Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə49/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   45   46   47   48   49   50   51   52   ...   267

sına ötürülərkən sübut edilməli faktlar barədə bilgilərin itirilməsi və ya təhrif olunması qorxusu 

yaranır. Belə bir ehtimalm varlığı heç də ilkin sübutlarm törəmə sübutlardan üstün olmasını 

deməyə əsas vermir. Bununla belə, mülki işlər üzrə məhkəmə təcrübəsində törəmə sübutlardan 

çox halda ilkin sübutların aşkar olunması, habelə onla- rm yoxlanması üçün istifadə edilir. 

Sübut  edilməli  faktla  sübut  arasında  bağhlığm  özəlliklərinə  görə  sübutlar  düzünə  və 

dolayı sübutlara bölünürlər. Düzünə sübutlar sübut edilən faktla birmənalı bağlıdır, yəni həmin 

faktm  varlığı  barədə  güvənli  nəticə  çıxarmağa  əsas  verir.  Məsələn,  tərəflərin  imzaladıqlan 

təhvil-təslim aktındakı bilgilər əşyanm verildiyini təsdiq edən düzünə sübutdur. 

Sübutdan faktm varlığı barədə bir neçə fərqli nəticə çıxarmaq olarsa, belə sübut dolayı 

sübutdur.  Dolayı  sübutlara  əsasən  sübut edilən  faktm  varlığı  az  və  ya  çox dərəcədə  ehtimal 

oluna  bilər.  Birinin  başqasma  pul  verməsi  barədə  qəbz  onlar  arasmda  alqı-satqı 

münasibətlərinin olmasmı birbaşa təsdiqləmir. Bu həmin faktı ehtimal etməyə əsas verən dolayı 

sübutdur.  Səhvə  yol  verməmək  üçün  mülki  prosesdə  yalnız  dolayı  sübutlar  əsasmda  nəticə 

çıxararkən aşağıdakı qayda əsas tutulmahdu: 

1)

 

güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə dolayı sübutun olmalıdır; 



2)

 

sübutlarm heç birinin güvənlihyi şübhə doğurmamalıdır; 



3)

 

bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdu"; 



4)

 

bu sübutlar birlikdə dəyərləndirilməlidir; 



5)

 

bu sübutlar birlikdə sübut olunan faktm varlığı barədə birmənalı nəticə çıxarmağa əsas 



verən sistem yaratmahdu". 

Mülki prosesdə dolayı sübutlardan həm ayrıca olaraq, həm də düzünə sübutlarla birlikdə, 

onları gücləndirən və ya zəiflədən sübutlar kimi istifadə edilir. Düzünə sübutun güvənliliyinə 

şübhə yarandıqda, faktm varlığmm təsdiqi üçün dolayı sübutdan yararlanmağa daha çox gərək 

olur. 

5.

 



Sübutetmə predmetinİn çevrələdiyi faktlar barədə bilgilərin daşıyıcıları, başqa sözlə 

sübut  qaynaqlan  iş  üçün  önəmli  faktlar  barədə  bilgisi  olan  (həmin  faktlarm  izlənməsi  və  s. 

nəticəsində) İnsanlar və həmin faktlann hər hansı təsirinin izini saxlamış əşyalardır. 

Yeni  MPM-də  sübutetmə  predmetini  yaradan  hüquqi  faktlar  haqqmda  bilgilərin 

daşıyıcılarının  -  sübutetmə  vasitələrinin  dairəsi  bir  qədər  genişləndirilib.  Aşağıdakılar 

sübutetmə vasitələri sayılırlar: yazılı və maddi sübutlar, ekspertlərin rəyləri, yerində müayinə 

keçirilməsi, səs və video yazılan, şahidlərin ifadələri, iş iştirakçılannm izahatları. 

MPM-in 76.2-ci maddəsində verilən sübutetmə vasitələri sırasma mütəxəssis rəyləri və İş 

iştirakçılannm nümayəndələrinin izahatlan salınmayıb. Mütəxəssis rəyləri sübutetmə vasitəsi 

sayıla  bilməz.  İş  iştirakçılarmm  nümayəndələrinin  izahatları  iş  üçün  önəmli  hallar  barədə 

bilgilər  verir.  Nümayəndələr  təmsil  etdikləri  şəxslərin  bütün  prosessual  hüquqlarmı 

gerçəkləşdirirlər.  Onlar  öz  səlahiyyətləri  çərçivəsində  təmsil  olunan  admdan  maddi-hüquqi 

münasibətlərə girirlər. Məhkəmə təcrübəsində iş iştirakçılarmm nümayəndələrinin izahatlarmm 

sübut  qaynağı  kimi  qəbul  edilməsinə  heç  bir  hüquqi  əngəl  yoxdur.  Onlarm  izahatları  iş 

iştirakçılarmm izahatları kimi götü 

101 



rülür. 

Mülki işin yalnız bəlli sübutetmə vasitələri (məsələn, yazılı sübutlar) ilə sübut oluna bilən 

halları hər hansı başqa sübutetmə vasitələri (məsələn, şahid ifadələri) ilə təsdiq oluna bilməz. 

Məsələn,  MM-in  333.1-ci  maddəsinə  görə,  əqdin  sadə  yazılı  formasına  əməl  etməmək 

mübahisə  halında  oqdi  və  onun  şərtlərini  təsdiq  etmək  üçün  tərəflərin  şahid  ifadələrinə 

söykənmək hüququnu əlindən alır. 

6.

 

Məhkəmədə sübutetmə zamanı yalnız qanuni yolla əldə edilən sübutlara söykənməyə 



yol  verilir.  Bu  şərt  Azərbaycan  Respublikasının  Konstitusiyasının  63-cü  maddəsinin  4-cü 

hissəsində göstərilən «Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilən 

sübutlardan istifadə oluna bilməz» müddəasına əsaslanır. 

Hər hansı qanunsuz üsuldan (aldatma, hədə-qorxu gəlmə, işgəncə vermə, zorakılıq etmə, 

saxtalaşdırma  və  s.)  yararlanmaqla  əldə  olunan  sübutlar  qanunsuz  sübutlar  sayılırlar. 

Konstitusiya ilə verilən hüquq və azadlıqlarının pozulması ilə əldə olunan sübutlar qanunsuz 

sayılacaqdu. 

Konstitusiyanm 46-cı maddəsinə görə, «heç kəsə işgəncə və əzab verilə bilməz, heç kəs 

insan  ləyaqətini  alçaldan  rəftara  və  cəzaya  məruz  qala  bilməz».  İşgəncə  verməklə  alman 

sübutlar qanunsuzdur. 

Konstitusiyanm 33-cü maddəsi qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı 

olmadan  hər  hansı  kənar  şəxsin  mənzildə  yaşayanlarm  iradəsi  ziddinə  mənzilə  girməsini 

qadağan  edir. Mənzildə  hər  hansı  qanunsuz  axtarış  nəticəsində əldə  olunan  sübut  qanunsuz 

sayılmalıdır. 

Konstitusiyanın  32-ci  maddəsi  hər  kəsə  şəxsi  və  ailə  sirrini  saxlamaq  hüququ  verir. 

Qanunla  nəzərdə  tutulan  hallardan  başqa,  şəxsi  heyata  qarışmaq  qadağandır,  öz  razılığı 

olmadan  kimsənin  şəxsi  həyatı  haqqında  bilgi  toplanılmasına,  saxlanmasına,  istifadəsinə  və 

yayılmasma yol verilmir. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və başqa rabitə 

vasitələri ilə ötürdükləri bilgilərin gizli saxlanması hüququna dövlət təminat verir. 

Bu və qanunda göstərilən başqa hüquqlann pozulması ilə əldə olunan sübutlar ke- çərli 

deyillər.  Onlar  hüquqi  nəticələr  yaratmırlar.  Belə  sübutlar  məhkəmənin  qərarı-  nm  ə,sasına 

qoyula bilməzlər. 



Maddo 77. Sübut etmə vəzifəsi 

77.1.

 

Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları 

sübut etməlidir. 

77.2.

 

Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barələ 

mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut et- nək 

vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 

77.3.

 

İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə gərəkli əlavə 

sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 

Sübutetmə  vəzifəsi  mülki  prosessual  hüquq  üçün  özəl  olan  anlamda  başa  düşülür. 

Hüquqda  vəzifə  dedikdə,  qanunla  yol  verilən  məcburetmə  vasitələrinin  köməyi  ilə  yerinə 

yetirilən lazımi davranış tədbirləri düşünülür. Mülki prosessual hüquqda tə 

102 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə