Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə34/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   30   31   32   33   34   35   36   37   ...   267

VQ

) qaydasına omol olunması vozifasi islisna olmaqla, iddiaçının bütün hüquqlarından istifa- 

do edir və onun bütün vəzifalorini daşıyırlar. 

1.Mübahisənin  predmeti  barəsində  müstəqil  tələblər  irəli  sürən  üçüncü  şəxslər  - 

mübahisənin  predmeti  ilə  bağlı  müstəqil  hüquqlarını  qorumaq  üçün  artıq  mövcud  olan 

məhkəmə prosesinə daxil olan proses iştirakçılandır. 

Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər: 

1)

 



mübahisəli maddi-hüquq münasibətlərmin subyektləridir; 

2)

 



prosesə  könüllü  daxil  olurlar  və  onlarm  məcburi  şəkildə  prosesə  cəlb  edilməsi 

dispozitivlik  prinsipi  baxımından  yolverilməzdir.  Lakin  işin  məhkəmə  baxışma  hazırlığı 

qaydasında  vətəndaşlarm,  idarə,  müəssisə,  təşkilatlarm.  birliklərin  işin  nəticəsində  maraqlı 

olduqlarını,  lakin  prosesdə  iştirak  etmədiklərini  müəyyənləşdirən  hakim  onları  bu  barədə 

xəbərdar etməli və mübahisə predmeti ilə bağlı müstəqil tələblər irəli sürən üçüncü şəxs kimi 

prosesə daxil olmağı onlara təklif etməlidir; 

3)

 

artıq  başlanmış  prosesə  daxil  olurlar.  Prosesə  daxil  olmaq  üçün  iddia  ərizəsinin 



verilməsi tələb olunur. Hakim üçüncü şəxsin prosesə buraxılması barədə qərardad qəbul edir. 

Şəxs prosesə onun başlanmasmdan sonra daxil olursa, proses təxirə salmır. 

Üçüncü şəxsin prosesə cəlb edilməsi və prosesə buraxılmasma icazə verilməməsi barədə 

məhkəmənin qərardadmdan şikayət verilə bilməz. İşə buraxılmayan həmin üçüncü şəxsin iddia 

verməklə yeni prosesdə iddiaçı qismində çıxış etmək hüququ var

4)

 



prosesə işin məhkəmə baxışma hazırlığı mərhələsindən tutmuş məhkəmənin iş üzrə 

qətnamə çıxanimasma qədər, məhkəmə baxışınm istənilən mərhələsində daxil ola bilərlər; 

5)

 

həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində işə baxılması 



zamanı prosesə cəlb oluna bilərlər (MPM, 372-ci maddə); ’ 

6)

 



mülki  prosessual  qanunvericiliyin  iddia  ərizəsinin  verilməsi  üçün  MPM-in 

149, 150, 151-ci maddələrində göstərilən tələblərə riayət olunması şərti ilə, iddia 

’ MPM-in 55.1-ci maddəsinin göstərişindən bəlli olur ki, wmübahisə predmeti barəsində 

müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və 

yaxud  hər  iki  tərəfə  qarşı  iddia  irəli  sürməklə,  işə  qarışa  bilərlər».  Mübahisə  predmeti 

barəsində  müstəqil  tələblər  irəli  sürməyən  üçüncü  şəxslərlə  bağlı  MPM-in  57.1-ci 

maddəsində  isə  göstərilir  ki,  qeyd  olunan  üçüncü  şəxslər  «iş  üzrə  birinci  instansiya 

məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qəmarnə tərəflərdən bİrinə münasibətdə 

onların  hüquq  və  vəzifələrinə  təsir  edə  biləcəyi  təqdirdə,  prosesdə  iddiaçının  və  ya 

cavabdehin tərəfində iştirak edə bilərtər». 

MPM-in başqa bir norması - 372.5-ci maddəsi isə müəyyən edir ki, «tərəflər apellyasiya 

instansiyasının  baxışına  yeni  tələbləri  o  hallarda  təqdim  edə  bilərlər  ki,  bunlar  qarşılıqlı 

tələbin  ödənilməsinə,  əks  tərəfin  tələbinin  rədd  edilməsinə,  üçüncü  şəxslərin  işə  cəlb 

edilməsinə,  faktın  aşkar  olunmasına  və  ya  fakt  haqqında  məlumatın  verilməsinə  əsasən 

məsələlərin həll edilməsinə yönəlmiş olsun ». 

Qeyd  olunanların  təhlili  belə  qənaətə  gəlməyə  əsas  verir  ki,  MPM-in  372,5-ci 

maddəsində  qeyd  olunan  «üçüncü şəxsiər»  anlayışı  altında  mübahisə  predmeti  barəsində 

müstəqil  tələblər  irəli  sürməyən  üçüncü  şəxslər  nəzərdə  tutulur  və  yalnız  həmin  şəxslər 

apellyasiya instansiyasının baxışında işə cəlb oluna bilərlər. 

