Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə62/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   58   59   60   61   62   63   64   65   ...   267

ğını bəUi etməlidir. 

Bu məqsədlə məhkəmə birinci növbədə 95.1-ci maddəyə uyğun olaraq həmin yazıların 

nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazıldığını bəlli etməlidir. Səs və video yazıları sübut 

kimi verən şəxslər də həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazıldığını öz 

vəsatətlərində göstərməlidirlər. Bu məsələlərin aydın i aş- dınimaması məhkəmənin sübutlan 

götürməməsinə gətirib çıxara bilər. 

2.

 

Gizli yolla əldə edilmiş səs və video yazılardan yalnız qanunun buna yol verdiyi halda 



sübut  kimi  istifadə  oluna  bilər.  Həmin  yazılarda  səsləri  və  ya  özləri  əks  olunmuş  bütün 

şəxslərin  razılığı  olmadan,  habelə  mənzil  sahibinin,  yaxud  xüsusi  İcazə  əsasında  buraxılış 

istəndiyi yerlərdə həmİn yerin sahibinin razılığı olmadan aparılmış səsyazma və videoçəkiliş 

gizli yolla əldə olunmuş sayılır. 

Məhkəmə səs və ya video yazılan sübut kimi götürərkən onlarm gizli və ya açıq yolla 

yazıldığını aydmiaşdırmalı. gizli yolla əldə olunduğunu bəlli etdikdə, qanunun bu yazılardan 

sübut kimi istifadə edilməsinə yol verib-vermədiyini aşkar etməlidir. Bu maddədə «qanunla 

icazə  verilən  ha!lan>  dedikdə,  həmin  gizli  yazıların  aparılmasının,  həmçinin  onlardan 

yararlanmanm qanuna uyğun olub-olmaması nəzərdə tutulur. 

Əməliyyat-axtarış  fəaliyyəti  haqqmda  Qanuna  görə,  əməliyyat-axtarış  tədbirləri 

nəticəsində  aparılan  gizli  səs  və  video  yazıları  sübut kimi  istifadə  oluna  bilər. Bunun  üçün 

məhkəmə, birincisi, onlardakı bilgilərin doğruluğunu yoxlamalıdır. İkincisi, həmin bilgilərin 

qanuna  uyğun  olaraq  əldə  olunub-olunmadığı  (məsələn,  əməliyyat-axtarış  tədbirinin 

keçirilməsi üçün qanunda nəzərdə tutulan hallarda məhkəmənin, yaxud uyğun vəzifəli şəxsin 

sonradan məhkəmənin bəyəndiyi qərarmın olması və s.) və s. bəlli edilməlidir. 

Əməliyyat-axtanş  ölçülərinin  gerçəkləşdirilməsi  nəticəsində  əldə  edilən  bilgilər  bu 

ölçülərin  məqsədlərinə  uyğun  olmadıqda,  onlardan  şəxslərin  əleyhinə  istifadə  olunması 

qadağandır. 

3.

 

Açıq  məhkəmə  iclasında  iclas  zalmda  olan  şəxslər  yerlərindən  məhkəmə  baxışının 



gedişi  ilə  bağlı  yazılış  apara,  o  sıradan  səs  yazılışı  apara  bilərlər.  Kino  və  foto  çəkilişə, 

videoyazıya,  canlı  yayımla  radİo  və  teletranslasiyaya  iş  iştirakçılarmm  baxışları  nəzərə 

alınmaqla məhkəmənin icazəsi ilə yol verilir (MPM. 10.9 və 176.5-ci maddələr). 

4.

 



Qanuna  uyğun  olaraq  əldə  olunduğuna  görə sübut  kimi  götürülən  şəxsi  yazışma  və 

şəxsi teleqraf bilgiləri yalnız qapalı məhkəmə iclasmda, onların ünvanlandığı şəxsin (şəxslərin) 

razılığı olduqda isə, açıq məhkəmə iclasmda açıqlana bilər. 

Şəxsi  xarakterli  bilgi  daşıyan,  yəni  şəxsİ  həyatm  sirləri  ilə  bağlı  olan,  şəxsi  yazış- 

malardakı bilgiləri açıqlayan səs və videoyazılara da bu qaydalar tətbiq olunur. Məhkəmənin 

bu qaydalara uymaması bu səbəbdən vurulmuş ziyana görə məsuliyyət yaradır. 



Maddə 96. Səs və video yazıların saxlanması və qaytarılması 

96.1.

 

Səs və video yazılar məhkəmədə saxlanılır. Məhkəmə onların dəyişməz vəziyyətdə 

säxlanılması iiçün tədbirlər görür, 

96.2.

 

Müstəsna hallarda məhkəmənin qətnaməsi qanuni qäwəyə mindikdən sonra səs və 

127 



video yazılar onların alındığı şəxslərə qaytanla bilər. 

96.3.

 

Səs və video yazıların qaytarılması məsələləri haqqında məhkəmə qərardad çıxa 

rır. 

1.

 



Yazılı və maddi sübutlardan fərqli olaraq, səs və video yazıların məhkəmədən kənarda 

saxlanmasına heç bir halda yol verilmir, ölçüsündən və s. keyfiyyətlərindən asılı olaraq, səs və 

video yazılar işin materialları içərisində, məhkəmədə seyfdə və yaxud məhkəmənin saxlama 

kamerasmda  saxlanır.  Məhkəmə  həmin  yazılarda  bəlli  texniki  vasitələrin  yardımı  ilə 

dəyişikliklər edilməsinə, onlann pozulmadan, mexaniki və ya kimyəvi təsir nəticəsində xarab 

olmadan,  itmədən  və  s.-dən  qorumaq  üçün  mümkün  olan  bütün  texniki  və  hüquqi  ölçüləri 

götürməlidir. 

2.

 



Səs  və  video  yazılar  onlann  alındığı  şəxslərə  yalnız  məhkəmənin  qətnaməsi  qanuni 

qüvvəyə mindikdən, yaxud işin icraatı dayandmidıqdan sonra (MPM, 94-cü maddə) və yalnız 

ayrıca hallarda qaytarıla bilər. Belə hallara misal olaraq həmin yazı- lışm şəxsi, ailə xronikası 

olduğu, hər hansı bədii, tarixi önəm daşıdığı, yaxud elmi, texniki və s. bilgilər daşıdığı hallan 

göstərmək olar. 

3.

 



Səs və video yazıların qaytarılmasının prosessual rəsmiləşdirilməsi maddi sübutlarda 

olduğu kimi aparılır (MPM, 94-cü maddə). 



Maddə 97, Məhkəmənin ekspertiza təyin etməsi 

97.  L İşə  baxılarkən xüsusi  bilik  tələb  olunan  sualları izah  etmək üçün  məhkəmə  işdə 

iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edilə bilər. 

97.2.

 

İşdə  iştirak  edən  şəxslər  qarşılıqlı  razılığa  əsasən  konkret  səlahiyyətli  şəxsin 

ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 

97.3.

 

İşdə  iştirak  edən  şəxslər  ekspertiza  keçirilən  zaman  baxılmalı  olan  sualları 

məhkəməyə təqdim etməyə haqlıdırlar. 

97.4.

 

Ekspert  rəyinin  alınmasına  dair  sualların  yekun  məzmununu  məhkəmə  müəyyən 

edir,  işdə  iştirak  edən  şəxslərin  təqdim  etdiyi  sualların  rədd  edilməsini  məhkəmə 

əsaslandırmağa borcludur. 

97.5.

 

Tərəf  ekspertizanın  keçirilməsində  iştirak  etməkdən  imtina  edirsə  və  ya  onun 

keçirilməsinə mane olursa (ekspertizaya gətmir, gərəkli tədqiqat predmetlərini ekspertə təqdim 

etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə 

bu  tərəfin  iştirakı  olmadan  ekspertizanı  keçirmək  mümkün  deyilsə,  məhkəmə  hansı  tərəfin 

iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən 

asılı  olaraq,  ekspertiza  təyin  edilən  faktı,  onun  hüquqi  nəticələrini  əsaslandırmaqla  təsdiq 

olunmuş və yaxud rədd edilmiş he.sab edə bilər. 

1.

 



İşə baxılarkən elm, incəsənət, texnika və ya özəl bilik istəyən hər hansı başqa sahələrə 

aid sualları araşdırmaq üçün ekspertiza təyin edilir. 



Ekspertiza  -  işİn  düzgün  həllindən  ötrü  önəmli  olan  faktları  aşkar  etmək  məqsədi  ilə 

ekspertin  məhkəmənin  verdiyi  obyektləri  qanunla  bəlliləşmiş  prosessual  qaydada  elmi 

əsaslarla araşdırmasıdır. 

Konkret  hallardan  asılı  olaraq,  yazılı  və  maddi  sübutlar  aşağıdakı  kriminalistik 

ekspertizadan keçirilə bilərlər: 

128 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə