Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə40/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   36   37   38   39   40   41   42   43   ...   267

Maddə  60,  Dövlət  orqanlarının  və  yerli  özünüidarə  orqanlarının  rəy  vermək  üçün 

prosesdə iştirakı 

Qanunla nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsi qətnamə çıxaranadək 

onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının 

vo qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə 



iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak 

etməyə cəlb edə bilər. 

1.

 



Dövlət idarə və yerli özünüidarə orqanlarının işdə iştirakının digər forması iş üzrə rəy 

verilməsidir. Bu halda həmin orqan başqalarınm başladığı prosesə daxil olur. 

Dövlət orqanları və yerli özünüidarə orqanları iş üzrə rəy vermək üçün, aşağıda* kılar 

nəzərə alınmaqla, prosesdə iştirak etməyə cəlb oluna bilərlər: 

-

 

qanunla nəzərdə tutulmuş hallarda onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi üçün 



(təbiətin mühafizəsi, qəyyumluq və himayəçiliklə bağlı və s. mübahisələrdə); 

-

 



vətəndaşlarm hüquqlannın, azadhqlarmın və qanunla qorunan mənafeyinin müdafiəsi 

üçün zəruri olduqda (sağlamlığın, valideynlik, təhsil hüquqlarının və s. müdafiəsi üçün); 

-

 

dövlət və ictimai mənafelərin müdafiəsi üçün zəruri olduqda (vergi, torpaq, müəlliflik 



hüququ ilə bağlı və s. mübahisələrdə). 

Qeyd olunan orqanlar birinci instansiya məhkəməsində, məhkəmə qətnamə çıxaranadək 

rəy vermək üçün prosesə cəlb oluna bilərlər. Məhkəmə bu məsələni qərardad verməklə həll 

edir. 


2.

 

Dövlət  orqanlarının  və  yerli  özünüidarə  orqanlanmn  konkret  növ  mülki  işlər  üzrə 



prosesə daxİl olması və prosesdə iştirakı məsələləri qanunvericilikdə tənzimlənir. 

Məsələn, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 

-

 

26.2-ci  maddəsinə  əsasən,  nikah  yaşma  çatmayan,  eləcə  də  məhkəmə  qaydasında 



fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edilən  şəxslərlə  bağlanan  nikahm  etibarsız  sayılması 

barədə işə baxılarkən müvafiq icra hakimiyyəti orqanı işdə iştirak etməyə cəlb olunmalıdır; 

-

 

61.3-cü  maddəsinə  əsasən,  uşaqlarmdan  ayn  yaşayan  valideynlər  valideynlik 



hüququnun həyata keçirilməsi qaydası haqqmda razılığa  gələ  bilmədikdə, mübahisə onların 

(onlardan  birinin)  tələbi  əsasmda  müvafiq  icra  hakimiyyəti  orqanmın  iştirakı  ilə  məhkəmə 

tərəfindən həll edilir; 

-

 



65.2-ci  və  67.3-cü  maddələrinə  əsasən,  müvafiq  olaraq  məhkəmədə  valideynlik 

hüquqlarmdan məhrumetmə barədə və valideynlik hüquqlannm bərpası barədə işlərə müvafiq 

icra hakimiyyəti orqanımn iştirakı ilə baxılmalıdır; 

-

 



131.2-ci maddəsinə əsasən, övladlığa götürmənin ləğv olunması barədə işə qəyyumluq 

və himayə orqanınm iştirakı ilə baxılmalıdır. 

Sanitariya-epidemioloji salamatlıq haqqmda Qanunun 34.7-ci maddəsinə əsasən, dövlət 

sanitariya-epidemioloji xidmətinin vəzifəli şəxslərinin hüquqlanndan biri də sənaye, ictimai və 

yaşayış binalanmn, komplekslərinin, kənd təsərrüfatı müəssisələri 

83 



nin və qurğularının, digər müəssisələrin və qurğuların qüvvədə olan sanitariya normalarına və 

qaydalanna, gigiyena normativlərinə uyğun olub-olmaması barədə rəy verməkdir. 

MPM-in 320-ci maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi 

haqqmda işə məhkəmə qəyyumluq və himayəçilik orqanmın iştirakı ilə baxır. Şəxsin fəaliyyət 

qabiliyyəti  olmayan  hesab  edilməsi  haqqmda  işə  məhkəmə  qəyyumluq  və  himayəçilik 

orqanınm nümayəndəsinin məcburi iştirakı ilə baxır. 

3.

 

Dövlət və yerli özünüidarə orqam prosesdə iştiraka cəlb olunursa, rəy vermək onun 



hüququ yox, vəzifəsidir. Dövlət idarə orqanlarınm rəyi yazılı sübutdur və iş üzrə sübutlarm 

qiymətləndirilməsinin  bütün  qaydalarma  müvafiq  olaraq  işdə  olan  digər  sübutlarla  yanaşı 

qiymətləndirilir.  Məhkəmənin  qərarmda  rəyin  tam  və  ya  qismən  rədd  olunması 

əsaslandırılmahdır.  Qanunda  dövlət  orqanınm  işdə  iştirakımn  məcburi-  liyi  müəyyən 

olunmasma baxmayaraq, məhkəmə bunu təmİn etməyibsə, bu, onun qərarmm ləğv edilməsi 

üçün əsas ola bilər. 

4.

 

Dövlət  və  yerli  özünüidarə  orqanmın  rəyinin  işin  həllİ  zamanı  xüsusi  biliklərdən 



istifadə olunmasmm formalarından biri kimi ekspert rəyi ilə müəyyən oxşarlığı var. Onlarm 

hər ikisİ sübut kimi nəzərdən keçirilir və məhkəmə tərəfindən qiymətləndirilir. 

Lakin  ekspertdən  fərqli  olaraq,  rəy  vermək  üçün  işə  cəlb  edilən  dövlət  və  yerli 

özünüidarə  orqanmın  nümayəndələri  qəsdən  yalan  rəy  verməyə  görə  və  ya  rəy  verməkdən 

imtina etməyə görə cinayət məsuliyyəti daşıdıqları barədə xəbərdar edilmirlər. 

Ekspert rəyində elm, texnika, mədəniyyət və s. üzrə suallara cavablar öz əksini tapdığı 

halda, dövlət orqanları öz rəylərində onlarm yalnız səlahiyyətinə aid edilən məsələlərə hüquqi 

qiymət verirlər. 

Ədalət  mühakiməsinin  həyata  keçirilməsinə  yardım  edən  şəxs  kimi  ekspertdən  fərqli 

olaraq, şərh olunan maddədə göstərilən dövlət və yerli özünüidarə orqanlarınm işin həllində 

prosessual maraqlan olur. 

Maddə 61, Prosesin digər iştirakçıları 

İşdə  iştirak  edən  şəxslərdən  başqa  prosesdə  şahidlər,  ekspertlər,  mütəxəssislər, 

tərcüməçilər, nümayortdəior və vəkillər iştirak edə bilərlər. 

1.

 



Mülki  prosesin  şərh  olunan  maddədə  sadalanan  iştirakçıları  ədalət  mühakiməsinin 

həyata keçirilməsinə yardım göstərən şəxslərdir. Həmin şəxslərin hamısı üçün xarakterik olan 

ümumi bir cəhət var ki, onlann işdə maddi hüquqi maraqları olmur. İşin həllində prosessual 

marağa gəldikdə isə, bu mənada prosesin «digər iştirakçılan- m» iki qrupa bölmək olar: birinci 

qrupa daxil olanlarm - şahidlərin, ekspertlərin, mütəxəssislərin və tərcüməçilərin işin həllində 

prosessual  maraqları  da  olmadığı  halda,  ikinci  qrupa  daxil  olanlarm  -  nümayəndələrin  (o 

cümlədən vəkillərin) bu cür maraqla 

84 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə