Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə58/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   54   55   56   57   58   59   60   61   ...   267

dir. 

2.

 



İş  iştirakçısının  sübutların  qorunması  barədo  ərizəyə  baxılmasında  iştirak  edib- 

etməməsindən  asılı  olmayaraq,  işə  baxan  məhkəmə  onları  sübutlarm  qSrunması  ilə  bağlı 

prosessual  hərəkətlərin  protokolları  və  ya  sübutları  qoruma  qaydasında  toplanan  bütün 

materiallarla tanış etməlidir. 

3.

 

Sübutların qorunması ilə bağlı prosessual hərəkətlərin edilməsi həmin sübutların işə aid 



olması məsələsinin öncədən həlli sayılmır. İşə baxan məhkəmə gərəkli əsaslar olduqda, həmin 

sübutları işə aid etməyə bilər. 

4.

 

Sübutları qoruyan məhkəmə bu barədə qərardad çıxarır. Qərardadda MPM-in 264-cü 



maddəsində  göstərilənlərdən  başqa,  hansı  prosessual  hərəkətlərin  edilməsi,  onların  yerinə 

yetirilməsinin qayda və yöndəmi göstərilməlidir. 

Qərardad 5 gün müddətində, gərəkli hallarda isə daha tez müddətdə sübutlarm qorunması 

ərizəsinə  baxılması  haqqmda  bildirişlə  birlikdə  işin  iştirakçılarına  göndərilməlidir.  Gərəkli 

hallarda (sübutlarm sonradan əldə oluna bilməsinin mümkünsüz və ya çətin olacağmı güman 

etməyə  heç  bir  əsas  olmadıqda,  sübutun  əldə  olunması  üçün  başqa  prosessual  hərəkətlərin 

edilməsi lazım gəldikdə və s.), məhkəmə sübutlarm qorunması ilə bağlı öz qərardadma yenidən 

baxaraq onu dəyişdirə bilər. 



Maddə 88. Sübutların qiymətləndirilməsi 

Məhkəmə  sübutlara  obyektiv,  qərəzsiz,  hərtərəfli  və  tam  baxdıqdan  sonra  həmin 

sübutlara  tətbiq  edilməli  hüquq  normalarına  uyğun  olaraq  qiymət  verir.  Heç  bir  sübutun 

məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüwəsi yoxdur. 

1,

 



Sübutlarm  qiymətləndirilməsi  hakimin  sübutlarm  işə  aid  olub-olmamasmı, 

mümkünlüyünü,  doğruluğunu,  yetərliliyini,  qarşılıqlı  bağlılığmı  bəlli  etməyə  və  bunların 

əsasmda düzgün nəticələr çıxarmağa yönəlmiş, məntiqin qanunları əsasmda gedən düşünmə 

prosesidir.  Sübutlann  düzgün  dəyərləndirilməsi  qanuni  və  əsaslı  qətnamə  çıxaniması 

baxımmdan mühüm əhəmiyyət daşıyır. 

Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasmda mülki məhkəmə 

icraatının  prinsiplərinə  və  mülki  prosessual  qaydalara  əməl  olunmaqla  hərtərəfli  və  tam 

araşdınimış iş üçün önəmli olan hallara əsaslansm. 

2.

 

Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. 



Sübutlarm  tam  həcmdə  baxılaraq  qiymətləndirilməsi,  nəticənin  sübutlann  tam 

kompleksindən  çıxarılmasıdır.  Bu  kompleksdə  başqa  nəticələr  çıxarmağa  İmkan  verən 

çatışmazlıqlar  olmamalıdır.  Məsələn,  əgər  biz  yalnız  icarəçinin  icarəyə  verənə  pul  ödəməsi 

barədə  qəbzə  söykənərək  icarə  haqqmm  ödənildiyi  nəticəsinə  gəlsək,  bu  nəticə  onun 

söykəndiyi sübutlarm tam olmaması səbəbindən səhv ola bilər. Çünki icarəçinin icarəyə verənə 

verdiyi məbləğ hər hansı başqa borcun qarşılığı da ola bilər. 

Məhkəmənin  gəldiyi  nəticə  üçün  mühüm  önəmi  olan  bütün  faktik  hallann  araşdı- 

rılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasmda ləğv olunması üçün əsasdır (MPM, 

388-ci maddə). 

Sübutlann hərtərəfli baxılaraq dəyərləndirilməsi iş iştirakçılarmm öz tələb və eti 

119 



razlarını söykədikləri, iş iştirakçılarının verdikləri və istədikləri bütün sübutların işə aid olması 

və  mümkünlüyünü  düzgün  bəlli  etməklə  toplanması, araşdırılması  və  qiymətləndirilməsidir. 

Sübutun  əsassız  olaraq  işə  aid  olmayan  və  ya  mümkün  olmayan  sayılaraq  rədd  edilməsi, 

sübutun  məhkəmənin  gəldiyi  nəticə  üçün  müsbət  yönünü  götürüb  mənfi  yönünün 

dəyərləndinİməməsi hərtərəflilik prinsipinin pozulması sayılır. 

Hərtərəflilik prinsipi sübutlar arasında ziddiyyətlərin çözülməsini istəyir. Həmin prinsip 

qətnamənin əsaslandırıcı hissəsində məhkəmədən onun iş üzrə gəldiyi nəticələrin söykəndiyi 

sübutları göstərməklə yanaşı, onun iş iştirakçılarmın verdikləri və ya tələb etdikləri, habelə işin 

baxışı  zamanı  meydana  çıxmış  bu  və  ya  başqa  sübutları  və  işin  iştirakçılarmın  söykəndiyi 

normativ  hüquqi  aktları  rədd  etmək  üçün  gətirdiyi  dəlilləri  göstərməsini  tələb  edir  (MPM, 

220.4-cü maddə). 

Sübutlann  obyektiv  və  qərəzsiz  baxılaraq  dəyərləndirilməsi  sübutlara:  1)  iş  işti- 

rakçılarma  olan  münasibət  və  2)  sübutların  qaynaqlarına  öncədən  formalaşmış  münasibətə 

söykənərək  qiymət  verməyin  yolverilməz  olması  deməkdir.  Məsələn,  yazılı  sübut  kimi 

götürülən  sənəddəki  bilgilərin  bir  çoxunun  yalan  olması  və  sənədin  üstəlik  saxtalaşdırmağa 

görə  əvvəllər  məhkum  olunmuş  şəxs  tərəfindən  verilməsi  öz-özlü-  yündə  həmin  sənəddəki 

başqa bilgilərin yalan sayılmasına əsas vermir. 

Məhkəmə sübut qaynağına öncədən formalaşmış bağlılığı olmasına baxmayaraq, həmin 

qaynağm verdiyi faktiki bilgiləri başqa sübutlarla bərabər qüvvəli və bərabər önəmli sayaraq 

dəyərləndirməlidir. 

Məhkəmə  sübutları  dəyərləndirərkən  gəldiyi  nəticənin  doğru  olduğuna  içdən 

güvənməlidir.  Bununla  belə,  onun  bu  güvənci  işin  hallarmm  kökündə  duran  sübutlara 

söykənməlidir.  Məhkəmə  iş  üçün  önəmli  olan  faktı  və  ya  halı  özü  kənardan  bildiyinə 

əsaslanaraq və ona görə də həmin fakt və ya halm varlığma və ya yoxluğuna inandığı üçün 

sübut olunmuş saya bilməz. Məhkəmənin kənardan bildiyi və ya məhkəmənin gedişində bu və 

ya başqa səbəbdən əldə etdiyi bu inam məhkəmə baxışmda araşdırılmış və dəyərləndirilmiş 

sübutlarla təsdiq olunmalıdır. 

3.

 



Məhkəmə  sübutlara  tətbiq  edilməli  olan  hüquq  normalarma  uyğun  olaraq  qiymət 

verməlidir.  Tətbiq  edilməli  olan  hüquq  normaları  iş  üzrə  sübutetmə  predmetinin  bəlli 

edilməsində, sübutların aİd edilməsi, mümkünlüyü, bir sıra hallarda isə yetərlili- yi məsələsinin 

həllində mühüm əhəmiyyət daşıyır. 

4.

 

Sübutun qabaqcadan bəlli olan qüvvəsinin olmaması o deməkdir ki, heç bir normativ 



hüquqi akt sübutun qüvvəsini və əhəmiyyətini Öncədən bəlli edə bilməz, heç bir dövlət orqanı 

və vəzifəli şəxs sübutun qüvvəsi və önəmi barədə göstəriş verə bilməz. Sübutlar özəlliklərinə 

görə işə baxan məhkəmə tərəfindən dəyərləndirilir. Hər hansı sübutun öncədən bəlli olan üstün 

sübutetmə qüvvəsi ola bilməz. 

Hakimin özünün əvvəlcədən bildiyi iş üçün önəmli olan faktlar belə, hakimə əvvəlcədən 

məlum  olduğuna  görə,  MPM-in  82-ci  maddəsində  göstərilən  hallar  istisna  olmaqla,  sübut 

olunmuş  sayıla  bilməz.  Hətta  müstəqilliyinə  və  qərəzsizliyinə,  bacarığına  şübhə  olmayan 

ekspertin  ən  adi  məsələ  ilə  bağlı  verdiyi  rəy  başqa  sübutlarla  birgə  araşdınlıb 

dəyərləndirilmədən,  doğruluğu  sübut  olunmadan  üstün  sübutetmə  qüvvəsinə  sahib 

sayılmamalıdu". 

120 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə