Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə36/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   32   33   34   35   36   37   38   39   ...   267

hüquqi şəxsə vurulmuş zərərin əvəzi kimi aşağıdakıları ödəmək vəzifəsini qoya bilər: 

-

 



çarəsizlikdən  məcburi  iş  buraxma  müddəti  üçün  və  ya  başqa  maaşlı  işin  görüldüyü 

müddət üçün İşçiyə ödənilən haqqm əvəzini; 

-

 

işçiyə vurulmuş mənəvi zərərə görə ona ödənilən haqqm əvəzini. 



Qeyd  olunan  hallarda  vəzifəli  şəxsdən  tutulan  məbləğin  miqdarı  ilə  bağlı  məsələ 

Azərbaycan Respublikasmın Əmək Məcəlləsinin 196-cı maddəsi ilə tənzimlənir. 

Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən, işəgötürən əmək müqaviləsinə qanunsuz və 

əsassız xitam  verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə  minmiş qətnaməsi (qərarı) 

olduqda, işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 

Həmin  Məcəllənin  290-cı  maddəsinə  əsasən  isə,  işəgötürən  əmək  münasibətləri 

prosesində  işçiyə  vurduğu  mənəvi  ziyana  görə  maddi  məsuliyyət  daşıyır.  Mənəvi  ziyan 

vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasmın məbləğini ərizəsində göstərməlidir. 

İşçiyə  dəyən  mənəvi  ziyanın  pul  hesabı  ilə  məbləği  onun  ərizəsi  əsasında  vurulan  mənəvi 

ziyanm  ictimai  təhlükəlilik  dərəcəsinə,  işçinin  və  işəgötürənin  şəxsiyyətinə,  işin  faktiki 

hallarma və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq 

məhkəmə tərəfindən müəyyən edilir. 

Yuxanda göstərilən normanm göstərişinə görə, «işçiyə vurulmuş mənəvi ziyan» dedikdə, 

işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və 

ləyaqətinin  ləkələnməsi,  alçaldılması,  ona  böhtan  atılması,  şəxsiyyətinin  təhqir  edilməsi, 

kollektiv  arasında  gözdən  salmraası  məqsədilə  barəsində  həqiqətə  uyğun  olmayan,  yalan 

məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına 

zidd olan digər əməllər və hərəkətlər başa düşülür. 

4.

 

Vəzifəli  şəxsin  cavabdehin  tərəfində  üçüncü  şəxs  qismində  işin  məhkəmə  baxışına 



hazırlıq  mərhələsində  prosesə  eəlb  edilməsi  məqsədəmüvafiq  olardı.  Lakin  bu,  həmin 

məsələnin məhkəmədə işə baxılmasının gedişində həll olunmasmı istisna etmir. 

Məhkəmə araşdırmasımn gedişində hakim bu qənaətə gəlsə ki, çarəsizlikdən iş buraxma 

müddəti və ya aşağı maaşlı işin görüldüyü müddət üçün işçiyə ödənilən haqqm əvəzi və yaxud 

işçiyə vurulan mənəvi zərərə görə ona ödənilən haqqm əvəzi vəzifəli şəxsdən tutulmalı deyil, 

bunu qətnamədə əsaslandırmalıdır. 

5.

 

Vəzifəli  şəxsin  cavabdehin  tərəfində  üçüncü  şəxs  qismində  prosesdə  iştiraka  cəlb 



olunması onu eyni zamanda cavabdehin nümayəndəsi kimİ prosesdə iştirak etmək hüququndan 

məhrum etmir. Bu zaman vəzifəli şəxsin həm üçüncü şəxs, həm də cavabdehin nümayəndəsi 

kimi prosessual hüquqları təmin olunmalıdır. 

İşçinin  qanunun  aşkar  surətdə  pozulması  ilə  işdən  çıxanimasmda  təqsirli  olan  vəzifəli 

şəxsdən şərh olunan maddədə göstərilən haqqın tutulması ilə bağlı tələb həm də təşkilatm işçini 

könüllü olaraq  öz işİnə  və ya əvvəlki vəzifəsinə bərpa etdiyi hallarda da məhkəmə baxışınm 

predmeti ola bilər. Bu halda işçinin işdən çıxarılmasmm və ya başqa işə keçirilməsinin qanunun 

aşkar surətdə pozulması ilə edilib-edilməməsi məsələsini həll edərkən, məhkəmə işçinin işə və 

ya vəzifəsinə bərpa olunmasmın əsaslığmı yoxlamağa haqlı deyil. 

6.

 



Zərərin vurulmasının aşkar olunduğu gün işçinin qanunun aşkar surətdə pozul 

75 



ması ilə işdən çıxarıldığı və ya başqa vəzifəyə keçirildiyi, məhkəmə qətnaməsinin icrasının 

gecikdirildiyi hallarda isə işə bərpa qətnamənin icra olunmaq üçün vəzifəli şəxsin sərəncamma 

daxil olduğu gün hesab edilir. 

Maddo  57.  Mübahisə  predmeti  barəsində  müstəqil  tələblər  irəli  sürməyən  üçüncü 

şəxslər 

5 7. L Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş 

üzrə  birinci  instansiya  məhkəməsi  tərəfindən  qətnamə  çıxarılana  qədər,  bu  qətnamə 

tərəflərdən  birinə  münasibətdə  onların  hüquq  və  vəzifələrinə  təsir  edə  biləcəyi  təqdirdə, 

prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən 

şəxslərin  vəsatəti  üzrə  və  ya  məhkəmənin  təşəbbüsü  ilə  işdə  iştirak  etməyə  cəlb  oluna 

bilərlər. 

57.2.

 

Müstəqil  tələblər  irəli  sürməyən  üçüncü  şəxslər  iddianın  əsasını  vəpredmetini 

dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, 

iddianı  etiraf  etmək  və  ya  barışıq  sazişi  bağlamaq,  qarşılıqlı  iddia  vermək,  məhkəmə 

qətnaməsinin  məcburi  icrasını  tələb  etmək  hüquqları  istisna  olmaqla,  tərəfin  prosessual 

hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. 

1

Mübahisənin predmetinə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - məhkəmənin 

qərarının tərəflərdən birinə münasibətdə onun hüquq və vəzifələrinə təsir göstərə bildiyi halda, 

artıq başlamış prosesə İddiaçının və ya cavabdehin tərəfində öz şəxsi maraqlarmın müdafiəsi 

üçün daxil olan şəxslərdir. 

Mübahisə predmeti ilə bağlı müstəqil tələblər irəli sürməyən üçüncü şəxsləri aşağıdakı 

cəhətlər fərqləndirir: 

1)

 

həmin şəxslər iddiaçı ilə cavabdeh arasında mövcud  olan mübahisəli maddi- hüquq 



münasibətinin subyektləri deyillər. 

Yol-nəqliyyat  qəzası  nəticəsində  nəqliyyat  xidməti  şirkətinə  məxsus  olan  taksi  yolu 

keçən  vətəndaşı  vuraraq  ona  bədən  xəsarəti  yetirir.  Mülki  qanunvericilik  yüksək  təhlükə 

mənbəyinin vurduğu ziyana görə məsuliyyəti onun sahibinin üzərinə qoyduğu üçün, bu işdə 

iddiaçı səhhətinə ziyan vurulmuş vətəndaş, cavabdeh isə, yüksək təhlükə mənbəyinin sahibi, 

başqa  sözlə  desək,  nəqliyyat  xidməti  göstərən  təşkilatdır.  İddiaçı  və  cavabdeh  səhhətə 

vurulmuş ziyanla bağlı, cavabdehlə üçüncü şəxs isə əmək münasibətlərindən yaranan hüquq 

münasibətləri ilə bağhdu-lar; 

2)

 

mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslə əks tərəf 



(iddiaçı və ya cavabdeh) arasmda maddi-hüquqi münasibətlər mövcud deyil; 

3)

 



mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin prosesdə 

iştirakmm əsası kimi onun işdə maddi-hüquqi marağmm olması çıxış edir. Bu, əksər hallarda 

ona qarşı reqress iddianın verilməsinin mümkünlüyü ilə bağlıdır. 

Məsələn,  yuxarıda  göstərilən  nümunədə  nəqliyyat  xidməti  göstərən  təşkilatın 

avtomobilini  idarə  edən  sürücünün  vurduğu  ziyanla  bağlı  iddia  təmin  edildikdə,  təşkilat 

zərərçəkənə vurulan ziyanla bağlı ödənilən vəsaitin tutulması barədə avtomobilin sürücüsünə 

qarşı (onun təqsiri olduğu təqdirdə) reqress iddia qaldırıla bilər. 

Digər bir misal. Mülki qanunvericiliyə görə, təşkilat öz işçilərinin əmək (qulluq) 



76 


Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə