Göründüyü kimi, sadalanan işlərə göstərilən məhkəmələrdə baxilması həmin tələblər
üzrə yerində müayinə aparılması, sübutlarm toplanması, şahidlərin izahatlan- nm alınması
kimi prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdınr və işə obyektiv baxılmasmı
şərtləndirir.
3.
39.1-ci maddədə şərh olunanlar həmçinin 39.2-ci maddədə göstərilən hallara da
aiddir.
4.
39.3-cü maddədə nəzərdə tutulan hallarda
nəqliyyat təşkilatı idarəsinin olduğu yer
dedikdə, nəqliyyat təşkilatı idarəsinin rəsmi qeydə almdığı yer anlaşılmalıdır. Həmin
maddədə nəzərdə tutulan müstəsna aidiyyət yalmz müştərilərin uyğun nəqliyyat təşkilatlanna
qarşı təqdim etdikləri iddialara şamil edilməlidir. Nəqliyyat təşkilat- larınm müştərilərə qarşı
verdikləri iddialara isə məhkəmə aidiyyətinin ümumi qayda- lan əsasmda baxılır.
Maddə 40. Müqavilə aidiyyəti
40.1.
Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.
40.2.Torojlər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə
bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır.
40. 3. Saziş
0
zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə
əsaslanmış olsun.
40.4.
Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu maddənin
qaydaları tətbiq oluna bilməz.
1.
Müqavilə aidiyyəti qaydalarının müəyyən edilməsi - fiziki və hüquqi şəxslərin
subyektiv hüquqlarınm və qanunla qorunan mənafeyinin məhkəmə müdafiəsini daha asan
həyata keçirməyə İmkan verir. Çünki bu halda tərəflərin İstər ərazi baxı- rmndan, istərsə də
nüfuz baxımmdan özləri üçün əlverişli olan məhkəməni seçmək hüququ olur.
2.
Tərəflər arasmdakı sazişin yalnız yazılı şəkildə ifadə edilməsi nəzərdə tutulur.
Təcrübədə bu; 1) ya əsas müqavilənin bir bəndi şəklində və ya 2) aynca saziş bağlanması yolu
ilə həyata keçirilir.
Birinci halda əsas müqavilə bağlanarkən bu müqavilə üzrə gələcəkdə yaranacaq
mübahisəyə hansı məhkəmə orqanında baxılması, ikinci halda isə artıq yaranmış
mübahisənin hansı məhkəmə orqanma verilməsi imkanlan nəzərdə tutulur.
Hər iki halda tərəflər mübahisəyə yalnız ümumi məhkəmələrdə deyil, həmçinin
beynəkalq və ya yerli arbitraj orqanlarında baxılması haqqında razılığa gələ bilərlər.
Bu maddənin noımalan mübahisə üçün növ aidiyyəti və müstəsna aidiyyət nəzərdə
tutulduğu hallara şamil edilmir.
Maddə 41. Əmr icraatı qaydasında baxdan iddianın aidiyyəti
Əmr icraatı qaydasında işlərə baxılarkən ərizə bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə
məhkəməyə verilir.
48
Əmr icraatı Azərbaycanın mülki prosessual hüququnda tamamilə yeni bir institutdur və
müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə
MPM-in normaları əsasında sadələşdirilmiş qaydada baxılmasını nəzərdə tutur. Başqa sözlə,
əmr icraatı ~ mübahisəsiz işlərə sadələşdirilmiş qaydada baxılmasını nəzərdə tutur.
Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasmda çıxarıln və bu akt icra sənədi
hesab edilir.
Ərazi məhkəmə aidiyyətinin MPM-iə müəyyən edilən normaları əmr icraatı
qaydasında baxılan işlərə də tətbiq edilir.
Maddə 42. Cinayət işindən əmələ gələn iddia üzrə aidiyyət
Cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı
verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki
məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir.
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM)
74-cü maddəsinə uyğun olaraq cinayət işinə və başqa materiala cinayətin törədildiyi yerin
fəaliyyət dairəsinə aid olan birinci instansiya məhkəməsində baxılır.
Göründüyü kimi, cinayət işindən əmələ gələn mülki iddialara bir qayda olaraq, cinayət
işi ilə bİrgə cinayət işinə baxan məhkəmə baxır. Bu halda məhkəmə işin ba- xılmasmm yekun
aktı kimi hökm çıxaru- və hökmün qərar hissəsinin bir bəndi mülki iddiaya baxılmasının
nəticəsinə həsr edilir. Lakin müxtəlif səbəblərdən mülki iddiaya cinayət işi ilə birgə
baxılmaya da bilər. Məsələn, işə bir yerdə baxılması işi mürəkkəbləşdirirsə, yaxud
müttəhimin hərəkətlərində ictimai təhlükəli əməlin mövcud olmaması və s. Bu hallarda iş
MPM-lə müəyyən olunan ərazi aidiyyətinin ümumi qaydaları əsasmda baxılmaq üçün verilir.
Maddə 43. Bir-biri ilə əlaqədar olan bir neçə işin aidiyyəti
43.}. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər bir-biri ilə əlaqəlidirsə, ədalət
mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə
çıxarılmalıdır.
43.2.
Birinci instansiya üzrə iki məhkəmənin icraatında eyni tərəflər arasında, eyni
predmet və əsaslar üzrə eyni mübahisəyə dair işlər olduqda da bu maddənin qaydaları tətbiq
olunur.
1. Bir-biri ilə əlaqədar olan işlərin məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki,
bir neçə məhkəmənin icraatmda olan mülki iş ərazi aidiyyətindən asılı olmayaraq, tərəflərin
qarşılıqlı hüquq münasibətlərinin hərtərəni araşdırılması və prosessual qənaət mənafeyinə
uyğun olaraq bir məhkəmədə baxılmalı və bir qətnamə çıxarılmalıdır.
Bu qaydanm müəyyən edilməsi işə baxan məhkəməyə imkan verir ki, işi düzgün həll
etmək üçün mövcud olan sübutları və faktiki materialları bir icraatda toplasın və
49