71 



ərizəsi verməklə prosesə daxil olurlar

7)

 



tərəflərin  bütün  hüquqlarından  istifadə  edir  (işin  materialları  ilə  tanış  olmaq, 

vəsatətlər vermək, sübutlar təqdim etmək və s.) və vəzifələrini daşıyırlar (dövlət rü

sumunu 


və digər məhkəmə xərclərini ödəmək və s.); 

8)

 



bir qayda olaraq, hər iki tərəfin maraqlarına zidd olan marağı olur. 

Məsələn, F.Səmədov həyat yoldaşı R.Səmədovaya qarşı ümumi mülkiyyətdə 

olan evin bölünməsi barədə iddİa qaldmr. İşə baxılmağa başlandıqdan sonra R.Səmə- dovanın 

anası L.Rüstəmova məhkəməyə müraciət edərək, mülkün onun pulu hesabına tikildiyi üçün 

ona məxsus olduğunu, qızmm sonradan həmin evə köçdüyünü və evə mülkiyyət hüququnun 

olmadığmı  iddia  edir.  Bu  halda  L.Rüstəmovanm  maraqları  nə  F.Səmədovun,  nə  də 

R.Səraədovanm maraqlarma uyğun gəlir. 

Lakin elə ola bilər ki, mübahisənin predraeti ilə bağlı müstəqil tələb irəli sürən üçüncü 

şəxsin marağı yalnız tərəflərdən birinin marağına zidd olsun. Məsələn, Əbilov  öz qonşusu 

Əliyevin  mənzildən  çıxarılması  barədə  məhkəmədə  İş  qaldır  u.  Prosesə  Əbilovun  özünün 

həmin mənzildən çıxarılması barədə müstəqil tələblə üçüncü şəxs daxil olur. Burada üçüncü 

şəxsin tələbi yalnız tərəflərdən birinə ünvanlamb. 

Üçüncü şəxsin artıq başlanmış məhkəmə prosesinə buraxılmasının əsas şərti onun ilkin 

tərəflərin mübahisə etdikləri hüquqlarm bütövlükdə və ya bir qisminin ona məxsus olduğunu 

iddia etməsi, başqa sözlə, ilkin tərəflərlə üçüncü şəxslərin maddİ- hüquqi maraqlan arasmda 

bağlılığm  mövcudluğu  təşkil  edir.  Əgər  belə  bağlılıq  yoxdursa,  məhkəmə  üçüncü  şəxsi 

prosesə buraxmaya da bilər. 

Mübahisənin predmeti ilə bağlı irəli sürülən tələbin müstəqilliyi Ö



2

ünü onda göstərir ki, 

həmin tələbin öz predmeti və əsası var. 

Şərh olunan maddədə göstərilən üçüncü şəxsin prosesə daxil olması üçün həmin şəxslə 

ilkin  iddiaçının  iddialarmm  predmetinin  və  əsasmın  eyni  olması  tələb  olunmur.  Üçüncü 

şəxsin  tələbi  ilkin  iddiaçmın  tələbi  İlə  predmetinə  və  əsasma  görə  üst-  üstə  düşə  də  bilər, 

düşməyə də. 

Məsələn,  MPM-in  54-cü  maddəsinə  uyğun  olaraq  məhkəmə  tərəfindən  əsl  olmayan 

tərəf  kimi  tanman  iddiaçı  prosesdən  çıxmaq  istəmirsə,  əsl  iddiaçı  isə  prosesə  daxil  olmaq 

istəyirsə,  bu  prosesə  o,  mübahisənin  predmetinə  müstəqil  tələb  irəli  sürən  üçüncü  şəxs 

qismində daxil ola bilər. Burada hər iki tələb eynidir: onlann hər ikisinin tələbinin predmet və 

əsası eynidir. 

Digər  bir  nümunə  gətirək:  T.Amaşov  Z.Bayramova  qarşı  atasının  ölümündən  sonra 

qalmış əmlakın bölüşdürülməsi barədə iddia qaldmr. İşə üçüncü şəxs qismində miras qoyanm 

birinci nikahdan olan və miras əmlakın bir hissəsinə iddia irəli sürən oğlu - Q.VəIiyev daxil 

olur. Bu halda Vəliyev mübahisənin predmeti ilə bağlı müstəqil tələb irəli sürür. Əgər üçüncü 

şəxsin  tələbi  olmasa  idi,  məhkəmə  əmlakı  iki  vərəsə  arasmda  üçüncü  şəxsin  payı  nəzərə 

aimmadan bölə bilərdi. 

Bu  nümunədə  birinci  nikahdan  olan  şəxsin  digər  vərəsələr  kimi  atasının  ölümündən 

sonra onun miras qalmış əmlakma müstəqil hüququ var. O, cavabdehin və iddia- çınm analoji 

hüquqlarmı inkar etmir, lakin onlarm miras əmlakda paylarmın azaldılmasını tələb edir. 

Bu halda mübahisənin predmeti ilə bağlı müstəqil tələb irəli sürən üçüncü şəxsin 

72 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə