Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin


Maddə 89. Yazılı sübutlar



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə59/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   55   56   57   58   59   60   61   62   ...   267

Maddə 89. Yazılı sübutlar 

89.  L  Yazılı  sübutlar  -  iş  üçün  əhəmiyyətli  hallar  barədə  məlumat  verən  notariat 

qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair 

sənəd və materiallardır. 

89.2.

 

Faks,  elektron  və  ya  başqa  rabitə  vasitəsilə,  yaxud  sair  üsulla  əldə  edilmiş 

materiallar məhkəmə tərəfindən o şərtlə yazdı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin 

həqiqiliyini müəyyən etmək mümkün olsun. 

89.3.

 

Lazımi  sübutların  əsli  və  ya  yazılı  qaydada  təsdiq  olunmuş  .surəti  təqdim  edilir. 

Əgər  baxdan  işə  sənədin  yalnız  bir  hissəsi  aiddirsə,  belə  olan  halda,  bu  sənəddən  təsdiq 

olunmuş çıxarış təqdim edilir. 

89.4.

 

Sənədlərin əsli qanunlara və ya başqa normativ hüquqi aktlara uyğun olaraq, işin 

halları  ancaq  bu  cür  sənədlərlə  təsdiq  edildikdə  və  ya  məhkəmənin  tələbi  ilə  başqa  gərəkli 

hallarda təkdim edilir. 

89.5.

 

İşdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim olunmuş yazılı .sübutların 

onlarda olmayan başqa işdə iştirak edən şəxslərə göndərilir (verilir). 

1.

 



Yazılı sübutlar təkcə notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, 

arayışlar, işgüzar yazışmalar deyil, üzərində yazılmış yazı işarələri ilə iş üçün önəmli hallar 

barədə bilgi verən başqa sənəd və materiallardır. 

Yazılı  sübutların  əşya  əsası  üzərində  yazılmış  yazı  işarələrini  saxlaya  bilən  hər  hansı 

formaya və keyfiyyətə malik predmetlərdir. Buraya hər şeydən əvvəl kağızı, metal, elektron 

məmulatları aid etmək olar. Yazı işarələri onun daşıyıcısı olan materialın xassələrindən asılı 

olaraq  fərqli  yöndəmlərlə  (kağızda  yazma,  metalda  döymə,  kəsmə,  qravyura  və  s.)  və 

vasitələrlə (kimyəvi vasitələr (tuş, mürəkkəb, boya və s.) yazıla bilər. Yazı işarələri fikri çatdıra 

bilən məntiqi sistem yaratmalıdırlar. 

Yazı  işarələri  təkcə  hərflər  və  rəqəmlər  deyil,  bəlli  bilgini  bir  şəxsdən  başqa  şəxsə 

çatdırmaq üçün istifadə olunan başqa işarələrdir (məsələn, sxemlər, çertyojlar və s.-də istifadə 

olunan işarələr). 

Üzərində yazılmış işarələrlə verilən bilgilər deyil, başqa əlaməüərinin verdiyi bilgilər iş 

üçün önəmli olan əşyalar maddi sübutlar sayılırlar. Məsələn, sənəddəki yazı deyil, kağızm və ya 

yazınm yazıldığı mürəkkəbin kimyəvi tərkibi iş üçün önəmli olduqda, üzərində yazı olmasına 

baxmayaraq, həmin sənəd yazılı sübut deyildir. 

2.

 

Günümüzdə hüquq subyektləri arasında qarşılıqlı yazışmalar çox halda çağdaş texniki 



vasitələrin (faks, elektron poçtu və s.) köməyi ilə aparıldığından həmin yazışmaların yazıldığı 

matcriallarm  sübutlar  kimi  istifadəsi  hallan  çoxalmaqdadır.  Belə  sübut  qaynaqlarına  faks, 

elektron  poçtu  və  s.  vasitəsi  ilə  alınmış  yazı  materialları,  habelə  kompüterlərin  yaddaşında, 

disketlərə yazılmış bilgilər və s. misal ola bilər. 

Belə  yazışmalarm  mətnlərində  sonradan  həmin  texniki  vasitələrin  köməyi  ilə  sübut 

qaynağının araşdırılması nəticəsində aşkar edilməsi mümkün olmayan dəyişikliklər aparılması 

mümkündür. Bu səbəbdən qanun həmin qaynaqları ya buz o halda sübut kimi götürməyə yol 

verir ki, onların doğruluğunu bəlli etmək mümkün olsun. 

Məhkəmə  həmin  sübutlan  işə  aid  olan  saydıqda,  bütün  hallarda  götürməlidir.  Onların 

doğruluğu başqa sübutların köməyi ilə təsdiq olunduqda, məhkəmə onları gəldiyi nəticələrin 

əsasına  sahr.  Təsdiq  olunmadıqda  isə,  məhkəmə  həmin  sübutların  təsdiq  olunmadığı  üçün 

kənara qoyduğunu qətnamənin əsaslandırıcı hissəsində göstə 

12İ 



rir.  Gərəkli  hallarda  məhkəmə  həmin  sübutların  doğruluğunu  bəlli  etməyin  mümkün 

olub-olmaması məsələsini həll etmək üçün uyğun ekspert çağıra bilər. 

Getdikcə  hüquq  subyektləri  arasmda  yazışmaların  internet  vasitəsilə  apanlması-  mn 

genişlənməsi  ilə  elektron  yazı  vasitələrinin  sübut  kimi  götürülməsi  gərəkli  olmuşdur.  Bu 

məqsədlə  elektron  imzalarla  və  elektron  ticarətlə  bağlı  münasibətləri  düzənlə-  yən  hüquq 

normaları  yaradılmaqdadır.  Uyğun  normativ  hüquq  aktlarmm  çıxarılması  elektron  yazılann 

sübut kimi götürülməsi hüquqi yöndən düzənlənəcəkdir. 

3.

 



Məhkəməyə  bir  qayda  olaraq  kağız  materialdan  olan yazılı  sübutların  surəti  verilir. 

Gərəkli hallarda sənədlərin notarial qaydada təsdiqlənmiş surəti verilməlidir. İşin halları tələb 

etdikdə (məsələn, yazılı sübutun surətinin onun əsli ilə eyni olmaması, yaxud oradakı qollarm 

saxta olması barədə şübhə olduqda və s. hallarda), məhkəmə yazılı sübutun əslinin verilməsini 

istəyə bilər. 

Sənədlərin  əsilləri,  habelə  normativ  hüquqi  aktlara  uyğun  olaraq  işin  hallan  bu  cür 

sənədlərlə təsdiq edildiyi hallarda da verilməlidir. Sənəd səlahiyyətli orqanın öz səlahiyyətinə 

uyğun  olaraq  verdiyi,  uyğun  rekvizitləri  (onu  verən  orqanın  adı,  verilmə  tarixi,  onu  verən 

vəzifəli şəxsin adı və s.) olan yazılı sübutdur. 

Başqa materialdan olan yazılı sübutlarm isə bir qayda olaraq, əsli verilməlidir. 

4.

 

89.5-ci maddəni tətbiq edərkən aşağıdakılar nəzərə aimmalıdır: 



1)

 

iş  iştirakçılarına  yalnız  iş  iştirakçılarının  verdikləri  (tələb  etdikləri  yox)  yazılı 



sübutlann üzləri göndərilir (verilir); 

2)

 



bu  yazılı  sübutların  üzləri  ya  iş  iştirakçısının  özünə,  ya  da  onun  nümayəndəsinə 

göndərilir; 

3)

 

bu norma iş iştirakçılarının işin həmin materialları ilə tanış olmaq, onlardan çıxarışlar 



etmək və üzünü çıxarmaq hüququnu daraltmır. 

Maddə 90. Sənədlərin əslinin qaytarılması 

90.  i.  İşdə  olan  sənədlərin  əsli,  məhkəmə  qətnaməsi  qanuni  qüvvəyə  mindikdən  sonra 

həmin sənədləri təqdim etmiş şəxslərin xahişi ilə onlara qaytarıla bilər. 

90.2.

 

Həmin  şəxslər  bu  sənədləri  tələb  etməklə  eyni  zamanda  onların  lazımi  qaydada 

təsdiq  olunmuş  surətlərini  məhkəməyə  təqdim  edir  vo  ya  işdə  qalan  surətlərin  həqiqiliyini 

təsdiq etməyi məhkəmədən xahiş edirlər. 

90.3.

 

Qətnamə  qanuni  qüvvəyə  minənədək  iş  üzrə  icraat  prosesində  sənədlər  onları 

təqdim  edən  şəxslərə  o  şərtlə  qaytarıla  bilər  ki,  məhkəmə  bu  sənədlərin  qaytarılmasının 

mübahisənin düzgün həllinə xələl gəlirməyəcəyinə əmin olsun. 

1.



 

Məhkəməyə MPM-in 89.4-cü maddəsinə əsasən verilmiş sənədlərin əsli: 

1)

 

yalnız həmİn sənədləri məhkəməyə vermiş şəxslərin xahişi ilə qaytarıla bilər. Təqdim 



etmiş şəxslər dedikdə, sənədi öz təşəbbüsü ilə məhkəməyə vermiş İş iştirakçıları, yaxud sənədi 

məhkəmənin tələbi ilə vermiş başqa şəxslər başa düşülür

2)

 

sənədlərin əsli, məhkəmə qətnaməsi MPM-in 233-cü maddəsində göstərilən qaydada 



qüvvəyə mindikdən sonra qaytanla bilər

3)

 



qətnamə  qüvvəyə  minənə  qədər  sənədin  əslinin  qaytarılması  yalnız  məhkəmənin 

mübahisənin düzgün həllinə xələl gətirməyəcəyinə əmin olduğu halda qaytarılır. 

122 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə