Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə53/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   49   50   51   52   53   54   55   56   ...   267

gözdən  keçirməsi  və  araşdırması  sübuUın  məhkəməyə  gətirilməsindən  daha  səmərəlidir. 

Sübutun  olduğu  yerdə  gözdən  keçirilməsi  və  araşdmlması  barədə  qərarı  məhkəmə  həm  iş 

iştirakçılannm xahişi, həm də öz təşəbbüsü ilə verə bilər

2.

 



Yazılı və maddi sübutların məhkəməyə gətirməyin mümkünsüzlüyü və çətinliyi çeşidli 

səbəblərlə  bağlı  ola  bilər.  Məsələn,  sübut  kimi  götürülən  çoxsaylı  mühasibat  sənədlərinin 

məhkəməyə gətirilməsi həmin sənədlərin sahibi olan müəssisənin normal iş ritmini poza bilər. 

Məhkəmə bunu həmin yazılı sübutun məhkəməyə gəti- rilməməsi, olduğu yerdə araşdırılması 

əsas  saya  bilər.  Hadisənin  səbəb  və  ya  nəticələri  haqqmda  bilgilər  verən  izlərini  Özündə 

daşıyan  əşyanı  məhkəməyə  gətirmək  çətin  və  ya  mümkünsüz  olduqda,  o,  yerində  gözdən 

keçirilməli və araşdırılmalıdır. 

Yazıb  və  maddi  sübutlarm  onlann  olduğu  yerdə  gözdən  keçirilməsi  və  araşdınl-  ması 

mülki prosesin məhkəmə baxışı mərhələsində aparılır. Xüsusi hallarda məhkəmə bu hərəkətləri 

məhkəmə baxışma hazırlıq mərhələsində də edə bilər. 

3.

 

Sübutları olduğu yerdə gözdən keçirən və araşdnan məhkəmə bu hərəkətlərin edildiyi 



yer  və  vaxt  barədə  iş iştirakçılanna  bilgi  verməlidir. Onlarm  gəlməməsi  gözdən  keçirmə  və 

araşdurnanm  aparılmasına  mane  olmur.  Məhkəmə  gərəkli  olduqda,  gözdən  keçirmə  və 

araşdırmada İştirak üçün ekspert, mütəxəssis və şahidlər çağıra bilər. 

4.

 



Sübutlarm olduğu yerdə gözdən keçirilməsi və araşdmlması hərəkətləri MPM- in 22-ci 

fəslində göstərilən qaydada protokollaşdmiır. Protokollar və sübutlarm olduğu yerdə gözdən 

keçirilməsi  və  araşdmlmasmm  nəticələrini  əks  etdirən  sənədlər  məhkəmədə  açıqlanmalı, 

proses iştirakçılannm onlarla tanış olmasına şərait yaradılmalıdır. 



Maddə 80. Sübutların aid edilməsi 

Məhkəmə işinin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, 

onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 

1.

 



Mülki prosesdə məhkəmənin əsas vəzifələrindən biri də iş üzrə sübutetmə predmetini 

müəyyən etməkdir (MPM, 76.1-ci maddə). Məhkəmə yalnız sübutetmə predmetinə girən, yəni 

tərəflərin tələb və etirazlannı əsaslandıran halların və işin düzgün həlli üçün önəmli olan başqa 

hallarm  olub-olmadığım  təsdiq  edən  sübutları  götürür  və  nəzərə  alır.  Məhkəmə  hər  hansı 

səbəbdən  götürülməsinə  və  ya  baxılan  iş  materiallarma  salmmasma  baxmayaraq  (məsələn, 

iddia  ərizəsində  və  ya  iddiaya  etirazda  göstərilən,  yaxud  iş  iştirakçılarmın  izahaüannda, 

şahidlərin  ifadələrində  bildirilən  və  s.),  iş  üçün  Önəmli  faktlar  və  hallarla  bağlı  olmayan 

sübutları işi həll edərkən nəzərə almamalıdır. 

2.

 

Şərh edilən maddədə «təqdim olunmuş sübutlan> dedikdə, yalnız iş iştirakçıla- rmın 



məhkəməyə şəxsən verdikləri sübutlar deyil, onlann öz izahatlarında bildirdikləri, məhkəməyə 

göndərdikləri, başqa üsulla çatdırdıqları, çağırdıqları şahidlərin məhkəmədə dedikləri sübutlar, 

eləcə də onlarm MPM-in 78.2-cİ maddəsinə görə is- tənməsini məhkəmədən xahiş etdikləri, 

əldə olunması üçün məhkəmədən qanunda göstərilən prosessual hərəkətlər etməsini dilədikləri 

sübutlar başa düşülməlidir. 

109 



Bu maddədə «işin gedişində təqdİm olunmuş sübutlar» anlayışına, işin başlanması üçün 

əsas olmuş iddia ərizəsində göstərilən sübutlar da daxildir. 

3.

 

Məhkəmə işə aid etmədiyi sübutları işdən iki yolla kənarlaşdırır: 



1)

 

o,  verilən  sübutu  işə  aİd  olmayan  sayaraq  götürmür  (maddi  və  yazılı  sübutların 



verilməsi zamanı bu elə bir çətinlik yaratmır); 

2)

 



iddia ərizəsindəki, İddiaya etirazdakı, iş iştirakçısmm izahatlarındakı, bəzən isə hətta 

şahid ifadələrindəki işlə bağlı olmayan hallar barədə bilgilər do iş materiallarına girirlər. Bu 

halda məhkəmə işə aid olmayan saydığı sübutlan kənara qoyur, başqa sözlə, həmin sübutları 

işin halları barədə söykəndiyi sübutlann sırasına salmır. 

4.

 

Məhkəmənin  işin  faktiki  hallarını  tam  anlamasmdan  ötrü  bütün  önəmli  sübutların 



yığılması  gərəkdir.  Başqa  yandan  isə,  işin  əhəmiyyətsiz  və  artıq  olan  faktiki  bilgilərlə 

yüklənməsi yolverilməzdir. Məhkəmə qətnamədə yalnız işin düzgün həlli üçün Önəmli olan 

sübutlardan  yararlanmalıdu’.  Bu  qaydaya  görə,  məhkəmə  öz  təşəbbüsü  ilə  və  ya  iş 

iştirakçılarmın  vəsatətləri  ilə  iş  üçün  önəmli  olmayan,  sübut  sayıla  bilməyən  məlumatları 

məhkəmə  materiallarından  çıxara,  belə  məlumatlann  iş  materiallarma  sa-  İmmasma  və  ya 

araşdırılmasına yol verməyə bilər. 

Sübutlann  aİd  edilməsi  ilə  bağlı  MPM-in  müddəaları  məhkəmə  üçün  imperativ-  dir. 

Məhkəmə işin düzgün həlli üçün önəmiiiiyi çıxılmaqla, sübutu hər hansı başqa əsasla götürə və 

ona söykənə bilməz. 

5.

 



Sübutlarm  aid  edilməsi  barədə  normanın  yerinə  yetirilməsi  üçün  bir  sıra  prosessual 

təminatlar var. Sübutlarm istənməsi barədə vəsatət (MPM, 78.2-ci maddə), sübutlarm təmin 

edilməsi  barədə  ərizə  (MPM,  86.2-ci  maddə),  yeni  sübutlann  işə  salınması  barədə  vəsatət 

verənlər vəsatətdə həmin sübutlann iş üçün önəmli olan hansı halların müəyyən edilməsi üçün 

gərəkli olduğunu göstərməlidirlər. Məhkəmə qətnamənin osaslandıncı hissəsində işin hallarmı 

bəlli edərkən söykəndiyi sübutları göstərməlidir (MPM, 220.4-cü maddə). Qətnamə çıxaranda 

hakim sübutları dəyərləndirir, iş üçün önəmli olan hansı hallarm bəlli olduğunu, hansılarm isə 

bəlli edilmədiyini aydınlaşdırır. 

6.

 

İddia  ərizəsinin  görürülməsi,  iddia  ərizəsinə  etirazın  və  ya  mülahizələrin  verilməsi 



zamanı məhkəmə verilən sübutlarla aydmiaşdırılmalı olan faktlar arasmda bağlılığı əvvəlcədən 

görməyə bilər. Prosesin bir mərhələsində hakimin sübutu götürmə- məsi həmin sübutu prosesin 

sonrakı mərhələlərində vermək hüququnu aradan qaldırmır. 

Məhkəmə işin məhkəmədə baxılmağa hazu"lanması zamanı iş üzrə sübut edilməli olan 

halların dairəsinin müəyyənləşdirməyə ciddİ diqqət yetirməlidir. MPM-in 167-ci maddəsində 

iş üçün önəmli sübutlarm tam toplanmasına yönələn bir sıra prosessual qarantiyalar var. tşin 

məhkəmədə  baxılmağa  hazırlanması  mərhələsində  hakim  iddia  tələbinin  mahiyyəti  barədə 

iddiaçıdan  izahat  alır,  cavabdehin  etirazını  araşdırır,  işin  hallan  barədə  ondan  izahat  alır, 

iddiaya  qarşı  nə  kimi  etirazları  olduğunu,  həmin  etirazların  hansı  sübutlarla  təsdiq  edilə 

biləcəyini aydınlaşdırır, gərəkli olduqda, iddiaçıya və cavabdehə əlavə sübutlann verilməsini 

təklif edir. 

7.

 



Sübutetmə prosesi anlama prosesidir. Bu prosesin hər hansı mərhələsində sü- butetmə 

predmetinə aid olan faktlann çevrəsində dəqiqləşmələr apanla bilər. İş işti- 



no 


Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə