Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə35/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   31   32   33   34   35   36   37   38   ...   267

tələbi ilkin iddiaçının tələbi ilə predmetinə və əsasına görə üst-üstə düşür. 

Mübahisənin predmeti ilə bağlı müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbinin ilkin 

iddiaçmm tələbi ilə predmetinə və əsasma görə üst-üstə düşmədiyi hallardan birini nəzərdən 

keçirək: Rüstəmovun Bədəlova qarşı mənzil sahəsinin bölüşdürülməsi və ayrıca şəxsi hesabm 

açılması ilə bağlı iddiası üzrə mülki işdə mübahisənin predmetinə dair müstəqil tələb irəli sürən 

mənzil-istismar orqanı ilkin iddiaçının və cavabdehin mənzilə hüquqları olduğunu İnkar edir və 

onlarm mənzildən çıxarıl- malarmı tələb edir. 

Bu işlə bağlı ilkİn iddiaçmm iddİasmın predmeti bir neçə şəxsin birgə istifadəsində olan 

mənzilin bölüşdürülməsi ilə bağlı tələbdir, İddianm əsası İsə, mənzilin kirayə müqaviləsidir ki, 

həmİn  sənədə  görə,  göstərilən  şəxslərin  hamısı  mənzilin  istifadəçiləridir.  Üçüncü  şəxsin  - 

mənzil-istismar İdarəsinin tələbinin predmeti isə, mənzil kirayə müqaviləsinə xitam verilməsi

tələbin  əsası  isə,  ilkin  tərəflərin  mübahisəli  mənzildən  istifadə  hüquqlarmm  itməsini  təsdiq 

edən faktlardır. 

Bu  halda  hər  iki  tələb  predmetinə  və  əsasma  görə  fərqlidir.  Lakİn  hər  iki  tələb  eyni 

mübahisə obyektinə hüquqlardan doğub. 

2.

 



Mübahisənin  predmeti  ilə  bağlı  müstəqil  tələb  irəli  sürən  üçüncü  şəxslər  həmin 

kateqoriya  mübahisələr  üçün  qanunda  və  ya  müqavilədə  nəzərdə  tutulmuş,  iqtisad 

məhkəməsində cavabdehlə mübahisənin məhkəməyə qədər həlli (pretenziya) qaydasma əməl 

olunması vəzifəsi istisna olmaqla, iddiaçmm bütün hüquqlarmdan istifadə edir və onun bütün 

vəzifələrini daşıyırlar. Həmin şəxslərə tərəflər üçün səciyyəvi olan hüquqlar (iddianm əsasmı 

və  ya  predmetini  dəyişmək,  iddia  tələbinin  həcmini  artırmaq  və  azaltmaq,  iddiadan  imtina 

etmək, barışıq sazişi bağlamaq) da şamil edilir. 

Maddo 56. Işo borpa etmək haqqında işlər üzrə üçüncü şəxslərin cəlb edilməsi 

56.1.

 

Qanunsuz  olaraq  işdən  çıxarılan  və  ya  başqa  işə  keçirilən  işçilərin  işə  bərpa 

edilməsi  haqqında  işlər  üzrə  sərəncamı  ilə  işçini  işdən  çıxarmış  və  ya  başqa  işə  keçirmiş 

vəzifəli şəxsi məhkəmə cavabdehin tərəfində üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edə bilər. 

56.2.

 

Məhkəmə  işçinin  işdən  çıxarılmasında  və  ya  başqa  işə  keçirilməsində  qanunun 

aşkar surətdə pozulduğunu müəyyən eldikdə, çarəsizlikdən məcburi iş buraxma müddəti üçün 

və  ya  aşağı  maaşlı işin  görüldüyü  müddət  üçün  haqq  ödənilməsi  ilə əlaqədar  hüquqi şəxsə 

vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin 

üzərinə  qoya  bilər.  Belə  hallarda  vəzifəli  şəxslərdən  tutulmalı  olan  məbləğin  miqdarı  əmək 

qanunvericiliyi ilə müəyyən edilir. 

1.

 



İşdən qanunsuz çıxarılan və ya başqa işə keçirilən şəxslərin işə bərpası barədə işlərə 

üçüncü şəxslərin cəlb olunmasınm özünəməxsusluğu ondadır ki, əvvəla, bir mülki işdə hüquqi 

şəxsin iddiaçı, təqsirli vəzifəli şəxsin isə öz təşkilatı qarşısmda maddi məsuliyyəti məsələlərinə 

eyni vaxtda baxılır, ikincisi isə, vəzifəli şəxsə qarşı heç kim iddia irəli sürmür. Vurulan zərərin 

vəzifəli şəxsdən tutulması üçün onun üçüncü şəxs qismində prosesə cəlb edilməsi kifayətdir. 

İddianı  həll  edərkən,  məhkəmə  eyni  vaxtda  öz  təşəbbüsü  ilə  üçüncü  şəxsin  üzərinə 

reqress məsuliyyət də qoyur, halbuki ümumi qaydada bunun üçün müstəqil req- 

73 



ress iddia verilməsi tələb olunur.** 

Təşkilatın  qanunsuzluğa  yol  vermiş  vəzifəli  şəxsinin  prosesə  cavabdehin  tərəfində 

üçüncü şəxs qismində cəlb olunması əvvəla, bu yolla hüquqi şəxsə qanunsuz işdən çıxarılmış 

və  ya  başqa  işə  keçirilmiş  işçiyə  ödədiyi  məbləği  daha  tez  almaq  imkanı  verir,  ikincisi, 

çarəsizlikdən  məcburi  iş  buraxılma  üçün  və  ya  aşağı  maaşlı  işin  görüldüyü  müddət  üçün 

haqqın və ya işçiyə vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar dəyən zərərin 

ödənilməsinin vəzifəli şəxsin üzərinə qoyulması qanunsuz işdən çıxarma və başqa işə keçirmə 

faktlarının  qarşısının  alınmasına,  həmçinin  bununla  əlaqədar  hüquqi  şəxslərə  dəyən  maddi 

zərərin ödənilməsinə kömək edir. 

Məhkəmə  iddianı  təmin  etdikdə,  qətnamədə  iddiaçınm  (işçinin)  cavabdehə  (hüquqi 

şəxsə) qarşı iddiasının ödənilməsi və işçinin qanunsuz işdən çıxarılmasında və ya başqa işə 

keçirilməsində təqsirkar olan vəzifəli şəxsdən hüquqi şəxsin xeyrinə zəruri məbləğin tutulması 

göstərilməlidir. 

2.

 



Vəzifəli  şəxsi  işə  cəlb  etmək  məhkəmənin  vəzifəsi  yox,  hüququdur.  İşə  cəlb  etmə 

məhkəmənin qərardadı İlə həyata keçirilir. Həmin qərardaddan şikayət vermək olmaz. 

Vəzifəli şəxs yalnız cavabdehin tərəfində üçüncü şəxs qismində prosesə cəlb oluna bilər. 

Yalnız o vəzifəli şəxs prosesə üçüncü şəxs qismində cəlb oluna bilər ki, işçi həmin şəxsin 

əmri və ya sərəncamı ilə qanunsuz olaraq işdən çıxarılıb və ya başqa işə keçirilib. 

56.1  -ci  maddənin  mətnindəki  vəzifəli  şəxs  anlayışı  altında,  həmçinin  kommersiya  və 

qeyri-kommersiya (qeyri-hökumət) təşkilatlarında işəgötürən qismində çıxış edən, idarəçilik 

funksiyaiarmı  yerinə  yetirən  və  işə  qəbul  və  ya  başqa  işə  keçirmə  barədə  əmr  (sərəncam) 

vermək səlahiyyəti olan şəxslər başa düşülür. 

3.

 



İşçinin  qanunun  aşkar  surətdə  pozulması  ilə  işdən  çıxarılması  və  ya  başqa  işə 

keçirilməsi  dedikdə,  Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsinin  59-cu,  68-  80-ci 

maddələrinin tələblərinin yerinə yetirilməməsi nəzərdə tutulur. 

Məhkəmə işçinin qanunun aşkar surətdə pozulması ilə işdən çıxarılmasmı və ya başqa işə 

keçirilməsini müəyyən etdikdə, elə həmin prosesdə vəzifəli şəxsin üzərinə 

Ümumiyyətlə  götürdükdə, sovet  müIkİ-proscssual  qanunvericiliyindən  miras  qalan  bu 

norma  yeni  MPM-in  bəyan  etdiyi  əsas  prinsiplərə  ziddir.  Əgər  sovet  mülki-prosessual 

qanunvericiliyinin əsas vəzifələri sırasına nələrin daxil edildiyini yadımıza salsaq, bunu başa 

düşmək olardı: bu yolla dövlət müəssisələrinə və idarələrinə vurulan ziyanın opertiv şəkildə 

ödənilməsinin  təmin  edilməsi  nəzərdə  tutulurdu.  Lakin  iqtisadi  münasibətlərdə  köklü 

dəyişikliklərin  baş  verdiyi  indiki  dövrdə  hakimə  şərh  olunan  maddədə  göstərilən  hallarda 

məsələn, hər hansı kommersiya təşkilatının bunda təqsirli olan vəzifəli şəxsini öz təşəbbüsü ilə 

cavabdehin  tərəfində  üçüncü  şəxs  qismində  prosesə  cəlb  etməklə,  mübahisəni  həll  edərkən 

eyni vaxtda onun üzərinə reqress məsuliyyət qoymaq hüququnun verilməsi, başqa sözlə, elə 

həmin qətnamədə çarəsizlikdən məcburi iş buraxılma üçün və ya aşağı maaşlı işin görüldüyü 

müddət üçün haqqın və ya işçiyə vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar 

dəyən  zərərin  ödənilməsinin  vəzifəli  şəxsin  üzərinə  qoyulması  anlaşılmazdır.  Özü  də,  əgər 

nəzərə  alsaq  ki,  bu,  hakimin  vəzifəsi  yox,  hüququ  kimi  müəyyən  olunub,  hakimin  hansı 

meyarlardan çıxış edərək bir halda vəzifəli şəxsİ üçüncü şəxs kimi cəlb etməsi, dİgər halda isə 

bu hüquqdan istifadə etməməsi qaranlıq qalır. 

74 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə