yudisial sayılmırlar. Hamıya bəlli olan faktlardan fərqli olaraq, preyudisial halların sübut
olunmaqdan azad olması məhkəmənin onları doğru sayıb-saymamasından asılı deyil.
Bu maddəni tətbiq edərkən üç məsələyə diqqət yetirmək lazımdır. Birincisi, burada
söhbət başqa məhkəmənin qəmaməsi ilə bəlli edilmiş faktlardan yox, həmin məhkəmənin bəlli
etdiyi faktlar əsasmda çıxardığı nəticələrdən gedir. İkincisi, preyudisial hallar hər hansı bir
şəxs barəsində deyil, əvvəlki məhkəmə işində iştirakçı olan şəxs barəsində olmalıdır.
Üçüncüsü, 82.3-cü maddədə göstərilən haldan fərqli olaraq,
82.2-
ci maddədə əvvəlki məhkəmədə iştirakçı olmuş, barəsində preyudisial halın müəyyən
olunduğu şəxsin hazırda baxılmaqda olan işdə iştirakçı olması tələb olunmur.
Belə preyudisial hallara misal olaraq atalığm bəlli olunmasmı göstərmək olar. Məhkəmə
əldə olunan faktlara əsasən şəxsin uşağm atası olması halını bəlliləşdirir. Bu hal hər hansı
məhkəmədə, hər hansı işə baxılarkən, orada atanm və ya uşağın iştirakçı olub-olmamasmdan
asılı olmayaraq, doğruluğu sübut edilmiş hal kimi götürülməlidir.
4.
82.3-cü maddədə isə söhbət preyudisial hallardan deyil, faktlardan gedir.
Bu maddəyə
görə:
1)
preyudisial faktlar əvvəlki işdə iştirak edən şəxslər barədə olmalıdır;
2)
preyudisial faktın aid olduğu şəxs baxılmaqda olan işdə iştirakçı olmalıdır.
Yalmz bu
hallar olduqda, əvvəlki məhkəmənin qətnaməsində
bəlliləşmiş faktlar
yenidən sübut edilmir. Əvvəlki məhkəmənin bəlli etdiyi faktlar həmin işdə iştirak edən şəxs
barədə deyilsə, yaxud faktm aid olduğu şəxs yenİ işdə iştirakçı deyilsə, onda yeni işdə bu
faktlar sübut olunmalıdır.
5.
Cinayət hüquq pozuntusunun mülki hüquqi nəticələri ilə bağlı mülki İşə cinayət
işindən ayrı baxıldıqda, cinayət işi üzrə məhkəmənin hökmü ilə mülki iş üzrə məhkəmənin
gəldiyi nəticələr arasmda preyudisial əlaqə ola bilər. Mülki işə baxılarkən: 1) cinayət əməlinin
olub-olmaması və 2) bu əməli kimin törətməsi ilə bağlı cinayət işinə baxmış məhkəmənin
hökmdə gəldiyi nəticələr mülki işə baxan məhkəmə üçün məcburidir.
Hökmdə müəyyən olunmuş bütün başqa faktlar və hallar yalmz MPM-in 82.2 və
82.3-
cü maddələrində nəzərdə tutulan hallarda mülki iş üçün preyudisial əhəmiyyət
daşıynlar. Məsələn, cinayətlə vurulmuş maddi ziyanm ödənilməsi barədə işə baxan məhkəmə
üçün cinayət işİ üzrə hökm yalnız maddi ziyan vuran cinayət faktmın olması və bu cinayətə
görə məhkum olunan şəxsin təqsirliliyi məsələlərində məcburidir.
Hökmdə bəlli edilmiş bütün başqa hallar (ziyanm məbləği və s.) mülki işin gedişində
ümumi əsaslarla sübut olunmalıdırlar. Yaxud, əmlakın üzərindən həbsin götürülməsi barədə
iddiaya baxan məhkəmə MPM-İn 82.4-cü maddəsinin müddəalarma söykənərək cinayət aləti
olduğu və ya cinayət yolu ilə əldə edildiyi düşünülən əmla- km tutulub-alınması haqda
məhkəmə hökmünün nəticələrinə yenidən baxa bilər. Əmlak üzərində başqa şəxsin mülkiyyəti
olması barədə yetərli bilgilər olduğu halda məhkəmə onu həbs olunan əmlakm siyahısmdan
çıxara bilər.
6.
Hər hansı başqa dövlət orqanmın aktlarmda bəlliləşən faktlar preyudisial sayılmırlar
və ümumi qaydada sübut olunmalıdırlar. Məsələn, hər hansı dövlət orqanmm aktında (Milli
Məclisin qərarmda, ölkə prezidentinin fərmanmda. Nazirlər Kabineti
113
nin, ayrı-ayrı nazirliklərin qərar və sərəncamlannda) bu və ya başqa halın və ya faktın
varlığının və ya yoxluğunun göstərilməsi həmin halların və faktların məhkəmədə sübut
olunmaqdan azad edilməsinə əsas vermir.
Maddə 83. Məhkəmə tapşırıqları
83.1.
İşə baxan məhkəmə başqa şəhərdə və ya rayonda sübutlar toplamaq lazım gəldikdə,
uyğun məhkəməyə müəyyən prosessual hərəkətləri etməyi tapşırmağa haqlıdır.
83.2.
Məhkəmə tapşırığı haqqında qərardadda baxılan işin mahiyyəti qısa şərh edilir,
aydınlaşdırılmalı hallar, tapşırığı yerinə yetirən məhkəmənin toplamalı olduğu sübutlar
göstərilir.
83.3.
Məhkəmə tapşırığı haqqında qərardad onu icra edən məhkəmə üçün məcburidir və
qərardad alındığı gündən sonra 10 gün müddətindən gec olmayaraq yerinə yetirilməlidir.
83.4.
Rayon məhkəmələrinin başqa dövlətin məhkəmələrinə göndərdiyi tapşırıqlar
«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 9J-ci maddəsinə
uyğun olaraq həyata keçirilir.
1.
Sübutların toplanması üçün bütün prosessual hərəkətləri mülki işə baxan məhkəmə
edir. İşə baxan məhkəmənin sübutları toplanmağa yönəlmiş prosessual hərəkətləri etməsi çətin
və ya mümkünsüz olduğu hallar da ola bİlər. Həmin hərəkətləri başqa bölgədə (rayon və ya
şəhər) yerləşən məhkəmənin yerinə yetirməsi mümkün və daha asan olduqda, işə baxan
məhkəmə bu hərəkətləri etməyi ona tapşna bilər.
Məhkəmə tapşırıqları haqqında qərardad çıxaran məhkəmə 83-cü maddənin bəlli etdiyi
prosessual qaydalara əməl etməlidir. Bu qaydalann pozulması tapşınğı yerinə yetirən
məhkəmənin topladığı faktiki bilgilərin sübut kimi hüquqi qüvvəsini heçə endirə bilər.
Məhkəmə tapşınğı hər hansı məktub, sorğu və s. göndərilməklə verilə bilməz. Tapşuığı
verən məhkəmə baxılan işin mahiyyətini qısa olaraq anladan, iş üzrə aydınlaşdırılmalı hallar,
tapşırığı yerinə yetirən məhkəmənin toplamalı olduğu sübutları göstərən qərardad çıxarmalıdır.
2.
Məhkəmə tapşırığı qaydasında mülkİ işin iştirakçılarmm izahatları, şahid ifadələri,
ekspert rəyləri, yazılı və maddİ sübutlarm gözdən keçirilməsi və araşdırılması yolu ilö
aydmiaşdınlan sübutlarm toplanması tapşırıla bilər. Qanunda sübutun toplanması üçün bəlli
sübutetraə vasitələri göstərilmişsə, tapşırığı yerinə yetirən məhkəmə onu başqa vasitələrlə əvəz
edə bilməz.
3.
Hamınm bildiyi faktları, habelə preyudisial faktları təsdiq edən sübutların məhkəmə
tapşırığı qaydasında toplanmasına gərək yoxdur. Məhkəmənin MPM-in 78-ci maddəsinə
söykənməklə dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən istəyə biləcəyi yazılı və maddi
sübutlarm alınması barədə məhkəmə tapşırığı verilə bilməz. Tərəflərin izahatlarınm alınması
barədə başqa məhkəməyə yalnız o halda tapşırıq verilə bilər ki, bu sübutu iş iştirakçısı istəsin.
4.
Tapşırığı yerinə yetirməkdən ötrü məhkəməyə yeritən ongünlük müddətin axımı
məhkəmə tapşmğı haqda qerardadm məhkəməyə çatdığı günün sonrakı günündən başlayır
(prosessual müddətlərlə bağlı MPM-in 10-cu fəslinin şərhinə bax). Mülki-
114