Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə42/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   38   39   40   41   42   43   44   45   ...   267

təyin edən hakim tərəfindən müəyyən edilir. 

Ekspert məhkəmə iclaslarmda iştirak etmək, tərəflərə və işdə iştirak edən digər şəxslərə, 

şahidlərə  suallar  vermək,  yazılı  və  maddi  sübutların  müayinəsində  İştirak  etmək  hüququna 

malikdir. 

Zəruri  hallarda  ekspert  məhkəmədən  rəy  vermək  üçün  ona  əlavə  materialların  təqdim 

olunmasım  xahiş  edə  bilər.  Belə  bir  vəsatət  verən  ekspert  konkret  olaraq  məhz  hansı  əlavə 

materiallann hansı məsələlərin həlli üçün ona lazım olduğunu öz vəsatətində göstərməlidir. 

Bilə-bilə yalan rəy verməyi və ya rəy verməkdən imtina etməni səhv rəy vermədən və ya 

ona tapşırılan vəzifəni yerinə yetirmək üçün zəruri biliyə malik olmadığı halda rəy verməkdən 

imtinadan  fərqləndirmək  lazımdır.  Bu  hallarda  ekspertin  cinayət  məsuliyyəti  yaranmır. 

Qarşısmda qoyulan suallar onun səlahiyyət dairəsindən kənara çıxdığı, materiallar obyektiv rəy 

vermək üçün kifayət etmədiyi hallarda da, ekspert rəy verməkdən imtina edə bilər. 



Maddə 64. Mütəxəssis 

64. L İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə 

malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. 

64.2.

 

Mütəxəssis  qismində  məhkəməyə  çağırılmış  şəxs  məhkəməyə  gəlməyə, 

məhkəmənin  və  tərəflərin  verdiyi  suallara  cavab  verməyə,  şifahi  və  yazılı  məsləhətlər  və 

izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. 

Məhkəmə zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyaz- malan 

dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların 

təmini üçün tədbirlər görərkən, məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün işə 

mütəxəssis cəlb edə bilər. 

Mütəxəssis həm tərəflərin vəsatəti əsasında, həm də məhkəmənin öz təşəbbüsü ilə işə cəlb 

oluna bilər. 

Mütəxəssis  qismində  məhkəməyə  çağırılmış  şəxs  məhkəməyə  gəlməyə,  məsləhətinə, 

şərhinə  ehtiyac  duyulduğu  məsələlər  ətrafında  suallara,  məhkəmənin  və  tərəflərin  suallarma 

cavab verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. 



Texniki  kömək  ifadəsi  altında  şəkil  çəkmək,  plan  və  sxemləri  tərtib etmək,  ekspertiza 

üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s. başa düşülür. 



Maddə 65. Tərcüməçi 

65.1.

 

Dilləri bilən, tərcümə etmək üçün zəruri biliyə malik olan və bu Məcəllədə nəzər- 

10 Qeyd etmək lazımdır ki, M PM-in şərh olunan maddəsi ekspertin rəy verməkdən imtina 

etməyə  görə  cinayət  məsulliyyəti  daşıdığını  müəyyən  etdiyi  halda,  Cinayət  Məcəlləsində 

ekspertin bu cür məsuliyyətini müəyyən edən norma yoxdur. Cinayət Məcəlləsi (297-ci maddə) 

yalnız ekspertin bilə- bilə yalan rəy verdiyi hal üçün cinayət məsuliyyəti müəyyən edib. 

87 



də tululmuş hallarda məhkəmə tərəfindən təyin edilmiş şəxs tərcüməçi hesab olunur. 

65.2.

 

Tərcüməçi proses iştirakçdarı tərəfindən təklif olunan şəxslərdən təyin oluna bilər. 

65.3.

 

Prosesin digər iştirakçıları dilləri bilsələr də, tərcüməçi vəzifəsini öz üzərinə götürə 

bilməzlər. 

65.4.

 

Tərcüməçi  məhkəmənin  çağırışı  üzrə  gəlməyə,  tam,  dəqiq  və  vaxtında  tərcümə 

etməyə borcludur. 

65.5.

 

Tərcüməçi tərcüməni dəqiqləşdirmək üçün proses iştirakçılarına  suallar verməyə 

haqlıdır. 

65.6.

 

Tərcüməçi bilə-bilə səhv tərcüməyə görə cinayət məsuliyyəti daşıyır. 

MPM-də  nəzərdə  tutulduğu  hallarda  işdə  iştirak  edən  şəxslərin  vəsatəti  ilə  məhkəmə 

icraatmın  aparıldığı  dili  bilməyən  şəxslərin  izahatlarını,  ifadələrini,  vəsatətlərini  tərcümə 

etmək, həmin şəxslərin və şahidlərin ifadələrini, izahatlarmı, vəsatətlərini, işdə olan və elan 

edilən sənədlərin, səsyazmalann, ekspert rəylərinin, mütəxəssis məsləhətlərinin məzmununu, 

habelə sədrlik edənin sərəncamlarını, məhkəmənin qərardad və qətnamələrini tərcümə etmək 

məqsədilə məhkəmə tərcüməçi təyin edir. 

Tərcümə etmək üçün şəxsin zəruri biliyinin olmast dedikdə, şəxsin tərcüməçi kimi iş 

təcrübəsinə  malik  olması  nəzərdə  tutulmalıdır.  Məhkəmə  tərcüməçinin  belə  biliyə  malik 

olmasmı müəyyən etmək üçün ondan müvafiq təsdİqedici sənəd (şəxsin tərcümə fakültəsini, 

tərcümə kurslarını bitirməsini, qeyd olunan dilin tədrisi sahəsində pedaqoji fəaliyyətlə məşğul 

olduğunu təsdiq edən sənədləri) tələb edə bilər. 

Tərcüməçi prosesin iştirakçılarının ifadələrində, izahatlarmda, vəsatətlərində və s. onun 

üçün aydın olmayan məqamlar olduqda, tərcüməni dəqiqləşdirmək üçün hakimin icazəsi ilə 

həmin şəxslərə suallar verə bİlər. 

Tərcüməçi məhkəmənin çağırışı üzrə gəlməyə, tam, dəqiq və vaxtında tərcümə etməyə 

borcludur.  Tərcüməçi  məhkəməyə  gəlməkdən  və  ya  öz  vəzifəsini  icra  etməkdən  boyun 

qaçırdıqda, ona minimum əmək haqqının 100 mislinədək məbləğdə cərimə tətbiq edilə bilər 

(MPM, 180.3-cü maddə). 

Tərcüməçinin  bilə-bilə  yanlış  tərcümə  etməsi  Cinayət  Məcəlləsinin  297-ci  maddəsinə 

əsasən cinayət məsuliyyətinə səbəb olur. 

Tərcüməçi  qətnamə  çıxanlanadək  verdİyİ  ifadənin  yalan  olduğunu  könüllü  olaraq 

bildirdikdə, cinayət məsuliyyətindən azad olunur. 



Maddə 66. Vəkil 

Azərbaycan  Respublikasının  ərazisində  mülki  prosesdə  vəkil  kimi  Azərbaycan 

Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. 

Vəkillər  və  vəkillik  fəaliyyəti  haqqında  Azərbaycan  Rcspublikasmm  Qanununun  4-cü 

maddəsinə  əsasən,  vəkillik  fəaliyyətini  Vəkillər  Kollegiyası  üzvlüyünə  müəyyən  olunmuş 

qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxs həyata keçirə bilər. 

Adı çəkilən Qanunun 5-ci maddəsi müəyyən edir ki, vəkillik fəaliyyəti hüquq yardımı 

üçün  müraciət  etmiş  şəxslərin  hüquqlarının  və  mənafelərinin  müdafiəsinin  və  ya  təmsil 

edilməsinin  vəkilə  həvalə edilməsi  əsasında  və  onların  tapşırıqlarına  müvafiq  olaraq  həyata 

keçirilir. Vəkilin ədalət mühakiməsində iştirakı hüquq yardımı üçün 

88 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə