Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə30/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   26   27   28   29   30   31   32   33   ...   267

4.

 

MPM-in  50.4-cü  maddəsi  Azərbaycan  Rcspublİkasmm  qanunvericiliyində  nəzərdə 



tutulan hallarda «hüquqi şəxs olmayan təşkilatlarm» da tərəf ola bilməsini mümkün sayır.^ 

Maddo 51. İşdə bir neçə iddiaçının və cavabdehin iştirakı 

51.1.

 

İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı 

qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair pro-^e-tdə müstəqil 

çıxış edir. 

51.2.

 

Birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər. 

51.3.

 

Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi 

iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. 

1.

 



Prosessual  iştirakçiUq  dedikdə,  tələb  hüquqları  və  ya  vəzifələri  bİr-birini  istisna 

etməyən bir neçə iddiaçınm və ya bir neçə cavabdehin eyni icraatda iştirakj başa düşülür. 

İştirakçılıq birgə iddiaçının başqa şəxs təıxjfmdən artıq başlanmış prosesə daxil olması 

və ya başlanmış prosesə başqa şəxsin birgə cavabdeh kimi cəlb edilməsi yolu ilə daxil olması 

nəticəsində də yarana bilər. Başqa cavabdehin işə cəlb edilməsinə id- diaçmm razılığı olduqda 

yol verilir və məhkəmənin qəmamə çıxarmasma qədər edilə bilər. 

Məsələn,  vətəndaş  A.  vətəndaş  B.-yə  qarşı  eyni  mənzildə  birgə  yaşamağm 

qeyri-mümkünlüyü  əsasları  ilə  mənzildən  çıxarılma  barədə  məhkəmədə  iddİa  qaldırıb. 

Sonradan  həmin  iddiaya  B.  ilə  bir  mənzildə  yaşayan  yetkinlik  yaşma  çatmış  icarəçilər  də 

qoşulur.  Və  ya  başqa  bir  nümunə;  A.  B.-yə  qarşı  yaşayış  evinə  mülkiyyət  hüququnun 

tanınması barədə iddia qaldırıb. Həmin ev ümumi mülkiyyət hüququ əsasm- da həm də V,-yə 

məxsus olduğu üçün məhkəmə iddiaçmm razılığı olduqda, onu birgə cavabdeh kimi işə cəlb 

edir. 

İştirakçılıq  həm  İddia  tələblərinin  əsaslannm  eyniliyi,  həm  də  tələblərin  özlərinin 



eyniliyi  şəraitində  do  məqsədəuyğun  ola  bilər.  Məsələn,  bir  neçə  fəhlə  və  ya  qulluqçu 

müəssisədən əlavə yerinə yetirilən işə görə əmək haqqının ödənilməsini və ya işdən qanunsuz 

olaraq çıxanidıqlanni iddia edərək, işə bərpa olunmalarmı tələb edirlər. 

2.

 



İddia bir neçə iddiaçı tərəfindən verilə bilər. Bu zaman belə iddianm maddi- hüquqi 

əsası kimi, məsələn, birgə iddialar çıxış edə bilər. Bu cür iddia bütün iddiaçılar tərəfindən 

imzalanmalıdır. 

Göründüyü kimi, MPM-in 50.2-ci maddəsinin göstərişi MM-in 64.6-cı maddəsinin tələblərinə ziddir və 

sonuncu faktiki olaraq həmin normanın tətbiqini qeyri-mümkün edir. 

^  Azərbaycan  Respublikasının  qanunvericiliyində  hüquqi  şəxs  olmayan  təşkilatlann  tərəf  kimi 

məhkəmədə iştirakının mümkünlüyünə yol verən normalar müəyyən olunmayıb. Həmin normanın həm mülki 

qanunvericiliyin, həm də MPM-in bir çox normalarına zidd olduğunu nəzərə alaraq, hesab edirəm ki, onun 

qanunda saxlanılmasının məqsədəuyğunluğq məsələsinin yenidən nəzərdən keçirilməsinə ehtiyac var. 

63 



iddia  ərizəsində  bütün  iddiaçıların  və  ya  ərizə  onların  nümayəndələri  tərəfindən 

verilirsə, həmin şəxslərin adları, yaşayış ünvanları (hüquqi şəxslər üçün - onların yerləşdiyi 

ünvan) göstərilməlidir. 

İddia  eyni  zamanda  həm  bir  iddiaçı,  həm  də  bir  neçə  iddiaçı  tərəfindən  bir  neçə 

cavabdehə (məsələn, birgə cavabdehlərə) verilə bilər. 

İddianın bir iddiaçı tərəfindən bir neçə cavabdehə və ya bir neçə iddiaçı tərəfindən bir 

neçə cavabdehə qarşı verilməsindən asılı olmayaraq, iddiaçılardan və ya ca- vabdehlərdən hər 

biri  digər  tərəfə  münasibətdə  müstəqil  çıxış  edir.  Odur  ki,  iddiaçılardan  birinin  iddiadan 

imtina etməsi hələ o demək deyil ki, digərləri də Öz tələblərindən imtina edir. İddiadan imtina 

edən  iddiaçının  tələbi  üzrə  işə  məhkəmənin  qərardadı  ilə  xitam  verilir,  digər  iddiaçılara 

münasibətdə isə icraat davam etdirilir. 

Eynilə  cavabdehin  iddiaçılardan  birinin  tələbini  qəbul  etməsi  avtomatik  olaraq  digər 

iddiaçıların da tələblərinin qəbul edilməsi demək deyil. 

Birgə  iddiaçıların  cavabdehə  və  ya  cavabdehlərə  qarşı  müstəqil  tələblərinin  olması  o 

demək  deyil  ki,  məhkəmə  onlann  hamısına  münasibətdə  eyni  qərar  qəbul  etməlidir.  İşin 

hallanndan asılı olaraq, məhkəmə bİr və ya bir neçə iddiaçıya rədd cavabı verə, yaxud bir və 

ya bir neçə cavabdehi məsuliyyətdən azad edə bilər. 

Məsələn,  bir  neçə  cavabdehə  qarşı  boreun  qaytaniması  barədə  iddia  qaldnıldıq-  da, 

onlardan  biri  borcu  qaytardığı  və  ya  qarşılıqlı  tələb  irəli  sürdüyü  halda,  məhkəmə  həmin 

cavabdehə qarşı iddiam rədd edə bilər. Rədd cavabına baxmayaraq, hər bir cavabdehə qarşı 

tələb hüququnun müstəqilliyi şübhə doğurmur. 

İştirakçılıq  institutunu  fərqləndirən  əsas  cəhət  bir  neçə  iddiaçınm  və  ya  cavabdehin 

müvafiq  olaraq  maddi-hüquqi  tələblərinin  və  ya  vəzifələrinin  birgə  mövcudluğu  imkanıdır. 

Bu xüsusiyyətinə görə birgə iddiaçılar və birgə cavabdehlər: 1) işdə iştirak edən iddiaçıdan və 

mübahisənin predmetİnə müstəqil tələb irəli sürən üçüncü şəxsdən, 2) ilkin cavabdehdən (əsl 

olmayan  tərəf)  və  MPM-in  54.3-cü  maddəsinə  uyğun  olaraq  prosesə  cəlb  edilən  ikinci 

cavabdehdən, başqa sözlə, maraqları bir-birini istisna edən tərəflərdən fərqlənir. Bütün birgə 

iştirakçılar - əsl olan iddiaçılar və cavabdehlərdir. 

Bir  neçə  iddiaçının  bir  neçə  cavabdehə  qarşı  bir-birini  istisna  etməyən  tələbləri  bir 

icraatda baxılır. 

Bir  neçə  iddiaçı  tərəfindən  və  ya  bir  neçə  cavabdehə  qarşı  iddia  verildiyi  halda, 

pozulmuş hüquqlarm və ya qanunla qorunan mənafelərin qorunması üçün məhkəmə müraciət 

edildiyi və məhkəmədə iş qaldırıldığı andan prosessual iştirakçılıq yaranır. 

3.

 



İştirakçılıq  işin  məhkəməyə  hazırlığı  mərhələsində  məhkəmənin  təşəbbüsü  ilə  də 

yarana  bilər.  Belə  kİ,  MPM-in  169.3-cü  maddəsinə  əsasən,  hakim  həmin  məhkəmənin 

icraatmda  eyni  bir  iddiaçmm  müxtəlif  cavabdehlərə,  yaxud  müxtəlif  iddiaçıların  eyni 

cavabdehə  iddiaları  üzrə  bir  neçə  işin  olduğunu  müəyyən  edərsə,  onları  birlikdə  baxılmaq 

üçün bir icraatda birləşdirməyə haqlıdır. 

Müxtəlif  vaxtlarda  müxtəlif  şəxslərin  verdiyi  tələbləri  iddiaçıların  təşəbbüsü  ilə  bir 

icraatda birləşdirmək olar. Məsələn, ştatlarm ixtisarı ilə əlaqədar işdən azad edilən bir neçə 

şəxs  eyni  müəssisəyə  qarşı  işə  bərpa  tələblərini  bir  icraatda  birləşdirməklə  baxılmasmı 

məhkəmədən xahiş edə bilərlər. 

64 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə