Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə60/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   56   57   58   59   60   61   62   63   ...   267

2.

 

Şərh  olunan  maddədə  söhbət  yalnız  yazılı  sübutların  bir  növü  olan  sənədlərin 



qaytarılmasından gedir. Bu norma bu və ya başqa səbəbdən məhkəməyə əsli verilmiş başqa 

yazılı  sübutların  da,  əgər  onların  surətləri  ilə  əvəzlənməsi  həmin  sübutların  sü-  butetmə 

qüvvəsini və əhəmiyyətini azaltmırsa, qaytarıla bilməsini aradan qaldırmır. 

3.

 



Sənədin  əslinin  qaytarılması  xahişi  şifahi  və  yazılı  ola  bilər.  Mülki  işin  materi- 

allarmda alınan sənədin əslinin əvəzində onun notariatda təsdiqlənmiş surəti və ya məhkəmənin 

təsdiqlədiyi surəti saxlanır. Sənədi alan onun işdə saxlanan surətinə bu barədə imza etməlidir. 

Maddə 91. Maddi sübutlar 

Xarici  görünüşünə,  xüsusiyyətlərinə,  olduğu  yerə  və  başqa  əlamətlərinə  görə  iş  üçün 

əhəmiyyətli olan halların müəyyən edilmə vasitəsi ola bilən əşyalar maddi sübutlardır. 

1.

 



Maddi sübut kimi üzvi və ya qeyri-üzvi mənşəli, mülki işin hallan barədə önəmli bilgi 

verə  bilən  istənilən  predmet  çıxış  edə  bilər.  Buraya  asfalt  örtüyündə  avtomobil  şinlərinin 

izindən tutmuş kimyəvi və ya fiziki xassələri haqqında bilgilərin iş üçün önəmli olduğu hər 

hansı  maddə,  yaxud  texniki  xassələri  iş  üçün  önəmli  olan  texniki  qurğular,  maşm  və 

avadanlıqlar, cihazlar və s. aid edilə bilər. 

2.

 



Mülki işin bu və ya başqa halları barədə yalnız üzərində yazılmış xüsusi yazı işarələri 

ilə  bilgilər  verən  yazılı  sübutlardan  fərqli  olaraq,  maddi  sübutlar  belə  bilgiləri  xarici 

görünüşünə,  formasma,  maddi  xassələrinə,  Özəlliklərinə,  keyfiyyətinə,  yerləşdiyi  yerə  və  s. 

əlamətlərinə əsasən verirlər. 



Maddə 92. Maddi sübutların saxlanması 

92.1.

 

Maddi sübutlar məhkəmədə saxlanılır. 

92.2.

 

Məhkəməyə  gətirilə  bilməyən  maddi  sübutlar  olduqları  yerdə  saxlanılır.  Onlar 

məhkəmə  tərəfindən  müayinə  edilməli,  müfəssəl  təsvir  olunmalı,  möhürlənməli,  gərəkli 

hallarda foto və ya video lentə çəkilməlidir. 

92.3.

 

Maddi  sübutların  saxlanılması  üçün  xərclər  həmin  Məcəllənin  müddəalarına 

əsasən tərəflər arasında bölüşdürülə bilər. 

92.4.

 

Məhkəmə və sübutları saxlayan şəxs maddi sübutların dəyişməz vəziyyətdə qalması 

üçün tədbirlər görür. 

1.  Maddi  sübutlarm  mümkün  olan  bütün  hallarda  məhkəmədə  saxlanmasına  üstünlük 

verilməlidir.  Yalnız  92.2-ci  maddədə  göstərilən  halda  sübutlann  məhkəmədən  kənarda 

saxlanmasma yol verilir. 

Məhkəmədə saxlanılan sübutlarm, əgər onlarm özəllikləri buna əngəl olmursa, mülki işdə 

saxlanmasına üstünlük verilməlidir. Kiçik ölçülü əşyalar (kitab, broşüra. və s.) onlan mülki işdə 

saxlamaq mümkün deyilsə, məhkəmənin seyfində saxlanır. İri əşyalar və ya çoxsaylı əşyalar 

xüsusi  siyahı  əsasında  məhkəmənin  saxlama  kamerala-  rma  verilir.  Siyahıda  əşyalann  adı, 

onlarm xarakteristikaları, ölçüləri, sayı, çəkisi, rəngi və s. əlamətləri göstərilir ki, onlan başqa 

oxşar əşyalardan fərqləndirilə bilsin. Si 

123 



yahı mülki işə qoşulur. 

2.

 



Məhkəməyə gətirilməsi mümkün olmayan və ya olduqca çətin olan əşyalar (məsələn, 

muzey əşyası, avtomobil, qurğu, bİna və s.) onların otduğu yerdə saxlanır. Məhkəmə özü və 

yaxud  onun  tapşırığı  əsasında  məhkəmə  tapşırığını  yerinə  yetirən  orqan  həmin  əşyaları 

MPM-in  79-cu  maddəsinə  uyğun  olaraq  gözdən  keçirməli  və  araşdumalı,  müayinə 

protokolunda əşyanı hərtərəfli və müfəssəl təsvir elməli, gərəkli hallarda möhürləməli, əşyanı 

və ondakı izləri foto və ya vidcolentə almalıdır. 

Gərəkli olduqda, konlo-et şəxsə vəzifələri anladılmaqla əşyanı saxlamaq tapşunla bilər. 

3.

 



Məhkəmə  sübut  kİmi  saxlanan  əşyalarm  harada  (məhkəmədə  və  ya  kənar  yerdə) 

saxlanmasından  asılı  olmayaraq  və  oğurlanmaqdan,  məhv  edilməkdən  və  s.  yolla  sübut 

əhəmiyyətini itirəcək şəkildə dəyişmədən qorunması üçün bütün gərəkli ölçüləri götürməlidir. 

Sübutları saxlayan şəxs onları bəlliləşmiş qaydada saxlamağa borcludur. 

Saxlanılan sübutlarda onlarm sübut əhəmiyyətinə təsir göstərəcək dəyişikliklər edilməsi, 

yaxud  sübutların  qəsdən  itirilməsi,  məhv  edilməsi  qanunla  müəyyən  olunmuş  məsuliyyət 

yarada bilər. 

4.

 



MPM-in 92.3-cü maddəsini tətbiq edərkən nəzərə almaq lazımdır ki, maddi sü- butlarm 

saxlanması  üçün  xərclər  tərəflər  arasında  MPM-in  119-cu  maddəsinə  uyğun  olaraq 

bölünməlidir. Bu zaman «xərclər» dedikdə, əşyalann məhkəmədən kənarda saxlanması üçün 

çəkilən məsrəflər nəzərdə tutulur. 



Maddə 93, Tez xarab olan maddi sübutların müayinəsi və tədqiqi 

93.1.

 

Məhkəmə tez xarab olan maddi sübutları onların olduqları yerdə dərhal müayinə və 

tədqiq edir. 

93.2.

 

İşdə  iştirak  edən  şəxslər  müayinə  və  tədqiqatın  aparıldığı  yer  və  vaxt  haqqında 

xəbərdar edilirlər. Məlumat verilmiş işdə iştirak edən şəxslərin gəlməməsi maddi sübutların 

müayinəsinə və tədqiqinə mane olmur. 

93.3.

 

Maddi sübutların müayinəsi və tədqiqinə dair məlumatlar protokolda yazılır. 

1.

 



Bu maddədə tez xarab olan maddi sübutlar dedikdə, özünün kimyəvi tərkibinə görə 

adi təbii şəraitdə özünün kimyəvi tərkibini, fiziki xassələrini və s. tez dəyişən və bu səbəbdən 

də  yararlılığmı,  o  cümlədən  sübut  kimi  yararlılığını  İtirən  əşyalar  (məsələn,  tez  xarab  olan 

ərzaq  məhsulları,  yaxud  məişət  kimyası  məhsullan,  hazır  qarışdırılmış  beton  və  s.)  nəzərdə 

tutulur. Tez xarab olan sübutlar mümkün olan ən qısa vaxt ərzində və həmin əşyaların olduqları 

yerdə müayinə və tədqiq olunmalıdır. 

2,

 

Məhkəmə  tez  xarab  olan  maddi  sübutların  olduğu  yerdə  gözdən  keçirilməsi  və 



araşdırılması  barəsində  qərardad  çıxarmaüdu'.  İş  iştirakçıları  bu  prosessual  hərəkətin  yerinə 

yetiriləcəyi yer və vaxt barədə əvvəlcədən xəbərdar olunmalıdır. Gərəkli hallarda məhkəmə 

ekspert və ya mütəxəssis çağıra bilər. 

Tez xarab olan maddi sübutlarm gözdən keçirilməsi və araşdırılması protokollaş- dırılır. 

Protokol iş materiallarma əlavə olunur. Bütün hallarda protokol və ona əlavə olunan sənədlər 

(məsələn, ekspert rəyİ) məhkəmə baxışında açıqlanmalıdır. İş iştirak 

124 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə