Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə51/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   47   48   49   50   51   52   53   54   ...   267

Sübutetmə yükündən azad etməyə yalnız MPM-in 82-ci maddəsində göstərilən hallarda 

yol verilir. 

6.

 

Sübutetmə  yükü  sübutlarm  verilməsi,  onları  istəmək  barədə  vəsatət  verilməsi, 



məhkəməyə sübutlarm yerləşdiyi yer barədə bilgi verilməsi, sübutlarm araşdırılmasında iştirak 

etməklə işdə olan sübutlarla tanış olmaq yolu ilə yerinə yetirilir. 

Əvvəlki  MPM-dən  ferqli  olaraq,  yenİ  MPM  məhkəməyə  iş  iştirakçılarmm  vəsatətləri 

olmadan  öz  təşəbbüsü  ilə  sübutlar  toplamaq  hüququ  vermir  və  sübutlarm  toplanması  və 

verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Yeni 

müUci  prosessual  qanunvericilikdəki  bu  yenilik  məhkəmə  icraatının  Konstitusiyanın  127-ci 

maddəsinin  IV,  VII  hissələri  və  MPM-in  9-cu  maddəsi  ilə  müəyyən  olunmuş  çəkişmə  və 

tərəflərin bərabərliyi əsasmda həyata keçirilməsi prinsiplərindən doğur. 

Lakin  qanunvericilikdəki  bu  dəyişikliyin  mülki  prosesin  «formal  gerçəklik»  prinsipi 

əsasmda  keçirilməsinə  gətirib  çıxarmamasmdan  ötrü,  MPM  məhkəmənin  üzərinə  bir  sıra 

vəzifələr  qoyur.  Məhkəmə  tərəflərin  tələb  və  etirazlarmı  əsaslandıran  halları,  işin  düzgün 

həllindən ötrü önəmli olan başqa hallan, yəni sübutetmə predmetini bəlli edir, işdə olan sübutlar 

əsasmda İşə baxmaq mümkün olmadıqda, tərəflərə gərəkli əlavə sübutlar verməyi etməyi təklif 

cdİr. Məhkəmə işin faktiki hallarının hüquqi əhəmiyyətini dəyərləndirməli və uyğun tərəfə bu 

halları isbat etmək yükünü daşımalı olduğunu anlatmahdu'. Məhkəmə iş üçün hüquqi Önəmi 

olan faktlarm tam dairəsini bəlli etməlidir. Tərəflər qanunu bilməməkdən və s. səbəbdən bu 

faktlara söykənmədikləri halda məhkəmə bunu tərəflərlə götür-qoy etməlidir. 

Məhkəmə işdə olan sübutlarm işə baxmaq üçün yctərsİzliyi düşüncəsinə gəldiyi bütün 

hallarda  sübutetmə  yükünü  daşıyan  tərəfə  uyğun  sübutları  verməyi  təklif  etməli,  sübutlarm 

verilməməsinin və ya gec verilməsinin nəticələrini ona anlatmalıdır. 



Maddə 78. Sübutlarm təqdim edilməsi və tələb olunması 

78.1.

 

Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim 

edilir. 

78.2.

 

İşdə iştirak edən şəxsin və İştirak etməyən şə.xsİərdən və ya orqanlardan onlarda 

olan gərəkli sübutları müstəqil əldə etmək imkanı olmadıqda, o, həmin sübutları tələb etmək 

barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli 

olan  hansı  halların  müəyyən  edilməsi,  sübutların  əlamətləri  və  olduğu  yer  göstərilməlidir. 

Gərəkli olan hallarda məhkəmə işdə iştirak edən sübutun əldə edilməsi üçün sənəd verə bilər. 

Məhkəmənin  tələb  etdiyi  sübutu  onda  olan  şəxs  bilavasitə  məhkəməyə  göndərir,  yaxud 

məhkəməyə çatdırmaq üçün .sorğunu təqdim edən şəxsə verir. 

78.3.

 

Sübut tələb olunan şəxsin həmin .sübutu təqdim etmək imkanı olmadıqda və ya onu 

məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə şorunu 

aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. 

78.4.

 

Tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzrsüz hesab edilən 

səbəblərə  görə  yerinə  yetirilmədikdə  sübutlar  onda  olan  şəxs  qanunvericiliklə  müəyyən 

olunmuş minimum əmək haqqı məbləğinin 200 mislinədək miqdarında cərimə olunur. 

78.5.Cərimənin  qoyulması  tələb  olunan  sübuta  malik  şəxsi  həmin  sübutu  məhkəməyə 

təqdim etmə vəzifəsindən azad etmir. 

105 



1.

 

Sübutları  məhkəməyu  yalnız  iş  iştirakçıları  verirlər.  Hər  hansı  başqa  şəxsin 



mohkoməyə verdiyi sübutlar yalnız o halda sübut kimİ götürülə bilər ki, iş iştirakçılarından biri 

onun götürülməsini istəsin. 

Sübutetmə  yükünü  daşıyan  iş  İştirakçıları  qanunun  yol  verdiyi  bütün  imkanlardan 

yararlanmaqla, eləcə də gərək olduqda MPM-də göstərilən qaydada məhkəmənin yardımı ilə, 

bütün  gərokli  sübutları  əldə  etməli  və  gecikmədən  birinci  instansiya  məhkəməsinə 

verməlidirlər. İş iştirakçılarınm işin düzgün həlli üçün önəmli olan yeni sübutları apellyasiya 

məhkəməsinə  vermək  hüquqları  da  var.  Lakin  MPM-in  371-ci  maddəsinə  görə,  apellyasiya 

instansiyası məhkəməsi tərəfin birinci instansiya məhkəməsinə verə bilmədiyi sübutları üzrlü 

səbəb  olmadan  gecikmiş  və  ya  apellyasiya  prosesini  ləngitməyə  yönəlmiş  və  yaxud  kobud 

səhlənkarlığa görə verilməmiş sayarsa, onları götürməyə bilər. 

Apellyasiya instansiyasında tərəflər yalnız o sübutlarm araşdınimasını, o cümlədən əlavə 

şahidlərin  çağırılması  və  dindirilməsini  tələb  edə  bilərlər  ki,  birinci  instansiya  məhkəməsi 

həmin sübutları  araşdırmaqdan boyun qaçırmış olsun. Apellyasiya məhkəməsi yeni sübutun 

birinci instansiya məhkəməsinə verilməsini mümkünsüz saydıqda onu götürür (MPM, 380-ci 

maddə). 

Qanuni  qüvvəyə  minmiş  məhkəmə  aktlarma  yeni  açılmış  hallar  üzrə  baxılması  üçün 

əsaslardan  biri  məhkəmə  aktı  çıxarıldıqdan  sonra  işə  baxılarkən  bəlli  olmayan  həlledici 

sübutun  aşkar  olunmasıdır.  Məhkəmə  aktlarma  yeni  açılmış  hallar  üzrə  baxan  Azərbaycan 

Respublikası Ali Məhkəməsinin Plenumuna yalnız belə sübutlar verilə bilər. 

Sübutlar məhkəmə icraatınm istənilən mərhələsində, məhkəmə qəmamə çıxarmaq üçün 

müşavirə  otağına  gedənə  qədər  verilə  bİlər.  İddiaçmm  sübut  vermədiyini  əsas  gətirilməklə 

iddia  ərizəsini  götürməkdən  boyun  qaçırmaq  olmaz.  Bİrİncİ  instansiya  məhkəməsi  iş 

iştirakçılannm  yeni  sübut  vermək  üçün  işi  sonraya  saxlamaq  barədə  vəsatətlərini,  bu,  işin 

baxılmasmı yubadırsa və tərəflər işə baxılana qədər həmin sü- butlan kobud səhlənkarlıqları 

üzündən  məhkəməyə  verməyiblərsə,  gecikmiş  saya  və  belə  sübutu  götürməyə  bİlər  (MPM, 

184.3-cü maddə). 

2.

 

İş  iştirakçılarmm  vəsatəti  əsasında  məhkəmə  aşağıdakı  prosessual  üsullardan 



yararlanmaqla  sübutların  toplanması  sahəsində  işlər  görə  bilər;  iş  iştirakçılarınm  vəsatəti 

əsasında İş iştirakçısı olan və ya olmayan şəxslərdən onlarda olan maddi və ya yazılı sübutları 

istəmək;  İşə baxılmasına hazırlıq mərhələsində  və ya işə baxılması mərhələsində ekspertiza 

təyin etmək (MPM, 98, 99 və 102-ci maddələr); sübutları olduğu və ya saxlandığı yerdə gözdən 

keçirmək və ya araşdırmaq (MPM, 79-cu maddə); məhkəmə tapşırıqları vermək (MPM, 83-cü 

maddə). 


3.

 

İş üçün önəmli sübutları özləri əldə etmək imkanlan olmadıqda, iş iştirakçıları həmin 



sübutları  istəyib  almaq  barədə  məhkəməyə  vəsatət  verə  bilərlər.  Bu  zaman  şəxsin  istədiyi 

sübutun daşıdığı bilgilərin məhkəməyə verilməsi yükünün elə onun üzərinə düşüb-düşmədiyi 

əhəmiyyətli deyil. 

4.

 



Bu  vəsatət  yazılı  və  ya  şifahi  ola  bilər.  Vəsatət  işin  məhkəmədə  baxılmağa 

hazırlanması və ya məhkəmə baxışının gedişində verilə bilər. Bu vəsatət məhkəmə tap- 

106 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə