Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə41/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   37   38   39   40   41   42   43   44   ...   267

n var.9 

2.

 



Vətəndaşlar  öz  hüquqlannı  şəxsən,  vəkillər  və  nümayəndələr  vasitəsilə  müdafiə edə 

bilərlər. 

Prosesdə nümayəndə kimi iştirak edən şəxslərin hüquq təhsilinin olmasını qanun tələb 

etmir. 


Nümayəndənin  iştirakı  eyni  zamanda  qanuni  nümayəndənin  və  vəkilin  işdə  iştirakım 

istisna etmir. 

Nümayəndələr (qanuni nümayəndələr) işdə həm təmsil etdikləri şəxslə yanaşı, həm də 

onsuz iştirak edə bilərlər. 

Vətəndaşlar və hüquqi şəxslər prosesdə bir neçə nümayəndəyə malik ola bilərlər. 

Nümayəndə qismində prosesdə iştirak edə bilən şəxslərə aşağıdakılar aiddir: 

-

 

qanuni nümayəndələr; 



-

 

hüquqi xidmət göstərən sahibkarlar; 



-

 

mülki prosessual fəaliyyət qabiliyyətinə malik olan digər şəxslər. 



3.

 

Prosesin iştirakçıları kimi şərh olunan maddədə sadalanan şəxslər prosessual hüquqlara 



malikdirlər və vəzifələr daşıyırlar. 

Prosesin qeyd olunan iştirakçılarmm prosessual vəzifələrini yerinə yetirmələri müəyyən 

tədbirlərlə təmin olunur ki, bunlara ictimai təsir tədbirləri, mülki prosessual və cinayət-hüquqi 

xarakterli sanksiyalar daxildir. 

Belə  ki,  çağırılan  şahid,  ekspert,  mütəxəssis  məhkəmə  tərəfindən  üzrsüz  hesab  edilən 

səbəblərə  görə  məhkəmə  iclasma  gəlmədikdə,  minimum  əmək  haqqının  100  mislinədək 

miqdarda cərimə edilə bilərlər. Şahid üzrsüz səbəbdən ikinci dəfə gəlmədikdə, məcburi qaydada 

gətirdilə bilər (MPM, 186-cı maddə). 

Şahid  yalan  ifadə  verməyə  görə  Cinayət  Məcəlləsinin  297-ci  maddəsinə  və  ifadə 

verməkdən İmtinaya görə həmin Məcəllənin 298-ci maddəsinə görə cinayət məsuliyyəti daşıyır 

(MPM, 62-ci maddə). 

MPM-in 63-cü maddəsi müəyyən edir ki, ekspert qəsdən yalan rəy verməyə görə və ya 

rəy verməkdən imtina etməyə görə cinayət məsuliyyəti daşıyır. 

Tərcüməçinin  bilə-bilə  yanlış  tərcümə  etməsi,  Cinayət  Məcəlləsinin  297-ci  maddəsinə 

əsasən,  cinayət  məsuliyyətinə  səbəb  olur  (MPM,  65-ci  maddə).  Tərcüməçi  məhkəməyə 

gəlməkdən və ya öz vəzifəsini icra etməkdən boyun qaçırdıqda, ona minimum əmək haqqmm 

100 mislinədək məbləğdə cərimə tətbiq edilə bilər (MPM, 

180.3-


 

cü maddə). 



Maddə 62, Şahid 

62  J,  Məhkəmə  tərəfindən  mübahisənin  düzgün  həlli  məqsədilə  işin  hallan  barədə 

məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 

62.2,

 

Şahid  qismində  məhkəməyə  çağırılan  şəxs  məhkəməyə  gəlməyə  və  iş  üzrə  ona 

məlum olan məlumatları və haları bildirməyə borcludur. 

62.3.

 

Şahid  düzgün  ifadə  verməyə,  hakimlərin  və  prosesdə  iştirak  edən  şəxslərin 

suallarına cavab verməyə borcludur. 

*

 

*  Vəkilin  də  nümayəndə  olmasının  sübuta  ehtiyac  olmadığını,  MPM-in  də  dİgər 

normalarda bunu bir daha təsdiq etdiyini nəzərə alsaq (məsələn, elə 73.5-ci maddədə), şərh 

olunan  maddədə  «nümayəndələn>  ifadəsinin  yanında  «vəkillər»  ifadəsinin  işlədilməsi 

qanunverieilik tcxnikasındakı qüsurların «ayağına» yazılmalıdır. 

85 



62.4.

 

Şahid bilərəkdən yalan ifada verməyə və ifadə verməkdən boyun qaçumağa görə 

cinayət məsuliyyəti daşıyır. 

Şahid maddi-hüquqi münasibətlərin subyekti deyil və işdə iştirak edən digər şəxslərdən 

fərqli olaraq, işİn nəticəsində marağı yoxdur. 

Şahidin üzərinə aşağıdakı vəzifələr qoyulub; 

-

 

məhkəmənin və ya hakimin çağırışı ilə məhkəməyə gəlmək



-

 

işə aid olan hallarla bağlı ona bəlli olan bütün məiumatlan bildirmək



-

 

düzgün ifadə vermək, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab 



vermək; 

-

 



məhkəmə iclası qaydalarına və hakimin sərəncamlarına riayət etmək; və s. 

Şahid yalan ifadə verməyə görə Cinayət Məcəlləsinin 297-ci maddəsinə və ifadə 

verməkdən  imtinaya  görə  həmin  Məcəllənin  298-ci  maddəsinə  görə  cinayət  məsuliyyəti 

daşıyır. 

MPM-in bu normasının tətbiqi zamanı aşağıdakılar nəzərə alınmalıdu": 

1)

 



şahid  qətnamə  çıxarılanadək  verdiyi  ifadənin  yalan  olduğunu  könüllü  olaraq 

bildirdikdə cinayət məsuliyyətindən azad olunur; 

2)

 

şəxs özünə, arvadına (ərinə), Övladlanna, valideynlərinə və qanunvericiliklə dairəsi 



müəyyən  olunmuş  digər  yaxın  qohumlarına  qarşı  ifadə  verməyə  məcbur  edilərək  bilə-bilə 

yalan ifadə verdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz

3)

 

şəxs  özü,  arvadı  (əri),  övladları,  valideynləri  və  qanunvericiliklə  dairəsi  müəyyən 



olunmuş digər yaxın qohumlarma qarşı ifadə verməkdən imtina etdikdə cinayət məsuliyyətinə 

cəlb oluna bilməz; 

4)

 

cinayət məsuliyyətinə cəlb olunmaq üçün müəyyən yaş həddinə çatmamış şahidə iş 



üzrə ona məlum olan hər şeyi düzgün danışmaq vəzifəsi izah edilsə də, ifadə verməkdən imtina 

etməyə  və  bilə-bilə  yalan  ifadə  verməyə  görə  məsuliyyət  barədə  ona  xəbərdarlıq  edilmir 

(MPM, 194.2-ci maddə). 

Maddə 63. Ekspert 

63.1.

 

Xüsusi  biliyə  malik  olan,  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  rəy  verməsi 

zəruri hesab edilən və məhkəmə tərəfindən təyin edilən şəxs məhkəmədə ekspert qismində çıxış 

edə bilər. 

63.2.

 

Ekspertizanın  aparılması  tapşırılan  şəxs  məhkəmənin  çağırışı  üzrə  gəlməyə  və 

qarşısına  qoyulan  suallar  barədə  obyektiv  rəy  verməyə  borcludur.  Ekspert  onun  üzərinə 

qoyulan  vəzifəni  yerinə  yetirmək  üçün  zəruri  biliyə  malik  olmadtqda  rəy  verməkdən  imtina 

etməlidir. 

63.3.

 

Rəy  vermək  zəruri  olduqda,  ekspert  iş  materialları  ilə  tanış  olmaq,  məhkəmə 

iclaslarında iştirak etmək, suallar vermək, əlavə materialların təqdim edilməsini məhkəmədən 

xahiş etmək hüquqlarına malikdir. 

63.4.

 

Ekspert qəsdən yalan rəy verməyə görə və ya rəy verməkdən imtina etməyə görə 

cinayət məsuliyyəti daşıyır. 

Ekspert rəyi öz adından verir və rayin düzgünlüyünə görə məsuliyyət daşıyır. 

Ekspertin rəy vermək üçün tanış olmalı olduğu materialların həcmi ekspertizanı 

86 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə