılacağı  məhkəməni  seçmək 

hüququ  iddiaçıya  məxsusdur.  Bu  qaydadan  istisnalar  yalnız  işin  müstəsna  aidiyyəti  olduğu 

hallarda mümkündür. 



Maddə 37. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti 

Tikintiyə,  qurğuya,  torpaq  sahəsinə  sahiblik  faktının  müəyyən  edilməsinə  dair  həmin 

tikintinin,  qurğunun,  torpaq  sahəsinin  olduğu  yerdə  baxılan  işlər  istisna  olmaqla,  hüquqi 

əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. 

Fiziki  və  hüquqi  şəxslərin şəxsi  və  ya  əmlak  hüquqlarmm  əmələ  gəlməsi,  dəyişməsi, 

xitam verilməsinə əsas olan faktlar hüquqi əhəmiyyəti ölan faktlar adlandırılır. 

MPM-in 307-ci maddəsinə uyğun olaraq hüquqi əhəmiyyəti olan faktlar sırasma şəxsin 

öhdədə olması, doğumun, Övladhğa götürmənin, nikahm, boşanmanın, ölümün qeyd edilməsi, 

faktiki nikah münasibətlərində olma, bədbəxt hadisə, atahğm etiraf olunması, mirasm qəbul 

edilməsi və s. faktlar aid edilib. 

46 



Sadalanan  faktlann  müəyyən  edilməsi  barədə  işlərə  ərizəçinin  olduğu  yerin 

məhkəməsində  baxılmalıdır.  Burada  müstəsna  aidiyyəti  olan  tikintiyə,  qurğuya,  torpaq 

sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin obyektlərin olduğu yerdə baxılan 

işlər istisna təşkil edir. 



Sfaddo İH. Fiziki və hüquqi şəxslərin müflisləşməsinə (iflasına) dair işlərin aidiyyəti 

Müflisləşmə (iflas} haqqında işlərə borclunun yaşadığı yerdə baxılır. 

Müflisləşmə  və  İflas  haqqında  Qanunun  2-ci  maddəsinin  7-ci  bəndinə  uyğun  olaraq 

iflasla bağlı işlərə: 

1)

 



ya borclunun omlakınm əsas hissəsinin yerləşdiyi ərazidəki məhkəmədə

2)

 



ya  da  borclu  müəssisənin  əsas  idarəetmə  orqanının  yerləşdiyi,  fərdi  borclunun 

haqqında işlərə isə onun yaşadığı ərazidəki məhkəmədə ba.xılır. 

Göründüyü  kimi.  Qanun  müflisləşməyə  dair  işlərin  seçmə  aidiyyətini  (alternativ 

aidiyyət) müəyyən edir. 



Müflisləşmə  (iflas)  haqqında  işlərə  borclunun  yaşadığı  yerdə  Aojcı///-dedikdə,  bu 

kateqoriya işlərə baxılmasının müstəsna aidiyyəti müəyyən edilir. 

Beləliklə,  yuxarıda  adı  çəkilən  Qanunla  MPM  arasında  aidiyyətlə  bağlı  ziddiyyət 

yaramb.  Lakin  MPM  Qanundan  sonra  qəbul  edildiyinə  gÖrə  daha  yüksək  hüquqi  qüvvəsi 

olduğu üçün bu maddənin normaları tətbiq edilməlidir. 

Borclunun yaşadığı yer dedikdə: 1) fiziki şəxsin qeydə almdığı yer; 2) hüquqi şəxsin 

ünvanuıın olduğu yer anlaşılmalıdır. 



Maddə 39. Müstəsna aidiyyət 

39.1.

 

Tikintiyə,  qurğuya,  torpaq  sahəsinə  mülkiyyət  hüququnun  tanınması,  tikintinin, 

qurğunun, torpaq  sahəsinin  başqasının  qeyri-qanuni sahibliyindən  götürülməsi, mülkiyyət 

hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın vo yaxud başqa qanuni sahibin 

hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq 

sahəsinin olduğu yerə görə verilir. 

39.2.

 

Vərəsələr  tərəfindən  vərəsəlik  qəbul  edilənə  qədər  miras  qoyanın  kreditorları 

tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın 

və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir. 

39.3.

 

Yüklərin, sərnişinlərin və yg baqajın daşınma müqavilələrindən əmələ gələn yük 

daşıyanlara qarşı iddialar nəqliyyat təşkilatı idarəsinin olduğu yerə görə verilir. 

1.

 

Müəyyən  kateqoriya  mülki-hüquq  münasibətləri  üçün  qanunda  ərazi  aidiyyətinin 

ümumi qaydalarından fərqli qayda müəyyən edilib. Qanun bu hallarda mülki işin yalnız bu 

maddədə  göstərilən  məhkəmələrə  aidiyyətini  nəzərdə  tutur  və  bu  aidiyyət  növü  müstəsna 

aidiyyət adlanır. Müstəsna aidiyyətin xüsusiyyəti ondan ibarətdir ki. işin hansı məhkəməyə 

verilməsi iddiaçının iradəsindən asılı deyildir. 



2,

 

MPM-in  39.1-ci  maddəsində  nəzərdə  tutulan  iddialar  tikintinin,  qurğunun,  torpaq 

sahəsinin olduğu yerin məhkəməsinə aiddir. 

47 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə