Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə27/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   23   24   25   26   27   28   29   30   ...   267

tuta;  qaydanı  pozan  şəxsin  əməlində  cinayət  tərkibi  olduqda,  onun  barəsində  cinayət  işi 

başlamaq  üçün  materiallan  müvafiq  orqanlara  göndərə;  işdə  iştirak  edən  şəxslər  tərəfindən 

qaydalar  təkrar  pozulduqda,  onlar  məhkəmənin  qərardadı  ilə  məhkəmə  baxı-  şmm  bütün 

müddətində  və  yaxud  bir  hissəsində  məhkəmə  iclası  zalından  çıxarıla  bilər  (MPM,  177-ci 

maddə). 

Maddə 48. Mülki prosessual hüquq qabiliyyəti 

ilər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən 

mülki  prosessual  hüquqlar  əldə  etmək  və  vəzifələr  daşmaq  qabiliyyətinə  (mülki-prosessual 

hüquq qabiliyyəti) malikdir. 

1.Mülki prosesdə tərəf kimi yalnız mülki-prosessual hüquq qabiliyyətinə malik 

subyektlər çıxış edə bilər. 

Mülki  prosessual  hüquq  qabiliyyətinin  MPM-in  48-ci  maddəsində  təqdim  olunan 

anlayışında onun xarakterik cəhətləri verilir ki, bunlar aşağıdakılardu-: 

1)

 



şəxsin mülki prosessual hüquqlara malik olmaq qabiliyyəti. Belə prosessual hüquqlara 

nümunə  kimi  məhkəməyə  müraciət  etmək  (MPM,  4-cü  maddə),  İşİn  materiallan  ilə  tanış 

olmaq,  vəsatətlər  vermək,  sübutlar  təqdim  etmək  (MPM,  47-ci  maddə),  məhkəmə  icraatının 

gedişində ana dilindən istifadə etmək (MPM, 11-ci maddə) və s. hüquqlan göstərmək olar

2)

 

şəxsin mülki prosessual vəzifələr daşımaq qabiliyyəü. Məsələn, məhkəmənin çağırışı 



ilə gəlmək, məhkəmə xərclərini Ödəmək vəzifəsi və s. 

Mülki prosessual hüquq qabiliyyəti maddi hüquqda hüquq qabiliyyəti ilə sıx bağ- lidu-. 

Bu bağlılıq özünü ilk növbədə onda göstərir ki, onlar eyni zamanda yaranırlar. Bəzən maddi 

hüquqda  hüquq  qabiliyyəti  heç  də  vətəndaşın  anadan  olması  ilə  eyni  zamanda  yaranmır  - 

məsələn,  əmək  və  ya  nikah  hüquq  qabiliyyəti  müvafiq  olaraq  14-  15  və  17-18  yaşlarından 

yaranır - bu halda mülki prosessual hüquq qabiliyyəti də elə həmin andan yaranır. 

Mülki prosessual hüquq qabiliyyətini mülki hüquq qabiliyyəti ilə eyniləşdirmək olmaz. 

Mülki  icraat  qaydasmda  təkcə  mülki  hüquq  münasibətlərindən  deyil,  həm  də  başqa  hüquq 

münasibətlərindən  (ailə,  əmək  və  s.)  doğan  hüquqların  və  qanunla  qorunan  mənafelərin 

müdafiəsi həyata keçirilir. Odur ki, mülki hüquq qabiliyyəti həmin işlərin hamısı üçün həlledici 

əhəmiyyətə  malik  ola  bilməz.  Bundan  başqa,  məhkəmənin,  prokurorun,  şahidlərin, 

ekspertlərin,  mütəxəssislərin  və  digər  şəxslərin  mülki  prosessual  hüquq  qabiliyyəti  onlann 

mülki hüquq qabiliyyətləri ilə bağlı deyil. 

2.

 



Mülki prosessual hüquq qabiliyyətinə aşağıdakı fiziki şəxslər malikdirlər: 

1)

 



Azərbaycan  Respublikasının  yetkinlik  yaşma  çatmış  vətəndaşları  (MPM,  49.1-  ci 

maddə); 


2)

 

xarici  dövlətlərin  vətəndaşları  (MPM-in  441.1-ci  maddəsinin  qaydaları  nəzərə 



aimmaqla); 

3)

 



vətəndaşlığı olmayan və ikili vətəndaşlığı olan şəxslər (MPM, 441.3-cü maddə). 

Mülki prosessual hüquq qabiliyyətinə həmçinin aşağıdakı hüquqi şəxslər malik- 

57 



dirior: 

1)

 



Azərbaycan  Respublikasının  hüquqi  şəxsləri  (kommersiya  və  qeyri-kommersiya 

təşkilatları); 

2)

 

xarici  ölkələrin  hüquqi  şəxsləri.  Həmin  qurumların  Azərbaycan  Respublikasının 



məhkəmələrinə  müraciət  etmək  və  öz  maraqlanmn  müdafiəsi  üçün  mülki  prosessual 

hüquqlardan istifadə etmək hüquqları var. 

Vətəndaşların mülki prosessual hüquq qabiliyyəti anadan olma anından yaranır və ölümü 

ilə  xitam  olunur.  Mülki  prosessual  hüquq  qabiliyyətinin  mövcudluğunun  vətəndaşın  psixi 

vəziyyətindən asılılığı yoxdur. 

Hüquqi şəxslərin mülkİ prosessual hüquq qabiliyyəti onların hüquqi şəxs statusu əldə 

etdikləri  andan  yaranır  və  ləğv  edildikləri  andan  ona  xitam  verilir.  Hüquqi  şəxslərin  mülki 

prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti eyni vaxtda yaranır və 

xitam olunur. 

3.

 



MPM-in  48-ci  maddəsinin  mətnində  getmiş  eyni  dərəcədə  ifadəsi  altında  fiziki  və 

hüquqi  şəxslərin  mülki  prosessual  hüquq  qabiliyyətinin  bərabərliyi  nəzərdə  tutulur.  Başqa 

sözlə,  bu  qabiliyyətin  həcmi  fiziki  şəxslərə  münasibətdə  cins,  milli  mənsubiyyət,  dinə 

münasibətdən,  hüquqi  şəxslərə  münasibətdə  isə,  onların  təşkilati-hüquqi  formalarmdan  - 

kommersiya, qeyri-kommersiya qurumları olmasmdan asılı olaraq artıb-azalmır. 

Maddə 49. Mülki prosessual fəaliyyət qabiliyyəti 

49.  L  Öz  fəaliyyəti  ilə  məhkəmədə  hüquqlanm  həyata  keçirmək  və  vəzifələrini  yerinə 

yetirmək,  işin  aparılmasını  nümayəndəyə  tapşırmaq  qabiliyyəti  (mülki-prosessual  fəaliyyət 

qabiliyyəti)  tam  həcmdə  yetkinlik  yaşına  çatmış  hər  bir  fiziki  şəxsə  v.?  qanunvericiliklə 

müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 

49.2.

 

On  altı  yaşı  olan  yetkinlik  yaşına  çatmamış  şəxs  tam  fəaliyyət  qabiliyyətli  elan 

edildiyi  halda  (emansipasiya)  o,  məhkəmədə  şəxsən  öz  hüquq  və  vəzifələrini  həyata  keçirə 

bilər. 

49.3.

 

Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə 

məhdud  fəaliyyət  qabiliyyətli  hesab  edilən  şəxslərin  hüquq,  azadlıq  və  qanunla  qorunan 

mənafeləri  məhkəmədə  onların  qanuni  nümayəndələri  tərəfindən  qorunur.  Lakin  məhkəmə 

yetkinlik  yaşına  çatmayanların  və  ya  məhdud  fəaliyyət  qabiliyyətli  hesab  edilən  şəxslərin 

özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. 

49.4.

 

On  dörd  yaşınadək  yetkinlik  yaşına  çatmayanların,  habelə  fəaliyyət  qabiliyyəti 

olmayan hesab edilən şəxslərin hüquq, azadlıq vo qanunla qorunan mənafelərini məhkəmədə 

onların qanuni nümayəndələri qoruyurlar. 

49.  5.  Qanunla  nəzərdə  tutulan  hallarda  mülki,  ailə,  əmək,  inzibati  və  digər  hüquq 

münasibətlərindən  əmələ  gələn  və  alınmış  əmək  haqqı  və  ya  sahibkarlıq fəaliyyətindən  əldə 

edilən  gəlirə  sərəncam  verməklə  əlaqədar  olan  əqdlər  üzrə  öz  hüquq,  azadlıq  və  qanunla 

qorunan mənafelərini yetkinlik yaşına çatmayanlar məhkəmədə şəxsən özləri müdafiə edirlər. 

1.

 

MPM-in  49.1-ci  maddəsi  mülki  prosessual  fəaliyyət  qabiliyyətinin  anlayışuıı  verir. 

Göründüyü kimi, mülki prosessual fəaliyyət qabiliyyətinin məzmunu aşağıdakıları ehtiva edir: 

1)

 



şəxsin öz hüquqlarım məhkəmədə şəxsən müdafiə etmək qabiliyyəti (MPM, 

58 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə